Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet144/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   140   141   142   143   144   145   146   147   ...   289
İşin məqsədi. Hər bir xalqın tarixi keçmişini, həyat tərzini, adət-ənənələrini öz mətnində cəm­ləşdirən qədim folklor nümunələri mövcuddur. Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən nadir incilərdən biri “Kitabi-Dədə Qorqud” dastanıdır. İşin məqsədi dastanın müqəddiməsi və boyları əsasında islam elementlərinin təsirini izləmək və islam dininin təsiri dövrünü araşdırmaqdan ibarətdir.
“Kitabi-Dədə Qorqud” dastanı yazıya alındığı vaxt ona İslam dini elementləri gətirilmişdir. Bunu hətta Qorqudun “Dədə” ünvanı daşıması da təsdiqləyir. Dastanin ikinci formalaşma dövrü İslam mə­dəniyyəti vaxtına düşür. Dədə Qorqudun peyğəmbər zamanına yaxın tarix səhnəsinə daxil olmasını təsdiq edən müqəddimədə İslami ünsürlər yetərincədir. Dastanın müqəddiməsini oxuyuruq: «Bis­millah ir-rəhman ir-rəhim1 və bihi nəstəin. Rəsul əleyhüssəlam zamanına yaxın Bayat bo­yun­dan, Qor­qud Ata deyərlər bir ər qopdu» (4, 19). 1300 il bundan əvvəl qələmə alınmış Azərbaycan milli mədəniyyətinin, eləcə də türkdilli xalqların müştərək abidəsi olan “Kitabi Dədə Qorqud” dastanlarının ilk cümləsinin peyğəmbərin (s.a.s) adı ilə başlamağı heç də təsadüfi deyil. Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası sayılan və yüz illəri aşaraq bu günümüzə gəlib çatan dastanın ilk cümləsindən əcdadımızın İslam dininə bağlılığı ifadə edilir. Daha sonra müqəddimənin girişində Dədə Qorqudun dili ilə Allahın adı ilə başlanğıc, Hz. Məhəmməd (s.a.s.), Hz. Əbu Bəkir, Hz. Əli (ə) və oğulları, Məkkə kimi müqəddəs yerlərin və digər dəyərlərin öyülməsi verilir: “Allah-Allah diməyincə işlər onmaz. Qadir Tanrı verməyincə ər bayırmaz. Tanrı dostu, din sərvəri Məhəmməd görkli. Məhəm­mə­din sağ yanında namaz kılan Əbu Bəkir Sıddık görklü. Kılıç çaldı, din açdı, şahı-mərdan Əli görklü. Əlinin oğulları, Peyğəmbər nəvalələri-Kərbala yazısında yezidilər əlində şəhid oldı, Həsən ilə Hüseyn iki kardaş bile görkli” (4, 21). Bu beyt İslam dininin müqəddəs kitabı Qurandan, Tanrı evi Məkkədən, İslam dininin vacib şərtlərindən biri olan Həcc ziyarətindən, fəzilətli günü cümə günündən, xütbə­dən, azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllədən-minarədən söz açılaraq davam edir: “Yazılıb-düzülüb gögdən endi, Tanrı elmi Quran görkli. Ol Quranı yazdı-düzdü... Alçaq yerdə yapılubdur Tanrı evi Məkkə görkli. Ol Məkkəyə sağ varsa, əsən gəlsə sidqi bütün hacı görkli. Sağış günündə ayna (cümə günü) görkli. Ayna güni oquyanda xütbə görkli. Qulaq urub dinləyəndə ümmət görkli. Minarədə banlayanda (azan verən) fəqih görkli” (4, 21).
Dastanın müqəddiməsində ozanlar ozanı Dədə Qorqud: “Qadınlar dörd dürlüdür”, deyir. Bu qadınların ən üstününün, evin dayağı olanının Peyğəmbərin (s.a.s) həyat yoldaşı Həzrəti Aişə və qızı Həzrəti Fatimə (s.ə) soyundan olduğunu söyləyir: “Ozan evin dayağı oldur ki, yazıdan-yabandan evə bir qonuq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır, xanım” (4, 22).
İslam dininin Dədə Qorqud dastanına təsiri müqəddimə ilə məhdudlaşmır. Dastanın hər boyunda de­mək olar ki, islami elementlərin təsiri ilə qarşılaşmaq mümkündür. On iki boyu nəzərdən keçirt­məklə bir neçə nümunələr əsasında islam dininin Dədə Qorqud dastanına göstərdiyi təsiri müxtəsər şəkildə izləyək.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   140   141   142   143   144   145   146   147   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish