360
§3. İnvestisiyanın mahiyyəti və təsnifatı
İnvestisiya (latınca- investio-geyindirirəm) dedikdə, mən-
fəət əldə etmək məqsədilə ölkə daxilində və xaricində
iqtisadiyyatın müxtəlif sahələrinə uzunmüddətli
kapital
qoyuluşlarını nəzərdə tutur. İnvestisiya həmin dövrdə
mülkiyyətçinin istehlakını müəyyən qədər məhdudlaşdırsa da,
gələcəkdə daha çox gəlir əldə etməklə, istehlakı geniş-
ləndirməyə imkan yaradır. Buna görə də cəmiyyət üzvləri öz
yığımlarını, əsasən, investisiya edirlər. İqtisadi ədəbiyyatda
investisiyaların müxtəlif təsnifatına rast gəlmək mümkündür:
1.
Maliyyə və real investisiyalar fərqləndirilir.
Maliyyə
investisiyaları dedikdə, divident əldə etmək məqsədilə qiymətli
kağızların əldə edilməsi nəzərdə tutulur. Bunun nəticəsində,
qiymətli kağızların sahiblik hüququ dəyişilir və yeni sahiblərə
əməksiz gəlir əldə etmək imkanı yaradılır.
Real
investisiya
dedikdə isə mənfəət əldə etmək məqsədilə real kapital
nemətlərinin (dəzgah, qurğu, avadanlıq və s.) alınmasına sərf
olunmuş vəsait nəzərdə tutulur.
2.
İnvestisiyalar ümumi və xalis investisiyalara ayrılır.
Ümumi
investisiyalar dedikdə, əsas kapital ünsürlərinə, əmtəə-
maddi ehtiyatlarına (xammal,
materiallar, hazır məhsul və s.),
mənzil tikintisinə investisiyalar nəzərdə tutulur. Bunların
nəticəsində yeni layihələr həyata keçirilir, istehsalı
genişləndirmək mümkün olur. Ümumi investisiyadan
amortizasiya ayırmalarını çıxdıqdan sonra, yerdə qalan hissə
xalis
investisiyadır.
3.
İnvestisiya dövlət və özəl mülkiyyəti tərəfindən
həyata keçirilir. Bunların investisiya istiqamətləri, məqsədi və
mənbələri fərqlənir. Özəl investisiyalar adətən daha tez və
yüksək mənfəət təmin edən sahələrə yönəldilir. Onların
mənbəyi sahibkarların həyata keçirdikləri yığımlar və aldıqları
borclardır. Dövlət investisiyaları isə az mənfəətli,
uzun vaxt
361
tələb edən sahələrə yönəldilir. Onların mənbəyi isə dövlət
büdcəsi və kənardan cəlb edilən vəsait olur.
Ümumiyyətlə investisiyalar uzun müddətli və qısa
müddətli olmaqla, bank və qeyri-bank təşkilatları (investisiya,
sığorta, təqaüd fondları və s.) tərəfindən həyata keçirilir.
4.
İqtisadi ədəbiyyatda muxtar və məcburi investisiya
ifadələrinə də rast gəlmək mümkündür.
Muxtar
investisiya
dedikdə, milli gəlirin və faiz normasının səviyyəsindən asılı
olamayaraq, yeni kapital ünsürlərinin yaradılması nəzərdə
tutulur. Muxtar investisiyalara səbəb ETT-nin nailiyyətlərindən
istifadə etmə əhali artımı, müharibə və siyasi çevrilişlər və s.-
dir. Buna tipik misal hərbi tikililərin, yolların inşası, onların
zəruri avadanlıq və qurğularla təchizi və s.-dir. Bu kimi zəruri
investisiyalar milli gəlirin və faizin səviyyəsindən asılı
olmayaraq həyata keçirilir.
Məcburi
investisiyalar isə
cəmiyyət üzvlərinin istehlak xərclərinin artması ilə əlaqədar
olaraq həyata keçirilir.
Muxtar investisiya iqtisadi artıma ilk təkan verir.
Bunun
nəticəsində
artmış
gəlirlərin
nəticəsi
olan
məcburi
investisiyalar iqtisadi artımın daha da sürətlənməsinə səbəb
olur.
5.
Riskin səviyyəsinə görə investisiyalar: risksiz, az
riskli, orta riskli, yüksək riskli və möhtəkir riskli olur.
İqtisadi ədəbiyyatda investisiyanın aşağıdakı üç növü də
fərqləndirilir: əsas
kapitala investisiya, mənzil tikintisinə
investisiya, ehtiyatlara investisiya.
İnvestisiyanın həcminə, səviyyəsinə, əsasən, aşağıdakı
amillər təsir edir:
a)
Əldə edilən gəlirin (milli gəlirin) istehlaka və yığıma
bölünməsi nisbəti. Belə ki, gəliri az olanlar onun çox hissəsini
istehlaka sərf edirlər. Gəliri çox olan iqtisadi subyektlər isə,
yığıma nisbətən çox hissəsini sərf edirlər;
362
b)
Gözlənilən mənfəət norması. Həyata keçirilən
layihədən yüksək mənfəət gözlənilirsə, oraya daha çox kapital
can artır. Çünki, mənfəətin yüksək olması kapitalı cuşə gətirir.
c)
Borc faizi dərəcəsi. Əgər gözlənilən mənfəət norması
borc faizinin orta dərəcəsindən yüksək olarsa borc alıb
investisiya etmək sərfəlidir. Əks təqdirdə risk edib investisiya
etməyə dəyməz.
d)
İnflyasiyanın gözlənilən sürəti. Əgər sürət yüksək
olacağı gözlənilirsə gözlənilən mənfəət norması qiymətdən
düşəcək və investisiyalar həmin layihədən uzaqlaşmağa
çalışacaqlar;
e)
İnvestisiyanın səviyyəsinə avadanlıqların alınmasına,
istismarına və ona edilən xidmətə çəkilən xərclər, vergilərin
səviyyəsi, öz kapitalının həcmi və s. təsir göstərir.
İnvestisiyalar ÜDM-un ən qeyri-sabit komponentidir.
Belə ki, iqtisadi tsiklin gedişindən, elmi-texniki yeniliklərdən,
tələbdəki dəyişikliklərdən, sahibkarın əhval-ruhiyyəsindən və
s. asılı olaraq
investisiyaya maraq, onun həcmi dəyişilir.
Do'stlaringiz bilan baham: