Mühazirə Giriş. Fənnin məqsədi və mahiyyəti (2s)


Mühazirə 12. Neftin su buxarı ilə sıxışdırılması (2s)



Download 192,96 Kb.
bet14/17
Sana03.03.2023
Hajmi192,96 Kb.
#916028
TuriMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Bog'liq
Neft qaz yataqlarının işlənilməsinn yeni üsulları

Mühazirə 12. Neftin su buxarı ilə sıxışdırılması (2s).

Bu üsul yer səthindəki kiçik temperaturlu və böyük özlülüklü neftli laylara xüsusi su buxarı vurucu quyuların köməyi ilə aparılır. Üsul yüksək özlülüyə malik olan (40-50 mPa∙s) neft yataqlarının işlənilməsində tətbiq edilir. Çünki göstərilən tip yataqlarda laya adi suvurma prosesi səmərəli olmur. Laboratoriya və mədən təcrübəsi göstərir ki, yüksək özlülüklü yataqlarda neftvermə əmsalını artırmaq üçün ən yaxşı agent kimi su buxarının yüksək təzyiqlə 8-15 MPa vurulması məqsədəuyğundur. Nəticədə laya külli miqdarda istilik enerjisi daxil olur və onu qızdırır. Bu zaman neftin özlülüyü azalır. Neftin, qazın, suyun həcmi artır. Buxarın həcmi suyun həcmindən 25-30 dəfə çox olmalıdır. Məsaməli mühitdə buxar nefti 90%-ə qədər çıxarma imkanını verir. Müəyyən olunmuşdur ki, neftin su buxarı ilə sıxışdırılması zamanı 3 temperatur zonası əmələ gəlir.


1.Vurucu quyu ətrafında.
Burada temperatur 200-400 dərəcə arasında dəyişir, buxarın istidən kondensasiya başlama qiymətinə uyğun gəlir. Neftin ayirması (ekstraksiyası) başlanır. Ondan yüngül fraksiya distilə olur və buxarla birgə layda hərəkət edir.
2.İsti kondensat zonası.
Temperatur kondensasiyanın başlanğıc temperaturundan lay temperaturuna qədər düşür, bu zaman isti kondensat və su layda neftin yüngül fraksiyasını sıxışdırır.
3.Layın ilk temperatur zonası.
İstilik təsirinə məruz qalmış hissə. Burada sıxışdırılma adi su ilə aparılır. Proses davam etdikcə su buxarı ilə laya təsir etdikdə aşağıdakıları nəzərə almaq lazımdır.
- Layın yatma dərinliyi 1100 m qədər;
- Layın qalınlığı 10-40 m qədər;
- Məsaməlik 35%;
- Neftlədoyma 40-50%-dən çox olduqda daha yüksək səmərə əldə etmək mümkündür.
Bu üsulun tətbiqi işlənilmənin ilk illərində tətbiq olunursa, daha səmərəli olur, çünki bu dövrdə lay suyu az olur. Əgər layın gilliliyi 10% -dən çox olarsa, bu zaman təsir nəticəsində şişib prosesə əks təsir göstərə bilər. Laya buxarın vurulması nəticəsində neftvermə əmsalı 20% -ə qədər artır.

Mühazirə 13. Buxarın laya dövrlərlə vurulması (2s).
Prosesin mexanizimi: Buxar laya periodla istismar quyularının köməyi ilə vurulur. Sonra istismar quyusu müəyyən qədər baglı halda qalır. İstismar quyuları müəyyən müddətdən sonra işlənməyə buraxılır və özlülüyü azalmış neft və kondensə olunmuş buxar hasil edilir. Bu texnologiyanın tətbiqində məqsəd layı qızdırmaq, özlülüyü kiçiltmək, təzyiqi quyudibi zonada qaldırmaq, süzülməni yüksəltmək, quyulara neft axınını artırmaqdır. Laya vurulduqda buxar ilk növbədə yüksək məsaməli qatlara və məsamələrə daxil olur. Layda müəyyən müddət qaldıqdan sonra qızdırılmış zonada kapilyar qüvvələrin hesabına doyumlar aktiv sürətdə dəyişir. İşçi kondensat xırda və zəif keçirici məsamələrdə kiçik özlülüklü nefti yüksək məsaməli və keçirici qatlara sıxışdırıb yerlərini dəyişdiril, bu isə layın neftlə doymasınin dəyişməsinə səbəb olur. Buxarın dövrlərlə istismar quyulara vurulması nəticəsində layın neftlə doymasının dəyişilməsi bu üsulun fiziki əsasını təşkil edir.
Texnologiyası: Buxarın dövrlə laya vurulması texnologiyası aşağıdakılardan ibarətdir. Neft hasil edilərkən quyulara 2-3 həftə və ya 1 aya qədər layın 1m qalınlığına 30-100 t buxar vurulur. Vurulan buxarın həcmi lay neftinin özlülüyündən və layda olan neftin enerjisindən asılıdır. Neftin hərəkəti üçün lay neftinin enerjisinin yüksək olması və özlülüyün mülayim olması məsləhətdir. Quyuya buxar vurulduqdan sonra quyu bir neçə həftə bağlanmalıdır. Bu müddətdə məsaməli mühitdə neftin suyun paylanması tarazlaşır. Lay enerjisi kiçik olan hallarda quyunun bağlanma müddəti kiçik olmalıdır ki, buxarın enerjisindən səmərəli istifadə olunsun və hasilat çox olsun. Bundan sonra quyu rentabelli debitlə istismara buraxılır. 8-10 həftəyə qədər rentabelli işləyir.
Böyuk miqdarda istilik itkisinin qarşısını almaq məqsədi ilə üsulun tədbiqi üçün seçilmiş obyektlərin yatma dərinliyi 500-800 m az, qalınlığı və məsaməliyi uyğun olaraq 7-8 m və 25% artıq olması əlverişli hesab olunur.



Download 192,96 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   17




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish