Mühazirə Giriş. Fənnin məqsədi və mahiyyəti (2s)


Mühazirə 16. Layların neftverimini artıran üsulların səmərəliliyi (2s)



Download 192,96 Kb.
bet17/17
Sana03.03.2023
Hajmi192,96 Kb.
#916028
TuriMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Bog'liq
Neft qaz yataqlarının işlənilməsinn yeni üsulları

Mühazirə 16. Layların neftverimini artıran üsulların səmərəliliyi (2s).

Layların neftverimini artıran üsulların effektli tətbiqinin vacib şərti üsul üçün obyektin düzgün seçilməsi yaxud, əksinə obyekt üçün üsulun seçilməsidir.


Üsulların tətbiq meyarları layın və flüidlərin əlverişli xassələrinin diapazonunu müəyyən edir.Yəni o xassələr ki, onlar üsulun effektli tətbiqi yaxud işlənilmənin ən yaxşı texniki-iqtisadi göstəricilərinin əldə olunmasına imkan yaradır. Bu meyarlar üsulun tətbiqinin texniki-iqtisadi göstəricilərinin təhlili əsasında, onun müxtəlif geoloji-fiziki şəraitlərdə tətbiq təcrübəsinin ümumiləşdirilməsi əsasında və eləcə də geniş nəzəri və laboratoriya tədqiqatlarının istifadəsi əsasında müəyyən edilmişdir
Layların neftverimini artıran müxtəlif üsulların öyrənilməsi göstərir ki, onların effektliyi üç əsas qrup amillər ilə müəyyən olunur: geoloji-fiziki, texnoloji, texniki.
Geoloji-fiziki qrupa aid olan amillər işlənilmə müddətində (layların neftlədoyması istisna olmaqla) dəyişməz qalır və müxtəlif LNA üsullarının tətbiqinin seçilməsi və effektliyini şərtləndirir.
Hər hansı bir üsulun daha effektiv tətbiqi elə geoloji-fiziki şəraitlərdə həyata keçirilə bilər ki, o şərait o üsul üçün ən yaxşı surətdə ona uyğun gəlir. Bu optimal şəraitlərin müəyyən edilməsi üçün yatağın geoloji-fiziki amillərin müfəssəl öyrənilməsi, oxşar üsulların müxtəlif geoloji-fiziki şəraitlərdə tətbiqinin təhlili və təcrübənin ümumiləşdirilməsi lazımdır.
Texnoloji və texniki amillər qruplarını geoloji-fiziki amillərdən asılı olaraq tənzimləmək mümkündür. Burada yeni üsulun seçilməsinin vacib amillərindən biri kimyəvi və fiziki-kimyəvi reagentlərin xammalı ilə təchiz olunması və eləcə də sıxışdıran agentlərin, onların istehlak yerlərinə (ünvanlarına) nəqli problemidir. Buna görə neft yataqlarının xammal və enerji resurslarının, sıxışdıran agentlərin lay daxilində istehsalı məqsədilə istifadəsi barədə məsələ ciddi olaraq ortaya çıxır. Yəni sıxışdıran agentlərin laydaxili istehsalı üsullarının geotexnologiyanın inkişafı ilə yaradılması.
Neftvermənin artırılması prosesinin uğurlu olmasının universal texniki meyarı kimi əlavə hasil edilmiş neftin miqdarı hesab olunur.
Təsəvvür edin bir yatağı, kollektoru yaxud quyunu, harada neftin debiti A-dan B-yə qədər azalır. Debit B-ya bərabər olan zaman neftvermənin artırılması layihəsini həyata keçirməyə başlayırlar. Proses uğurlu getsə debit B nöqtəsindən sonra düşmə proyeksiyasında kəskin meyl kimi təsvir olunacaq. Əlavə neft – faktiki hasil olunan neftin miqdarı ilə,(B-D), və neftverməni artıran prosesi həyata keçirilmədiyi halda alına bilən miqdar arasında,(B-C), fərqi göstərir. Şəkildə bu ştrixlənmiş sahədir. Şəkildə nə qədər sadə görünsə də, təcrübədə neftvermənin artımını müəyyən etmək bir o qədər də çətindir. Bunun üçün bir neçə səbəb var:

  1. neftvermənin artırılması prosesinə qoşulan quyulardan və bu proses ilə əlaqəsi olmayan quyulardan birgə hasilat. Bu kimi hasilat LNA prosesinin hesabina hasil olunmuş neftin miqdarını çətinləşdirir. Burada qarışma baş verir. Halbuki adətən həmişə belə olur. Neftvermənin artırılması layihəsi yataqda mərhələlərlə həyata keçirilir, və həmin yataqda hasilatın başqa növü yerinə yetirilir.

  2. digər mənbələrdən axan neft. Adətən quyularda əhəmiyyətli təmizləmə yaxud digət yaxşılaşdırmalar aparılır. Bu kimi emal nəticəsində alınmış nefti neftverməni artıran üsulun hesabına alınmış neftdən ayırmaq elə də asan deyil.

  3. hipotetik düşgünün qeyri dəqiq qiymətləndirməsi. B-dan C-ya qədər əyri çox dəqiq qiymətləndirilməlidir. Lakin, indiyə qədər belə olmadığından bu dəqiqliyin müəyyən edilməsinin üsulu da mövcud deyil.

Neftvermə əmsalının artırıilmasının yeni üsullarının tətbiq təcrübəsi aşağıdakıları söyləməyə əsas verir:

  1. yeni üsulları tətbiq edərkən quyu şəbəkələri, adi üsullar ilə işlənilməyə nisbətən, daha sıx olmalıdır;

  2. yeni üsullara keçərkən işlənilmə sistemlərinin qismən, bəzən hətta xeyli dəyişilməsi, əlavə hasilat, vurucu və müşahidə quyuların qazılması və mədən təsərrüfatının yenidən təchiz edilməsi tələb olunur;

  3. üsulların effektliyinin təyin edilməsi üçün laboratoriya sınaqlarının məlumatlarına bütövlükdə arxalanmaq olmaz. Real layda proseslər daha da mürəkkəb şəraitdə cərəyan edir. Bunu modelləşdirmək mümkün olmur

(məs.: qeyribircinslilik, zaman, uzunluq və həcmlər );
4. tətbiq olunan proses, yalnız layın müfəssəl kompleks tədqiqatların (geoloji, geofiziki, petroqrafik, hidrodinamiki, termodinamiki) və layı doyduran flüidlərin fiziki-kimyəvi tədqiqatlarının yerinə yetirilməsindən sonra effektli ola bilər;
5. yeni üsullardan istifadə edərkən, layın işlənilməsinin adi şəraitlərinə nisbətən, daha səriştəli personalın iştirakı tələb olunur.

Download 192,96 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   17




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish