Mövzu 3. Maliyyə nəzarəti anlayışı və maliyyə nəzarətinin funksiyaları
3.1. Maliyyə nəzarəti anlayışı
3.2. Nəzarət idarəetmə funksiyası kimi.
3.3. Maliyyə nəzarətinin funksiyaları.
1. Maliyyə nəzarəti anlayışı
E.Y. Qraçova maliyyə nəzarətini hüquq normalarıyla tənzimlənmiş dövlət, bələdiyyə, ictimai orqanların, təşkilatların və digər təsərrüfatçılıq edən subyektlərin, vaxtlı vaxtında həyata keçirilməsini və maliyyə planlaşdırmasının yoxlanılmasının, gəlirlərin əsaslanmaış və dolğun formada pul fondlarına daxil olması və onların istifadəsinin səmərəliliyinin yoxlanılması üzrə fəaliyyət kimi müəyyən edir.
Ali Nəzarət Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) IX konqresində qəbul edilmiş «Nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsi»ndə deyildiyi kimi, nəzarət özlüyündə məqsəd deyildir, tənzimləmə sisteminin ayrılmaz hissəsidir və onun məqsədi qəbul olunmuş standartlardan kənarlaşmaları və qanunilik, səmərəlilik və material ehtiyatlarının sərf olunmasında qənaətcillik prinsiplərinin pozulmasını mümkün qədər daha erkən mərhələlərdə aşkara çıxarmaqdır ki, vəziyyəti düzəltmək üçün tədbirlər görmək, ayrı-ayrı hallarda təqsirkarları məsuliyyətə cəlb etmək, vurulmuş ziyanın əvəzini ödətdirmək, yaxud gələcəkdə belə pozuntuların qarşısını almaq və ya sayını azaltmaq üzrə tədbirlər görmək mümkün olsun.
İdarəetmə sistemində maliyyə nəzarətinin əsas məqsədi idarəedən subyektin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir.
Maliyyə marağı başqa sferalardakı maraqlarla, o cümlədən iqtisadi, siyasi və s. qırılmaz surətdə əlaqədardır. Əksər hallarda hər hansı bir sahəyə maraq maliyyə ölçüləri ilə ifadə olunur.
Məsələn, hər hansı bir layihə, ideyanın reallaşmasına sərf edilən xərclər və s.
Buna görə maliyyə marağı ilkin ola bilər (məsələn, sahibkar tərəfindən mənfəətin alınması) və ya ikinci, törəmə (məsələn, əhalinin səhiyyə proqramlarının reallaşdırılması). Həm də müxtəlif situasiyada maliyyə marağı digər maraqlarla müqayisədə müxtəlif ola bilər. Məsələn, uzunmüddətli perspektiv üçün gəlir əldə etmək məgsədi ilə işverən qiymətləri aşağı salmağa və zərərə getməyə razıdır (rəqabətliləri bazardan sıxışdırmaq məqsədi ilə).
İdarə edən subyektin marağı formalaşdırılmalıdır, yəni açıq şəkildə yaxud da bu və ya digər momentlə bağlı olaraq bildirilməlidir. (elan edilməlidir). Məsələn, işçi əmək haqqının artımı haqqında tələbi açıq bildirməyə bilər, amma o təcrübəyə əsaslanaraq, ehtimal ki, məvacibə əlavəyə şad olacaq.
Təşkilat açıq bildirməyə bilər ki, şəxsi məqsədlərində əməkdaşlara ofis təchizatından istifadə etməyi qadağan edir, amma yaranmış təcrübədən güman edilir ki, belə hərəkətlər rəhbərliyin razılıqlarını almayacaq.
Dövlət zərərli tullantıların atmosferə atılmasını qadağan edən qanun qəbul etməyə bilər, lakin nəzərdə tutulur ki, bu cür hərkətlər əhalinin marağına ziddir.
Maliyyə maraqlarının formallaşdırması formaları
Dövlətin səviyyəsində maliyyə maraqları, bir qayda olaraq, qanunlar şəklində formallaşdırılmışlar . məsələn, Büdcə və Vergi məcəllələri, inzibati Xətalar məcəlləsi, və maliyyə fəaliyyətini tənzimləyən başqa sənədlər
Lakin konkret bir maraq normativ aktda həmişə əks olunmaya bilər. Praktika göstərir ki, belə maraq mövcuddur. Belə halları tez-tez “qanunda olan boşluq”, “qanundakı nöqsanlar”, “qanundakı baca” adlandırırlar. Belə ki, hərəkət formal olaraq qadağan edilməmişdir, amma dövlətə zərər vurur. Buna görə də çox hallarda maliyyə nəzarəti aparıldıqda yoxlama zamanı normativ aktlara deyil ümumi maraq nəzərə alınaraq, yerinə yetirilmək təklif olunur.
Yuxarıda göstərilənə əsaslanaraq, dem’k olar ki, maliyyə nəzarəti – idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır.
Do'stlaringiz bilan baham: |