Müəllimin peşəkar bacarıqları təlim prosesində şagirdlərin öyrənmə fəaliyyətini stimullaşdıran amil kimi


Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi



Download 43,98 Kb.
bet4/7
Sana10.07.2022
Hajmi43,98 Kb.
#771215
1   2   3   4   5   6   7
Bog'liq
Neyjen ADU

1.3. Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.


Peşəkarlıq bir işi diqqətlə və düzgün, ən az səhvlə başa çatdırmaq kimi müəyyən edilə bilər. Üzərinə düşən məsuliyyəti və vəzifələri yerinə yetirmək üçün müəyyən bir təlim nəticəsində əldə edilən bilik və təcrübə ilə ən az səhv etməyi qarşısına məqsəd qoyaraq, mükəmməllikçi bir rəftarla müəyyən prinsiplər əsasında həyata keçirilən hərəkətin göstəricisi peşəkarlıqdır. Bu baxımdan öz sahələrində təhsil almış müəllimlər tərəfindən həyata keçirilən bütün xidmətlər peşəkarlıq anlayışına daxildir. Eyni zamanda öz peşəsini yaxşı bilən, ən səliqəli və minimum səhvlərlə görən və bunu öz mühitinə sübut edə bilən müəllimləri peşəkar adlandırmaq olar [15].
Pedaqoq Evansa (1999) görə müəllim peşəkarlığı peşə təcrübəsinə təsir edən intellektual, davranışa əsaslanan fərdi mövqedir. Peşəkarlığın peşəkar həyata təsir edən ən mühüm əsas amillərdən biri olduğu pedaqoq Demirçioğlu tərəfindən düşünülür. Təhsil ocaqlarımızda əsas məqsədimiz şagirdin uğuru olduğundan məktəblərimiz bu mənada müxtəlif təzyiqlərlə üzləşib. Bu mənada həmişə tətbiq edilən islahatların mərkəzində müəllimlər dayanır və peşəkarlıq səviyyəsinin artırılması tələbi yeni sistemlə dəyişir. Müəllimin peşəkarlığı öz sahəsindəki inkişaflardan xəbərdar olmaq və yeni inkişafları izləyərək təcrübələr etmək bacarığıdır. Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin əsas göstəriciləri aşağıdakı kimi qeyd edilmişdir [14]:

  • Vaxtdan səmərəli istifadə edir, dərslərə vaxtında başlayıb bitirir.

  • Digər müəllimlərlə bilik və bacarıqlarını bölüşərək öz üzərində işləyir.

  • Şagirdin problemlərini, fizioloji, emosional və sosial xüsusiyyətlərini bilir və ona uyğun hərəkət edir.

  • Şagirdlərin problem həll etmə, sistemli və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməyə çalışır.

  • Bir müəllim kimi öyrəndiyi hər bir şeyi praktikada tətbiq edə bilən fərdlər yetişdirməyə çalışır.

  • Şagirdləri ali təhsilə, cəmiyyətə və həyata hazırlamağa çalışır.

  • Tədris və öyrənmə sahəsində ən son yenilikləri izləyir və onları sinifdə tətbiq etməyə çalışır.

  • Etibarlı ölçmə üsullarından istifadə etməklə şagird nailiyyətlərini obyektiv qiymətləndirir.

  • Şagirdlərə təhsilin təməlini və öyrənmə metodlarını dolğun bir şəkildə izah edə bilir.

  • Tədris müddətində ən müasir metod və sistemlərdən istifadə edərək dərs keyfiyyətini artırır.

  • Tədris prosesinin planlaşdırılmasını sinifdəki şagirdlərin bilik və bacarıqlarına əsasən yerinə yetirə bilir.

  • Fənnin əsas mövzusunu itirmədən, xüsusən də şagird qrupunu və tədris olunacaq mövzuları nəzərə alaraq, müxtəlif üsullarla izah etməyi bacarır.

  • Tədris zamanı şagirdlərə qrup şəklində işləməyi mənimsədə bilir.

  • Şagirdlərin problemlərini adekvat şəkildə həll edə bilir.

Yuxarıda qeyd olunan bu məsələlər müəllimin peşəkarlığını qiymətləndirmək üçün əsas strukturlardır. Həmçinin tədris zamanı müəllimlərin icra elədiyi bəzi funksional rollar var ki, onlar da peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində əhəmiyyətlidir. Bu funksional rol cəmiyyətdə müəyyən statusa malik olan fərddən gözlənilən davranışlar toplusu kimi müəyyən edilir. Müəllimin məktəb daxilində müxtəlif rolları var. Bu rolların icrası müəllimin peşəkar səriştəsinə, şəxsiyyət xüsusiyyətlərinə və sinifdəki şagirdlərin vəziyyətinə görə fərqlənə bilər. Yaxşı müəllimdən bu rolları səmərəli şəkildə yerinə yetirməsi gözlənilir. Rolu yaxşı icra etmək tələblərə və sinfin səviyyəsinə uyğun olaraq yerinə yetirməklə mümkündür. Müəllimə aid edilən rollar qarşılaşılan problemlərə, mədəniyyətlərə, cəmiyyətlərə, zamana, şəraitə və şagirdə görə dəyişə bilsə də, müəllimlik peşəsi ilə bağlı resurslarda müəllimə aid edilən bəzi rollar qısaca aşağıdakı şəkildə izah edilir [12]:

  • Nümayəndəlik: Təmsiletmə funksiyası müəllimin ən mühüm xarici funksiyasıdır. Nümayəndəlik funksiyası müəllimin xaricə açılmasını, öz məktəbini mühit şəraitinə uyğun idarə etməsini, onun xarici əlaqələrinin müntəzəm, səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Müəllim üzv olduğu müəllim qrupunu və cəmiyyətini təmsil edən şəxsdir. Davranışları, hərəkətləri, geyimləri ilə həm özünü bir şəxsiyyət, həm də müəllim kimi peşəsini təmsil edir. Müəllim öz müsbət və xüsusilə mənfi hərəkətlərinə görə həm özü, həm də cəmiyyət üçün məsuliyyət daşıyır.

  • Liderlik: Müəllim həm olduğu müəllim qrupunda, həm də birlikdə olduğu şagird qrupunda liderlik rolunu öz üzərinə götürməlidir. Bu rəhbərlik bəzən ənənəvi ola bilər, lakin əksər hallarda demokratik ola bilər. Müəllim həm də lider kimi xidmət etdiyi sinfi, məktəbi, ətraf mühiti və cəmiyyəti istiqamətləndirmək və işıqlandırmaqdan hökmlüdür.

  • Hakimlik: Müəllim məktəb və sinif mühitində təhsillə bağlı bəzi məlum qaydaların icraçısıdır. Hamımızın çox yaxşı xatırladığımız və ən azı bir neçə dəfə yaşamış ola biləcəyimiz kimi, dostlarımızla, digər müəllimlərimizlə və ya məktəb rəhbərliyi ilə problemimiz olanda bizə ən yaxın olan sinif rəhbərimizdir. Başqa sözlə desək, müəllimimiz bizi düşmüş olduğumuz çətin vəziyyətdən xilas etmək üçün istiqamətləndirir, qarşılaşdığımız problemdə arbitr kimi çıxış edir. O, vəziyyətdən asılı olaraq təkcə məktəbdə deyil, cəmiyyətdə də hakim rolunu öz üzərinə götürə bilir. Müəllim müxtəlif vəziyyətlərdə haqqı haqsızdan, yaxşını pisdən, günahkarı günahsızdan ayırmalıdır.

  • Təlimçi: Müəllim öz ixtisası ilə bağlı məlumatları çatdıran şəxsdir. Sinifdəki bütün şagirdlərin eyni səviyyədə öyrənə bilməyəcəyini bildiyi üçün hər bir şagirdin ən təsirli şəkildə mövzu mənimsəyə biləcəyi üsulları müəyyənləşdirir. Daha sonra buna uyğun olaraq plan və proqramlar qurur. Bununla belə, ünsiyyətdə olduğu şagirdlərin valideynləri ilə, digər müəllimlərlə münasibətlərində həmişə müəllim və yayıcı mövqeyini qoruyub saxlayır.

Müəllimlərin tədris bacarıqlarını, ixtisaslarını və şagird nailiyyətlərini araşdıran tədqiqatlarda müəllimlərin effektivliyi və peşəkar təcrübəsi ilə şagird nailiyyəti arasında əlaqə olduğu təyin edilmişdir. Lakin bu əlaqə həmişə xətti olmur. Bu tədqiqatların bəzilərində, xüsusən də peşəkar təcrübədən asılı olaraq, müəllimlərin müəllimlik keyfiyyətləri az təcrübəli müəllimlərlə müqayisədə şagirdlərin uğuruna daha müsbət təsir göstərir. Mövzu ilə bağlı digər araşdırmalarda isə iyirmi birinci əsrdə müəllimlərin səriştə və ixtisaslarında əhəmiyyətli dəyişikliklərin olduğu və buna uyğun olaraq peşənin peşəkarlaşma baxımından böyük bir yol keçdiyi bildirilir. Bunun səbəbi sosial həyatın dəyişməsi və məlumatın yayılma sürətidir [6].
Bu gün informasiya daim inkişaf etdiyindən və dəyişdiyindən, əslində müəllimin peşəkarlığı proqramın gözləntilərindən çox, yaşadığımız informasiya əsrinin tələbi əsasında formalaşır. Bu peşəkarlığı əldə etmək üçün müəllimlər elmi araşdırmaları izləməklə yanaşı, tənqidi düşünmə və tədqiqat-sorğu bacarıqlarına malik olmalıdırlar. Peşədə olduğu illər ərzində eyni məlumatlarla işini görməyə çalışan, heç bir dəyişiklik etməyən, özünü fərqli sahələrdə təkmilləşdirməyən müəllimin şagirdlərinə faydalı olma şansı çox aşağıdır. Bununla belə, müəllimin həm şəxsi, həm də peşəkar şəkildə içində olduğu dövrün şərtlərinə uyğun olaraq özünü inkişaf etdirməsi vacibdir [11].


Download 43,98 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish