Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet14/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
Nikoyanla yolçuluq
İyunun 6-sı səhər saat 9.30-da qeydiyyat zalından zəng vurub bildirirlər ki, bir saatdan sonra Sisyana getmək üçün foyeyə enim. Bir az keçmiş Qaqik Minasyan zəng vurur, xəs­təxanada olması səbəbindən məni Sisyana müşayiət edə bilməyəcəyini bildirib üzrxahlıq edir, öz maşınını göndərəcəyini və mənimlə birlikdə Ermənistan parlamentinin bir nəfər deputatının gedəcəyini bildirir.
Saat 10.30-da «cangüdənlərimin» müşa­yiəti ilə foyeyə enirəm. Orta boylu, dolu bə­dənli, 45-50 yaşlarında qırmızısifət bir kişi mənə yaxınlaşıb salamlaşır:
- Mən deputat Samvel Nikoyanam. Mənə tapşırılıb ki, sizinlə Sisyana gedək, bu­yurun maşına.
Axşamdan fikirləşmişəm ki, evimizə əli­boş getməyim. Mən 1978-ci ildə Uruddan çıxmış, oxumuq üçün Bakıya getmiş, 1988-ci ilə qədər, ta kənd dağılana qədər, hər yay ata-baba ocağına dönəndə əli sovqatlı, qoltuğu pay­­lı gəlmişəm. İndi isə bilmirəm, evimizdə yaşayan var, yoxsa xaraba qalıb, hər halda mən orada yaşayanların deyil, kəndimizin, evimizin görüşünə gedirəm. Düşünürəm ki, evimizdə yaşayan olmasa aldığım pay-püşü qəbiristanlığa aparıb Vətəndə qəbirlikdə qal­mış əzizlərimizin məzarı üzərinə düzərəm.
Alış-veriş etməkdə ikinci məqsədim isə İrəvanın dükan-bazarındakı malların çeşidi və qiymətləri ilə tanış olmaqdır. Fikrimi Samvel Nikoyana belə açıqlayıram:
- Biz qafqazlıların çox yaxşı bir adəti də səfərdən evinə dönəndə, yaxud bir yerə qonaq gedəndə sovqat aparmağıdır. İndi mən bilmirəm, bizim Uruddakı evimizdə kimsə yaşayır, yoxsa yox. Amma hər halda əlidolu getmək əliboş getməkdən daha yaxşıdır.
Fikrim yol yoldaşımın xoşuna gəlir. Yolüstü pul dəyişib iri bir ərzaq mağazasına giririk. 100 ABŞ dolları təxminən 44-45 min erməni dramı məbləğindədir. Ancaq Ermənis­tanda yaşayış minimumu 40 ABŞ dollarından aşağı olduğundan orada qiymətlər, xüsusi ilə ərzaq mallarının qiymətləri çox ucuzdur. Mal­larının əksəriyyəti özlərinin və İranın isteh­salıdır. Paradoks görünsə də yerli mallar İranınkından bahadır. İrəvanda Bakıda, Mosk­vada, İstambulda, Avropanın iri şəhərlərində olan ticarət mərkəzləri, super, hipermarketlər o qədər də çox deyil. Yeni tikilən mağazalara da rast gəlmədim. Buradakı marketlərin çoxu binaların birinci mərtəbəsindəki Sovet höku­mətinin vaxtından mövcud olan mağazalardan ibarətdir.
Alış-verişi qurtarıb çıxanda Samvel pulunu ödəmək istəyir, qoymuram:
- Bizdə deputatların maaşı sizinkindən iki dəfə çoxdur, - deyirəm. Samvel də zarafatı cavabsız qoymur:
- Neyniyək ki, bizim neftimiz yoxdur.
Mən iynələməkdə davam edirəm:
- Siz əvvəl dəniz tapın, sonra oradan neft çıxararsınız.
Ancaq ixtisasca kənd təsərrüfatı mü­həndisi olan, Şirak rayonunda yaşayan Samvel Nikoyan onların dənizdən-dənizə Ermənistan xülyasına etdiyim acı istehzanı çox güman ki, başa düşmür.

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish