Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet141/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   137   138   139   140   141   142   143   144   ...   289
«Bərü gəlgil, başum bəxti, evüm təxti!
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğından sarmaşanda qara saçlum!
Qurulu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan tar ağızlum!
Güz almasına bənzər al yanaqlım!»
Dirsə xanın xanımının ecazkar bir portreti cızılmışdır. Adama elə gəlir ki, şərti olaraq cızılan portretdə xanımın sərv boyu, qara saçı, çatma qaşı, dar ağzıal yanağı açıqca görünür. Burla xa­tu­nun təsvirinə diqqət yetirək:
«Boyı uzun, beli incə Burla xatun boynilə qulağın aldı, düşdi.
Güz alması kibi al yanağın tutdı, yırtdı.
Qarğu kimi qara saçını yoldı».
Eposun mətnində başlanan təsvir ənənəsi, yaxud iki Oğuz xanımının - Dirsə xanın qadınının və Burla xa­tunun zahiri baxımdan oxşarlığı açıq-aydın hiss edilir: uca boy, incə bel, al yanaq, qara saç. Sadəcə olaraq, Dirsə xanın xanımının təsvirində olan «çatma qaş» və «dar ağız» ifadələri Burla xa­tunun təqdimatında yoxdur. Əsası budur ki, Dirsə xanın xanımının da, Burla xatunun da təqdiminə aid olan hər iki mətnə bir söyləyicinin danışığı, yaxud bir söyləyicinin ifası kimi baxmaq daha doğ­ru­dur.
Bəs Banıçiçəyin və Selcan xatunun təsviri, yaxud təqdimi necədir? Bu məqamda Beyrəyin Banıçiçəyə üz tutub söylədiklərini xatırlayaq:
«Qarğu kibi qara saçın yoldınmı, qız?!
Qara gözdən acı yaş dökdinmi, qız?!
Güz alması kibi al yanağın yırtdınmı, qız?!»
Beyrək həqiqəti bilmək üçün Banıçiçəyə verdiyi sualları təsvirin alt qatında yerləşdirir. Yəni Banıçiçəyin qara saçlı, qara gözlü, alma kimi al yanaqlı olması sual işarəsindən qabaq və açıq-aydın görünür. Banıçiçəyin təsvirində ənənədən gələn, yəni Dirsə xanın xanımının və Burla xatunun təsvirindən sıyrılıb qalan bəzi məqamlar təkrar edilir.
Selcan xatunun təsvirinə gəldikdə isə Qanturalı onun gözəlliyi haqqında aşağıdakıları söyləyir:
«Yalab-yalab yalabıynan incə tonlum!
Yer basmıyıb yürüyən,
Qar üzərinə qan tammış kibi qızıl yanaqlım!
Qoşa badam sığmayan tar ağızlum!
Qələmçilər çaldığı qara qaşlım!
Qurması qırq tutam qara saçlım!»
Artıq burada Banıçiçəklə müqayisədə «al yanaq», «dar ağız», «qara qaş», «qara saç» ifadələri bərpa olunur, hətta belə demək mümkünsə, Dirsə xanın xanımının təsvirinə də tam yaxınlaşma hiss edilir. Amma istər Dirsə xanın xanımının, istər Banıçiçəyin, istərsə də Selcan xatunun təqdimində Burla xatuna aid olan «boyu uzun» ifadəsindən olduğu kimi istifadəyə son dərəcə ehtiyatlı yanaşılmış, əslində isə həmin ifadəyə toxunulmamışdır. Bu isə, şübhəsiz, Burla xatunun statusu ilə bağlı məsələdir.
Oğuz elinin xanımlarının təsvirləri eposun poetikasında təsadüfi səciyyə daşımır və qeyd etmək zəruridir ki, həmin təsvirlər xoş əhvali-ruhiyyə vəziyyətlərini xatırlatsa da, əsil həqiqət tamamilə bam­başqadır. Dirsə xan qara otağa aparıldıqdan sonra, Burla xatun əsirlikdə olanda, Banuçiçək başqasına ərə veriləndə, Qanturalı ilə Selcan xatun üz-üzə gələndə, yəni həyatla ölüm arası gündəmə gələndə bu təsvirlər meydana çıxır.
Xatırladaq ki, həm Dəli Domrulla xanımı, həm Səyrəklə xanımı, həm də Bəkillə xanımı arasında da həyatla ölümün sərhəddi görünür. Belə ki, Dəli Domrul ölümqabağı xanımı ilə halallaşmaq istəyir, Səyrək xanımını gərdəkdə qoyub qardaşını xilas etməyə, bir növ ölümə gedir, Bəkil də Bayandır xandan küsəndə, əslində başının üstünü ölüm kabusu alanda xanımının məsləhətinə qulaq asır. Yəni hər üç məqam həyatla ölüm arasında qalmaq məqamıdır.
İndi nəticə çıxarmaq olar ki, Oğuz eli igidləri ilə Oğuz eli xanımlarının bir-birlərinə münasibət məqamları o qədər ortaqdır ki, onları yalnız bir mətn çərçivəsində təsəvvür etmək mümkündür.
Yaxud eposdakı təsvirlər ayrıca götürülmüş bir şeir mətninin yaranmasını şərtləndirir ki, bu da “Dədə Qorqud” mətninin vahid struktura malik olmasını sübut edən faktlardandır:
«Bərü gəlgil,
başum bəxti, evüm təxti!

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   137   138   139   140   141   142   143   144   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish