55
V BÖLÜM
RADİO XƏBƏRİN HAZIRLANMASI /
RADİOAPARICI
ekspertlərin rəyini öyrənirlər.
Debatlarda moderator
qismində çıxış etmək də onların öhdəsinə düşür.
Məhz buna görə də İT vərdişlərini son dərəcə inkişaf
etdirməlidirlər.
Aparıcı istehsal prosesinin intizamını və
məsuliyyətini, zamanlama məsələsinin vacibliyi dəqiq
təsəvvür etməlidir. Aparıcıların fəaliyyəti komandanın
digər üzvlərinin fəaliyyəti ilə sıx bağlıdır,
lakin
digərlərindən fərqli olaraq onlar yalnız prodüser və
redaktordan göstəriş alır.
Digər radio peşələrindən fərqli olaraq, aparıcıların öz
fəaliyyətlərinin monitorinqini aparmaq imkanı var,
bunun üçün performanslarının doğurduğu rəyi,
cavab
reaksiyasını (ing.- feedback) nəzarətdə saxlamaları
kifayətdir. Eyni zamanda proqram barədə şikayət və
ya narazılıqlarda öz paylarına düşən hissəni diqqətlə
izləməlidirlər.
Böyük yayım stansiyaları bəzən istedadın inkişaf
etdirilməsində maraqlı olurlar. Ümumiyyətlə, istənilən
radio bazarında aparıcı yeri olduqca qiymətlidir, çünki
bu yerlər məhduddur. Özün üçün bu məhdud sahəyə
seçilmək şansını yaratmaq istəyirsənsə
konkret
ixtisaslaşma ilə yanaşı, praktik təcrübən olduğunu
da göstərməlisən (pulsuz
platfomalarda onlayn
radiokanal yaratmağı heç kim yasaq etməyib). Digər
tərəfdən, istənilən kiçik, onlayn və ya müəssisədaxili
radioda işləmək təcrübə qazanmaq üçün yetərli
ola bilər. Çünki hədəf və strategiya dəyişsə də, iş
prinsipləri eyni qalır. Bir də populyar simaların aparıcı
kimi çalışmağa başlaması təcrübəsi var.
Lakin bu
bizim maraq dairəmizdə deyil.
Radiostansiyanın səsi olan radioaparıcılar radionun
üslubunu müəyyən edir və dinləyicilərlə əlaqəni
təmin edilər. Bir növ stansiyanın simasına çevrilirlər.
Bu işdə çalışmaq üçün sən:
▪ Əla təqdimat vərdişlərinə sahib olmalısan,
▪ Auditoriyaya xitab etməyi bacarmalısan,
▪ Səsindən effektiv istifadə etməyin yollarını
araşdırıb-axtarmalısan,
▪ Müxtəlif radiostudiya avadanlıqlarından istifadə
etməyi öyrənməlisən,
▪ Həm studiya fəaliyyətini koordinasiya etməyi, həm
də informasiyanı təqdim etməyi öyrənməlisən,
▪ İşini sevməli, auditoriyanı cəlb etməlisən,
▪ Təzyiq altında effektiv və sakit işləməyi bacarmalı,
əhval ruhiyyəni, səsini idarə etməyi öyrənmək üçün
ardıcıl məşq etməlisən,
▪ Radioya dair etik qaydalardan xəbərdar olmalısan.
Media qanunvericiliyindən xəbərdar olman
arzuediləndir,
▪ Digər radiostansiyaların aparıcılarının iş fəaliyyətini
izləməli, üslublardan xəbərdar olmalısan,
▪ Sənin aparıcısı olduğun
proqramla analogiya
təşkil edən tanınmış proqramların aparacılarının
üslublarını izləməlisən,
▪ Əla İT bacarıqlarına sahib olmalısan.
Do'stlaringiz bilan baham: