Азярбайжан республикасы тящсил назирлийи


FƏSİL II. AZƏRBAYCANIN İSTEHSAL İNFRASTRUKTURUNUN MÖVCUD VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ



Download 483,5 Kb.
bet6/16
Sana07.01.2022
Hajmi483,5 Kb.
#329621
1   2   3   4   5   6   7   8   9   ...   16
Bog'liq
referat 2005

FƏSİL II. AZƏRBAYCANIN İSTEHSAL İNFRASTRUKTURUNUN MÖVCUD VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
2.1. İstehsal infrastrukturunun formalaşması

xüsusiyyətləri və ona təsir edən iqtisadi amillər
Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi baxımından istehsal infrastrukturunun formalaşmasına təsir edən amillərin səciyyələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə respublikanın təbii-iqlim potensialı, ölkədə de­moqrafik vəziyyətin iqtisadi-coğrafi aspektlə­rinin, kənd təsər­rüfatı sahələrinin investi­siya cəlbediciliyinin qiymətlən­dirilməsi və bu kimi digər mühüm əhəmiyyətli məsələlərin həlli tələb olunur. Araşdırmalar belə deməyə əsas verir ki, respub­likada möv­cud olan təbii resurslar, demoqrafik vəziyyət və kənd təsər­rüfatının ayrı-ayrı sahələrinə investisiya qoyuluşu iqtisadi rayon­larda istehsal infrastrukturunun forma­laşması və inkişafına mühüm təsir imkanlarına malikdir.

İstehsal infrastrukturunun formalaşması və inkişafın­da təbii şərait, təbii ehtiyatlar və əhalinin məskunlaşması, iqtisadiyyatın aparıcı sahələrinə investisiya qoyuluşunun həcmi kimi amillər mühüm əhəmiyyət kəsb edir. Ona görə də respublikanın təbii şəraitini, təbii ehtiyyatlarını və əhalinin məskun­laşması vəziyyə­tinin iqtisadi-coğrafi nöqteyi nəzərindən qiymətlən­dirilməsi obyektiv zərurət kimi meydana çıxır.

İstehsalın ərazi üzrə yerləşdirilməsi və buna uyğun olaraq makro­iqtisadi səviyyədə istehsal infrastrukturunun ərazi üzrə formalaşması problemi təbii şəraitin elmi sürətdə əsaslandırılmış istifadəsi ilə sıx əlaqə­dardır. Odur ki, bütün faktiki və potensial yerli təbii resursların iqtisadi cəhətdən qiy­mətləndirilməsi tələb edilir.

Relyefin müxtəlifliyi və əhalinin məskunlaşma vəziyyəti kənd təsərrüfatının ayrı-ayrı sahələri, eləcə də istehsalın və onun infrastruk­turlarının formalaşmasını və inkişafını şərtləndirir.

Ərazinin çox hissəsi quru və rütübətli subtrpopik iqlim xüsusiyyətlərini özündə birləşdirdiyindən respublikamızda külək enerjisindən istifadə etmək üçün çox böyük potensial imkanlar vardır. Hazırda bu küləklərin gücündən yalnız Abşeron yarı­madasında, özü də əsasən yeraltı suların çıxarılmasında istifadə edilir.

Problemə sistemli və proqramlı yanaşma həyata keçirilir. Belə ki, Azər­bay­can Respublikası Sənaye və Energetika Nazirliyi «Alter­nativ enerji mənbələrinin istifadəsinə dair Milli Proqram» hazırlamışdır. Həmin proqram sənədə əsasən 2012-ci ilin sonuna qədər Ab­şe­ronda və Naxçıvanda külək elektrik stansiyalarının tikilməsi nəzərdə tutulmuşdur (12).

Kənd təsərrüfatının sahə və ərazi strukturu, eləcə də infra­struktur sahələrinin formalaşması və inkişafı, qeyd olunduğu ki­mi, bilavasitə təbii - iqlim şəraitindən asılıdır. Havanın tempe­raturu və nisbi rütubətin miqdarı ərazidə bitkiçiliyin və heyvan­darlığın yerləşməsi və ixtisaslaşmasına böyük təsir göstərir.

Azərbaycanın ərazisinin xeyli hissəsində günəşli günlərin sa­yı­nın çoxlu­ğu, yağıntının isə azlığı kənd təsərrüfatı məhsul­larının istehsalında süni suvarmadan geniş istifadə olunmasını tələb edir. Kənd təsərrüfatı məhsul­larının istehsalında mövcud torpaq və su resurs­larından səmərəli istifadə olunması və ümumilikdə mütə­rəqqi aqrotexnologiyaların geniş tətbiqi, inkişafın vacib şərtlə­rindən biri kimi qiymətləndirilməlidir. Müsbət haldır ki, bu məsələ son illər gündəlikdən düşmür.

Azərbaycanda sənaye və kənd təsərrüfatı ehtiyaclarını lazımi səviyyədə ödəməyən istehsal infrastrukturu sahələrindən biri su təchizatı sistemidir. Bu problemin həllində respublikaının o qədər də sıx olmayan çay şəbəkələrinin rolu artırılmalıdır. Düzənlik ərazilərdə çay şəbəkəsi seyrək, dağlıq hissələrdə isə nibətən sıxdır. Respublikanın ən böyük çayı qərbdən şərqə doğru axan Kürdür. Ümumi uzunluğu 1515 km olan Kür çayının 900 km-i Azərbaycanın ərazisindən keçir. Bu çayın suvarmada və sənaye ehtiyaclarının ödənil­məsində çox böyük əhəmiiyəti vardır. Kür çayı üzərindən Şəmkir, Mingəçevir və Varvara kimi su anbarları yaradılmış, iri su-elektrik stansiyaları tikilib istifadəyə verilmiş­dir. Kürdən Abşerona çəkilmiş iri su kəməri Bakı aqlomera­siya­sını və Bakı-Sumqayıt sənaye qovşağını içməli su ilə təmin edir. Araz çayı res­publikamızın ikinci iri çayı hesab olunur. Bu çaydan da suvarma və sənaye məqsədi ilə istifadə olunur. Naxçıvan ərazi­sində onun üzərində iri su anbarı və su elektrik stansiyası tikilmiş­dir. Samur, Türyançay, Lənkərançay, Girdmançay, Katex­çay və digər çayların da böyük təsərrüfat potensialından qismən isti­fadə edilir.

Respublikamızın ərazisində mövcud olan Göygöl, Ağgöl, Qaragöl, Maralgöl, Batabat, Hacıqabul, Sarısu və s. kimi göllərin, eləcə də Mingə­çevir, Şəmkir, Sərsəng, Xanbulançay, Ceyran­batan və s. kimi su anbarları suvarma və energi mənbəyi olmaqla yanaşı, həm də əhalinin və sənaye müəssisələrinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Sərsəng su anbarı Ermənistanın silahlı qüvvələrinin işğalı altında olması Qarabağın, xüsusilə onun aşağı ərazilərinin aqrar potensialının reallaşmasında kəskin problemlər yaradır.

Respublikamız üçün çox böyük iqtisadi əhəmiyyətə malik olan Xəzər dənizinin zəngin sərvətlərindən istifadə səviyyəsinə, xüsusən, neft və qaz hasilatına görə onu əhatə edən ölkələr ara­sın­da Azərbaycan öncül yer tutur.

Azərbaycanın torpaq, bitki örtüyü və heyvanat aləmi yüksək­lik qur­şaqlarına uyğun olaraq yayılmışdır. Bu sahələrin hər biri də özünəməxsus sənaye və təsərrüfat əhəmiyyətinə malikdir.

Respublikamızın neft və qaz ehtiyatları əsasən ərazinin dü­zən­lik sahələrində Xəzər sahili və dənizin şelf zonasında cəmlən­mişdir. Hazırda istər quruda, istərsə də dəniz akvatori­yasında 50-yə yaxın neft və qaz yataqları istismara verilmişdir. Bu vaxtadək həmin yataqların potensial ehtiyatlarının az hissəsi istifadə olunmuşdur. Respublika ərazisində mövcud olan neft və qaz ehtiyatlarının çox hissəsi Azərbaycanın Xəzər dənizi sekto­rundadır.

Ölkə ərazisində zəngin tikinti material­ları, o cümlədən daş, mərmər, qum, əhəng, gil, mergel, gips və s. vardır. Tikinti daşları ehti­yatı əsasən Abşeron, qərb zonası və Qarabağ rayonlarında cəmləş­mişdir. Sement istehsalı üçün təbii əhəng, mergel və gil ehtiyatları Abşeron yarımadasında, Tovuz, Ağdam və s. kimi rayonlarında yayılmışdır. Daşkəsəndə, Xankən­dində və Naxçı­vanda mər­mər ehtiyatları vardır. Çay vadiləri və yataqlarındakı çınqıl və qum ehtiyatlarından tikintidə geniş istifadə olunur. Qarabağ zonasında vulkanik mənşəli tikinti daşları ehtiyatı cəmləşmişdir (74, s. 132-148).

