-kı4. Qeyd edək ki, bu şəkilçi əsasən zaman zərflərindən sifət düzəldir. Yarınkı gün zaman dönüb, bən ölüb sən qalıcaq olırsañ (1, 79). Fellərdən yaranan düzəltmə sifətlər: -ğın, -kin, -ğun, -kün. Azğın dinlü kafirdir, başların kəsəyin (1, 97). -ıcı4. Oğuzun ol kişi tamam bilicisiydi (1, 19).
-aq2. Qamın aqan yügrək sudan
Bir oğul aqıtdıñsa, degil maña! (1, 31).
-unc, -ünc. Oğlana qorxunc xəbərlər verəyim (1, 92). -ın4. Qolu-budı xırancə, uzun baldırları incə. (1, 74) -ı4. Qara sığırı soqmanı tolu qan oldı (1, 33).
Dərəcələr sifətləri digər nitq hissələrindən ayıran ən əsəs xüsusiyyətlərdən biridir. Hadi Mirzəzadə -raq, -rək şəkilçisinin arxaikləşməsindən bəhs edərkən yazır ki, ismin çıxışlıq hal şəkilçisi müqayisə dərəcəsinin məzmununu ifadə etməyə doğru inkişaf etdikcə -raq, -rək şəkilçisinin vəzifəsi və daşıdığı məna get-gedə öz əhəmiyyətini itirmişdir. Buna görə də həmin dərəcə sifətlə isim arasında gələn -dan, -dən şəkilçisi ilə, yəni sintaktik üsulla ifadə edilmişdir (6, 94). -ca2. Ağca yüzli anasına muştçı gəldi (1, 163). Ağ tözluca qatı yayıñ vergil maña (1, 43). Kölgəlicə qaba ağacıñ kəsilməsün (1, 51). Ap-alaca gərdəgünə qarşu gələn (1, 98). ...oğlanın qırq gündə yarası onaldı, sapasağ oldu (1, 33).
Fel. Hamının sevimlisi, şeirləri ilə qəlbləri riqqətə gətirən, mərhum şairimiz Bəxtiyar Vahabzadə şerlərinin birində «isim», «sifət», «fel» kimi nitq hissələrini qarşılaşdırır, onların bəzi təsəvvürləri təmsiletmə gücünü saf-çürük edir və, nəhayət, belə bir nəticə çıxarır ki, fel bütün nitq hissələrinin şahıdır. Yəni, o türkköklü olması ilə, tarixinə, keçmişinə bağlı sözlər olması ilə, başqa dillərdən demək olar ki heç bir söz qəbul etməməsi ilə özünəməxsus keyfiyyəti ilə seçilir.
İsim, sifət döyüşlərdə çox zaman
karıxar…
Fellərsə döyüşlərdən həmişə
qalib çıxar.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən,
Sözü mən,
Fel olmaq istəyirəm
Düzü, mən… (7, 83).
Burada şair feli döyüşkənliyin, mübarizliyin, failliyin, fəaliyyətin rəmzi kimi mənalandırır. “Kitabi-Dədə Qorqud” dastanı və Erzincan və yörəsi ağızlarının dilində işlənən fellər də əsl türkköklü olduğunu göstərir.. Dirsə Xanı qarşuladılar (1, 24). Ağ əllərim ardunda bağlanduğum. (1, 88) Yalıncıq görsən tonatgil (1, 26). Qanıña susanma gəl and iç (1, 38). Gördi bənizi sararmış (1, 95). Arğab-arğab qara tağıñ yığılmış idi, yucaldı axır (1, 75).
Hər iki dövrü şəkildə tədqiq etdikdə çox gözəl nüanslar ortaya çıxdı. Ərzincan və yörəsi ağızlarında qədim türk (Azərbaycan) sözlərinin işlənməsi də təsadüfi deyildir. Hər iki bölgə dilimizin formalaşmasında, onun inkişafında çox böyük rol oynamışdır. Biz hər iki, əsərə və bölgədə olan dialektlərə müasir Azərbaycan dili kontekstindən yanaşaraq müəyyən etdik ki, buradakı xüsusiyyətlər bugünkünə nisbətən fərqli tələffüz olunmuş və zamanın süzgəcindən keçərək indiki halına gəlib çıxmışdır.
Do'stlaringiz bilan baham: |