Mühazirə 11 Lay daxili yanma üsulları. (4 saat).
Karbohidrogenlərin oksigenlə ekzotermik reaksiyaya girmək qabiliyyətinə malik olduğundan istifadə edib neft layında istilik almaq olur. Üsul əsas ondan ibarətdir ki, məsamələrdəki neftin bir hissəsi yanaraq onun yanmayan fraksiyasını hərəkətə gətirir. Xüsusi avadanlığın köməyi ilə yandırılma aparılır. Bundan sonra müntəzəm surətdə müstəgil rejimdə quyuya hava vurmaqla əmələ gəlmiş yanmanın davam etməsi və yaranmış dalğanın lay üzrə hərəkət edilməsi təmin olunur. Əmələ gəlmiş dalğaların temperaturu su buxarının doyma temperaturundan yüksək olub 400-600 dərəcə arasında dəyişir. Lay daxilində yanma əsasən ağır neftli laylarda aparılır. Əksər hallarda neft bir quyudan digərinə sıxışdırılır.
Lay daxilində yanmanın 2 növü mövcuddur:
Düz istiqamətdə;
Əks istiqamətdə.
Düz istiqamətində yanma prosesində layın yanması və oksidləşdiricinin verilişi eyni quyu vasitəsi ilə həyata keçirilir. Oksidləşdiricinin axını və yanma dalğası eyni istiqamətdə hərəkət edir, yəni yandırıcı vurucu quyudan neft hasil edən quyuya tərəf.
Əks istiqamətində yanma variantında lay yandırılır və oksidləşdiricilər müxtəlif quyularla layın neftlə doymuş hissəsinə vurulur. Yandırıcı quyuda yanma başlanan kimi oksidləşdirici vurucu quyuların vasitəsi ilə layın neftlə doymuş və qızdırılmayan hissəsinə yanma dalğasına qarşı hərəkət edir. Prosesin məhsulları (qaz, buxar, neft) yanmış zonadan yandırıcı quyuya hərəkət edir və yer səthinə çıxarılır. Yandırıcı quyu artıq hasilat quyusuna çevrilir. Temperatur istiverici dalğa kimi yayılır, havanın axma istiqamətində dalğanın qarşısında kəskin formada düşür. Yanma zonasının temperaturu 4000C və daha çox dərəcəyə qədər yüksələ bilər. Bu temperaturda maye tamamilə qarışır. Neftin ağır fraksiyaları ağır qalıq koks şəklində süxur dənələrinin üstünə çökür. Neftin bu hissəsi yanacaq kimi sərf olunur. Yanma dalğasının qarşısında buxar zonası yaranır. Bu zonada temperatur 204 dən 90 dərəcəyə düşür. Buxar zonasının qarşısında neft və buxar kondensə olur, və nəticədə isti su və yüngül karbohidrogenlərin köbəsi əmələ gəlir. Isti su və yüngül karbohidrogenlərin səddənin (dalğasının) qarşısında neft səddi (dalğası) əmələ gəlir. Dalğanın temperaturu ilk lay temperaturuna bərabər olur.
Yanmış zona;
Yanma dalğası;
Buxar zonası;
Isti su və yüngül karbohidrogenlər zonası;
Neft zonası.
Yanma dalğasının hərəkəti zamanı əmələ gələn istilik ötürülməsi, buxar və isti su zonasında neftin sıxışdırılması prosesində temperaturun rolu nəticəsində isti su və buxar ayrılır. Yüngül karbohidrogenlər zonasında sıxışdırma qarışdırılmış maye ilə, istiliyə məruz qalmış zonada isə sıxışdırma lay temperaturunda qazın köməyi ilə gedir.
Beləliklə, neftin lay daxilində yanma prosesində sıxışdırma prosesidə neft hasilatını intensivləşdirməkdən ötrü neftli laya təsir üsullarınınbir çoxu iştirak edir.
Yanma dalğasının hərəkəti zamanı temperatur istilik ötürülmə və neftin sıxışdırılma mexanizmini müəyyən edir. Buxar və isti su zonalarında neftin buxarla və isti su ilə sıxışdırılma mexanizmi üstünlük təşkil edir. Yüngül krbohidrogenlər zonasında - qarışan mayelərin vasitəsilə neftin sıxışdırma mexanizmi; istilik təsiri ilə əhatə olunmayan zonada isə - neftin lay temperaturunda qazlar ilə sıxışdırılma mexanizmi.
Laydaxili yanma ilə layın işənilməsi neftin su ilə sıxışdırılmadan daha effektlidir. Xüsusən ağır neftləri olan yataqlarda LDY üsulunu istifadə etmək məqsədəuyğundur. LDY əks istiqamətli variantı neftverməni 50% qədər artırırsa, düz istiqamətli variantla layın işlənilməsi 70% qədər v daha çox ola bilər.
Bu üsul 1500 m dərinlikdə yerləşən yataqlarda tətbiqi tövsiyə olunur. Layın yatım dərinliyi nə qədər az olsa, bir o qədər də oksidləşdiricinin laya vurulması ilə əsas xərclər az olacaq.
Məhsuldar layların qalınlıqları 3-25 m, keçiricilik isə 0,1 mkm2 çox olduqda ən əlverişlidir.
LDY ilə yatağı işlənilmə ərəfəsində qalıq neftlədoyumluluq 50-60%-dən aşağı ilk sulaşma isə 40% çox olmamalıdır. Neftin özlülüyü və sıxlığı kifayət qədər geniş hüdudlarda dəyişə bilər: özlülük 5 mPa∙s aşağı, sıxlıq 820 kq/m3 aşağı olmamalıdır. Layın məsaməliyi 12-43% və çox olduqda laydaxili yanma ilə işlənilməni həyata keçirmək olar. Layın məsaməliyi yanma dalğasının hərəkətetmə sürətinə və oksidləşdirici üçün tələb olunan təzyiqi əhəmiyyətli təsir edir.
Lay daxilində yanma prosesində neft üzrə maddi balans forması belədir.
Qn = Qp.n.ç.n+Qs.o.n+Qq.ə..s.o.n.
Qn - proses başlanana qədər laydakı neft;
Qp.n.ç.n – proses nəticəsində çıxan neft;
Qs.o.n - prosesin getməsinə sərf olunan neft;
Qq.ə..s.o.n. – prosesdə iştira edən karbohidrogen qazının əmələ gəlməsinə sərf olunan neftin miqdarı.
Do'stlaringiz bilan baham: |