Bakı şəhər Neft Muzeyinin mövzu-quruluş planı


Neftin və qazın sənaye üsulu ilə hasilatının mərhələləri



Download 1,79 Mb.
bet19/95
Sana21.02.2022
Hajmi1,79 Mb.
#2567
1   ...   15   16   17   18   19   20   21   22   ...   95
7. Neftin və qazın sənaye üsulu ilə hasilatının mərhələləri
1846-1920-ci illər. Bu dövr, dünyada ilk dəfə 1846-ci ildə mexaniki üsulla qazılmış quyudan neftin hasil olunmasından başlayaraq, Bakıda neftlə bağlı ilk iqtisadı canlanmanı (neft bumunu) əhatə edir və Azərbaycanda 1920-ci ildə sovet hakimiyyətinin qurulmasına qədər davam edir.
Azərbaycanın neft sənayesinin tarixi XIX əsrin 40-cı illərinin ortalarından başlanır. 1844-cü ildə Rusiya dağ-mədən idarəsinin texniki F.A.Semyonov N. Voskoboynikovun məsləhəti ilə dağ-mədən müəssisəsinə neft hasilatında daha dərin laylardan neft çıxarmaq üçün su quyularının qazılmasında tətbiq olunan üsuldan istifadə etməyi təklıf edir. Bu təklif iki ildən sonra həyata keçirilir.
1846-cı ildə Bakının Bibiheybət adlı kəndində Zaqafqaziya diyarı üzrə Baş idarənin üzvü V.N.Semyonovun (1801-1863) təklifi ilə kəşfiyyat məqsədilə dünyada ilk 21 metr dərinliyi olan quyunun zərbə yoluyla ağac ştanqların köməyi ilə və burla qazılmasına başlanmışdır və beləliklə, ilk dəfə neftə qazılan quyudan müsbət nəticə əldə edilmışdir. Qazımaya rəhbərliyi dağ- mədən mühəndisləri korpusunun Bakı neft mədənləri üzrə direktoru mayor Alekseyev həyata keçirirdi [АКАК, т.10, с.137]. Qafqaz canişini Mixail Vorontsov (1782-1856) katib M.P. Vronçenkoya olan 8-14 iyul 1847-ci il tarixli məktubunda rəsmi olaraq Bibiheybətdə yerləşən dünyada mexaniki üsulla ilk neft quyusunun qazılmasının qurtarma faktını təsdiq etdi: ”Mən Şamaxı Dövlət Palatasına Bakı qəzasında, Xəzər dənizi sailində, Beybət deyilən yerdə (Bibiheybət nəzərdə tutulur) torpaq qazan bur (mexaniki qazma aləti) vasitəsilə yeni neft kəşfiyyatının ( tələb olunan vəsaiti 1000 h.h. hesabından sərf etməklə ayırdım, bu məbləğ 1845-ci ildə köçürülmüşdü) aparılmasına icazə verdim. Bunun nəticəsində Bakı və Şirvan mineral mədənlərnin direktoru vəzifəsinin icra edən şəxs bildirdi ki, Beybətdə...neft tapılıb” [АКАК, т.10, с.145].
Beləliklə, dünyada ilk dəfə 1846-cı ildə sənaye əhəmiyyətli neft əvvəlcə mexaniki burla Bibiheybətdə, sonralar isə Balaxanıda digər mexaniki üsulla (ağac ştanqlar tətbiq etməklə zərbə yolu ilə) qazılmış quyulardan alındı və bu andan Azərbaycanda neft sənayesinin inkişafı başlandı və Azərbaycan Amerikanı bu işdə 13 il qabaqladı.
Məhz burada, Xəzər dənizinin sahilində Bibiheybət qəsəbəsində dərin quyularının qazılmasına başlandı və bakılıların ilk təşəbbüsündən yalnız bir neçə il sonra Pensilvaniya da (ABŞ) mexaniki üsulla dərin qazmalar başlandı: Amerikada mexaniki üsulla qazılmış ilk neft quyusu 1859-cu ilə aiddir. 1859-cu ildən Vennanoda (Pensilvaniya) böyük neft mənbəyi açılandan sonra kommersiya neft mədəni başlayır (“polkovnik” Edvin Dreyk mexaniki burla 75 fut (təqribən 27 m) dərinliyində ilk quyunu qazır , neft alır və bununla Taytusvillidə, Pensilvaniya ştatında neft yatağı açılır).
Abşeronda XIX əsrin 50-ci illərinin birinci yarısında mexaniki üsulla qazılmış dıgər quyular haqqında da sonralar əldə edilmış məlumatlar vardır. Məsələn, Zaqafqazıya Xəzinə (Dövlət) Palatasının 15 aprel 1854-cü ildə bir iltizamçıya verdiyi müqaviləyə əlavə edilmış sənəddə olan siyahidə neft mənbələri sırasında göstərilir: “... Beybət sahəsındə maye qara neft verən iyirmi beş kəhriz və iki qazma quyusu var”. Bu məlumatlar göstərir ki, 1854-cü ilin 15 aprel tarixinə mexaniki üsülla iki quyu qazılmış və Qafqazın geologiyası materiallarının öyrənilməsi əsasında onlar müəyyən olunmuşlar. Bu quyular Bibiheybət ərazisində, dəniz sahilində qazılmış, 26 və 27 nömrə altlnda qeyd olunmuşlar.
Bakıda isə mexaniki üsulla quyuların qazılmasının texnika və texnologiyası inkişaf etdikcə, yeni neft yataqları (Binəqədi, Pirallahı adası, Suraxanı və d.) açılır, neft hasilatı artır, neftçıxarma və onun emalı sənayelərinin infrastrukturu yeniləşir, neftin hasilatı, emalı və satışı üzrə şirkətlər və firmalar yaranır.
1850-ci ildə Abşeronda neft quyularının sayı 120 olmuş və 260000 pud neft çıxarılmışdı, lakin sonrakı on ildə quyuların sayı artaraq 218-ə çatmışdır və bununla bağlı artıq yeni işçi qüvvəsi tələb olunurdu. Nəticədə iltizam sistemi ilə istismar edilən quyularda muzdlu əməkdən istifadə etməyə başladılar.
1850-ci ildən 1872-ci ilədək (iltizam sisteminin son ili) Bakı rayonunun neft mənbələri yenidən iltizama (icarəyə) verilir. 1850-1863-cü illərdə iltizamçı Ter-Qukasov, 1863-cü ildən iltizam sisteminin ləğvinəcən isə İ. Mirzəyev olmuşdur və o, neft və düz istehsalına görə ilk dörd ildə xəzinəyə (dövlətə) hər il 162 min rub. və sonrakı illərdə isə 136 min rub. ödəmışdı.
XIX əsrin ortalarından Abşeronda neft sənayesinin sürətli inkişafı və Bakının quberniya şəhəri statusu alması (İmperator II Aleksandrın 1860-cı il 6 dekabr tarixli Fərmanı ilə Bakı quberniya şəhəri statusu aldı) burada əhalinin çoxalmasına səbəb oldu. Şəhərdə əmək adamları ordusu yaranırdı. Onların əsasını isə - mədəndə çalışan fəhlələr – quyu qazan kankanlar, quyudan jelonka (ucu ipə bağlanmış uzunsov vedrə) ilə neft çıxarıb çənlərə boşaldan dartayıçılar, neft gölməçələrindən və dənizin üzündən əski ilə neft yığan çındırçılar və b. təşkil edirdilər.
Rusiyada kapitalizmin inkişafı, sənayenin yüksəlişi, nəqliyyatın və şəhər əhalisinin artması ilə əlaqədar, artıq XIX əsrin 60-70-ci illərində işıqlandırma və yağlayıcı materiallar qismində daxili bazarda neft və onun məhsullarına olan tələbat artmağa başladı ki, bu da Bakıda neft hasilatının artmasına bir başa təsir göstərdi.
1862-ci ildə Abşeronda artiq 334.926 pud neft çıxarılmışdı. On il ərzində (1863-1872-ci illər) Abşeronda neft hasilatı 395470 puddan 1 536 000 puda qədər və ya 4 dəfə artmış oldu.
1870-ci ildə Rusiyada təhkimçilik sisteminin ləğvindən sonra 1872-ci ildə manufaktura sənayesinin fabrik-zavod istehsalı mərhələsinə keçidi başa çatdı. XIX əsrin 70-90-cı illərində neft sənayesinin intensiv inkişaf dövrü, şəxsi sahibkarlıq erası başlandı. Məhz bu illərdə neft sənayesində texniki çevriliş baş verdi - neftin quyulardan jelonka (jelonka - diametri 250 mm və uzunluğu 10 m olan adi boru) ilə çıxarılmasında dartaylama üsulu geniş tətbiq olunmağa başlanıldı. Nəticədə neft istehsalı sürətlə artmağa başladı, beləki 1872-ci ildə Abşeronda 1.400.000 pud (22900 ton) neft hasil edilmişdi.
Bakıda neftin artımı əsasən işlək kəhriz quyularının və yeni neft quyularının qazılması hesabına gedirdi. 1862-ci ildən 1872-ci ilədək kəhriz quyularının sayı artaraq 220-dən 415 -ə, yəni 2 dəfə yə qədər artdı. Bundan başqa, yeni quyular dana dərinə qazılırdı ki, bu da öz növbəsində onların məhsuldarlığına təsir edirdi. 1860-cı ilədək quyuların dərinliyi əsasən 10-15 m-ə çatırdısa, 1870-ci ildə bu dərinlik 30-35 m-ə çatdı.
Neft sahəsində ilk elmi əsəri 1843-cü ildə çapdan çıxmış A.İ.Uzatisin “Dağ-mədən sənəti kursu” kitabını hesab etmək olar. Bu kitabda o, quyuların qazılması texnikası və texnologiyasını və kəşfiyyat-qazıma işlərinin aparılmasını ətraflı təsvir etmişdir. Bu dünya ədəbiyyatında buruq qazımasına həsr olunmuş ilk kitab idi. Bu başdan demək olar ki, neft quyularının kəhriz üsulundan buruq qazımasına keçməsi neft hasilatının sürətlə artmasına əsas səbəb oldu və daha dərin neft mənbələrinə yol açdı.
XIX əsrin ikinci yarısından isə neft sənayesinin inkişafı ilə əlaqədar elmi-tədqiqat işlərinin aparılmasına da maraq artır.
Neftin tədqiqatçılarından biri məşhur kimyaçı alim Dmitri İvanoviç Mendeleyev olmuşdur. D.Mendeleyev hələ XIX əsrin 60-ci illərindən, Peterburq Texnoloji İnstitutunun professoru olduqdan və 1863-cü ildə Qafqaza və Abşerona (Bakıya) səfər etdikdən şonra neft mövzusu ilə maraqlanırdı.
1864-cü ildə tanınmış alim-geoloq H.V.Abix Qafqazın böyük bir ərazisini tədqiq etmiş, bu ərazilərin əsas geoloji quruluşunu öyrənmiş, Qafqazda çöküntü süxurlarının stratiqrafiyasının bəzi məsələlərini işləmiş, faydalı qazıntılar olan yataqların təsvirini vermişdir. Həmin ildə o, Xəzərin Azərbaycan sahillərinin geoloji tədqiqatlarının nəticələrini çap etdirmişdir («Отчет по исследованию месторождений нефти в Закавказском крае и на Таманском полуострове», Тифлис, 1867). H.Abixin bu tədqiqatları sonralar Xəzər şelfinin neftli yataqlarının geoloji quruluşunu öyrənməyin əsasını qoymuşdur.
Yeni sahibkarlar amerikalılardan nümunə götürərək ilk dəfə neft hasilatında yeni qazma üsulunu tətbiq etməyə başladılar. Qafqazda mexaniki üsulla qazmanın tətbiq olunması ilə bağlı cəhdlər bundan əvvəldə mövcud idi, beləki 60-cı illərin ortalarında Kokorev və Qubonin neft hasilatında qazma mərmilərindən istifadə edirdi, amma hökumət bu üsulun tətbiq edilməsinə qadağa qoydu. Buna səbəb, H.V.Abıxin hökumətin tapşırığı ilə bu məsələ ilə əlaqədar bundan 3 il öncə Abşeronda apardığı araşdırmalardan sonra, qazıma mərmisinin quyuların qazılmasında səmərəsiz olması barədə çıxardığı nəticə olmuşdu. Bununla akademik H.Abix neft hasilatında dağ süxurlarının qazma üsulu ilə dağıdılmasının qiymətləndirilməsində ciddi səhvə yol verdi.
Neft və onun məhsullarına Rusiyada artan tələbat Bakı neft rayonunda neft istehsalı üsulunun təkmilləşdirilməsini tələb edirdi. 1866-cı ildə Zaqafqaziya neft yoldaşlığı (cəmiyyəti) (sonralar Bakı neft cəmiyyəti) hökumətə öz mədənlərində qazma işlərinə başlamaq haqqında xahişlə müraciət etdi, lakin rədd cavabı aldı. Yalnız 1868-ci ildə neft quyularının yeni üsulla qazılmasına rəsmi icazə verildikdən sonra, 1869-cu ildə Abşeronda, Balaxanıda iltizamçı İ. Mirzəyev sadə mexaniki üsulla - ağac ştanqlar tətbiq etməklə zərbə yolu ilə [taraz (balansir), bucurqad və əl nasosu tətbiq etməklə] 20 sajen (64 m) dərinlikdə ilk quyunu qazdı, lakin nəticə əldə edə bilmədi. Bu quyu Abşeron yarımadasında neft sənayesinin inkişafının başlanğıc dövrü oldu. Dartaylama sınağı zamanı quyudan təzyiqlə qaz və su vurur. Gözlənilmədən qaz vurması, yeraltı uğultu səsi, quyu üzərində qum və su sütununun qalxması bunun şeytan əməli olduğuna inandırmış və qazıma ustasının təkidi ilə quyunu tez bir anda daş və qumla doldurmuşlar. 1871-ci ilin iyulunda özünün ikinci qrup sahəsində o, 14 sajen (51,1 m) dərinlkdə ikinci quyunu qazdırdı və bu quyu gün ərzində əvvəlcə 700 min pud, sonra isə orta hesabla 2 min pud neft verən güclü fontanla işləməyə başladı. O gündən başlayaraq 40-50 m dərinliyində quyuların mexaniki üsulla aramsız qazılmasına başlandı və kankanla yeni quyular qazılmasına demək olar ki, son qoyuldu. 1872-ci ildə İ.Mirzəyevin Balaxanıda olan 3-cü qrup sahəsində daha bir neft quyusu fəaliyyətə başladı.
1871-ci ildən Abşeron yarımadasında Bakı-Sabunçu-Ramanı yataqlarının sənaye üsulu ilə işlənməsinə başlandı, 1872-ci ildə isə yerin təkinın sənaye işlənməsi geniş tətbiq edilməyə başladı və təkcə 180 desyatin (1desyatin =1,0925 ha) sahədə olan 16 fontan və 158 kəhriz quyusundan 4 milyon pud neft əldə edildi. Ümumiyyətlə,1872-ci ilin 1 fevral tarixinə Abşeronun dövlət neftli torpaqları 48 sahəyə bölünmüşdü (hər biri 10 desyatin olmaqla): Balaxanı sahəsində - 15, Bibi- Heybət - 2, Binəqədi - 2, qalanları isə Digəh, Xırdalan, Suraxanı və b. kəndlərin bağ sahələrində idi.
1871-1872-ci illərdə neft hasilatı gah iltizamçılara, gah da dövlət idarəçiliyinə verilirdi. Neft mədənlərində çalışan təhkimçilərin qul əməyi və iltizam sistemi neft işinin inkişafına mane olurdu. Neft quyularını əldə edən iltizamçı neft hasilatı texnikasının təkmilləşdirilməsində maraqlı deyildi, çünki dörd ildən sonra o başqasının əlinə keçə bilərdi. Bu səbəbdən neft işinin texnikası primitiv səviyyədə qalmışdı. Onu demək kifayətdir ki, Bakı neft rayonunda iltizam sisteminin mövcud olduğu dövrdə bir dənə də olsa mexaniki emalatxana tikilməmişdi. İltizamçı neftə inhisarçı hüququna malik idi. İltizamçıya neftin hasilatında və satışında verilmış hədsız imtiyazlar bazarda özbaşınalığa münbit şərait yaradırdı. Artıq 60-cı illərin sonunda iltizam sisteminin ləğv olunmasına tələb duyulurdu, çünki bu tədbir həm neft sənayesinin, həm də iltizam dövründə az gəlir əldə edən dövlət xəzinəsinin maraqlarına cavab verirdi. Hamı üçün aydın idi ki, iltizam sistemi neft sənayesinin inkişafını məhdudlaşdırır.
Azərbaycanda neftçıxarma sənayesinin inkişafında 1864-cü ildə icbarı əməyin və 1872-ci ildə iltizam sisteminin təsviyyəsi mühüm rol oynadı. İcbari əməyin və iltizam sisteminin aradan qaldırılması neftçıxarma sənayesində feodal-asılılıq münasibətlərinin tamamilə ləğv edilməsi və sahənin azad kapitalist inkişaf yoluna keçməsi demək idi. Neft sənayesində iltizam sistemini mülkiyyət münasibətlərində yeni sistem əvəz etdi.
O illərdə Bakının ən zəngin neft yatağını sahibkar V.İ.Raqözin belə təsvir edir. “Zaqafqazıyada iltizam sisteminin ləğvindən sonra neft sənayesinin inkişafını xülasə etmədən öncə, iltizamın ləğvindən qabaq Balaxanı yatağının nə vəziyyətdə olduğuna baxmaq pis olmazdı. Bakıdan gələn enli yolun solunda, Balaxanı kəndi ilə üzbəüz bir neçə dayaz neft quyusu səpələnib, ərazıdə heç yerdə buxar maşınının fiti eşidilmir, hansısa iş aparıldığı görünmür, heç bir canlanma və ümumiyyətlə, bu yerlərin əhalisinin və sahiblərinin təkmilləşdirilmış texniki iş üsulları ilə tanışlığından heç bir əlamət yoxdur, əksinə hər yerdə gerilik hökm sürür. Neft quyulardan ata bağlanmış və blokdan aşırılmış iplərlərin köməyi ilə dəri kisələrlə-tuluqlarla- çıxarılır. Neft elə dəri kisələrdə də yerli konstruksiyalı, hündürlüyü üç arşın olan və qumlu yerdə getməyə uyğunlaşdırılmış iki təkərli arabalarla daşınır. Yalnız ərazinin kənarında, sanki təsadüfən öz yerinə düşməmış və yalqız durmuş iki qazıma buruğu görünür, lakin onlarda da ətrafda hökm sürən sakitlik və yeknəsəqliklə tam harmoniya təşkil etmək üçün işlər dayandırılmışdır. O ki qaldı neft quyularına, onlar bu sahədə İran şahları və Bakı xanlarından necə vəziyyətdə miras qalmışdılar, eləcə də qalıblar. 1872-ci ilin 31 dekabr tarixinə, yəni sənaye üçün uzun və ağır olan iltizam hökmranlığı bitənə qədər onların məsumluğunu heç kim pozmamış və elmi biliklər bura toxunmamışdır”.
İltizam sisteminin ləğvi ilə əlaqədar D.Mendeleyev yazırdı: “ Neft işinə maneçiliyi neft yataqlarının istismarında görürəm. Qafqazın neft mənbələri iltizamçılara verilir... İltizam üsulu neft yataqlarını və təbii neft işini iflic edir”. Dövlət idarəçiliyinin uğursuzluğu və iltizamdan gələn gəlirin çox aşağı olması hökuməti neft sənayesindən yeni gəlir formaları axtarmağa vadar edirdi. Belə formalardan biri neftli torpaqların satış yolu ilə istifadəyə verilməsi idi.
Bu məsələdə Qafqazda dağ-mədən hissəsinə rəhbərlik edən mühəndis İ.A.Şteymanın qeydlərində, Abşeronda neft işinin təşkilində özəl kapitaldan istifadə edilməsi barədə o dövr üçün gərəkli və dəyərli məlumatlar saxlayan təkliflər də həmçinin maraq doğurur: “ Amerika neft mədəninin böyük inkişafına baxmayaraq, Qafqaz nefti amerikalılarla rəqabət apara bilərdi... İltizamın ləğv edilməsi sənayenin inkişafında mühüm addım olacaqdır. İltizamı ləğv etməklə hökumət özəl sənaye üçün böyük sərfəli sahələr açır. Onun əsas vəzifəsi – hər hansı bir istehsal sahəsində inkişafın yolunda rast gəlinən bütün iqtisadi maneələri aradan götürməkdir. Qalanları həmən şəxslərin işə yanaşma bacarığından və onların işgüzarlığından asılı olacaqdır. Bu cəhətdən okeanın o tayındakı dostlarımızın həsəd aparılası bacarıqlarına heyran olmamaq qeyri-mümkündür”. İltizam sisteminin ləğvindən sonra hökumət neft sənayeçilərindən neft mədənlərinin istismarına görə vergi və neft emalindan alınan ağ neftdən (kerosindən) aksiz vergisi tutmaqla kifayətləndi. İltizam sisteminin ləğvi nəticəsində neft sənayesində yüksəlişin, neft hasilatında texniki tərəqqinin başlanmasına baxmayaraq, o dövrdə neft mədənlərinin istismarı hələ primitiv olaraq qalırdı.
İltizamın ləğv edildiyi 1872-ci ildə Abşeronun neft sənayesinin torpaq fondu 480 desyatin idi. Həmin ildə neft sənayesində münasibətləri tənzimləmək üçün 2 qanun qəbul edildi: “ Neft mədənlərindən və neft məhsullarından aksiz vergisinin tutulması barədə” və “ İcarədarların əlində olan neftli sahələrin hərrac yolu ilə fiziki şəxslərə satılması barədə”. 1872-ci ilin fevralında təsdiq olunmuş: a) “ Neft mədəni və fotogen istehsalına aksiz haqqında”; b) “İltizamda olan Qafqaz və Zaqafqaziya dövlət neft mənbələrinin şəxsi əllərə verilməsi haqqında” Qaydalara əsasən xəzinənin (dövlətin) sərəncamına 322 desyatin neftli torpaq sahələri verilmışdi. Ondan 142 desyatini “əlahəzrətin hökmü” ilə dövlət qarşısında xidmətləri olmuş müxtəlif şəxslərə, 180 isə 10 desyatinlik sahələrə bölünərək, 555 min rubla qiymətləndirilmış və 1872-ci ilin iyununda elan olunmuş hərraca qoyulmuşdur. Hərraclar 1872-ci ilin 7,14,21 və 28 dekabr tarixlərində aparılmışdır. Neftli sahələrin satışı üzrə ilk hərraca Balaxanıdan 15 sahə və Bibiheybətdən 2 sahə çıxarılmışdı. Nəticədə dövlət xəzinəsinə 3 mln. rubla yaxın, yəni ilkin nəzərdə tutulan məbləğdən 5 dəfədən artiq pul daxil oldu. Hərracda yığılan məbləğin 94,5%-ni yerli iş adamları ödəmişdilər və onların əlində Abşeronun neft quyularının 80% -i cəmləşmiş oldu. O vaxtlar dövlətə məxsus olan istifadəsiz torpaq sahələri neft kəşfiyyatı aparmaq və neftliliyi məlum olan sahələri istismar etmək üçün 24 illiyə icarəyə verilirdi. İcarəçinin hasil etdiyi neftin dəyərini müəyyənləşdirmək hüququ vardı. Arxiv sənədlərinə görə icarəçinin xalis gəliri satılmış neftin 14-15%-ni təşkil edirdi. Əgər neft axtarışı işləri uğursuz olurdusa, icarəçi icarə sahəsini almaqla onu öz mülkiiyyətinə çevirmək və ya təmizləyərək dövlətə qaytarmaq hüququna malik idi.
Qafqazda neft işi ilə əlaqədar bütün məsələlərin həlli üçün Qafqaz Dağ-Mədən İdarəsi yaradıldı.
Hökumət iltizam sistemini aradan götürdükdən sonra neft sənayeçilərindən yalnız mədənlərin istifadəsinə görə illik vergi almaqla və kerosin istehsalına aksiz qoymaqla məhdudlaşdı.
1872-ci ildə istismarda olan quyulardan neft hasilatı 1400 min pud təşkil etmışdi. 35 illik iltizam dövründə 16 276 656 pud, 16 illik dövlət idarəçiliyi dövründə isə 5 078 464 pud neft çıxarılmışdı, yəni iltizam dövründə ildə 465 min pud, dövlət (xəzinə) idarəçiliyi dövründə isə ildə 317 min pud neft hasil edilmışdi.
1872-ci il Bakı neft rayonunda kəhriz (kankan) üsulu ilə quyuların qazılmasına son qoyulması və buruq üsulu ilə quyuların qazılmasına keçid ili oldu.
1873-cü ildə 1880-ci ilədək Bakıda neft hasilatı 3 mln. 592 min puddan 25 mln. pudacan, yəni 6 dəfədən çox yüksəlmişdi. Təkcə 1875-ci ildə Bakıda çıxarılan neft (5,4 mln. pud) dövlət idarəçiliyi dövründəkindən çox idi.
Baxmayaraq ki, iltizam sisteminin təsviyyəsi neft sənayesinin böyük yüksəlişinə səbəb oldu, neftin çıxarılmasında müəyyən texniki tərəqqi əldə edildi, lakin neft sahələrinin istismari hələ çox primitiv aparılırdı.
Neft quyulardan jelonka vasitəsilə hasil olunurdu və qazıma isə ştanq vasitəsilə və çox sadə dəzgahların köməyi ilə aparılırdı. Neftin saxlanma üsulları o qədər aşağı səviyyədə idi ki, onun tərkibində olan ən dəyərli məhsullar istehlaka və emala qədər buxarlanırdılar. Çünki neft jelonkalardan bilavasitə torpaq quyulara (anbarlara) tökülürdü və açıq səma altında qalırdı.
Neft quyularının qazılmasında kankan üsulundan buruq qazmasına keçilməsi XIX əsrin 70-ci illərində neft hasilatının həcminin artmasında mühüm amil oldu. 1873-cü ilədək Bakı neft mədənlərində buruq qazıması ilə 17 quyu qazılmışdısa, yalnız 1873-cü ildə 25 quyu qazılmışdı. 1876-cı ilədək bu üsulla 101 quyu, 1879-cu ilədək isə 380 quyu qazılmışdı.
1873 - cü ildə Ramanı, Sabunçu, Balaxanı və Bibiheybət kəndlərinin ərazilərində olan iri (500 mln. ton) neft yataqlarının kəşfiyyatına və işlənməsinə başlanılır.
Lakin qazıma işlərinin güclənməsi ilə neft hasilatının artması qiymətlərin düşməsinə səbəb olur: 1873-cü ildə 1 pud neftin qiyməti 45 qəpik idisə, 13 iyun 1873-cü ildə Balaxanıda, “Xələfli” adına ticarət cəmiyyətinin sahəsində məşhur Vermişev fontanı vurandan sonra (qısa müddət ərzində ətraf ərazini neftlə basmışdı və nəticədə bir neçə neft gölləri əmələ gəlmişdi), bir pud neftin dəyəri 2 qəpiyə düşmüşdü.Vermişev soyadlı neft sənayeçisinin quyusu 13 gün fontan vurdu (hündürlüyü 61 metr) və 3 ay ərzində 90 milyon pud neft hasil edildi. Bu Pensilvaniyada tapılan neft yataqlarındakı quyuların verdiyi neftdən qat-qat çox idi.
1873-cü ildə Abşeron mədənlərində buxar maşınlarından istifadə olunmağa başlanıldı. 1873-cü ildə Bakıda olan mühəndis Neruçev buruqlardan neftin çıxarılmasını belə qeyd edir: ”jelonka təxminən 5-8 pud neft qaldırır və buna hərəkətin növündən və quyunun dərinliyindən asılı olaraq ¾-dən 3 dəqiqəyə qədər vaxt sərf olunur. Əgər jelonkanın qaldırılması və endirilməsi buxar gücü hesabına həyata keçirilirsə və quyunun dərinliyi 30 sajendən (64 m) çox olmursa, onda jelonkanın bir endirilməsi və qaldırılmasına 45 saniyəyə qədər, əgər buxar hərəkəti yerinə at qüvvəsindən istifadə edlirsə 1 dəqiqə, insan gücündən istifadə edildikdə isə 2-3 dəqiqəyə qədər vaxt lazımdır. Bakıda bu cür neft çıxarma üsulu dartaylama adlanır”. [Природа, 1876, кн.1].
14 oktyabr 1875-ci ildə Sabunçuda “Şeytan Bazar” sahəsində “Соучастники” (Şəriklər) şirkətinin mədənində 96 metr dərinliyindən ikinci qüvvətli quyu bir ay ərzində günə 2400 tona qədər debitlə fontan vururdu. Dağ-mədən mühəndisi Qulişambarov “Соучастники” şirkətinin bu neft fontanını belə təsvir edirdi: “ Qeyzlənmiş kor-təbii qüvvə, onun qabağını almaq istəyən buxovları qıraraq, müdhiş bir şəkildə coşur və gün ərzində 150000 puda yaxın neftı bayıra tullayırdı. Bütün neft çənləri elə ilk gündə dolmuşdu və ona görə də o, ətrafa çay kimi axırdı və bir ayda buruğun ətrafında dörd böyük neft gölü əmələ gəlmişdi”.
S.M.Lisiçkinin məlumatına görə əgər fəaliyyət göstərən quyuların ümumi sayı 1873-cü ildə 158-ə bərabər idisə və ondan buruq neft quyularının sayı 9-a bərabər idisə, 1876-ci ildə kankan quyularının sayı, buruq quyularınin sayı ilə eyni idi - 62.
ABŞ-da olduğu kimi, Rusiyada da neft istehsalı və emalı ilə məşğul olan müəssisələrin sayı sürətlə artır. Beləki, əgər 1872-ci ildə neft istehsalı 1.4 mln. pud olmuşdusa, 1876-cı ildə artıq 10.6 mln. pud təşkiletmişdi. Lakin 70-ci illərdə Rusiyada neft hasilatının artım sürəti ABŞ-dan nəzərə çarpacaq dərəcədə geri qalırdı. Bunun əsas səbəbi o vaxt imperiyada mövcud olan iltizam sistemində idi. Maliyyə Nazirliyinin göstərişinə əsasən 1877-ci ildə D.Mendeleyev Rusiyada neft işinin vəziyyəti barədə hesabat hazırladı və orada neftə iltizamın ləğv edilməsinin vacıbliyini dəqiq göstərdi.
1873-cü ildə milliyətcə isveç olan Robert Nobel (1829-1896) Rusiya imperiyasının cənubunda tüfəng qundağı üçün yüksək keyfiyyətli ağac axtarmaq məqsədilə Bakıya gəlir və burada neftlə bağlı iqtisadı canlanmanın (bumun) şahidi olur. O, Qaraşəhərdə “Tiflis cəmiyyəti”ndən 25 min rubla kiçik bir neft emalı zavodu alir, yenidən qurur, neft quyularının qazılması üçün ilk dəfə mexanizmlər istehsal edir.
1875-ci ildə Nobellər ailəsi (Lüdviq, Robert, Alfred) Balaxanıda geniş yataqlar alırlar və özlərinin neftayırma zavodunu tikirlər. 1876-cı ilin aprelində isə Lüdviq Nobel (1831-1888) oğlu Emmanuillə (1859-1932) Bakıya (Abşerona) gəlir və onun gördükləri barədə ilk təəssüratı belə olur: “Abşeron yarımadasında neft mənbələrinin sayi o qədər çoxdur ki, onları tükənməz adlandırmaq olar”. 1879-cu ildə isə Nobel qardaşları dostları, peteburqlu sənayeçi baron P.A.Bilderlinqlə (şirkətin şərikləri sırasında P.Y.Zabelski, F.A.Blümberq, A.A.Bilderlinq, M.Y.Belyamin, A.S.Sundqren və B.F.Vunderlix də olmuşlar) birgə Rusiyada əsas kapitalı 3 milyon rubl olan ən iri neft istehsalı və emalı şirkəti “Branobel”i (“Товарищества нефтяного производства братьев Нобель”) yaradırlar. Şirkət Bakıda neft istehsalı və neft emalı ilə məşğul olur, özünün tədarük şəbəkələrini, o cümlədən neft kəmərlərini, neft tankerlərini, vaqon-sisternlərini və neft bazalarını yaradır. “Branobel”i səciyyələndırən əsas cəhətlərdən biri, yalnız özünün Sankt-Peterburqdakı mexaniki zavodlarında layihələndirilən və hazırlanan neft-mədən və neft emalı avadanlıqlarından istifadə olunması idi. Və bu avadanlıqların ən çox nümunələrini L.Nobelin özünün qeyri-adi konstruktor işləri təşkil edir. Şirkətin kapitalı 1880-ci ildə 4 mılyon, 1881-ci ildə 6 milyon, 1882-ci ildə 10 milyon, 1900-cu ildə 15 milyon rubla çatır.
Lakin şirkət yalnız 1890-cı ildən gəlirlə işləməyə başlayır, bir neçə dəfə müflisləşmə təhlükəsi ilə üzləşir və yalnız Alfred Nobelin ayırdığı sərmayələr hesabına rəqabətə davam gətirir.
L.Nobelin yaratdığı möhtəşəm neft konserni tezliklə bazarda Rusiya neftinə ağalıq etməyə başlayır və ABŞ-ın “Standard Oıl” şirkətini Rusiya bazarından tamamilə sıxışdırıb çıxarır.
L.Nobelin sürətlə inkişaf edən “neft imperiyası”nın on illik fəaliyyət dövrü “XIX əsrdə sahibkarlıq sahəsində əldə edilmiş ən böyük qalibiyyətlərdən biri” kimi qiymətləndirilir. Məhz ona görə Lüdviq Nobeli XIX əsrin sonlarında Rusiya imperiyasının “neft kralı” adlandırırdılar. Bakının neft sənayesi üçün Nobel qardaşlarının gördüyü işləri isə əsl inqilab adlandırmaq olar. Şirkət tərəfindən inşa edilmış bir çox tikililər, məsələn neft rezervuarları indiyədək istifadə olunur. [Alfred Nobel öz varidatını əsasən dinamit istehsalında əldə etmişdi, lakin Nobel mükafatının təsis kapitalının 10%-ni Alfredin iştirakı ilə Robert və Lüdviq qardaşlarının Bakıda yaratdıqları “Nobel qardaşlarının neft istehsalı yoldaşlığı (cəmiyyəti)” – “Branobel” şirkətinin vəsaiti təşkil edir. Cəmiyyətin baş idarəsi Peterburqda olsa da, lakin onun əsl mərkəzı Bakıda idi. Burada, zəngin Abşeron yataqlarında onlar çıxardıqları nefti kerosin və d. neft məhsulları şəklində bütün Rusiyaya və Avropaya daşıyırdılar. Rokfellerlə və Rotşildlərlə rəqabət aparan Nobellərin neft imperiyası on illərlə fəaliyyət göstərdi və yalnız XX əsrin əvvəllərində Rusiyada baş verən sosial sarsıntılar nəticəsində şirkət 1920-ci ildə bolşeviklər tərəfindən milliləşdirildi və Nobellər birdəfəlik Rusiyadan getdilər].
30 il Avropada, Yaxın və Orta Şərqdə səyahət edən P.A.Çixaçov adlı məşhur coğrafiyaşünas və şərqşünasın “Birləşmiş Ştatlar və Rusiyada neft ” məqaləsində Abşeron və Amerika quyularının məhsuldarlığı (debitləri) tutuşdurulmuşdur: Abşeron quyuları amerika quyularından fərqli olaraq 3 dəfə çox neft verirdi və Bakı neft rayonunda neft fontanlarının hündürlüyü 84 metrə çatırdı , ABŞ-da isə 19 metr idi.
Mexaniki qazımanın neft hasilatında intensiv şəkildə tətbiq olunması (1869-1870 illərdən), 1872-ci ildə iltizamdan imtina edilməsi və neftli torpaqların fərdi şəxslərə icarəyə verilməsi Bakıda və ümümən Rusiyada neft sənayesinin inkişafına səbəb oldu və bunun nəticəsində bir sıra neft şirkətləri və ticarət cəmiyyətləri meydana gəldi: «H.Z.Tağıyev » (1872), «Bakı neft cəmiyyəti (BNC)» (1874), Nobel qardaşlarının “Branobel” (1879), Rotşildin «Xəzər-Qara Dəniz Cəmiyyəti» (1883), «Нефт» (1883), «S.M.Şibayev» (1884), «Xəzər Yoldaşlığı» (1887), «Nağıyev Musa» (1887), «A. İ. Mantaşev» (1889), «Əsədullayev Şəmsi » (1893), «Qafqaz» (1896), «İ.A.Haqverdiyev» (1896), «Rus nefti» (1898), «Şəriklər» (1899), «Abşeron neft şirkəti» (1899), «Aleksandr Benkendorf» (1900), «Bibi-Heibat Petroleum Co. Ltd.» (1900), «Balakhani Syndicate Ltd.» (1900), «Moskva Qafqaz neft şirkəti» (1902), «Peterburq- Qafqaz neft sənaye və ticarət cəmiyyəti» (1911), «Muxtarov Murtuza» (1913) və s.
1874-1875-ci illərdə neft böhranı baş verərkən Rusiyada neftin və neft məhsullarının (kerosinin) qiyməti kəskin aşağı düşdü. Bakıda və S.-Peterburqda neft işinin vəziyyətinə baxılması üçün hökumət komissiyası yaradıldı. Belə komissiyalardan birinin üzvü olan D.Mendeleyev qeyd edirdi ki : “ Başqaları ilə birlikdə məndə hesab edirdim ki, bəlanı aradan götürəcək və bizim neft işimizin gələcək inkişafına təsir edəcək birbaşa tədbir yalnız neftə qoyulan aksizin tamamilə onun üzərindən götürülməsidir. Ancaq məsələ çətin idi, çünki xəzinənin aksiz şəklində yığılan 300 min rublu itirməsinin, neft sənayesinin inkişafından milyonlarla rubl gəlir əldə ediləcəyi ilə mükafatlandırılacağı hamıya aydın deyildi”.
D.Mendeleyevin neft və neft emalı məhsullarına qoyulan aksizin ləğv edilməsi barədə fikri Amerikaya olan səfərindən sonra onu bu nəticəyə gəlməyə vadar etdi. “ Neft sənayesini sıxan aksiz Amerikada olduğu kimi bizdə də götürülməlidir... Böyük vergi qoymaq ağlasığmazdır, çünki bütün istehsalı öldürər... kiçik vergi qöymaq isə ağılsızlıqdır”.
Rusiya Imperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin (İRTC BŞ) iclaslarından birində alim qeyd edirdi ki, təkmılləşdirilmış neft sənayesi yaratmaq üçün ən əvvəl iltizam sistemi və kerosinə qoyulmuş aksiz ləğv olunmalıdır və bu Rusiyada neft işinin kapitalist inkişafına gətirib çıxaracaqdır. D.Mendeleyev vurğulayırdı ki, “... Mənim şəxsi fikrim nəinki neftə, hətta necə olmağından asılı olmayaraq kerosinə də qoyulmuş hər cürə vergiyə qarşıdır... Vergi sənayeni sıxma-boğmaya salır, çünki hasil edəndə, fabrikantda onu istehlakçıya yönəldir və nəticədə istehlak azalır. Hər halda sənaye üçün vergi ... sıxıntı və inkişaf yerinə durğunluq yaradır”.
Rusiyanın Maliyyə nazirləri M.Retnerə (1876-ci il), S.Qreyqə (1880-ci il) və N.Bunqeyə (1886-cı il) göndərdiyi məktublarda D.Mendeleyev imperiyada neft işinin vəziyyətini geniş şərh edir və onun yaxşılaşdırılması üçün lazımı tövsiyələr verirdi. Beləki, Rusiyanın Dövlət Əmlakı naziri M.N.Ostrovskiyə (tanınmış dramaturq A. N. Ostrovskinin qardaşı) yazdığı məktubda o, belə izah edir: “ Bakı neft sənayesi, əgər ona sərbəstlik verilərsə, o zaman ondan gözlənilən nəticələrə cavab verəcəkdir ki, indi çıxarmaq imkanı olmadığı xeyli ucuz və müxtəlif çeşidli Rusiya neft məhsullarını dünya bazarına göndərə biləcəkdir”.
D.Mendeleyevin bu fikrini əvvəllər “professor xəyalları” adlandıran Rusiyanın o zamankı maliyyə naziri M.X.Reytern, nəhayət ki, alimi başa düşdü və buda 1876-cı ildə aksızın ləğvinə səbəb oldu, bununlada Rusiyanın neft işi sürətlə irəlilədi.
Bu illər neft elminin yüksəlişi başladı. 1875-ci ildə A.A.Letniyin Rusiyanın neft sənayesinin inkişafının qısa xülasəsini verən “Bitumabənzər qazıntıların (mineralların) quru destilləsi” əsəri meydana çıxdı. 1878-ci ildə prof. K.İ.Lisenkonun neft işində vacib olan “Neft istehsalı” kitabı çapdan çıxdı.
1877-ci il Bakı neft sənayesinin intibah dövrü sayılır. Neft sənayesinə kapital axını xeylı artdı. Əgər 1873-cü ildə Bakıda 12 şirkət fəaliyyət göstərirdisə, 1883-cü ildə onların sayı 79-a çatdı. 1878-ci ildə Bakıda 112, 1879-cu ildə 126 şirkət və şəxsi sahibkar var idi. Onlar nefti 411 desyatin sahədə hasil edirdi. Onların arasında 259 desyatin dövlət torpağı və 152 desyatin fərdi sahibkarların torpağı idi. Dövlət torpaqları sahələrə bölünmüşdü – Balaxanı -149 desyatin, Suraxanı – 10 , Bibiheybət -20 , Binəqədi – 80, fərdi sahibkarların torpaqları isə yalnız Sabunçu sahəsində yerləşirdi. 1879-cu ildə Bakı neft mədənlərində 1,8 min insan çalışırdı. 1872-ci ildə 1885-ci ildə daxil olmaqla 428, 1 mln. pud neft hasil edilmışdi.
S.-Peterburq Dağ - Mədən İnstitunun professoru, məşhur neft kimyaçısı K.İ.Lisenko artıq 1878-ci ildə qeyd edirdi ki, 1874-cü ildən başlayaraq neft buruqlarının sayı intensiv olaraq çoxalır və kəhriz quyularının sayı azalır; yəni neft hasilatının əsas hissəsi buruq quyularından olunur, amma kəhriz quyuları ikinci dərəcəli rolu oynamağa başlayır. 1878-ci ildə Abşeronda 301 neft buruq quyusu var idi, onlardan 251 neft quyusu Balaxanı, Sabunçu , Ramanı və Zabratda yerləşirdi.
Azərbaycanın artmaqda olan neft sənayesi yeni-yeni rayonları əhatə edirdi. 1878-ci ildə Bibiheybətdə ilk buruq qoyuldu və həmin ildə də ilk neft fontanı vurdu. Tezliklə Zubalovun və H.Z.Tağıyevin əvvəllər heç kimə məlum olmayan mədənləri Bakı neft rayonunun ən iri neft mədənlərindən birinə çevrildilər. Təkcə bu iki sahibkarın sahələrində XIX əsrin 90-cı illərində hasilat 1 mln. tona çatdı. İlk fontandan sonra burada Nobel qardaşlarının, Şibayevin və Mantaşevin, Bakı neft cəmiyyətinin, Kuban-Qaradəniz cəmiyyətinin firmaları və d. yerləşdilər.
1879-cu ildən köhnə əl üsulu ilə yeni dayaz neft quyularının qazılması dayandırılır və o vaxt üçün yeni texnikadan istifadə etməklə qazılmış quyuların sayı kəskin şəkildə çoxalmağa başlayır: ilk buxar maşınları tətbiq olunur, həcmli və quyunun dərinliyinə müvafiq olan jelonkalar, altı açılan və neftin ambara axması üçün qoyulan novalçaya tökülməsini təmin edən uzun dəmir vedrələr istifadəyə verilir.
24 mart 1879-cu ildə Azərbaycanda neft işinin inkişafına kömək edən Rusiya İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsi (RİTC BŞ) təsis edilir. Bu cəmiyyət Qafqaz və Abşeron neftlərinin tərkibinin və xassələrinin öyrənilməsində, həmçinin onların səmərəli istifadəsi üsullarının hazırlanmasında mühüm rol oynayır. Rusiya imperiyasının neft sənayesinin tarixində ilk dəfə olaraq Bakıda RİTC BŞ alimlərin, mühəndislərin və neft sənayeçilərinin səylərini birləşdirdi.
Cəmiyyətin 25 may 1879-cu ildə keçirilmış ilk təsis yığıncağında onun sədri dağ-mədən mühəndisi Pavel Semyannikov, katibi texnoloq V.B.Abramoviç seçilmişdir, sonralar isə ona uzun illər tanınmış sənaye sahibi Aleksandr.M.Benkendorf rəhbərlik etmişdir. Cəmiyyətin 122 üzvü var idi və o, indiki Nizami küç. 115 nömrəli (çox gözəl qalmış) binada yerləşirdi.
RİTC BŞ çox böyük kitabxanaya malik idi (1879-cu ildə, yəni cəmiyyətin yaradılması ilə eyni vaxtda yaradılmışdı) və ondan şəhərin bütün texniki ziyalıları istifadə edirdilər. Kitabxananın fonduna kimyaya, neftayırmaya, neft maşınqayırmaya, energetika və metalların texnologiyasına, həmçinin təbiət elmlərinə aid çoxsaylı rus, ingilis və alman dillərində olan ədəbiyyat yığılmışdı.
1886-cı ildən Bakıda çıxan «Труды БО ИРТО» məcmuəsi (jurnalı) Rusiyada neft işinin problemlərini geniş işıqlandıran ilk dövrü nəşr idi (Məcmuənin 1904-cü ilin may-avqust yubiley nəşrində İ.N.Qluşkovun “RİTC BŞ-nin fəaliyyətinin tarixi xülasəsi” məqaləsi çap olunur və orada Şöbənin yarandığı ilk illərdə həyata keçirdiyi vəzifələr qeyd olunmuşdur).
Maraqlısı odur ki, kimyaçıların, texnoloqların və mühəndislərin (sonralar onlar öz sahələrində məşhurlaşdılar) bütün işləri öncə RİTC BŞ-nin iclaslarında müzakirə olunur və sonra monoqrafiya şəklində çap olunurdular. Qeyd etmək lazımdır ki, RİTС BŞ-nin fəaliyyətində azərbaycanlı neft sahibkarları (H.Z.Tağıyev, A.Nağıyev) ilə yanaşı ali texniki təhsil almış Mövsüm bəy Məmməd bəy oğlu Xanlarov və Fətulla Əsəd oğlu Rüstəmbəyovda fəal iştirak edirdilər. RİTC BŞ- nin üzvləri öz məqalələrini əvvəlcə «Труды БО ИРТО» məcmuəsində və Bakıda nəşr olunan “Нефтяное дело” qəzetində (1908-ci ildən məcmuə) çap etdirirdilər. 1920-ci ildən bu məcmuə “Azərbaycan Neft Təsərrüfatı” adı altında bugünə kimi nəşr olunur.
Yəni, Rusiyada neft sahəsində elmi-texniki dövrü nəşrin əsasları 1886-ci ildə Bakıda qoyulmuş oldu.
1880-ci ilin mayında D.Mendeleyev oğlu Vladimir ilə yenidən Bakıya gəlir. Əsas məqsəd – niyə Bakıda neft bol olduğu halda cəmisi ildə 7 milyon pud istehsal olunur; onun istehsalını ləngidən nədir; niyə dənizə yaxın Bakı və Kuban neft mədənləri səmərəli istismar olunmur, bu sualları araşdırmaq idi. 29-30 mayda H.Z.Tağıyev onları özünün yeni fontan quyusunu açılışına dəvət edir və bu fontanı “Vladımır Mendeleyev” adlandırır. Bakıdan Peteburq qəzeti “Голос”a göndərdiyi məktubunda o yazırdı: “ Ən başlıcası onu demək lazımdır ki, burada olan neft bolluğu hələki heç yerdə rast gəlinməyir. Mən Pensilvaniyanı (ABŞ) və oradakı mənbələri görmüşəm və cəsarətlə təsdiq edirəm ki, şübhəsiz burada (yəni Bakıda) neft daha çoxdur və hsilatı asandır... Bu günlərdə c. Tağıyevin mədənində neft fontanın (ona mənim oğlumun adını vermışlər) açılışında iştirak etdim... Quyunu 50 sajen (106,5 m) dərinliyinə burada ad çıxarmış texnik c. Lens qazmışdı, onun tətbiq etdiyi üsullar son dərəcə qəribədir və yerli torpaq şəraitinə uyğunlaşdırılıbdır. Bizim yanımızda quyunu tamamilə təmizlədılər və o, 10-15 dəqiqədən sonra elə güclü fontan vurdu ki, neftlə birgə 20-30 fut (girvəngə) ağırlığında daşları da atmağa başladı... Neft kütləsi var. İndi əsas məsələ bu kütləni işə salmağı, bütün Rusiyanı, Şərqi və Qərbi işıqlandırmaq və yağlamağı bacarmaqdır. Tək bakılıların bunu böyük etməyə gücləri çatmaz: onlar öz işlərini görüblər və özüdə məharətlə. Yeni qüvvələr və dərrakələr, uzaqgörənlik və bacariq ... gərəkdir”. O sənayenin inkişafını yüksək qiymətləndirdi: “Qafqazda neft sənayesini Pensilvaniyada olduğundan daha geniş miqyasda və daha yüksək səviyyədə inkişaf etdirmək üçün çox əsaslı dəlillər vardır”.
Rusiya imperiyasının neft sənayesinin 1880-1890-cı illərdə əldə etdiyi ən böyük nailiyyət Bakı neftinin dünya bazarına çıxarılması olmuşdur. Xarici istelakçılar imperiyanın neft sənayesinin inkişaf sürətinə mat qalmışdılar.
1880-cı ildə neft sənayesinin yenidən təşkili həyata keçirildi və onun fəaliyyətinə nəzarət mərkəzləşdirildi. Nəticədə, 1882-ci ildə neft hasilatı 50 mln. pud, 1894-cü ildə isə 340 mln. pud həcminədək yüksəldi.Neftin işlənməsinin təşkilində 1873-cü ildən sonra aparılan islahatlar xüsusi qeyd olunmalıdır. Beləki Bakı neft istehsalçıları cəmiyyətinin yaradılması ilə bu cəmiyyət tezliklə Xəzər-Qafqaz neft sənayesinin icra təşkilatına çevrildi. Cəmiyyətin fəaliyyətinə aşağıdakılar daxil idi: neftin istehsalı və onun nəqli, neft istehsalçılarından və neft emalçılarından yığılan verginin həcminin müəyyənləşdirilməsi. Bakı neft istehsalçıları cəmiyyəti sənayenin inkişafına müsbət təsir edirdi, neft hasılatlnın və istehlak bazarının genişləndirilməsi üçün münbit şərait yaradırdı. Cəmiyyətin təşkilatçılıq bacarığı Bakı neft istehsalçılarına Rusiyanin neft sənayesində möhkəm mövqe tutmağa kömək edirdi. Cəmiyyətin Statistik kantorunun yaradılması Rusiya neft sənayesinin səmərəlıyınə cıddi təsir göstərdi. Əvvəllər dəqiq məlumatlar əldə etmək çox çətin idi və əsasən qiymətləndirməyə söykənirdi. Cəmiyyət həmçinin Bakının sosiyal və mədəni həyatınin inkişafına da yardım edirdi, məktəblərin, yolların,xəstəxanaların tikintisini maliyyələndirir, həm də müəllimlərin, həkimlərin, dayələrin və kantorun işçilərinin əmək haqqlarını təmin edirdi.
Neft yataqlarının sərvəti, ucuz işçi qüvvəsi və təbii ki, sənayeçilərə neft işindən gələn böyük mənfəət, Rusiyanın, o cümlədən Bakının neft sənayesinə xarici valyutanın axınını tezləşdirirdi. Bakı rayonun hüdudlarında xaricilərin neft işinə buraxılması barədə məsələ üzrə Xüsusi müşavirənin 1 may 1880-ci il tarixli qərarı buna imkan verdi.
XIX əsrin 80-90-cı illərində Bakı neft sənayesinin iri müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi ilə müşahidə olunan inhisarlaşması başlanır.
Neft sənayesinin coşqun inkişafının Bakıya cəlb etdiyi sərmayədarlardan biridə məşhur Rotşildlər ailəsidir. Bu bankirlər ailəsi, xüsusilə onun Fransadakı qolu neft sənayesinin yüksəlişi dövründə uzun müddət Bakı ilə qarşılıqlı surətdə faydalı olan tarixi əlaqə saxlamışdır. 1883-cü ildə Parisdən Bakıya Rotşıldin səlahiyyətli nümayəndəsi gəlir və maliyyə-kredit əməliyyatlarının aparılmasına və neftin satışına başlayır. Rotşildlər Bunkenin və Palaşkoviskinin başladıqları Bakı-Batum dəmiryolunun tikintisinin başa çatdırılmasına borc pul verdilər. Nəticədə, 1883-cü ildə Бакı-Батум dəmir yolu istismara verildi. Avropa ölkələrinə neftin və neft məhsullarının ixracı üçün bu dəmir yolu böyük əhəmiyyət kəsb edirdi. Əvvəllər Osman imperatorluğunun tərkibində olan, 1878-ci ildən isə Rusiya imperiyasinin tərkibinə salınmış, kiçik bir yaşayış məntəqəsi olan Batum isə Bakı neftinin hesabına tez bir zamanda sürətlə inkişaf edərək dünyanın ən iri limanlarından birinə çevrildi. Batum limanından ixrac olunan məhsulların 85-90%-ni neft və neft məsulları təşkil edirdi. Beləki, 1901-ci ildə Batum limanından 74,4 mln. pud (1 pud =16,38 kq), 1902-ci ildə isə 78,3 mln. pud neft və neft məsulları ixrac edilmişdi. 1883-cı ildə Rotşildlər “Xəzər-Qara dəniz neftsənaye və ticarət” şirkətini təsis etdilər. Tezliklə rus neft sahibkarı Peşkovskinin mədənləri, zavodları və b. müəssisələri bu cəmiyyətin mülkiyyətinə çevrildi. Yeni yaranmış cəmiyyətin planları çox uzaqlara yönəlmişdi: neft hasilatı, onun emalı və xüsusən ixracı. Nobel və fransızlaşmış yəhudi Rotşild kiçik sahibkarları özlərindən asılı etmək üçün əllərindən gələni edirdilər. Beləki, “Xəzər-Qara dəniz Səhmdar Cəmiyyəti” mədən şirkətlərinin sahibkarlarına iki milyon rubl avans verərək pul tələsi qurdular və uzun illər özlərindən asılı etdilər. Onlar cəmiyyətə sərf edən qiymətlərlə öz neftlərini ona satmağa məcbur olmuşdular. Eyni zamanda Rotşild öz cəmiyyətinin ticarət müəssisəsi - “Mazut” şirkətini yaratmışdı. Zavod sahibkarları öz məhsullarını yalnız “Mazut”a satmalı idilər. Çoxlarını bu “iltifat” sonra müflisləşdirdi.
1890-cı ildə Bakı neftinin ixracının 42% Rotşildlərin bankının nəzarəti altında idi. Beləliklə Rotşildlər Bakıda Nobel qardaşlarından sonra ikinci neft qrupu səviyyəsinə yüksəldilər. Lakin Bakıdan neftin daşınmasında ilbəil çətinliklər artırdi. Rotşildlər Bakı neftinin Asiya bazarlarına çıxarılmasına üstünlük verirdilər və onlar bu problemi məşhur “Şell” şirkətinin banisi Markus Samuel-kiçik ilə tanış olduqdan sonra həll etdilər. Bu tanışlıq nəticəsində nəinki Bakı neftinin Bakı neftinin Süveyiş kanalı ilə müasir tipli tankerlərlə Şərqi Asiyaya daşınmasını həll edən, eləcə də dünya bazarında kerosin ticarəti üzərində inhisar mövqe tutan Rokfellerin və Standart Oyl şirkətinın dəmir nəzarətini zəiflədən cəsarətli plan hazırlandı və həyata keçirildi.
1884-cü ildə London neft ittifaqının katibi Boverton Redvud Abşeronda oldu və sonra kimya sənayesi Cəmiyyətinin iclasında Rusiyada neft işinin vəziyyəti haqqında ətraflı məruzə ilə çıxış etdi və belə nəticəyə gəldi ki, Bakının neft mənbələri neftlə o qədər zəngindir ki, ruslar bütün dünyanı ağ neftlə (kerosinlə) təmin etmək və yağla yağlamaq gücündədir” [“Dağ-mədən” məcmuəsi, 1885, cild 1, s. 349].
İngiltərədə nəşr olunan “Engineering” elmi məcmuəsində (1885-ci il) Bakı neft işinin uğurları haqqında, onun 1864-cü ildən vəziyyətinin təhlil olunduğu geniş məqalə çap olunmuşdu və burada belə fərziyyələr irəli sürülmüşdü ki, Rusiya 2-3 il ərzində Şimali Avropa bazarları üzərində nəzarət qoya bilər, yaxın gələcəkdə isə, hələ Uzaq Şərq və Hindistan haqqında deməsək, Qara dəniz və Aralıq dənizinə bitişik ölkələrdə amerikalılar üçün böyük rəqib olacaq [Ticarət vərəqəsi, 1886, 22 fevral].
İki dövlətin rəqabət mübarizəsinin nəticələri haqqında tanınmış məcmuəçi (jurnalist) Çarlz Marvin də eyni nəticəyə gəldi və 1886-cı ildə özünün “Rus neftinin gələcək axını” kitabçasında yazırdı: “Amerika gec-tez öz birinciliyini Rusiyaya verməlidir”. Sonra o qeyd edirdi: “Rus neft işi elə cəlbedicidir ki, İngiltərə ona barmaqarası baxa bilməz” və sonra Ç. Marvin Bakı neft işinə daha dərindən daxil olmaq üçün Bakı-Batumi boru kəmərinin inşasından istifadə etməyi məsləhət gördü.
1886-cı ilın 13 mayında D.Mendeleyev sonuncu dəfə Bakıya gəlir. Onun may ayının 19-da RİTC BŞ-nin iclasındakı çıxışı Bakı neft sənayesinin sonrakı inkişafı üzrə tədbirlərə həsr olunmuşdu. May ayının 21-də isə alim bakılı dağ-mədən mühəndisi Semyon Kvitkoya məktub göndərərək, Balaxanı və Sabunçu mədənlərindəki quyularda neftin səviyyəsinin izlənməsi üsullarını ətraflı şərh edir. Özünün “1886-cı ildə Bakıda neft işi” kitabında D.Mendeleyev 60-80-ci illərdə neft sahibkarları Vasili Kokorev və Lüdviq Nobelin xahışı ilə apardığı tədqiqatları yekunlaşdırır. Yeri gəlmişkən, elə alimin məsləhəti ilə Nobel qardaşları öz şirkətlərinin ştat cədvəlinə “neftçi-geoloq” vəzifəsi daxil edirlər.
90-cı illərdə Bakıda Britaniya kapitalı da peyda oldu və Ceyms Vişau başda olmaqla bir neçə maliyyə maqnatı Bibi-Heybətdə neft mədənləri və Qara şəhərdə isə S.Şibayevin zavodlarını alaraq burada üç şirkət yaratdılar. Belə ki, 1897-ci ildə ingilislər H.Z.Tağıyevin mədənlərini 5 mln. rubla aldılar və artıq iki il yarımdan sonra buradan 7,5 mln. rubl xalis mənfəət əldə etdilər. Bakıda öz ortaq müəssisələrini Belçika, Alman və Amerika şirkətlərinin nümayəndələri də açırlar. Ümumiyyətlə, 1874- 1899- cu illər ərzində Bakıda xarici kapitalın iştirakı ilə 29 səhmdar cəmiyyəti yaradıldı.
XIX əsrin 70-ci illərində neft sənayesinə milli kapitalın qoyuluşu cəmi 4% , milli kapitalın iştirakı ilə olan qarışıq kapitalın həcmi isə 10% təşkil edirdi. XIX əsrin sonlarında isə neft sənayesində çalışan 167 sahibkardan 49 nəfəri (24,8%) azərbaycanlılar idi. O illər Bakıda neft sənayesinin inkişafında milli “neft milyonerləri”nin (H.Z.Tağıyev, M.Nağıyev, İ.Hacınski, M.Muxtarov, Ş.Əsədullayev, N.Səlimxanov, T.Aşurbəyov, A.M.Qafarov, A. Qarayev, M.Q.Səlimxanov, Q.B.Aşumov, İ. Nuriyev və b.) fəaliyyəti müstəsna əhəmiyyət daşıyırdı. Başqa neft sahibkarları içində Nobel qardaşları, Rotşild, Roqozin,Vişua, Mantaşev, Palaşkovski, Tumanyan, Şibayev və Leonozovu göstərmək olar. Yuxarıda adları çəkilən iri sahibkarlarla yanaşı, yerli əhalidən olan bir qədər aşağı səviyyəli sahibkarlar da neft işinin inkişafına öz töhvələrini verirdilər. Hacı Bala Ələkbərov, Ağası bəy Aşurbəyov, Əli Bala Zərbəliyev, Kərbalı Zərbəliyev, Hüseyn Məlikov və bir çox başqaları Sabunçuda, Balaxanıda, Ramanıda, Bıbıheybətdə mədən sahələrinin sahibləri idilər. Azərbaycanda milli burjuaziya yaranır, Bakı isə dünyanın sənaye mərkəzlərindən birinə çevrilirdi.
Bakı neft sahibkarları 1884-cü ildə “Neft sahibkarlarının toplanma şurası”nı təsis etdilər; bu Rusiyada iri burjuaziyanın ilk təşkilatlarından biri idi. Təşkilat sahibkarların hökumət qarşısında mənafeini müdafiə etməklə bərabər, həmdə hökumətlə birgə fəhlə hərəkatına divan tuturdu. “Neft sahibkarlarının toplanma şurası” neftlə bağlı bütün məsələləri müzakirə edir və qərarlar çıxarırdı. Şura “Neft işi” məcmuəsini nəşr etdirir, kitabxanalar, məktəblər açdırır, xəstəxana, əczəxana (aptek) saxlayırdı. Bu iri şirkətlərin və inhisarların əlində güclü silah idi. “Neft sahibkarlarının toplanma şurası” na 6 ıl ərzində Nobel rəhbərlik etmışdı, 1890-cı ildən 1916-cı ilədək isə “Şura”nın başında “Xəzər yoldaşlığı”nın həmsədrləri Qukalov qardaşları durmuşdular.
1888-ci ilin 31 oktyabrında D.Mendeleyev London kimya-texnoloji cəmiyyətinin prezidenti Lüdviq Monda və Britaniya birliyi (assosiasiya) şöbəsinin sədri V.İ.Andersona Qafqaz neft sənayesinin inkişafının perspektivləri barədə məktub yazır və orada Bakıda neft ehtiyatlarının tükəndiyi barədə gəzən şaiyələri təkzıb edir. Xüsusilə , alim yazırdı: “ ...tükənmə barədə yayılan şaiyələrin bir hissəsi, Pensilvaniyada yaxşı öyrənilmiş, neft tükənməsı təzahürünü tamamilə bilməməyə əsaslanır, dıgər hissəsi isə öz məqsədləri üçün şaiyələr yayan fitnə-fəsad oyununa əsaslanır”.
Mədəndəki qazıma işləri və neft bazarınin rəqabəti arasında çox sıx əlaqə var idi: neft məhsullarının təhvili üçün yaxşı şərait, mədən işlərinin canlanması yeni qazıma üçün nəzərdə tutulmuş quyuların sayının çoxalmasına, istismara verilmək üçün hazırlanan digər quyuların qazılmasının stimullaşdırılmasına səbəb olurdu. 1889-cu ildə 6,5 min , 1894-cü ildə - 12,8 min və 1899-cu ildə - 81,8 min sajen həcmində qazıma işləri aparılmışdı.Dağ-mədən departamentinin məlumatına görə, 1891-ci ildə “Branobel” cəmiyyətinin sərəncamında 60 desyatin (1desyatin – 1,0925 ha), Bakı Neft Cəmiyyətinin – 51 desyatin, “Xəzər-Qaradəniz cəmiyyətinin - 36 desyatin, “Xəzər yoldaşliq” cəmiyyətinin – 17 desyatin neftli torpaqlar var idi.
1890-cı illərdə Rusiyada sənayeləşmə prosesinin inkişafı, maliyyə naziri S.Vittenin iqtisadiyyatı canlandırmaq üçün apardığı islahatlar neft hasilatının genişlənməsinə də böyük təsir göstərdi. Ölkənin iqtisadi inkişafı, pul vahidi-rublun kursunun sabitləşməsi öz növbəsində xarici sərmayədarları və iş adamlarını Bakı neft biznesinə cəlb etdi. Bu dövrdə Transsibir dəmir yol xəttinin çəkilməsi isə neft və neft məhsullarını imperiyanın ən ucqar yerlərinə çatdırmağa imkan verdi.
XIX əsrin 80-90-cı illərində Bakı neft rayonunun neftçıxarma sənayesi ümumi neft hasilatına görə ABŞ - ın neft sənayesinə çatdı və onu ötdü, əsrin sonunda isə dünyada birinci yerə çıxdı. XIX əsrin sonundan başlayaraq Bakı Rusiya neftinin 95% və dünya neft hasilatının yarısını verirdi. 10 il ərzində birincilik ABŞ-dan Bakıya keçdi. 1882-ci ildən 1900-cu ilədək Bakıda neft hasilatı 12 dəfə artdı – 50 mln. puddan 600,3 mln. puda çatdı. 1885-ci ildə Bakıda 115 mln. pud, ABŞ-da isə 169 mln. pud, 1890-cı ildə uyğun olaraq 240,4 və 355 mln. pud neft hasil olunduğu halda, 1895-ci ildə bu həcmlər 426 və 400 mln. pud olmuşdular. 1891-ci ildə hasil olunmuş dünya neftinin yarısını Bakı nefti təşkil edirdi. 1901-сi ildə Bakıda 667,1 mln. pud neft hasil olundu ki, bu da Rusiya neftinin 95%, dünya neftinin isə yarıdan çoxu idi.
Neft hasilatında yüksəliş istismarda olan quyuların sayının artması, qazma texnikasının keyfiyyətcə təkmılləşməsi, neftli torpaqların işlənmə sahələrinin genişlənməsi, fəhlələrin sayının artması və əmək məhsuldarlığının yüksəlməsi, nefçıxarmaya əlavə kapitalın cəlb olunması, istehsalın enerji təchizatının yaxşılaşdırılması, yeni sənaye müəssisələrinin yaranması, mədənlərdə neftin saxlanma sisteminin yaradılması və d. səbəblər hesabına baş verdı.
Eyni zamanda neft hasilatının həcminin artımında neft quyularının qazılmasında kəhriz üsulundan tamamilə sayı ildən ilə artan buruq qazıması üsuluna keçilməsi oldu. 1885-ci ildə Bakıda 165 (192), 1890-cı ildə 356 (376), 1895-ci ildə 604 (614), 1897-ci ildə 917, 1898-ci ildə 1146, 1900-cu ildə 1710 və nəhayət, 1901-ci ildə 1740 istismar quyusu var idi. Beləliklə 16 il ərzində Bakıda istismarda olan buruq quyularının sayı 10 dəfəyəcən artmış oldu.
Buruq quyularının sayı artdıqca onların dərinliyi də nəzərə çarpacaq dərəcədə artırdı. Əgər 1872-ci ildən 1883-cü ilədək istismarda olan neft quyularının dərinliyi 25-30-dan 50-60 sajenə qədər artmışdısa, XIX əsrin sonunda bu dərinlik 200-250 sajenə çatmış oldu, yəni otuz il ərzində 10 dəfəyəcən artmış oldu. Lakin, ümumən neft quyularının qazılması və istismarı çox aşağı texniki səviyyədə idi və həddən artıq baha başa gəlirdi. Hər buruq quyusunun istismarına neft sahibkarları ildə 5-dən 10 min rublacan vəsait sərf edirdi.
1873-cü ildən Bakı neft mədənlərində buxar maşınları tətbiq olunmağa başladı və onların sayı XIX əsrin 80-90-cı illərində sürətlə artmağa başladı. 1883-cü ildə mədənlərdə ümumi gücü 1458 a.q. olan 141 buxar mühərriki, 1889-cu ildə - ümumi gücü 6629 a.q. olan 500 buxar mühərriki, 1891-ci ildə - ümumi gücü 10054 a.q. olan 676 buxar mühərriki, 1893-cü ildə - ümumi gücü 80146 a.q. olan 1593 buxar mühərriki işləyirdi. Beləliklə, 1883-1899-cu illər ərzində Bakı mədənlərində 11 dəfədən çox, onların ümumi gücü isə 55 dəfə armışdı.
Neft hasilatı artdıqca mədənlərdə çalışan fəhlələrin də sayı artırdı. 1879-cu ildə Bakının neft mədənlərində 1800, 1897-ci ildə - 10789, 1901-ci ildə isə 27000 fəhlə çalışırdı.
Neft hasilatında yüksəliş eyni zamanda istismarda olan torpaq sahələrinin də genişlənməsi hesabına baş vermişdi. XIX əsrin sonuncu onilliyində Ramanı (1890-cı il), Bibiheybət (1893-cü il) və Binəqədi (1898-cü il) ərazilərində yeni neftli torpaq sahələrinin əlavə işlənməsinə başlanıldı. 1896-1900-cu illərdə keçirilən hərraclar nəticəsində dövlət sahibkarlara 394 desyatin 1221 sajen neftli torpaq sahələrini icarəyə verdi ki, bu da Abşeronda istismarda olan bütün neftli torpaq sahələrinin 40% - ni təşkil edirdi. Eyni zamanda bu illərdə istismara əlavə 80 desyatin şəxsi mülkiyyətdə olan torpaqlar da daxil edildi.
1900-сu ildə Abşeronda 140 neft sahəsi istismar olunurdu və onlar bu sahələrdə çıxarılan neftin miqdarından asılı olaraq 4 qrupa bölünmüşdülər. Birinci qrupa ildə hasilatı 7,5 mln. puddan artıq olan, ikinci qrupa – 7,5 – 2, üçüncü qrupa 2 – 0,5 və nəhayət dördüncü qrupa 0,5 mln. puddan aşağı olan mədənlər daxil idilər.
1874-cü ilin yayından başlayaraq fontan quyularının sayı kəskin surətdə artmağa başladı. Neft mədənlərinin xüsusən vəhşicəsinə istismarına XIX əsrin 80-90-cı illərində başladılar. 1887-ci ildə Bakıda ümumi hasil olunan neftin 42% fontan üsulu ilə çıxarılırdı. 1893-cü ildə fontan nefti ümumi hasilatın 30%, 1895-ci ildə 33%, 1898-ci ildə 24% təşkil etmişdi. 1889-cu ildə fontan üsulu ilə - 42, 6, 1897-ci ildə - 49,47, 1891-ci ildə - 39,2, 1892-ci ildə - 75,7, 1893-cü ildə 109, 2 mln pud neft hasil edilmışdi.
XIX əsrin 80-90-cı illərində quyuların tez-tez fontan vurması ilə əlaqədar mədənlərdə neftin saxlanma sisteminin yaradılması məsələsi çox kəskin dururdu. XIX əsrin 80-ci illərində iri şirkətlər mədənlərdə həcmləri 30 – 100 pud olan dəmir çənlər düzəltdirməyə başladilar və onların sayı hər il artırdı.
Neft hasiltının mütəmadi artmasına baxmayaraq, 1894-cü ildə Bakı neft sənayesi, onsuzda çox uğurlu olmayan əvvəlki illərə nisbətən, bir böhran yaşadı. Beləki 1893-cü illə müqayisədə (344,5 mln.pud) Bakı mədənlərində neft hasilatı il ərzində 308, 5 mln. pud təşkil etdi, yəni 36 mln. pud aşağı düşdü. Hökumətin neftlə bağlı ticarət-sənaye böhranını zəiflətmək və ağ neftin (kerosinin) xaricə ixrac rüsumlarını azaltmaq kimi gördüyü tədbirlərə baxmayaraq neft emalı zavodlarının məhsuldarlığı və neft məhsullarının ixracı xeyli azaldı. Böhrana əsas səbəb isə dünya bazarında kerosinin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar, Bakıda neft hasilatının azalması və eyni zamanda onun qiymətinin artması olmuşdu. Lakin görülən tədbirlər nəticəsində sonrakı 1895-сü ildə neft hasilatı yenidən sürətlə artmağa başladı və ABŞ səviyyəsinə çataraq 400 milyon pud təşkil etdi (müqayisə üçün 1872-ci ildə çıxarılan neftin həcmi cəmi 1,4 milyon pud olmuşdur).
6 iyul 1898-ci ildə Rusiya hökumətinin xüsusi qərarına əsasən dövlətə məxsus torpaq sahələrində Rusiyanin təbəəliyində olanlarla yanaşı xaricilər də sərbəst neft kəşfiyyatı aparmaq, onun hasilatı üçün torpaq sahələri almaq, həmçinin neftvermə qabiliyyəti olan sahələrin icarəyə verilməsi üzrə növbəti sövdələşmələrdə iştirak etmək imkanı əldə edirdi.
XIX əsrin axırlarında Abşeronda neft sənayesində 78 səhmdar cəmiyyət var idi. 1890-1900-cu illərdə şirkətlərin ümumi sayının 9,5% Bakı neftinin 69% hasil edirdilər. 1894-cü ildə hasil olunan 300,8 mln. pud neftin 111,2 mln. pudu (37%) beş iri şirkətin – Nobelin, Rotşildin, Mantaşovun, Tağıyevin və Qukasovun payına düşürdü. 1899-cu ildə isə Bakıda hasil olunan neftin 44,1% bu beş şirkət çıxarırdı və bunun da 17,7% “Branobel” şirkətinin payına düşürdü.
1896-ci ilə qədər neftin istehsalı əlahəzrətin bağışladığı fərdi sahibkar torpaqlarında, iltizam üsulu ləğv olunandan sonra müzayidə (auksiyon) ilə alınan və ya 1872-ci ilin qaydalarına müvafiq olaraq fərdi istifadəyə verilən torpaqlarda həyata keçirilirdi. Neftli torpaqlar uğrunda mübarizə çox kəskin şəkildə gedirdi. Müzaidəyə (hərraca) gələn adamların məqsədi torpaqların alveri idi. Onlar hasilatla məşğul deyildilər, sadəcə sahəni alıb, ora dirəklər basdırır (buradan da onları – dirək sahibkarları adlandırırdılar) və müəyyən müddətdən sonra sahəni çox yüksək qiymətlə başqasına satırdılar.
Dirək sahibkarları neft sənayesinə ciddi ziyan vururdular. Onlar ən yaxşı neftli sahələri konservasiya edir, neft məhsullarının qiymətinin artmasına imkan yaradır və neft texnikasının inkişafını ləngidirdilər. Ona görə də 1900-cu ildə icarədarların müəyyən müddət ərzində icarəyə götürdükləri torpaqlarda işlərə başlaması barədə qanun qəbul edildi.
Lakin, 1900-cu ilin avqust ayında neftin qiymətinin aşağı düşməsi neftli sahələrin alveri ilə məşğul olan şəxsləri çətin vəziyyətə saldı. Bununla əlaqədar, 1902-ci ilin martında hökumət belə qərara gəldi: “...dövlətə məxsus neftli sahələr hərracdan pay bölgüsünə görə satılsın”, yəni neftin puduna görə alınan dövlət vergisi – neftin payından ödənilən vergi ilə əvəz olundu.
1900-cü ilə qədər Abşeronda 1700-dən çox neft quyusu qazılmışdı. Ən çox quyu – 796 ədəd Sabunçu yatağında qazılmışdı. Həmin tarixə Balaxanı yatağında 176, Ramanıda – 233 və Bibiheybətdə -186 quyu qazılmışdı. Şənaye üsulu ilə neft hasilatına başlanandan Abşeronda istismarda olan neftli torpaqların sahəsi çox yavaş genişlənirdi.Əsas neft hasil olunan sahələr- Balaxanı, Sabunçu, Bibiheybət, Ramanı və Binəqədi sahələri idi. Özüdə Ramanı sahəsinin işlənməsinə XIX əsrin 90-cı illərinin əvvəllərində, Binəqədi sahəsinin işlənməsinə isə 90-cı illərin sonunda başlamışdılar. XX əsrin əvvəllərində Suraxanı, Pirallahı adası və digər sahələrdə neft hasilatına başlanıldı. 1900 - cu ildə Bakıda 10 nəhəng ağac ambarları, 207 neft şirkəti, 16 neft boru kəmərləri, 56 mexaniki emalatxanalar fəaliyyət göstərirdi.
XX əsrin ilk beş ilində Bakı neft rayonunda hər il 10 mln. tondan çox ( ən yüksək hədd 1901-ci il – 10,93 mln. ton) neft hasıl edilirdı ki, bu da Bakını birincidərəcəli sənaye şəhərləri sırasına çıxardı. Ona görə də 1901-ci ildə Rusiya ABŞ-ı neft hasilatında ötərək (11,6 mln. ton) dünyada birinci yerə çıxdı. Yəni, Abşeronda və bütün Rusiya imperiyasında neft işinin inkişafında yeni mərhələ başladı.
“Kim neftə malikdir, o dünyanı idarə edir”, ingilis admiralı Fişerə aid olan bu ibarə nə qədər şişirdilmiş olsada, ancaq şübhəsiz bir amili əks etdirirdi ki, XX əsrin başlanması ilə neftin dünya təsərrüfatında əhəmiyyəti günbəgün artacaqdır.
1901-ci ildə Kokorev Suraxanıda yerləşən zavodunun ərazisində zavodu qızdırmaq üçün qaz almaq məqsədilə ilk qazıma quyusunu qazdırdı. 1902-ci ildə 207 m dərinlikdən o qaz əldə etdi. Kokorev tərəfindən Suraxanıda uğurla qazdırılan qaz quyusu buraya digər neft sahibkarlarını da cəlb etdi. Qaz əldə etmək üçün burada Nobel qardaşlarının, Benkendorfun, Mirzəyevin, Kuban-Qaradəniz cəmiyyətinin, Ş.Əsədullayevin firmaları quyular qazdırmağa başladılar. Suraxanı rayonu tez bir zamanda iri qaz yatağı kimi şöhrət qazandı və oradan qaz borularla Bakı mədənlərinin digər rayonlarına nəql olunmağa başladı. 1907-ci ildən səmt qazının da istifadəsinə başlanıldı. Azərbaycanın qaz sektoru hələ 1907-ci ildə ilk 130 mln. kub metr səmt qazını neft yataqlarından əldə etmiş oldu.
Neft sahibkarları Suraxanıya qaz yatağı kimi baxırdılar. Lakin bu yatağa həm də iri neft yatağı kimi qiymətləndirməyi ilk dəfə geoloq D.Qolubyatnikov göstərdi.
1903-cü ildə D.Qolubyatnikov Azərbaycanda ilk dəfə geoloji tədqiqatlara başladı. Bu tədqiqatlar 1907-1908-ci illərdə, aşkar edilmiş neft və qaz yataqlarının müqayisəli mənzərəsini verməyə imkan yaratdı və xüsusən Bibiheybətdə və Suraxanıda neft yataqlarının işlənməsi barədə olan təkliflər çox dəyərli oldu. . Və doğrudanda 1906-ci ildə Nobellərin qaz almağa qazılan quyusundan güclü ağ neft fontanı vurdu. Bundan sonra başlanan qazma işləri D.Qolubyatnikovun fikirlərinin düzgünlüyünü təsdiq etdi. 1907-ci ildə burada Bakı Neft Cəmiyyətinə məxsus quyunun 545 m dərinliyindən neft fontanı vurdu. Bu fontan gün ərzində 200 min pud qara neft verirdi. Artıq 1907-ci ildə burada 32 quyu, 1908-ci ilin başlanğıcında 56 quyu və həmin ilin oktyabrında 85 quyu qazıldı. Dənizdə neft yataqlarının işlənməsi layihəsini ilk dəfə işləyən də D.Qolubyatnikov olmuşdur.
XIX əsrin sonlarında Xəzərin fiziki-coğrafi tədqiqatları da davam etdirilirdi. N.Puşşinin 1908-ci ildə Peterburqda dərc olunmuş: “Xəzər dənizi: Hıdrocoğrafi təsvir və gəmilərin üzməsi üçün dərslik” əsərində müəllif yazırdı: “Neft sahəsinin ümumi ərazisi 4,5 mil (8,5 km) təşkil edir. Burada suyun səthində həmişə dənizin dibindən gələn və özünə xas olan qoxu verən neft üzür...”.
Beləliklə, 1892-1903-cü illəri Azərbaycanda “ilk neft canlanması (bumu)” dövrü hesab etmək olar, daha doğrusu, bu dövr neft sənayesinin təşəkkül tapması kimi səciyyələndirilir.
1903-cü ildə qəribə hadisələr başlandı. Iyunun 1-də imperiyanın neftinin 9/10 hissəsini hasil edən Bakıda ümumi tətil başlandı. Bu tətil sovet kitablarına bolşeviklərin çox vacib xidməti kimi düşübdür. Lakin A.A. İqolkin adlı tarixçi bunların hamısının uydurma olduğunu müəyyən edibdir. İğtişaşlar zahirən səbəbsiz idi, tətil edənlər heç bir tələb irəli sürməmişdilər. Ən dəhşətlisi mədənlərə od vurmalar idi. 5 ən böyük neft quyusunun alovu 100 metrdən yuxarı qalxmışdı. Tək 1903-cü ilin sonuna qədər, o zamanlar üçün inanılmaz miqdarda - 1 mln. ton neft yanmışdı. Növbəti - 1904-cü ildə 225 buruq yanmışdı. 1905-ci ildə də Bakı rayonunda mədənlərin tar-mar edilməsi davam edirdi, gündəlik hasilatı 1 mln. puddan çox olan (16380 тонн) 2000 buruq məhv edilmışdı. İnsanlar uzun müddət ərzində gəlir yerlərini itirdilər, nəticədə də qəzəblənirdilər, bu da gec-tez toqquşmalara səbəb olmaya bilməzdi. Toqquşmalar bir başa mədənlərdə 1905-ci ilin fevralında başladı.O vaxtlar ”Buza” adı almış bu iğtişaşlar 2 il davam etdi və nəticədə neft hasilatının qəflətən azalması və Rokfellerin xeyirinə olan ingilis və digər kerosin bazarlarının itirilməsinə səbəb oldu . Bu məqsədə çatan kimi iğtişaşlar dərhal dayandırıldı. Bakı hadisələrinin arxasında hansı qüvvələrin durduğu indiyədək müəyyən olunmayıb.
1904-cü ilin 30 dekabrında sahibkarlar və fəhlələr arasında, xalq arasında “mazut anayasası” adlanmış ilk kollektiv müqavilə imzalandı, 1906-cı ildə isə Bakıda neft sənaye işçilərinin İttifaqı yaradıldı.
XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiyada neft hasilatı Amerikanı bir neçə il ərzində üstələyərkən iki alman müəllifi X.Volf və F.Brakellə Y.Leysin işləri xüsusilə səciyyəvidir.
X.Volf sübut etmək istəyirdi ki, hətta ruslar Almaniyanın neft bazarını müvəqqəti olaraq ələ keçirsələrdə, Rusiya imperiyası bir sıra özünə xas olan xüsusiyyətləri və zəifliyi ilə Almaniyanın sərbəst siyasət aparmağına, ABŞ qədər təhlükəli deyildir. X.Volfa görə: “Almaniya neft bazarının Bakı neft sahibkarlarının gücü ilə ələ keçirilməsi gerçəkləşə bilməz”. 1898-1901-ci illərdə neft hasilatında Rusiyanın Amerikanı üstələməsini X.Volf müvəqqəti hal kimi qiymətləndirir və belə hesab edirdi ki, bu üstünlük Bakı neft sahibkarlarının hansısa ciddi cəhdləri və ya böyük sərmayələr qoymaları hesabına deyil. “sadəcə baxtlarının gətirməsi ilə əlaqədardır. Buna dəlil kimi o, Rusiyada fontanla işləyən quyuların xüsusi çəkisinin yüksək olduğunu və Bakı quyularının orta məhsuldarlığının yüksək olduğunu vurğulayır. Rusiyanın Xarici İşlər nazirliyinin öz maraqlarına uyğun olaraq, rus şirkətlərinin Almaniya neft bazarında inhisarçı olmağına hər cürə müqavımət göstərəcəyinin mümkünlüyünü tədqiq edərək, X.Volf yekunda belə nəticəyə gəlir ki, alman kapitalı üçün Rusiya neft sənayesini dəstəkləmək daha səmərəlidir. O yazir: “Amerikanın neft şirkəti “Standard oil” Almaniya neft bazarını ələ keçirdiyi üçün, Almaniya Bakı neft sənayesinin inkişafında maraqlədır, yalnız bu yolla alman neft bazarı amerikalılara ciddi rəqabət yarada bılər. Almaniyanın guya bu dəstəklə öz təşəbbüsü ilə amerikanın inhisar əsarətındən çıxıb rusların hakimiyyətinin təsirinə düşəcəyinə heç bir əsas yoxdur”.
F.Brakel və Y. Leysin diqqəti cəlb edən “Otuz illik neft müharibəsi” kitabı Rusiya və ABŞ arasında gedən yarışa həsr olunub, özüdə müəlliflər belə bir fikrə üstünlük verirlər ki, əgər amerikalılar kimi rusların da əllərində dəniz sahilinə çıxan neft boru kəmərləri olsaydı, Rusiyanın neft sənayesi daha çox irəli getmiş olardı.
1906-cı ildə F.Qerke tərəfindən yazılmış elmi iş alman neft bazarında rus neftinin amerika neft şirkətinin inhisarçı mövqeyinə qarşı qoyulmasına həsr edilmışdir. Əsərdə göstərilir ki, Rusiyada neft quyularının sayının ABŞ-dan az olmasına baxmayaraq, rus (Abşeron) quyularının məhsuldarlığı amerikalılardan çox yuxarıdır. 1897-ci ildə ABŞ-da 35 min quyu olduğu halda, 1903-cü ildə Rusiyada cəmi 1877 quyu var idi. Lakin Rusiyada quyuların orta dərinliyi ABŞ-dan iki dəfə azdır, neftin maya dəyəri də çox aşağıdır. Buna baxmayaraq, Rusiya neftinin gələcək proqnozları F.Qerkeyə görə ürək açan deyil, çünki dünya bazarındakı rəqabətdə amerikalılar daha çüclüdürlər. Yaranmış vəziyyətdən çıxmaq üçün F.Qerke hesab edirdi ki, gərək Qafqazda neftin hasilatı və satışı üzrə vahıd bir şirkət olsun. O yazırdi: “Ancaq indi belə inhisarçı (şirkət) yaratmaq qeyri- mümkündür.
Rusiya imperiyasının neft sənayesinin problemləri ilə bağlı Almaniyada rus çarizminin süqutundan sonra nəşr olunmuş kitablar arasında İ.Mendelin elmi işi özünə diqqət çəkir. Burada neft maqnatları arasında olan müxtəlif münasıbətlər təhlil olunur, “Branobel”in yüksək maliyyə müstəqilliyi barədə məlumat verilir. İ.Mendel hesab edir ki, “Fransız və holland kapitalından fərqli olaraq, alman kapitalının Qafqaz neft mənbələrindən kənarda qalması Nobelə öz aksiyalarını və nobel sistemində neft satışını Rusiya hüdudlarından kənarda yerləşdirməyə mane olmamışdır”.
XX əsrin əvvəllərində Rusiyada, o cümlədən Bakıda hökm sürən qeyri-sabitlik neft sənayesinin inkişafına ciddi təsir göstərirdi. İlk təsirli zərbəni 1905-ci ilin rus inqilabı vurdu. Nəticədə təkcə Bakıda il ərzində neft hasilatı 35%-ə qədər azaldı -1904-сü ildə - 10,1 mln.t, 1905- ci ildə - 6,7 mln.t.(düzdür, sonrakı illər neft hasilatının həcminin artımı müşahidə olunur – 1907-ci ildə - 7.764 min t., 1908-ci ildə - 7.589 min t., 1909-cu ildə - 8.059 min t., 1910-cu ildə - 7.626, 9 min t.). Bununla əlaqədar, neft hasil edən ölkə kimi Rusiyanın (Bakı bu dövrdə ümumi hasilatın 90%-ni verirdi)) dünyada rolu 1904-cü ildəki 37,9% -dən, 1905-ci ildə 26,8%-ə düşdü və əksinə ABŞ-ın rolu isə– 51,7%-dən 61%-ə qədər yüksəldi. 1906-cı ildə ABŞ artıq Rusiyadan 2 dəfə çox neft hasil edirdi.
Qafqaz (Bakı) neftinin ixracı da öz yüksək həddinə 1904-cü ildə çatdı, bundan sonra Rusiyadan neftin ixracı azalmağa başladı. 1913-cü ildə ümumi hasil edilmiş neftin yalnız 10,8% ixrac edilmışdı. 1904-1913-cü illərdə Rusiyada neft hasilatı ümumdünya hasilatının 14,5%-ni təşkil etdiyi halda, bunun da ixracı 48,4%-ə qədər aşağı düşdü. Buna səbəb isə Rusiyanın daxilində neftə olan tələbatın artması oldu. 1913-cü ilədək ixracın əsas hissəsi 4 ölkəyə - İngiltərə, Fransa, Almaniya və Belçikaya göndərilirdi ki, buda ixracın 53,1%-ni təşkil edirdi. 30% ixrac isə Yaxın Şərqin, Orta Asiyanın, Hindistan və Çinin bazarlarına çıxarılırdı, hərçəndi 1908-ci ildə Rusiya sonuncu iki bazarı əldən vermişdi.
Yeri gəlmişkən, elə bu zaman Rusiyada və bəzi xarici mətbuat səhifələrində Bakının neft mənbələrinin tezliklə tükənəcəyi barədə növbəti hay-küy başladı.
1903-cü ildə “Neft sahibkarlarının toplanma şurası”nın statıstika bürosunun rəisi Balaxanı yatağı haqqında belə yazırdı: “ Balaxani yatağında mədənin fəaliyyəti yaxın gələcəkdə özünü biruza verəcəkdir. Görünür, yatağın son gücü... yəqin ki, Sabunçu yatağıdır, xüsusən onun Balaxanıya bitişik hissəsi ötən illərin istismarı nəticəsində həddindən çox gücdən düşübdür... Ramanıda fontan neftinin hasilatının aşağı düşməsi yatağın gücdən düşməsi ilə əlaqədardır”.
Və ya başqa bir misal. Lebedev soyadlı bir professor 1905-ci ildə yazırdı: “İstismar olunan sahələrin neftinin tükənməsinin əlamətləri göstərir ki, Bakı neft sənayesi çox ömürlü olmayacaqdır. Bu sənayenin mövcudluğu görünür yüz illərlə yox, yaxın on illərlə müəyyənləşəcək... Abşeron yarımadasında istismar olunan yataqlar istisna olmaqla, başqa etibarlı yataqlar tapılmayacaq”. Bəzi rus sahibkarlarının da Bakı neft yataqlarının tükəndiyi barədə irəli sürdükləri “nəzəriyyələr” təəcüb doğurur. Onlardan biri, V.Raqozin yazır: “Mənim üçün, o cümlədən maraqları neftlə bağlı olan hər kəs üçün... belə fikir yaranır ki, Bakı nefti sürətlə tükənir”. Bakı neft rayonun gücdən düşməsi barədə “nəzəriyyə” neft sahibkarları tərəfindən dəstəklənirdi. Bu “nəzəriyyə” onlara gərək idi, çünki onun köməyi ilə sahibkarlar neftin və neft məhsullarının qiymətlərini yüksək həddə saxlayırdılar.
Abşeron neft yataqlarının belə “gələcəyi” barədə səslənən fikirlərdən sonra, 16 iyun 1908-ci ildə “Moskovskiyi vedomosti” qəzetində dərc olunmuş digər nəzər nöqtəsi lap təəcüb doğurur. Məqalənin müəllifi A. Volınets adlı birisi yazır: “Bizim neft sənayemiz son 15-20 ildə rus xalqının və dövlətinin maraqlarına və xeyrinə xidmət edən milli rus sənayesindən, gəlmə millətlərin və yad dövlətlərin rus xalqının və dövlətinin hesabına varlanmasına xıdmət edən xarici sənayeyə çevrilmişdir...”. Necə deyərlər şərhə ehtiyac yoxdur.
Neft hasilatının aşağı düşməsi yalnız Rusiyada deyil, ABŞ-da da baş verirdi. “Standart Oil”in, Nobelin, yenicə yaranmış Royal Datçın geoloqları, bəzi entuziast fərdlər bütün sivil və qeyri-sivil dünyanı ələk-vələk etdilər, lakin heç nəyə nail ola bilmədilər, halbuki, hələ 10 il bundan öncə axtarışlar uğurla nəticələnirdi. Oklahomadan (ABŞ) olan bir mədənçi belə demişdi: “Görünür, Allahın bizə vermək üçün nefti tükənibdir”. Mövcud yataqlarda nəqədər yeni quyular qazırdılarsa, qazsınlar, neft verimi azalmaqda davam edirdi. 1900-cu ilə qalmış son 5 ildə dünyada neft hasilatı 45 mln. barrel aşağı düşdü, bir barrel neftin qiyməti isə 1865-ci ildə mövcud olmuş ən yüksək həddə - 8 dollara çatdı. Və düşməkdə davam edir. Maraqlıdır ki, neft hasilatının azalması XX əsrin əvvəllərində dünya tarixində elə bir dəyişiklik yaratmadı. Daş kömür əsrinə məxsus olan ispan-amerika (1899 –cu il), ingilis-bur (1899-1902 –ci illər) və rus-yapon (1904-1905-ci illər) müharibələrində heç bir neft maraqları və ya yeni silah növləri iştirak etmirdilər. Elə təsəvvür yaranırdı ki, neft amerika iqtisadiyyatının baş gicəlləndirici yüksəlişində əsas sürətləndirici meyardır. Lakin diqqət yetirdikdə, məlum olur ki, 1906-ci ildə gerçək tarixdə hasil edilmış bütün neftin dəyəri cəmisi 92 mln. dollar təşkil edir və onun da 78 mln dollarlığı ixrac olunmuşdu, halbuki o ildə ümumi daxili məhsulun dəyəri 31 mlrd. dollar təşkil etmiş və onun da 1.8 mlrd. ixrac məhsulu olmuşdur. Yəni çox da böyük rəqəm alinmır. Əlbəttə, o səviyyədə güclü iqtisadiyyatı olmayan Rusiya imperiyası üçün 30 mln. rubl (təqribən 60 mln. dollar) dəyərində çıxarilan neftin ümumi daxili məhsulda (7 mlrd. rubl) yeri görünür, lakin bu da 0,5%-dən azdır. Düzdür, neftin rolu, iqtisadiyyatın yeni yaranan bölməsi üçün daha vacb idi, nəinki sadəcə faiz nisbəti, amma çox kiçik.
Ümumiyyətlə Rusiya neft sənayesində, xüsusən Bakıda, on illərlə tənəzzül vəziyyəti hökm sürürdü. Baxmayaraq ki, 1910-cu ildə Bakı neft mədənlərinin 60%-nə üç iri trest: “Royal Döyç Şell”, “Branobel” və “Rusiya Baş neft cəmiyyəti” nəzarət edirdi, neft hasilatının texnologiyası qərbdən geri qalırdı, texniki cəhətdən təchiz olunmada durğunluq yaranmışdı. XX əsrin əvvəllərinin ABŞ və Azərbaycan neft sənayelərini müqayisə etdikdə, görürük ki, bütün bu daxili çaxnaşmalar nəticəsində Abşeron yarımadasında neft hasilatının inkişafı 15 il geri qalırdı. 1910 – сu ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 499,0 mln. pud, 1913 - cü ildə - 449,4 mln. pud, 1917 – ci ildə isə - 402,1 mln. pud təşkil etmişdi. Ümumiyyətlə, 1910-1914-сü illərdə Azərbaycanda üst-üstə cəmisi 38 milyon ton neft istehsal edilmişdi, halbuki neft quyularının sayı artaraq 1913-cü ildə 3500-ə çatmışdı. “Durğunluğa” baxmayaraq Bakı neftinə maraq artmaqda davam edirdi. Əgər 1903-cü ildə Bakıda 158 şirkət fəaliyyət göstərirdisə, 1913-cü ildə onların sayı 182-yə çatmışdı.
Neft hasilatının azalmasının dıgər səbəbləri də var idi Beləki, rus kapitalı” Branobel” şirkətinin şəxsində Avropa bazarında təmsil olunmasına baxmayaraq (Avropa neft ittifaqında ” Branobel” özünün iki törəmə şirkəti “ Döyç rusişe nafta import gezelşaft” və “ Döyç-osterrayxışe nafta import gezelşaft” ilə təmsil olunmuşdular), lakin Rokfellerin “Standard Oil” şirkətinin Avropa bazarına təsiri üstünlük təşkil edirdi.
Bu vəziyyət heçdə yalnız “Standard Oil”in mövqelərinin Avropa bazarında möhkəmliyi ilə bağlı deyildi. Rusiyanın özündə yaranmış neft böhranı, I Dünya müharibəsi ərəfəsində neft yanacağına artacaq tələbatı nəzərə alaraq, Rusiyaya, dünya bazarında gündən-günə bahalaşan neftin hasilatını azaltmaqla, onun yerin təkində qalmasına və bununla əlaqədar neftin ixracınıda azaltmasına imkan verirdi. 1913-cü ildə “neft böhranı”nın ən qızğın çağında bu cür davranışı E.L.Nobel açıq olaraq belə şərh etmişdi: “ Bəli, ehtiyatlar vardır, və biz onları saxlayırıq, amma ona görə ki, qiymətlər yuxarı qalxır və bu qalxma hələ gələcəkdə də olacaq...Kim bizi qınaya bilər ki, biz öz mənafeimizi qoruyuruq?”.
XIX-XX əsrin hüdudlarında Bakı nefti Rusiyanın hərbi dəniz donanmasının da inkişafında mühüm rol oynamışdır. XIX əsrin axırlarında artıq Xəzər və Qara dənizlərin, həmçinin Rusiyanın çay donanmasının gəmiləri Bakı nefti ilə işləyirdilər. Xarici ölkələrin, xüsusən İngiltərənın, ABŞ-ın və Almaniyanın dəniz donanmalarının kütləvi halda neftə keçməsilə, neft yanacağı Rusiyanın da donanmasının yeniləşdirilməsinə ciddi təsir göstərdi. Beləki, 1908-ci ildən gəmilərdə Nobelin Peterburqda olan zavodlarının istehsal etdiyi və xam neftlə işləyən dizel mühərrikləri tətbiq olunmağa başladı. XX əsrin ilk onilliyində Bakı neft sənayesi firmaları Rusiyanın hərbi-dəniz donanmasına lazımı qədər neft yanacağı göndərməkdə davam edirdilər.
1914-cü ildə I dünya müharibəsinin başlanması yanacağa böyük ehtiyac olduğunu üzə çıxardı. Beləki, əgər 1913-cü ildə Xəzər dəniz donanması 250 min pud neft məhsulları almışdısa, 1916-cı ildə bu rəqəm 18 mln.pud təşkil etmişdi. Təkcə 1916-cı ilin mayından 1917-ci ilin mayınadək Rusiyanın Hərbi Dəniz Donanması 20 mln. pud müxtəlif çeşidli neft məhsulları almışdı. Qeyd etmək lazımdır ki, Rusiyanın hərbi donanması üçün benzinin, kerosinin, turşu yağlarının, mühərrik yanacağının və mazutun təchizatını əsasən “Branobel” şirkəti həyata keçirirdi. Beləliklə, müharibə ərəfəsi və I Dünya müharibəsi dövründə Bakı nefti Rusiya donanmasının təchizatında aparıcı yer tuturdu. 1914-1917-ci illərdə hər il 7 milyon tondan artıq neft çıxarılmaqla bütövlükdə Bakıda 28 milyon 683 min ton neft çixarılmışdı ki, bu da müvafiq dövrdə dünyada istehsal edilən neftin 15%-i demək idi. Göstərilənləri yekunlaşdırsaq, əminliklə demək olar ki, Bakı nefti Rusiya imperiyasının iqtisadiyyatında mühüm rol oynamışdı.
İlk dəfə açıq dənizdə buruq qazmasına 1897-ci ildə Kalıforniyada (ABŞ) təşəbbüs göstərilmışdir. Sakit okean sahillərində Ventura yatağı rayonunda neft aşkar edilməsi dəniz quyularının qazılmasına yeni təkan verdi.
Dünyada “neft canlanması”nın daha da artması, Bakıda dəniz neft yataqlarının mənimsənilməsində yeni mühəndis fikirlərinin yaranmasına səbəb oldu. XIX əsrin sonları-XX əsrin əvvəllərində Xəzər dənizinin dərinliklərindən neft çıxarılması ideyası yenidən geniş vüsət aldı. Bu dövrdə dövlət komissiyasına 20-yə qədər layihələr hazırlanıb təqdlm olunmuşdu.
1896-cı ildə mühəndis V.Zqlenitski dəniz neft yataqlarının istismarı üçün qeyri-adi üsul təklif etdi, lakin onun təklifi qəbul edilmədi. Bu məqsədlə o, Bakı quberniyası və Dağıstan vilayətinin Dövlət Əmlakı İdarəsinə müracıət edərək ona buruqla neft kəşfiyyatı aparmaq məqsədilə dənizin dibindən iki sahə ayrılmasını xahiş etmişdi, lakin rədd cavabı almışdı. Peterburqdan gəlmiş cavabda belə dərkənar var idi: “ Dənizin dibi Dövlət Əmlak Nazirliyinə tabe deyildir”, həmçinin “Dənizin dibində olan torpaq sahəsı yalnız xüsusi imtiyazları olan şəxslərə verilə bilər” və bunlar onun işlərini xeyli çətinliyə salmışdı. Onda o, eyni xahişlə əkinçilik nazirinə müraciət etdi və yenidən rədd cavabı aldı. Əkinçilik nazirliyi ehtiyat edirdi ki, “ dənizdə qazma neft fontanına səbəb ola bılər və bu da balıqları məhv edər”.
Dağ-mədən departamentinin alimləri və mütəxəssisləri xüsusən Bakıya yaxın ərazilərdə dənizdə qazma işləri aparmaq istəyənlərin xahişlərini dəstəkləyirdilər. Dağ-mədən idarəsi mühəndis-geoloq N.İ.Lebedevə Abşeron buxtasına yaxın dənizin dibinin neftliliyi barədə məlumat toplasın. 1898-ci ilin fevralında N.Lebedev yazılı məlumat və iki geoloji kəsiliş təqdim etdi. Bu sənədlərdə o, göstərilən rayonda dəniz dibinin neftliliyi barədə müsbət rəy bildirirdi.
V. Zqlenitski “Neft işi” məcmuəsinin 15-ci nömrəsində dərc etdirdiyi məqalədə Suraxanı, Qala, Qum adası, Bozdağ, Lökbatan, Şıx, Qaraçuxur və d. neftli sahələri qeyd edir, əlavə edir ki, hələ “zəngin neft yataqlarının əlamətləri olan adalar və Xəzər dənizinin dibi qalır”.
Əldə olunan nailiyyətlər nəticəsində V.Zqlenitski 1900-cu ildə yenidən Peterburqa müraciət edir və göstərilən ərazilərdə neft hasil etməyin mümkünlüyünü sübut etməyə çalışır. Çar hökuməti onun təkliflərini yoxlamaq üçün komissiya təşkil edir.
1900-cu ilin 29 iyulunda mühəndis V. Zqlenitski komissiyanın iclasında etdiyi məruzədə aşağıdakı təklifləri verdi:
1) qazma işlərini dirəklər üzərində qurulmuş buruq vışkasının köməyi ilə aparmaq;
2) Buruq vışkasının yerləşdiyi meydança dəniz səthinin hündürlüyündən ən azı 3,6 m olmalıdır (bu neftin barjaya öz axını ilə tökülməsinə imkan verir).
V. Zqlenitskinin layihəsi fontan olacağı halda nefti qəbul etməyə imkan verən 200 min pudluq üzən çən nəzərdə tuturdu. Layihənin müəllifi hər desyatində 24 buruğun qoyulmasını təlkif edirdi. Qazıma işləri elektrik enerjisinin köməyi ilə aparılacaqdı. Lakin komissiya, layihənin bir çox müddəalarının üstünlüyünü qeyd etsə də, onun icrasının texniki çətinliklər səbəbindən qeyri-mümkün olduğunu hesab etdi və mühəndisin təklifini qəbul etmədi. Bundan başqa, komissiya buna əsaslandı ki, dağ-mədən nizamnaməsi dəniz ərazisində kəşfiyyat aparmağı nəzərdə tutmayır.
1900-cu ildə hökumət daha sadə yolla getmək qərarına gəldi - buxtanı torpaqla doldurmaq və bununla 300 desyatin yeni neftli torpaqlar əldə etmək. 800 sahibkar burada torpaq almaq istəyində oldu (sahələr isə 300 ədəd idi). Hələ torpaqla doldurulmamış dəniz dibinin bölünməsinin püşk ilə həll olunması qərara alındı. Sahənin hər bir icarədarı 120 min rubl ödəməli idi.
1901-ci ildə Xəzər dənizində Bıbıheybət kiçik körfəzinin (buxtasının) torpaqla doldurulmasına başlandı. Bıbıheybət buxtasının qurudulma texnologiyası özü - özlüyündə çox dəyərli bir iş idi və hələ elmi cəhətdən öyrənilməlidir. Belə güman etmək olar ki, süni torpaqda neft mədəni yaratmaq məqsədilə buxtanın doldurulması layihəsi XX əsrin əvvəllərində Panama kanalından sonra işlərin həcminə görə dünyada həyata keçirilmiş ikinci nəhəng hidrotexniki qurğulardan olmuşdur. Amma işlər çox ləng aparılırdı. 1906-cı ildə hökumət cəmisi 50 min rubl, 1908-ci ildə isə 15 min rubl vəsait buraxmışdı. 1909-cu ildə Bibiheybət buxtasının doldurulması üzrə məsuliyyətli işlərə istedadlı mühəndis Pavel Nikolayeviç Pototski (1874-1932) cəlb olunmuşdur. Layihənin müəlliflərinin fikrincə, buxta dəniz tərəfdən daşlarla bağlanılır və sudan təcrid olunmuş hissə tədricən torpaqla doldurulur. Bu işlərin həyata keçirilməsi üçün Rusiyanın Sormovo zavodunda xüsusi qurğu – “karvan” qazıma maşınının quraşdırılması sifariş olunmuşdu. Texniki avadanlığı 1910-cu ildə yığmağa başladılar və 1916-cı ildə maşin artıq istismara hazır idi.
Buxtanın qurudulmasına ancaq 1911-ci ildə başlanıldı. Təəcüblü deyildir ki, 1918-ci ilədək həm Rusiya ərazisində baş verən hadisələr, həm də Bakıda hökm sürən siyasi və iqtisadı problemlər yarananadək buxtanın qurudulması işləri yalnız Bibiheybətin quru hissəsinə bitişən Bayıl burnu ilə Şıx dılı arasındakı ərazinin su hissəsinin yarısında – 190 desyatin (193 ha) sahədə aparılmışdı, qazma işlərinə isə ümumiyyətlə başlanılmamışdı.
I Dünya müharibəsinin başlanğıcında (1914-cü il) Bakı neft sənayesində 4 iri şirkət: “Branobel”, ingilis-holland transmilli tresti “Royal Datç Şell”, rus baş neft korporasiyası “Oyl” [İri rus və xarici banklar tərəfindən 1912-ci ildə yaradılmış və 20-ə qədər şirkəti, o cümlədən “Mantaşev A.İ., “Moskva-Qafqaz ticarət cəmiyyəti”, “Xəzər ortaqlığı, “Rus neft sənayesi cəmiyyəti”, “Abşeron neft sənayesi cəmiyyəti və s. özündə birləşdirmişdir] və “Neft” maliyyə-neft yoldaşlığı (ortaqlığı) [1883-cü ildə P.İ.Qubonin tərəfindən S.-Peterburqda əsası qoyulmuş, Bakıda isə “Bakı neft cəmiyyəti”, “Neft”, “Balaxanı-Zabrat neft cəmiyyəti və d. şirkətləri özündə birləşdirirdi] üstünlük təşkil edirdi Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan iri birliklərdən başqa Abşeronda bir neçə daha kiçik birliklər var idi. Misal üçün müharibədən qabaq Bakıda əsası qoyulan və üç ingilis firmasından: “Rus neftinin Bakı cəmiyyəti” (1898-ci ildə əsası qoyulub), “Neft və maye yanacaq cəmiyyəti” (keçmiş “Oleum”, 1898-ci ildə əsası qoyulub), “Avropa neft şirkəti”ndən ibarət olan Herbert Allenin “Neft sənayesi maliyyə korporasiyası”nı (1901-ci ildə əsası qoyulub) göstərmək olar [Bakı neft sənayesinin xülasəsi, Bakı, 1916, c 2, s. 2-19].
1917-ci ilə Bakı neft işinə qoyulmuş xarici valyutanın ümumi məbləği 111 mln. rubl təşkil edirdi. 1917-ci ilə Rusiyada neftçıxarmanın 60%-i və neft məhsulları satışının 75%-i xarici firmaların əlində cəmlənmışdi.
Lakin, I Dünya müharibəsinin başlanması Rusiyanın (o cümlədən Bakının) neft inhisarçıları ilə Avropanın və ABŞ-ın neft inhisarçıları arasında əvvəllər mövcud olan əlaqələrdə gərginliyə və sonradan onların kəsilməsinə gətirib çıxardı ki, buda Rusiyanın neft sənayesində yenidən qruplaşmanı təmin etdi.
Bu dövrdə Xəzər bölgəsi, xüsusən burada çox mühüm hərbi-strateji mövqe tutan Azərbaycan, dünyanın aparıcı dövlətlərinin coğrafi – strateji rəqabət hədəfinə çevrilmışdi. Bütün avroasiya məkanında mühüm coğrafi-siyasi düyün nöqtəsi olan Xəzər bölgəsi ümumbəşər hərbi-siyasi hadisələrə və dünya iqtisadiyyatına ciddi təsir göstərirdi. I Dünya müharibəsi davam etdiyi bir dövrdə iki nəhəng hərbi-siyasi birləşmələr arasında,yəni bir tərəfdən Antanta (Böyük Britaniya, Fransa və Rusiya), digər tərəfdən Üçlər İttifaqı (Almaniya, Avstriya-Macarıstan və İtaliya) arasında hərbi və siyasi mübarizənin kəskinləşməsi və bunların hər ikisinə düşmən mövqe tutan yeni hərbi-siyasi qüvvənin – Sovet Rusiyasının yaranması, Xəzər dənizi bölgəsinə nəzarət edilməsi məsələsində onların hər üçünün Orta Şərq siyasətinin əsasını təşkil edirdi. Məsələn, kayzer Almaniyasının çar Rusiyasının neft problemi ətrafında oyunlarını yekunlaşdıran Erik Lüdendorf (O, 1916-cı ildən alman hərbi hava qüvvələrinin faktiki başçısı idi) özünün müharıbədən sonrakı “1914-1918-ci illər müharibəsi haqqında Xatirələr”ində yazırdı ki, Almaniya müharibə aparmaq üçün Avstriya-Macarıstan və Rumıniya neftindən istifadə edirdi, ancaq bu həddindən artıq az idi və ona görə də 1918-ci ildə müharıbəni qalibiyyətlə başa vurmaq üçün Qafqaz neft mədənlərinin ələ keçirilməsinə münbit şərait yaratmağa cəhdlər göstərilməsi çox vacib idi. E. Lüdendorf sonra yazırdı ki, “Polkovnik fon Kress Batum-Tiflis-Bakı dəmir yolunun istismarını təmin etməliydi, çünki burada çoxsaylı vaqon-sisternlər var idi. Lakin ən əsas məsələ, əlbəttə ki, bizim Bakıya düşməyimiz idi”.
Britaniya hərbi nümayəndəliyinin Hindistan, Əfqanıstan və Xəzər dənizinin şərq əyalətləri üzrə rəhbəri Vilfrid Malleson 1918-1919 illərdə baş verənləri xırdalayaraq yazırdı ki, Almaniya “Təchizat cəhətdən əldən düşmüşdü... Rumıniyaneft mədənlərinin dağılması onu bu sonuncu xammal mənbəyindən də mərhum etmişdi... Bakıda və Xəzər hövzəsinin digər yerlərində tükənməz neft ehtiyatları tapılıbdır... Almaniya öz baxışlarını yalnız şərqə çevirib ki, öz ehtiyatlarını bərpa etsin”. Lakin alman ordusu qərb cəbhəsində batıb qalmışdı ki, buda Berlinə bu bölgədə olan çox vacib neft maraqlarını həyata keçirməyə imkan vermirdi.
Beləliklə, böyük dövlətlərin bütün bu coğrafi-siyasi məqsədlərinın həyata keçirilməsinin açarı Qafqazın və Xəzər hövzəsinin ən böyük sənaye və neft mərkəzi olan, o dövrdə Rusiyanın 75%, dünyanın isə 15% neftini verən Bakı idi. 1916-cı ildə Bakıda neft şirkətlərinin sayı 104-ə çatdı.
Romanovlar sülaləsinin yıxılması və müvəqqəti hökumətin yaranması ilə nəticələnən 1917-ci il fevral inqilabından sonra Bakıda ictimai-siyasi hadisələr xeyli gərginləşdi. 1917-ci ilin oktyabrında Petroqradda bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Bakıda fəaliyyət göstərən bolşevik və erməni-daşnak qüvvələri 1917-ci ilin noyabrında şəhərdə Bakı Sovetini yaratdılar və Sovet Rusiyası ilə həmrəy olduqlarını bəyan etdilər. Xəzərin ən iri limanının – Bakının bolşevik-daşnak birləşmələrinin əlinə keçməsi, bütün regionda nəzarətin ələ keçirilməsinə geniş imkanlar açırdı. Lakin 1918-ci ilin yazında Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi zəminində, bir-birinə qarşı duran və öz uzaqgörən coğrafi-siyasi maraqlarını güdən hərbi-siyasi bloklar Bakıda və Xəzərdə möhkəmlənmək üçün öz səylərini xeyli artırdılar.
Müharibənin getdiyi dövrdə, Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər, Sovet Rusiyası ilə 1918-ci ildə Brest sülh müqaviləsini imzalamış almanlar və 1918-ci ilin yayında İranın Ənzəli limanını zəbt etmiş və bolşeviklərin Bakıda hakimiyyətinin devrilməsi təqdirində, öz hərbi desantını buraya çıxarmağa çalışan ingilislər üçün Bakı neft mədənləri ən istəkli arzu idi.
Ümumiyyətlə 1918-ci ilin yayında ingilislərin İran Ənzəlisinə nəzarət etmələri, oradan isə Bakıya əl çatardı, türk ordusunun Bakıya doğru irəliləməsini tələsdirirdi. Osmanlı Türkiyəsi bu müharibədə almanlarla əməkdaşlıq etdiyi üçün, ingilisləri Bakıya buraxmamaq arzusunda bu amildən istifadə edilməsində əvvəlcə Petroqradla Berlinin fikirləri üst-üstə düşürdü. Sovet Rusiyasının Berlinin neft maraqlarını gözlənilmədən qəbul etməsinin əsas səbəbidə elə burada gizlənir. Lakin Cənubi Qafqaz ölkələrinin müstəqillik elan etməsindən (“may paradı”) Batum sazişinin imzalandığı dövrədək olan aralıq mərhələdə baş verən olaylar bolşeviklərin almanları Bakının “qara qızıli”na yaxın qoymamaq fikrini əvvəlcədən nəzərdə tutduğunu təsdiq edir.Belə ki, 28 may 1918-ci ildə İ.Stalin Bakıya milli işlər üzrə komissara göndərdiyi teleqrafında göstərirdi ki, “XTŞ (Xalq Təssərrüfatı Şurası) neft sənayesinin milliləşdirilməsini təsdiq edib. Əsas təlimatı Ter-Qabrielyan ( Baş neft komitəsinin üzvü, Azərbaycan Fövqəladə Komissiyasının sədri Saak Ter-Qabrielyan) özü ilə gətirir. (Цит. по: “Большевики в борьбе за победу социалистической революции в Азербайджане. Документы и материалы.” 1917–1918 гг. Баку, 1957. с.442).
Bakıda isə şura hakimiyyəti elan etmiş, Moskvanın əlaltısı olan Stepan Şaumyanın rəhbərlik etdiyi Bakl Xalq Komissarları Sovetinin qərarı ilə 1918-ci ilin iyunun 1-də neft sənayesi və Xəzər ticarət donanması “milliləşdirmə” adı altinda sahibkarlardan müsadirə edilmişdi. Hələ bu azmış kimi, Petroqrad bu tədbirlərin almanların (Bakı neftinə yönəlmış) “caynağına” qarşı heç də təsirli olmayacağını nəzərə alaraq, Roma imperatoru Neronun yolunu seçir ki, bunu da 1918-ci ilin 3 iyununda V.Leninin aşağıdakı sözləri təsdiq edir: “ Mümkündürmü siz Terə (yəni yuxarıda adı çəkilən S.Ter-Qabrielyana) xəbər verəsiniz ki, o, Bakını tam yandırmaq üçün tədbirlər görsün, əgər hücüm baş tutarsa, və bu barədə Bakıda mətbuatda elan versin ? ”. (В.Ленин. Распоряжение председателю чрезвычайной комиссии Бакинского Ревнаркома С.Тер-Габриэляну от 3 июня 1918 г.).
Bununla əlaqədar, Moskva Hüquq İnstitutunun prof. Elxon Rozin yazmışdır: “Yalnız təsəvvür etmək olar ki, V.Leninin bu göstərişi yerinə yetirilsə idi, neft layları üzərində düran şəhərin yandırılması yerli əhali üçün hansı bədbəxtliklərə gətirib çıxara bilərdi”. Ancaq Tanrıya çox şükür ki, Bakı o zaman yanmadı və sonralar isə bu mümkün deyildi.
Belə təsəvvür yaranır ki, Bakı neftinə girişməkdə V.Lenin “gözügötürmədiyi” ingilislərdənsə, ona “yaxın olan” almanlara üstünlük verirdi və onlarla danışıqlara başladı. Bu “qarşılıqlı anlaşmanın” hansı səpgidə getdiyini aydınlaşdırmaq indi qeyri-mümkündür.
Bununla əlaqədar, Moskva Hüquq İnstitutunun prof. Elxon Rozin yazmışdır: “Yalnız təsəvvür etmək olar ki, V.Leninin bu göstərişi yerinə yetirilsə idi, neft layları üzərində düran şəhərin yandırılması yerli əhali üçün hansı bədbəxtliklərə gətirib çıxara bilərdi”.
Ancaq Tanrıya çox şükür ki, Bakı o zaman yanmadı və sonralar isə bu mümkün deyildi.
Belə təsəvvür yaranır ki, Bakı neftinə girişməkdə V.Lenin “gözügötürmədiyi” ingilislərdənsə, ona “yaxın olan” almanlara üstünlük verirdi və onlarla danışıqlara başladı. Bu “qarşılıqlı anlaşmanın” hansı səpgidə getdiyini aydınlaşdırmaq indi qeyri-mümkündür.
Yəqin ki, ilk zamanlar bəzi çaşqınlıqlar mövcud idi və bunu Petroqradın ilk tərəddüdləri də göstərirdi. S.Şaumyana olan 18 iyun tarixli teleqramında V.Lenin İ.Stalinin göstərişi ilə müəyyən qədər razılaşmadığını bildirir (axı o zaman o, çoxda sərbəst deyildi) və xəbər verir ki : “dekret ... hələ olmayib. Dekreti ... naviqasiyanın sonunda verməyi nəzərdə tutmuşuq. Hələlik neft məhsullarının satışına dövlət inhisarını təşkil edirik”.
Ancaq 2 gündən sonra bolşeviklərin lideri öz əli ilə bu dekreti imzalayır və yəqin ki, bununla Berlini şantaj edir. Və haqlı çıxır. İyunun 30-da XTŞ-nın sədri İ.Stalinə yazır ki, “ almanlar razıdırlar ki, türkləri hərbi əməliyyatlardan çəkindirsinlər... Türkləri Bakıya buraxmamağa söz verirlər, amma neft əldə etmək istəyirlər... Bu xəbərə xüsusi diqqət yetirin və çalışın bunu Şaumyana tez çatdırın, çünki indi Bakını saxlamağa ciddi şansımız var. Neftin bir hissəsini, əlbəttə ki, verərik”.
Bəlkə də Almaniya ilə əldə olunmuş bu razılaşma, sol eserləri 6 iyulda Moskvada alman səfirini qətlə yetirməyə yaxınlaşdırmışdı. Lakin bolşeviklərə qarşı müxalif qüvvələrin istifadəsınə “Üçüncü qüvvələrin” də cəlb olunduğunu istisna etmək olmaz, çünki bu “terakt” Petroqradla Berlinin “qarşılıqlı anlaşmasına” qarşı yönəlmişdi və Londonun maraqlarına tam cavab verirdi.
Vəziyyətin ciddiliyi V.Lenini almanlara Abşeron neftinə XTS-nin “razılıq” verməsini sürətləndirməyə vadar etdi. 7 iyul gecəsi o, İ.Stalinə vurduğu teleqrafda bildirir: “ Bakıya gəldikdə, siz mütəmadi olaraq Şaumyanla əlaqədə olun. Və Şaumyan bilsin ki, ... almanlar türklərin Bakıya hücumunu saxlamağa razılıq veriblər, əgər biz onlara neftin bir hissəsini verməyə zəmanət veririksə. Əlbəttə ki. biz razılaşacağıq”.
İ.Stalin V.Leninin bu tapşırığını tez yerinə yetirir. S.Şaumyana olan məktubunda vurğulayır ki, “ almanlar Bakını bizə saxlamağa söz verməklə, əvəzində onlara bir hissə neft ayırmağı xahış edirlər. Biz bu xahışı əlbəttə ki, yerinə yetirəcəyik”. Bu danışıqları sovet tarixçisi Georgi Papuanın Tiflisdə olan alman konsulu Fridrix fon Şulenberqin sözlərinə istinadən yazdıqları da təsdiqləyir: “ Əgər biz bolşeviklərlə xoşluqla razılaşsaq, Bakının neft mənbələri və oradakı ehtiyatlar bütövlükdə bizim əlımızə keçər”.
“Bakı neft kuboku (camı)” hələ tam müəyyənləşməmişdi, ona görə də V.Lenin Abşeron neftinin böyük sürətlə göndərilməsini tələb edirdi və hətta bu məqsədlə hərbi donanmadan da istifadə edirdi. Belə ki, 13 iyulda o, Dəniz işləri üzrə Xalq Komissarlığına teleqram göndərir : “ Çox xahış edirəm bütün tədbirləri görün ki. Xəzər dənizinə bütün yararlı gəmiləri göndərəsiniz”.4 ay ərzində Bakıdan bolşeviklər tərəfindən Sovet Rusiyasına 21, 5 mln.pud (1.3 mln. ton) əvəzsiz neft göndərildi. Azərbaycan xalqının və azərbaycan neftinin taleyini yenə də ona yad olan ünsürlər həll edirdi.
Amma tezliklə, 1918-ci ilin avqustun 1-də Bakıda hakimiyyət müvəqqəti olaraq, bu dəfə ingilislərin əlaltıları - sağ eserlərin, menşeviklərin və daşnakların ittifaqından ibarət olan və özünü “Mərkəzi Xəzər diktaturası” elan etmiş hakimiyyətin əlinə keçdi. Bu hakimiyyət Bakını mühasirəyə almış Qafqaz islam ordusunun qarşısını almaq üçün Ənzəlidə olan ingilis komandanlığından hərbi kömək istədi. Sitat gətirdiyimiz V.Malleson təsdiq edirdi ki, “1918-ci ilin avqustunda, türk-alman ordusunun Orta Asiyaya girmək imkanlarının ciddiliyini nəzərə alaraq, Britaniya ekspedisiya korpusunun komandanı general Denstervilin başçılığı altında əlahiddə dəstə Bakını zəbt etmək üçün Mesopotomiyadan Şımali İrana göndərilmişdi. Bakıya tərəf hərəkətə başlayarkən, ona olan hücum plani baş tutmayacağı təqdirdə, başqa bir plan da hazırlanmışdı: türk-alman ordusunun hücumuna qarşı müqavimət təşkil etməli...Xəzər dənizində bütün gəmiçiliyi ələ keçirməli...”.
Bu məlumat həmçinin, general Denstervilin özü tərəfindən də təsdiq olunur: “ Bakının əhəmiyyəti böyük idi... Bizim planımız Xəzər dənizində üstünlüyü ələ almaq idi, bunu isə yalnız Bakını tutmaqla həyata keçirmək mümkün idi, yəni bu şəhəri “düşmən” işğalından müdafiə etmək lazım idi”. (General- mayor Denstervil, “Britaniya imperializmi Bakıda və İranda, 1917-1918-ci illər. Xatirələr.”, Tiflis, 1925-ci il, səh. 123.).
1918-ci ilin avqustun 4-də ingilislər dənizdən Bakıya girdilər. Qeyd etmək lazımdır ki, Bakıda gedən bu siyasi proseslərlə yanaşı, onun hüdudlarından kənarda başqa siyası proseslər gedirdi. Beləki, hələ 1918-ci ilin may ayının 28-də Azərbaycanın milli ziyaliları Tiflisdə Şərqin müsəlman aləmində ilk parlament cümhuriyyəti olan müstəqil Azərbaycan Demokratik Respublikasını (ADR) elan etmişdilər və onun idarə edilməsi üçün yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi.
Azərbaycan dövlətinin yaratdığı ilk ordu bölmələri və bu orduya yardım etməyə gəlmiş türk qöşun hissələri Qafqaz islam ordusu adı altlnda birləşərək Bakını azad etmək və onu ölkənin paytaxtına çevirmək üçün hərbi əməliyyatlara başlamışdılar.Beləliklə Qafqaz islam ordusunun Bakını mühasirədə saxlaması uzun sürmədi. 1918-ci ilin sentyabr ayının 14-də Bakıya hücum başlandı, ingilislər və “Mərkəzi Xəzər diktaturası”nın hökumət üzvləri qalan qoşun hissələri ilə tələsik şəhəri tərk etdilər. Sentyabrın 15-də Azərbaycan xalqının çox əsrlik tarixində ən mühüm hadisə– Bakının azad edilməsi və bunun ardınca sentyabrın 17-də hökumətin Bakıya köçməsi ilə onun müstəqıl Azərbaycan dövlətinin paytaxtı elan edilməsi baş verdi. ADR-in elan olunduğu gündən, yəni 28 maydan sonra bu öz əhəmiyyətinə görə ikinci tarixı gün idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra hələ 1918-ci ilin iyun ayında Osmanlı Türkiyəsi, Gürcüstan və Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən hər iki müstəqil dövlət Bakı-Batum kerosin boru xəttinin lazımı rejimdə saxlanacağı barədə öhdəliklər götürdülər.
Tezliklə, hökumətin 1918-ci il 7 oktyabr tarixli dekreti ilə bolşeviklər tərəfindən milliləşdirilmiş neft mədənləri və zavodlar, Xəzər ticarət donanmasının gəmiləri yenidən neft firmalarına və gəmi sahiblərinə qaytarıldı və beləliklə, hökumət xüsusi mülkiyyət prinsipini bərqərar etdirdi.
Qeyd etmək lazımdır ki, Bakıda neft sənayesinin milliləşdirilməsinə qədər 109 səhmdar cəmiyyət fəaliyyət göstərirdi ki, onlardan 72-si rus (bura azərbaycan sahibkarları da daxildir), 37-si isə ingilis kapitalına məxsus idi. Milliləşdirmə ərəfəsində Azərbaycanda 230 neft hasilatı müəssisəsi, 49 orta və kiçik qazma müəssisəsi, 25 neftayırma firması, 100-dən çox mexaniki sex, təmir emalatxanaları və b. istehsal sahələri mövcud idi. Neft sənayesinin zəngin sahibkarlarından biri olan mesenat İsa bəy Hacınski “Hacı – Çələkən” şirkətinin neft sənayesinə 1,25 mln. funt sterlinq vəsait qoydu.
Yuxarıdan göründüyü kimi, Azərbaycanın neft sənayesində həm rus, həm də xarici kapital var idi. Xarici kapitalda üstünlük ingilis kapitalında idi və nəinki Bakının, o cümlədən Qafqaz bölgəsinin də neft müəssisələrinin əksəriyyəti (60-a yaxın) onların əlində idi. Alman kapitalina məxsus cüzi hissə isə müharibə nəticəsində sıfıra enmişdi. Qətiyyətlə demək olar ki, hələ 1913 -cü ildə ingilis kapitalı o dövrdə dünyanın ən böyük neft hövzəsi olan Qafqazı və xüsusən də Bakını öz nəzarətinə tabe etdirmişdi.
Bakı uğrunda mübarizənin kəskinləşdiyi bir zamanda I Dünya müharibəsində neftə olan tələbat artmağa başladı. Britaniyalılar qeyd edirdilər ki, müharibədə əldə olunan üstünlüyə baxmayaraq vəziyyət Bakı neftinin kimin əlinə keçməsindən asılı olaraq dəyişə bilər. ADR-i Paris konfransında təmsil edən və sonralar mühacirətdə yaşamış Miryaqub Mirmehdiyev öz “Qafqaz problemi” kitabında maraqlı bir məqama toxunuraq yazırdı ki, 1918-ci ildə britaniya aslanı Bakı tərəfə sıçrayış etdi ki, alman qartalını Bakı neft buruğunun başına qonmağa qoymasın.
ADR hökumətinin göstərdiyi bütün səylərə baxmayaraq beynəlxalq şərait dəyişdiyinə görə Azərbaycanda da vəziyyət yenidən gərginləşdi. General Tomsonun komandanlığı altında 1918-ci ilin 17 noyabr ayinda Bakıda artıq ADR hökumətinin fəaliyyət göstərdiy bir dövrdə ingilis hərbi qüvvələri Abşeronun bolşeviklərdən və almanlardan müdafiəsi adı altinda yenidən Bakıya daxil oldular və burada öz hərbi donanmalarını yaratdılar.
1918-ci il noyabrın 29-dan etibarən Xəzər ticarət donanmasının bütün gəmiləri ingilis komandanlığının sərəncamına keçdi. Onlar neft sənayesini də özlərinin nəzarəti altına almağa çalışaraq bu məqsədlə “Britaniya neft mudiriyyəti” təsis etdilər. Bununla eyni zamanda « Royal-Dutsh-Shell» şirkəti rus sahibkarlarının Qroznıda və Bakıda olan əksər müəssisələrini ələ keçirdi. « Standard Oil» şirkəti isə Nobellərin Bakıda olan müəssisələrinin sahibi oldu.
Britaniya “Bibiheybət neft şirkəti”nin sədri Herbert Allen 1918-ci ilin dekabrında Londonda bildirmişdi: “Geniş maliyyələşdirilən və Britaniyanın rəhbərliyi altında lazımı tərzdə təşkil olunan Rusiya neft sənayesi Britaniya imperiyası üçün ən qiymətli qənimət olacaqdır”. İngilislər 9 ay ərzində (dekabr 1918 – avqust 1919) Bakıdan təqribən 30 milyon pud neft apardılar. Onların apardıqları neft və neft məhsullarından heç bir vergi tutulmurdu, hamısı sərhədlərdən və gömrükxanalardan ləngimədən buraxılırdı.
Bakıya yenidən girdikdən sonra ingilislərin Xəzərdə mövqeləri xeyli möhkəmləndi. Beləliklə, İngiltərə, Almaniya, Türkiyə və Rusiya arasında Xəzər dənizi hövzəsində nəzarəti ələ keçirmək üğrunda gedən coğrafi-siyasi rəqabət 1919-cu ilin əvvəllərində İngiltərənin xeyrinə nəticələndi. Lakin bir müddətdən sonra, yəni 1919-cu ilin avqust ayından başlayaraq ingilislər gözlənilmədən Cənubi Qafqazda və Xəzərdə öz fəaliyyətlərini məhdudlaşdırmağa və bölgədən, o cümlədən Azərbaycandan hərbi hissələrini çıxarmağa başladılar. Bu arada 1920-ci ilin yazında Sovet Rusiyasının cənub ordu (XI ordu) komandanlığının rəhbərliyi Qafqaz cəbhəsində Azərbaycanın işğalı üçün hərbi hazırlığa başladı.
Beləliklə, XIX əsrin 70-ci illərindən 1920-ci ilin aprelinə qədər olan dövr üzrə Azərbaycan neft sənayesinin tarixi üç mərhələyə bölünür.

Download 1,79 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish