Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet189/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   185   186   187   188   189   190   191   192   ...   289
Açar sözlər: epos, səfər motivi, kosmos-xaos, ov, şərab, keçid, inisiasiya
Giriş
Səfər motivinin tarixi köklərini dərindən araşdırmaq üçün əvəzolunmaz qida mənbəyi olan “Kita­bi-Dədə Qorqud” dastanı türk xalqlarının, xüsusilə də Azərbaycan xalqının epik təfəkkürünün inkişaf edərək ən yüksək zirvədə cilalanmış mənəvi mədəniyyətinin məhsu­ludur. Qəhrəmanlıq das­tan­larının süjet strukturu sözügedən motiv üzərində qurulduğundan hər bir epik mətn hissəsi ayrılıqda xüsusi tədqiq edilməni tələb edir. Dastan mətnlərinin səfər motivi kontekstində horizontal və vertikal istiqamətlərdə araşdırılması tədqiqatın əsasında duran əsas detallardan biridir. Bu zaman isə onun mifik köklərinə qədər, mətnin alt qatına səfər edilməli və daha aydın mənzərə oxucu gözündə can­lan­malıdır. Beləliklə, hər iki istiqamət vəhdətdə təhlil olunmalı və mübahisə obyektinə çevrilməməlidir. Səfərlərlə kifayət qədər zəngin olan epos mətninin hər bir boyunda səfər motivinə rast gəldik və onu daha dərindən tədqiq etmək üçün boylara ayrı-ayrılıqda nəzər salmağı lazım bildik.
"Dirsə xan oğlu Buğac xan boyu". Hadisələr Bayandır xanın məclis qurması ilə başlayır və Dirsə xanın ödvadsızlıqdan şika­yət­lənməsi ilə düyünlənir. Övladsızlıq Oğuz sosial mühitində nizam­sız­lıq yaradan əsas faktorlardandır. Bu nizamın bərpası yalnız övladın dün­yaya gəlməsi ilə müm­kün­dür. F.ü.e.d. Seyfəddin Rzasoy övladsızlığı hə­yatın davamının olmaması ilə bağlı yaranan birdəfəlik ölüm adlandırır (6, 52) və qeyd edir ki, övladsızlıq formulu özü ilə etno­kosmik konflikt – həyat-ölüm ziddiyyəti gətirir. Mifoloji düşüncə konfliktləri özünəməxsus üsul və vasitə ilə həll edir. Konflikt harada yaranırsa, orada ritual mexanizmi işə düşür (6, 53). Demək, övladsızlıq birbaşa xaosla əlaqə­lidir və bu vəziyyətdən çıxış "Qurban verməklə hacətdiləmə" ritual mexanizminin (6, 61) işə düşməsi ilə mümkündür. Məhz həyat-ölüm ziddiyəti və övladsızlığın yaratdığı ölüm özü ini­si­a­siya prosesi ilə realizə olunur. İnisiasiya ritualının özündə isə mifik səfər vardır. Bu mifik səfər qəhrəmanın bir sta­tus­dan digər statusa keçməsi üçün tələbolunan elementdir. Dirsə xanın məclis qurub acları doyurması və Allahdan istək diləməsi ilə bu problem öz həllini tapır. Demək, ilkin səfər mifik səfərdir ki, inisiasiya ilə reallaşır. Hadisələrin sonrakı prosesində Dirsə xanın oğlu buğanı öldürməklə ad qazanır. Bu da qəhrəmanın yeni statusa keçməsində bir vasitədir ki, həmin detal da mifik planda mətnaltı süjetdə inkişaf edən passiv dinamikalı səfərdir. Hadisələrin yenidən düyünlənməsində qırx igidin Buğaca olan həsədi rol oynayır. Yalan faktoru isə yalançı səfərdə üzə çıxır. Belə ki, həm Dirsə xan, həm də Buğac qırx igid tərəfindən aldadılır. Əvvəlcə, Buğacın Qalın Oğuzun üstünə hərbi səfər etməyi deyilir, daha sonra isə onun ov səfərindən və şərabın ən yaxşısını içib atasına qəsd etməyindən danışılır. Oğluna açığı tutan Dirsə xan əmr edir ki, onu gətirsinlər, öldürüm, xain igidlər isə onların birlikdə ova çıxması təklifini irəli sürürlər. Beləliklə, növbəti səfərə zəmin yaradılır. Bu səfər isə mifik deyil, aktiv, hori­zontal, mətnüstü planda görsənən səfərdir. Oğlunu yaralayan Dirsə xan evinə geri dönür. Dirsə xanın arvadı isə "oğlan­cığmın ilk ovudur" deyib yaxşı yeyib-içmək hazırlatdırmışdı. Oğlunun atası ilə bir­likdə olmadığını görüb ona sual verdikdə, qırx xain igid onu da aldadır və Buğacın ovda olduğunu deyir. Buna inanmayan ana qırx incə belli qız ilə bədəvi atını minib Qazlıq dağına gəlib çıxır. Dağ bu­rada igidin hamisi rolunda çıxış edir. Buğac anasından dağı qar­ğama­mağı istəyir. Boyda ikinci hami Xıdır peyğəmbərdir ki, onun yanına gəlib dərdinin dərmanını deyir. Buğacın qırx günə sağaldığını öyrənən xain igidlər Dirsə xanı dustaq edib kafir elinə aparırlar. Bu xəbəri ana­sından eşidən Buğac atını minib kafir elinə tərəf yola düşür. Yol hər iki dünyanı birləşdirən vertikal və ya horizontal istiqa­mətdir, va­sitə­dir. Yolda al şərabın tündündən içib dincələn xain igidlər oğlanın gəl­diyini görür və onu da tutmaq istəyəndə Dirsə xan xahiş edir ki, qolunu açsınlar və qolça qopuzu ona versinlər ki, igid geri dönsün. Burada qəh­rəman-ozan ikiləşməsini, qopuzun igidin dostuna çevril­diyini görürük. Buğac isə qırx igidi ilə döyüşə girib atasını xilas edir. Beləcə, boyun ümümi məzmunundan belə qəna­ətə gəlmək olar ki, süjet ziddiyyətlərlə doludur. Oğuz elində nizamsızlıq yaranır və sonra nizam bərpa olunur. Həmin proses bir neçə dəfə təkrarlanır və sonda, xaotik vəziyyətə səfərdə son qoyulur, bütün nizam elementləri bərpa olunur. Səfər motivini aşağıdakı kimi ümumi şəkildə, fokus halında cəmləş­dirək:
1. Mifik səfər. Övladsızlıqdan doğan inisiasiya prosesi, xaotik vəziyyətin yaranması.
2. Mifik səfər. Qəhrəmanın ad alması, onun bir statusdan başqa bir satusa keçməsi. Yenə ini­sia­si­ya ritualına tələb.
3. Yalançı səfər. Mətnüstü real səfərlərə zəmin yaradılma.
4. Dirsə xanın və Buğacın qırx igidlə Qazlıq dağına ov səfəri.
5. Dirsə xanın Oğuza geri dönməsi.
6. Ananın qırx incə belli qızla Qazlıq dağına səfəri və oğlunu xilas etməsi.
7. Dirsə xanın dustaq olması və kafir elinə aparılması.
8. İgidlərin şərab içməsi və xaotik səfər (burada yuxu ilə xaos aləminə səfər yoxdur).
9. Buğacın atasını xilas etmək üçün kafir elinə hərbi səfəri.
10. İgidlərin Oğuza geri dönüşü, kosmosun bərpası.
"Baybörə oğlu Bamsı Beyrək boyu" baş qəhrəmanın hələ dünyaya gəlməmişdən öncə göbək­kəsmə ilə Baybican bəyin arzu edilmiş qızına adaxlı olması ilə başlayır. Qəhrəmanların doğuluşu ilə nizamsız dünyada, daha doğrusu Baybörə və Baybican bəyin kiçik dünyasında bir nizam- kiçik kos­mos bərpa olunur.
"O zamanlar bir oğlan baş kəsməsə, qan tökməsəydi, ona ad qoymazdılar. Baybörə bəyin də oğlu atlandı, ova çıxdı" (4, 268). Ov qəhrəmanın igidliyini sübuta yetirən ilkin faktordur. Bunu Baybörə oğlunun ilkin horizontal səfəri adlandıraq. Lakin bundan əvvəl, boyda tacirlərin İstanbul səfərindən söz açılır. Qayıdarkən Dərbənd sərhəddində Evnik qalasının kafirləri tərəfindən talanan tacirlərin son ümid yeri bu gənc oğlan olur. Sözügedən hadisə qəhrəmanın igidlik göstərib ad alması üçün əlverişli şərait kimi qiymətləndirilə bilər ki, bununla da epik mətndə onun növbəti igidliyinin təcəssümünə zəmin yaradılır. Hər bir səfər strukturuna görə müəyyən önəmli hadisə ilə yekunlaşmalıdır. Bu ov sə­fərinin sonu isə "ad alma" ilə tamamlanır, bundan sonra Baybörə oğlu igid Beyrək kimi Oğuz elində tanınır. İkinci ov səhnəsi Ala dağda canlanır. Burada tipik nağıl və dastan süjetlərində olduğu kimi qəhrəman ov quşlarından birini qova-qova deyikləndiyi qızın yanına gəlir və sevgi sınaqları da bu vaxtdan başlanır. Toya hazırlıq zamanı Bayburd hasarının bəyi kafir elindən – xaosdan kosmosa – Oğuza yeddi yüz kafirlə atlanıb yürüşə gəlir. Bu, sözügedən boyda düşmənin Oğuz elinə edilən hərbi səfərlərindən biridir (biz bunu daha əvvəl-ikinci boyda – “Salur Qazanın evinin yağmalanması boyu”nda görmüşük). Oğuz elində yenidən nizamsızlıq yaranır. Beyrək dustaq olur, on altı il hər kəs qara geyinib yas saxlayır. Maraqlıdır ki, bu illər ərzində Beyrək Oğuz elinə gəlmək üçün bütün fürsətləri əldən ver­mişdir. Bu, o vaxta kimi davam edir ki, tacirlər düşmən elinə səfər edir və onunla xəbərləşirlər. Beyrək kafir qızıyla əhd peyman bağladıqdan sonra Oğuza yol alır. Beyrəyin dustaq olması ilə başlanan nizamsızlıq qəhrəmanın vətənə qayıtması ilə yekunlaşır. Kosmosda xaotik vəziyyəti aradan qaldıran məhz Beyrəkdir. Burada diqqəti cəlb edən başqa bir detal da vardır. Epik mətn strukturunda igidin kafir əlinə düşməsi, onun kosmosdan xaosa atlaması, adətən, yuxu ilə mümkündür. Bu fakt isə əksər hallarda qəhrəmanın düşmən sərhəddinə yaxın ərazilərdə yuxuya getməsi ilə başlanır. Burada həmin nizam bir qədər pozulmuş sayılır. Belə ki, yeddi yüz kafir Oğuza hücum edib məhz Beyrəyi əsir alır. Səbəb bəyin Banuçiçəklə evlənmək arzusudur. Beyrək isə öz yur­dundan, öz otağından otuz doqquz igidlə əsir alınır. Bu hadisədən sonra süjet boyu Bayburd ha­sa­rının bəyi Banuçiçəyə sahib olmaq üçün heç bir cəhd göstərmir və bu haqda söhbət açılmır. Vax­ti­lə gö­bəkkəsmə ilə nişanlanan və toy günü əsir aparılan Beyrəyi vətənə qaytaran ilk səbəb nişanlı­sının Yalançı oğlu Yalançığa ad edilməsidir. Bu göbəkkəsmə və ya deyiklənmənin, bir statusdan di­gə­rinə keçmənin səfər motivi ilə necə əlaqələn­diril­məsinə nəzər salaq. Demək:

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   185   186   187   188   189   190   191   192   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish