Mühazirə 14. Laylara isti su ilə təsir üsulu (2013).
Termik üsullardan biri laylara isti suyun vurulmasıdır. Onun effektliyi təsir olunan obyektin düzgün seçilməsindən asılıdır. İstilik daşıyıcılarını laya vurmaqdan ötrü yataqların seçilməsi aşağıdakı tələblərə cavab verməlidir.
İstilik daşıyıcıları ilə neftin sıxışdırılmasını 700-1000 m dərinliklərə qədər yatan laylarda həyata keçirilməsi üstün tutulur. Neftin isə yüksək termodinamiki xassələrə malik su ilə sıxışdırılması üçün layın böyük dərinlikdə yatması vacibdir
(1800-2000 m və çox).
Müəyyən fiziki-geoloji şəraitlərdə, xüsusilə layların yatım dərinliklərinin və istilik daşıyıcıların vurma təzyiqlərinin artması ilə, yüksək temperaturlu suyun laya vurulması texnoloji və iqtisadi cəhətdən məqsədəuyğundur. Lakin suyu qaynama temperaturuna çatdırmaq lazım deyil, çünki yüksək təzyiqlər olduqda (məsələn, 25 MPa) büxarın, isti suyun yaxud buxar-su qarışığının entalpiyaları praktiki olaraq fərqlənmir.
Yüksəktemperaturlu isti suyun vurulmasından alınan yüksək effekt müxtəlif geoloji-fiziki şəraitlərdə sübut olunmuşdur: məs.,Kenkiyak yatağı (Qazaxıstan), Qremixinskoye (Udmurtiya) və b.
Qeyd etmək lazımdır ki, avadanlığın modifikasiyasının kiçik dəyişilməsi vasitəsilə adi suvurmadan istilik ilə təsir prosesinə, yəni laya vurulan suyun qızdırılmasına, keçmək olar.
İstilik üsullarla sıxışdırma effekti yüksək özlülüklü və ağır neftlərdə daha çox müşahidə olunur. Neftin özlülüyü nə qədər çox olsa, temperaturun artması zamanı onun hərəkətetmə qabiliyyəti də daha effektli olur. Neftin həlledici isti su ilə sıxışdırılma prosesi nisbətən kiçik özlülüklü (bir neçə mПаs) neftlərdə daha effektli olur.
Məhsuldar layın effektiv qalınlığı istiliyin tavan və daban hissələrdən itməsinə təsir göstərir: qalınlıq nə qədər az olsa, istilik itkilərinin xüsusi sahəsi böyük olur, və istilik itkisinin nisbi kəmiyyəti də yüksək olur. Təcrübə göstərir ki, istilik daşıyıcıların tətbiqi üçün layların qalınlığı 12-15 m-dən aşağı olmamalıdır.
Yaxşı olar ki, məhsuldar laylar kəsiliş üzrə və sahə boyu nisbətən bircinsli olsun. Çünki birinci halda yüksək qeyribircinslilik (bölünmə) istiliyin istifadəsinin effektliyinə, ikinci halda isə - sahə boyu əhatə olunmaya təsir edir. Lakin dünya təcrübəsində qeyribircinsli laylarda da istilik ilə təsirin kifayət qədər yüksək effektlilik halları məlum olmuşdur.
Bu çox vacibdir ki, məhsuldar layın daban və tavanı gilli təbəqələrlə təcrid olunsun ki, bu da işçi agentin digər keçirici lay və horizontlara daxil olma mümkünlüyünün qarşısını alır. Su-neft və qazaltı zonalarda istilik ilə təsir prosesinin effektliyi aşağı olur.
Layda iri tektonik pozulmalar olmamalıdır, çünki onların vasitəsilə vurulan agent çıxıb gedə bilər.
Sıxışdırma prosesinin effektli alınması üçün istilik daşıyıcısının böyük miqdarda sərf olunması tələb olunur. Isti suyun vurulması layihələrini həyata keçirilməsi üçün bu kimi sərfləri təmin etməkdən ötrü keçiricilik 0,25- 2,0 mkm2 arasında olmalıdır.
Nefti özündə həll edən suyun vurulması qarışdırıcı sıxışdırmaya yaxın olan sıxışdırılma prosesinin layda yaradılmasını nəzərdə tutur. Bu proses yalnız yüksək termodinamiki parametrlər( təzyiq 18,0-20,0 MPa və çox, temperatur 250-2700C) olduqda, yəni neft və su qarışığı böhran vəziyyətində olduqda, realizə oluna bilər. Bunlar, üsulun tətbiq olunma meyarlarının, buxarın vurulmasından yaxud yanmadan fərqli spesifikasını şərtləndirir.
Neft tərkibli layın yatma dərinliyi 1800-2000 və çox olmalıdır. Bu da işlənən layda istənilən təzyiqin yaradılması zəruriyyəti ilə izah olunur.
Do'stlaringiz bilan baham: |