Хаяла Орудж кызы
ТАХМАСИБ М.Г. КАК ИССЛЕДОВАТЕЛЬ ДАСТАНА ДЕДЕ ГОРГУД
Резюме
Одним из выдающихся представителей Азербайджанской фольклористики ХХ века явлется Тахмасиб М.Г. Большие заслуги у него были в собирании, издании и особенно в исследовании Азербайджанского фольклора. М.Г Тахмасиб считал, что по своей численности героических дастанов мало, по происхождению они перекликаются с мифами, с различными культами, героическими сказками, которые своими корнями уходят в глубокую древность или относит дастаны к очень древними легендам – преданиям, которые с ними перекликаются. Одним из удачных образцов этого дастана считается та часть, которая называется «Убийство Темеглазого Басатом».
М.Г Тахмасиб опираясь на ранние исследования пришел к следующему выводу, что часть дастана под названием «Убийство Темеглазого Басатом», по своей структуре, идеи, композиции, сюжету и мотиву, художественной оценке, отличается от остальных вариантов.
Ключевые слова: Китаби-Деде Горгуд, дастан, М.Г.Тахмасиб, исследователь, мифологическое мышление.
Xuraman Hümmətova
filologiya üzrə fəlsəfə doktoru
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Türk xalqları ədəbiyyatı bölümü
e-mail: hummatovax@mail.ru
“DƏDƏ QORQUD” DASTANINDA TƏSƏVVÜF MƏQAMLARI
Özət
Türk xalqlarının həm maddi, həm də mənəvi sənət xəzinəsi olan “Kitabi-Dədə Qorqud” dastanı dünənimizin, bu günümüzün və gələcəyimizin kitabıdır. Bu abidədə türklərin dövlət qurmaq və dövlətçilik ənənəsi, idarəçilik prinsipi, ailə münasibətləri, toy-nişan adətləri, adqoymaq, qonşuluq etmək, bir sözlə, türk xalqının bütün mənəvi dəyərləri öz əksini tapıb. Bu sadaladığımız cəhətlərdən başqa “Dədə Qorqud” dastanı özündə bəzi gizli məqamları da daşımaqdadır. Bu barədə M.Rıhtım və F.Xəlilli yazırlar ki, Azərbaycan türk ədəbiyyatının ən mühüm mənbələrindən olan «Kitabi-Dədə Qorqud»da bir çox təsəvvüfi məna ilə yanaşı, «qara donlu ərənlərdən» bəhs edilərək siyah/qara yun xirqə geyən sufilərdən xəbər verilməsi Türk və Azərbaycan təsəvvüfünün tarixi köklərinə işıq salır. Sufilərin məmnuniyyətlə qarşıladığı İslami şərtlər və mütəvazi həyat tərzi bölgə əhalisinin psixologiyasına və dünya görüşlərinə də uyğun gəldiyi üçün təsəvvüf bu bölgədə geniş yayılmışdır. Azərbaycanın hər yerində rast gəlinən, tarixi çox qədimlərə gedib çıxan və xalq tərəfindən “Pir”, “Övliya”, “Şıx” deyə adlanan minlərlə qəbir və məqamların varlığı, bir çox yaşayış məskənlərinin adında bu anlayışların mövcudluğu zəngin təsəvvüfi keçmişdən xəbər verən zəruri faktlardır. Məsələn, dastanda göstərilir ki, “Qanturalı cəmal və kəmal iyəsi yigit idi. Oğuzda dörd yigit üzü niqabla gəzərdi. Biri Qanturalı, Biri Qaraçəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək” Qanturalının camal və kamal sahibi olması“qazi ərən” statusunun cizgilərindəndir. “Camal və kamal” sahibi olmaq üzüniqab lıların, yəni dörd oğuz igidinin, o cümlədən Beyrəyin keyfiyyətidir. Onların camal sahibi olmaları müqəddəs sayılan sifətlərini, kamal sahibi olmaları isə islami biliklərini göstərir .Onu da əlavə edək ki, camal və kamal sahibi olmaq təsəvvüfi statusdur və bu mənada “Kitabi-Dədə Qorqud”, əslində, Azərbaycan təsəvvüfi-islami düşüncə tarxinə şahidlik edən son dərəcə möhtəşəm bir faktı qoruyub saxlamışdır.Təsəvvüf özünün bütün tarixi boyunca, demək olar ki, həmişə ədəbiyyatla birgə olmuşdur. Bu ümumi qanunauyğunluq Azərbaycan təsəvüf-təriqət tarixi üçün də xarakterik olmuş, bölgədə çox zəngin, ümumşərq ədəbiyyatının parlaq səhifələri sayıcalaq dərəcədə möhtəşəm təsəvvüfi-ədəbi düşüncə prosesləri baş vermişdir.
Do'stlaringiz bilan baham: |