Дядя Горгудун мязар йери щаггында


“Kitabi Dədə Qorqud”un sujetləri haqqında ilk dəfə bilgi verən, “Kənz əd-dürər və cami əl-qürər” əsərini Azərbaycanda ilk araşdırmaya cəlb edən alim



Download 6,67 Mb.
bet96/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   92   93   94   95   96   97   98   99   ...   289
“Kitabi Dədə Qorqud”un sujetləri haqqında ilk dəfə bilgi verən, “Kənz əd-dürər və cami əl-qürər” əsərini Azərbaycanda ilk araşdırmaya cəlb edən alim

“Kitabi Dədə Qorqud”un sujetləri haqqında ilk və olduqca dəyərli bilgi verən qaynaq 13-14-cü yüzillərdə Misir Məmluklarının saray məmurlarından Əbu Bəkir Abdullah ibn Aybək Dəvadərinin “Kənz əd-dürər və cami əl-qürər”(Dürlər xəsinəsi və seçilmişlərin toplusu) əsəridir (Abid Ə., 2007: 28). Azərbaycan qorqudşünaslarından bu əsəri ilk araşdırmaya çəlb edən və haqqında mətbuatda geniş bilgi verən Əmin Abiddir. Onun oxuyub bəzi hissələrini tərcümə etdiyi nüsxə İstanbulda İbrahim Paşa kitabxanasının əlyazmaları arasında 913 nömrə ilə katoloqa salınmışdır.
Əmin Abid bu kitaba istinad edən araşdırıcılar haqqında yazır: “Bu kitab haqqında ilk yazı yazan misirli Əhməd Zəki Paşa adlı biri­sidir. Məqaləsi “Aphule Acatiqne”dədir. Türkcə mətbuatda ilk əks etdi­rən İstanbul müəlliflərindən M.Cövdətdir. “Yeni məcmuə”nin yeganə nüsxəsi 1334 və “Dərgah” məcmuəsinin 1338-ci saylarındadır. Bundan sonra Köprülüzadə də bu əsərdən istifadə etmişdir (“Türk ədəbiyya­tında ilk mütəsəffifələr”, səh.279-281). Gənc mütəxəssislərdən Hüseyin Naminin “Yeni məcmuə”nin son nüsxələrində ilk məqaləsi bu xüsusa həsr olunmuşdur” (Abid Ə., 2007:28).
Əmin Abid istər “Kitabi Dədə Qorqud” haqqında nəşr etdirdiyi məqalələrində, istərsə də indi­yə­dək işıq üzü görməmiş “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərində bu mövzuya geniş yer ayırmışdır. Onun “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ndəki “Xalq ədəbiy­yatı-çadır ədəbiyyatı” bölməsi “Kənz əd-dürər və cami əl-qürər” əsəri­nə və əsərin müəllifinə həsr edilib. “Oğuznamə” yarım­başlığı altındakı 10 səhifəlik araşdırmasında da, ondan sonra da Oğuz xanın haqqında bilgi verən qaynaqlardan, Oğuz xanın kimliyindən söz açıb.
“Oğuznamə” yarımbaşlığı “Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsirəddin Məhəmməd bin Qlavunın (cilusi 1075- vəfatı 1123) adam­larından Əbu Bəkr Abdullah bin Aybək əd-Dəvadaridir. Bu adam XIII əsrə qədər keçən vaxtlar haqqında yazdığı tarixində “Oğuznamə”ni belə açıqlayır: “Başqa türklərin “Oğuznəma” (“Oğuznamə”) adında bir ki­ta­bı vardır. Bu kitab onların arasında məşhurdur. Onların əhvalları ilə mən­şələri və ilk hakimləri haqqında məlumatı ehtiva edər. Onların bö­yükləri Oğuz denilən bir adamdır” (AMDƏİA, fond 130, siyahı 1, səh. 138-139) cümlələri ilə başlayır.
Dəvadari haqqında bilgi verdikdən sonra Əmin Abid yazır ki, tarixçi “Oğuznamə”nin türkcəsini görməmişdir. O, ərəbcəyə tərcümə edilmiş bir nüsxədən istifadə etmişdir. Bu nüsxə də 793 tarixində (hicri 211) tərcümə olunmuşdur”.
Araşdırıcı Əli ibn Hilal əl-Əbvab adlı xəttatın şagirdinin köçür­dü­yü əsərin neçənci ildə, kimlər tərə­findən oxunduğuna diqqət yetirir: “Atam (Dəvadaridən söz gedir-Ə.Ş.) hicri 809 (miladi 1291) tarixində idarə mərkəzi Bilbays-Belbis (Qahirə civarındadır) olan şərq vilayətinin valisi idi. Tatarlar haqqında bir neçə alimlə yapdığım münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl-Həməvi bana bir kitab göstərdi: bu kitabın yeganə bir nüsxə olduğunu onun Əminbədrəddin Baysəri tərəfindən özünə verildigini əlavə eylədi... Yoldaşlarım Mənsur əl-Ab­bas, Əminəddin əl-Həməvi və Belicin şairi Cəma­ləddin ibn Zeytun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildigimiz parçaları bən kopiyə etdim. Bir ta­kım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrail bin Bəxtiniz” (vəfatı 895) adında bir doktor olduğu öz dilindən yazılmışdı. Bu kitabın əvvəlcə türk dilindən əcəm­cəyə tərcümə etildigini və sonradan özünün hicri 211 tarixində əcəm­cədən ərəbcəyə tərcümə etdigini qeyd etmişdi. Bu əsər Əbu Müslüm Xorasaninin (vəfatı 719) xəzinəsinə aid şeylərdəndir. Əbu Müs­li­min özü də Buxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyliyormuş” (AMDƏİA, fond 130, siyahı 1, səh. 140-142).
Onun zamanına qədər əsərin bir neçə parçasının gəldiyini yazan Dəvadari Harun əl-Rəşidin (730-775) həkimi olmuş və bir neçə əsər müəllifi Cəbrail bin Bəxtişiyə istinadən “Oğuznamə”nin 793-cü ildə farscadan ərəbcəyə çevrildiyini söyləyir. Əmin Abidə görə əsər türkcədən farscaya, farscadan da ərəbcəyə çevrilib. Onun fikrincə, itib-batmış “Oğuznamə” V-VI əsrlərdə yazıya alınmışdır. Əmin Abid Davadarinin kitabında oğuz türklərinin yaradılışından, ən əski dövrdəki yaşamlarından, ilk hökm­dar­la­rından bəhs edən bir çox hekayə olduğunu göstərir və yazır ki, “Dəvadarinin gördüyü “Oğuznamə”nin içində “Türklərin and üsulu”, “Altun Xan”, “Arslan hekayəsi”, “Ulu Ay Anacı”, “Ulu Ay Atacı”, “Ulu Qara dağ”, “Uşaq” hekayəsi, “Qartal” heka­yəsi və sairə kimi mənqəbələr vardır. Bunlardan başqa, kitabda onların (yəni oğuzların) “Dəpagöz” (“Təpəgöz”) dedikləri bir adamın sərgüzəşti var. Təpəgöz, onların məmləkətlərini yıxıb dağıtmış və böyüklərini öldürmüşdür.
Oğuzların köhnə etiqadlarınə görə, “Təpəgöz” əcaib bir adam imiş, təpəsində tək bir gözü varmış. Ona nə qılınc, nə də nizə işlə­məz­miş. Anası Böyük dənizin cinlərindən imiş. Atası də qocaman bir adam­­mış; o qədər ki, başına on üç qoyun dərisindən bir papaq geyə­rmiş. Bunun kimi bir çox heka­yə­ləri vardır ki, bizim zəmanımıza qədər oğuzlar arasında yaşamışdır. Bu hekayələri bilikli adamlar qopuz çalaraq əzbərdən nəql edərlər. Nəhayət Təpəgözü türklərin içində yetişən Ərəs (Uruz) oğlu Bə­sat adında bir qəhrəman öldürmüşdür: Bir qız varmış. Onu yenən (basan) adama gedəcəyini elan etmiş imiş. Kimsə də onu yenəməmişdi. Ərəs oğlu Basat qızı yendi və qızla bərabər atası Ərəsin yanına gəldi; atasına qızı yendiyini xəbər verdi. Atası də cavab olaraq: “Mən öylə sandım ki, Təpəgözü öldür­müş­sən!” – dedi. Basat bu sözün üzərinə haman getdi və Təpəgözü əqlin qəbul etməyəcəyi xürafi bir şə­kildə öldürdü (AMDƏİA, fond 130, siyahı 1, səh. 143-145).
Əmin Abid bundan sonra Dəvadarinin kitabından aldığı par­çaları “Kitabi Dədə Qorqud”un üç boyundakı sujetlə müqayisə edir. Sonda belə bir nəticəyə gəlir: “Bu gün məlum olan “Kitabi-Dədə Qorqud əla-lisan taifeyi-Oğuzan”ın məşhur “Oğuznamə”nin bir parçası olduğu qəti surətdə anlaşıl­mış­dır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın “Oğuznamə”yə bağlı olduğunu göstərir. Kitabda bulunan on iki əfsanədən altısının sonunda o hekayəyə “Oğuznamə” deyildigini göstərən söz­lər vardır” (AMDƏİA, fond 130, siyahı 1, səh. 146).
Əmin Abidin əlində “Oğuznamə” adlı bir kitab olmasa da, o, qaynaqlara dayanaraq belə bir əzə­mətli əsərin olduğunu isbatlamağa çalışmaqla yanaşı, kitabın içərisindəki mövzular haqqında da fikir söyləyir. O, yazır: “...vəsiqələrdən də anlaşıldığı vəchlə “Oğuznamə” adı altında bizə qalan “Kitabi-Dədə Qorqud”un hər əfsanəsidir. Bu surətlə “Qorqud”da on iki “Oğuznamə” var deməkdir. Halbuki Dəva­darinin yuxarıda göstərdigimiz izahatı “Oğuznamə” adında kitabın bir çox əfsanələrdən mürək­kəb bir kolleksion olduğunu meydana qoyuyor.
Oğuznamənin türkoloji aləminə qalan yalnız dörd parçasıdır:
1 – “Oğuz xan” mənqəbəsi
2 – “Həzrət əl-Risalət min-kələmat Oğuznamə əl-məşhur atalar sözi”.
3 – “Koroğlu” hekayəsi
4 – “Kitabi-Dədəm Qorqud əla-lisan taifeyi-Oğuzan” (AMDƏİA, fond 130, siyahı 1, səh. 146).
Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyatı tarixi” əsərində “dörd parça”nın hər biri haqqında qısa da olsa bilgi verir. Onun “Koroğlu” hekayəsini “Oğuznamə”nin bir parçası kimi gör­məsi isə ayrıca bir araşdırma mövzusudur.


  1. Download 6,67 Mb.

    Do'stlaringiz bilan baham:
1   ...   92   93   94   95   96   97   98   99   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish