Köpüklə təsir üsulu.
Laylara köpük vurulması onların su keçiriciliyini azaldır və neftin sıxışdırılma qabiliyyətini yaxşılaşdırır. Məsaməli mühitə köpük vurulmasının əsas nəticəsi layların su keçiriciliyini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir. Köpük maye halında emulsiyalı qazdan təşkil olunmalıdır. Köpüyün maye fazası su, turşu və yaxud karbohidrogenlərdən biri ola bilər, qaz fazası isə adətən azot olur və bəzi hallarda CO2 – dən də istifadə olunur. Üsulun tətbiqindən layın effektiv qalınlığı 20m, neftin özlülüyü 1-100 mPa·s, qeyribircinsli kollektorlarda, çatsız süxurlarda, kollektor süxurların keçiriciliyi 0,005mkm2, neftlədoyma 50%, lay temperaturu 900C-dan çox olduqda yüksək effekt alınır. Köpük vurulmasında layların yatım dərinliyinə görə məhdudiyyət yoxdur. Bundan əlavə üsul kiçik lay təzyiqinə malik və yüksək sulaşma ilə xarakterizə olunan yataqlarda da tətbiq oluna bilər. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 3–4% artırmaq mümkündür.
Mühazirə 7. Suvurmada dövrlərlə təsir üsulu (2013).
Məlum olduğu kimi neft yataqlarının, hətta əlverişli geoloji-fiziki şəraitində suvurmanın tətbiqi neftverimi 60-65% qədər artıra bilir. Lakin işlənilmə obyektlərinin geoloji qeyri-bircinslilik dərəcəsi artdıqca layın təsir ilə əhatəsi və son neftvermə kəskin aşağı düşür.
Yüksək qeyri-bircinsli laylarda vurulan su yüksək keçiricili qatları və zonaları yarıb hasilat quyularına daxil olur, nəticədə zəif keçiricili qatlar və zonalarda sıxışdırılmayan neft qalır. Eləcə də, vurulan su eynicinsli laylarda da neft layını yarıb quyulara daxil ola bilər. Buna səbəb isə neftin yüksək özlülüyüdür. Bu da onunla nəticələnir ki, suvurma dalğasının arxasında bəzən 35-50% sistemsiz halda qatlarda zonalarda neft qalır (sulaşmış yüksək keçirici və neftlədoymuş kiçik keçirici laylar).
Neftlə doymuş və işlənilmədə iştirak etməyən qatlara, zonalara, sahələrə əlavə su vurulması layın təsirlə əhatəsini genişlədərək neftvermə əmsalını artıra bilər, susuz neft hasilatını xeyli müddətə uzadılmasına səbəb ola bilər, nisbi suvurmanın həcmini azalda bilər.
Keçən əsrin 50-ci illərində M. Surquçov tərəfindən təklif edilib qeyribircinsli laylara uzanma istiqamətində dövrlərlə su vurub onun istiqaməti dəyişdirilib və beləliklə qeyribircinsli laylarda suvurmanın praktikada neftverməsi xeyli artırılıb.
Prosesin mexanizmi – dövrlə təsir üsulunda məqsəd maye axımının istiqamətini dəyişməklə məsaməliyin ölçülərinə görə və keçiriciliyinə görə qeyri-bircinsli laycıqlarda, zonalarda, sahələrdə bu səbəblərdən müxtəlif qaydada neftlə doymuş və hasil edib, ayrı–ayrı quyularla suvurulmasının köməyi ilə qeyri standart təzyiqlər yaradılsın. Buna nail olmaq üçün müəyyən qaydada vaxtaşırı olaraq suvurucu quyularda vurulan suyun həcmini dəyişməli və quyulardan alınan mayenin həcmini dəyişmək lazım olmuşdur. Beləliklə, laylarda müddətdən asılı olaraq dəyişən qeyri standart təsir nəticəsində onlarda yüksək və mənfi təzyiqlər dalğasının hərəkəti yaranır.
Kiçik keçiricili neftlədoymuş qatlar, zonalar və sahələr, laylarda sistemsiz yerləşib, kiçik pyezokeçiriciliyə malik olduğundan bunlardan təzyiq dalğasının yayılma sürəti də kiçik olur, yüksək keçiricikli və neflədoymuş laylarda zonalar və sahələrdə isə əksinə olur. Bu səbəbdən də neftlə doymuş və suvurulan zonalar arasında müxtəlif işarəli yüksək və aşağı təzyiqlər fərqi yaranır.
Layda təzyiq yüksələndə daha doğrusu vurulan suyun həcmi artırılanda və hasilatı azaldıqda müsbət təzyiqlər fərqi yaranır - suvurulan zonalarda təzyiq yüksək, neftlə doymuş hissədə isə təzyiq kiçik olur. Layda təzyiq aşağı düşəndə daha doğrusu vurulan suyun həcmi kiçiləndə və mayenin çıxarılması artdıqda mənfi təzyiqlər fərqi yaranır, neflə doymuş zonalarda təzyiq yüksək suvurulan zonalarda isə aşağı düşür. Müxtəlif işarəli təzyiqlər fərqinin yaranması nəticəsində qeyri müntəzəm surətdə doymuş layda mayenin eyni qaydada paylanması baş verir, nəticədə neftlə doymuş və suvurulan zonaların kontaktında kapilyar qeyribərabərliyi aradan qaldırılır. Neftin su ilə qeyri-bircinsli laylardan qeyri-müntəzəm sıxışdırılması nəticəsində doyumun sıçrayışla dəyişməsinə səbəb olur və kapilyar qüvvələrin müxtəlif doyumlu zonaların kontaktında qeyri tarazlıq vəziyyətini əmələ gətirir. Kapilyar qüvvələri özü özlüyündə laylarda doyumları tarazlaya bilər. Bunun üçün uzun müddət lazımdır. Lakin, müxtəlif doyumlu zonalar arasında müsbət və mənfi işarəli təzyiqlərin yaradılması kapilyar islanmanın tarazlanması müddətini sürətləndirir. Su sulaşma zonalarından kiçik məsamələrin köməyi ilə neftlə doymuş sahələrə daxil olur, lakin neftin neftlə doymuş zonalardan suvurulan zonalara axımı yüksək məsamələrlə həyata keçirilir. Müxtəlif işarəli təzyiqlər fərqi olmasa öz-özünə kapilyar islanma və maye axımı əmələ gəlməz, bunun səbəbi məsamələrin en kəsiyinin müxtəlif xassəli olmasıdır, nəticə etibari ilə bu səbəbdən neft fasilələrlə sıxışdırılır.
Laylara su vurulmasının dövrlə təsir nəticəsində əmələ gəlmiş müxtəlif təzyiqlər fərqi fasilələrlə sıxışdırılmanın qarşısını alır, doyumları tarazlaşdırır, qeyribircinsli laylarda suvurma əhatəsini artırır.
Müəyyən olunmuşdur ki, dövrlərlə təsir üsulu layların son neftvermə əmsalını 3-5% artırmağa imkan verir.
Do'stlaringiz bilan baham: |