Azərbaycan Respublikası Dövlət Neft Şirkət (ARDNŞ) ilə Qərbin neft şirkəiləri konsorsiumu arasında bağlanmış «Əsrin müqaviləsi ilə bağlı, yaxın gələcəkdə neft maşınqayırma müəssi­sələrinin, Sumqayıt boru-prokat zavodunun normal fəaliy­yət üçün onların metal və metal konstruksiyaları ilə təchiz edilməsi günün tələbinə çevrilmişdir. Bir sıra hesablamalara görə respublikanın qərb bölgəsində metallurgiya kombinatının tikinti­sini planlaş­dırmaq məqsədəuyğundur, çünki Daşkəsən yataqları qrupunun hesablanmış dəmir filizi ehtiyatları bu müəssisəni 80 ildən az olmayaraq dəmir konsentratı ilə təmin edə bilər. Burada metal­lur­giya kombinatının fəaliyyət göstərməsi üçün lazım olan yüksək keyfiy­yətli flüslü əhəng daşlar (Daşkəsən flüslü əhəngdaşı ya­tağı), dəmir filizi konsentratları üçün qələvi bentonitlər (Daşsa­lah­lı bentonit gil yatağı), odadavamlı oritempləmə mate­rialı forma­sında profillər (Şarukar yatağı), dunars kərpicinin istehsalı üçün kvarsitlər vardır.

Keçmiş SSRİ-də sənayedə yod-bromlu sulara olan tələbin 35-faizə qədərini Azərbaycanın Babazan, Mişovdağ, Xıllı, Qoturdağ-Kolmas qrupu və başqa yataqlardan çıxarılan sular təmin edirdi. Onların bazasında Bakı yod zavodu və Neftçala yod-brom zavodu fəaliyyət göstərir. Göstərilən yataqlardakı yeraltı sənaye sularının tərkibində yod və bromdan əlavə, xeyli miqdarda stronsium və digər nadir elementlər vardır ki, onlar ənənəvi texnologiya əsasında çıxarıla bilmir. Ona görə də müvafiq texnoloji sistem olduqda mineral duzlu sularda qalan mineral konponentlərdən istifa­də etmək olar. Bu həm də sənaye axmalarını, çirkab suların­dan təmizləməyə, həm də onlardan suvarmada istifadə etməyə imkan verər.

Naxçıvan Muxtar Respublikasının ərazisi də mineral xammal ehtiyatları ilə zəngindir. Lakin ərazinin Azərbaycanın əsas sənaye mərkəz­lərindən coğrafi ayrılığı və uzaqlığı, xüsusilə blokada şəraitində olması respublikanın digər yerləri ilə həmin diyar ara­sında geniş qarşılıqlı iqtisadi əlaqələrin yaradılması üçün imkan­ları mədudlaşdırır. Əksər hallarda sənayenin xarici xammal baza­rına istiqamət­ləndirilməsinin məqsədyönlü olmaması, nəhayət kifayət qədər böyük əkin sahələrinin yoxluğu kənd təsərrüfatı məhsullarının intensiv istehsalına və onun bazasında emal müəssisələrinin inkişaf etdirilməsinə mane olan iqlim şəraitinin mürəkkəbliyi xüsusi yanaşmalar tələb edir.

Naxçıvan iqtisadiyyatının xüsusiyyətləri və onun gələcək inkişaf yolları, mineral xammal resurslarından maksimal istifadə edilməsi və onların bazasında həm iri istehsal, həm də yerli sənaye sahələrinin yaradılmasını şərtləndirir. Nehrəm Daş-duz yatağı və eyni adlı dolomit yatağı Naxçıvan sənayesini inkişaf etdirmək üçün çox böyük əhə­miy­yətə malikdir. Nehrəm yata­ğında müəyyən edilmiş kondisiyalı duz ehtiyatları iri soda zavo­dunun inşası üçün real zəmin yaradır ki, bu da Naxçıvanı nəinki aztapılan susuzlaşdırılmış soda istehsalı mərkəzinə çevirə­cək, eyni zamanda sodalı mineral duzlu su və bişirmə soda buraxılışı üçün əlverişli şərait yaradacaqdır. Bunlardan isə Sumqayıt Kimya Kombinatı üçün kimyəvi təmiz duz və yüksək keyfiyyətli xörək duzu istehsalında istifadə ediləcəkdir. Nax­çıvanı yerli şüşə istehsalı xammal bazarı ilə təchiz etmək məqsədi ilə Gümüşlü kvarsit yatağının işlənilməsi məqsədə­uyğundur.

Son onilliklərin geoloji işlərinin mühüm yekunu Naxçıvan Muxtar Respublikası ərazisinin faydalı qazıntılara, məsələn, mis, molibden, alümi­nium, kobalt, qızıl və sairəyə münasibətdə perspektivlərin qətiyyətlə yenidən qiymətləndirilməsini tələb edir. Bütün bunlar respublikanın məhsuldar qüv­və­lərinin uzun müddətli dövr üçün planlaşdırılan və respublikanın iqtisadi potensialını daha da inkişaf etdirmək üçün əlverişli imkanlar açan etibarlı mineral xammal bazası yaradıldığını göstərir(66, s. 10-15).

Təbii resursları kənd təsərrüfatı və sənayedə istehsal infra­struktu­runun formalaşması və inkişafının təbii bazası hesab et­mək olar. Onun hər bir elementi bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birini tamamlamaqla infrastrukturun optimal fəaliyyətinə imkan yaradır. Kənd təsərrüfatında istehsal infrastrukturunun formalaşması üçün yanacaq-enerji, mineral xam­mal, su, bitki resursları və canlı aləm resurslarının obyektiv birləşməsinin mövcudluğu tələb olunur. Təbii resursların kifayət qədər müxtəlifliyi və miqdarı, onların sənaye ehtiyatı və texnoloji baxımdan kəmiyyət və keyfiyyət göstəricilərinin məqbul olması, əlverişli mənimsəmə şəraitinin, həm­çinin təbii resursların və təbii şəraitin səmərəli birləşmələrinin mövcudluğu istehsal infrastruk­turunun formalaşmasına öz təsirini göstərir.

Bu sahədə araşdırmalar aşağıdakı qənaətə gəlməyə əsas verir:



  • makroiqtisadi səviyyədə Azərbaycanın kənd təsər­rüfatı sahəsində istehsal infrastrukturunun formalaşmasının təbii əsasını yer altı təbii resurslar, iqlim, torpaq, relyef və su ehtiyyatları təş­kil edir;

  • kənd təsərrüfatında istehsal infrastrukturunun formalaş­ması və inkişafı üçün digər ölkələrlə müqayisədə Azərbaycanın zəngin təbii potensialı vardır;

  • kənd təsərrüfatında yanacaq-energetika sahələri ilə yanaşı, su təchizatı sahələrini, nəqliyyat sistemlərini inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur;

  • Azərbaycanda sənaye sahələri ilə yanaşı kənd təsərrü­fa­tın­da da istehsal infrastrukturları iqtisadi tələblərə uyğun­laş­dırıl­mışdır.

Yuxarıda qeyd olunduğu kimi, kənd təsərrüfatında istehsal infrastruk­turunun formalaşmasına təbii ehtiyatlarla yanaşı əmək ehtiyatlarının məskunlaşması və demoqrafik dəyişikliklərin baş verməsi mühüm təsirə malikdir.

Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonra ölkə­də baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər məskunlaşma sisteminə və demoqrafik vəziyyətə ciddi təsir göstərmişdir. Lakin bu təsir lazımi səviyyədə tədqiq edilməmiş, bəzi demoqrafik proseslər etibarlı səviy­yədə proqnoz­laş­­dırılmamışdır. Qeyd etmək lazımdır ki, ölkənin iqtisadiy­yatının inkişaf etdirilməsi demoqrafik proseslərə təsir etdiyi kimi, demoqra­fik proseslərin özü də ölkə iqtisadiyyatının inkişafına öz ciddi təsirini göstərir.

Kənd təsərrü­fatında istehsal infrastrukturunun formalaşması və inkişafına təsiri baxı­mından ölkə əhalisinin artımı, onun şəhər və kənd yerlərində dinamikası, yaş-cins tərkibi, onun quruluşu, dəyişmə meyləri, doğum və ölümün dina­mikası, miqrasiya prosesləri, məşğulluq probleminin təhlil olunmasının məq­sə­də­uyğunluğunu şərtləndirir.

Keçmiş SSRİ respublikaları arasında əhalinin artım sürətinə görə Azərbaycan uzun müddət ön sıralarda getmiş, 1960-cı ildə isə təbii artım səviyyəsinə görə birinci yerə çıxmışdır. Belə ki, keçmiş İttifaqda əhalinin hər 1000 nəfərinə düşən doğum 24,9 nəfər, təbii artım 17,8 nəfər idisə, Azərbaycanda bu göstərici müvafiq olaraq 42,6 və 36,9 nəfər olmuşdur ki, bu da orta ittifaq səviyyəsindən 1,7 və 2,1 dəfə yüksək olmuşdur. Məhz, bunun nəticəsi idi ki, 1950-1960-cı illərdə keçmiş ittifaqda əhalinin sayı 38,2 faiz artdığı halda, Azərbaycanda bu göstərici 92,8 faiz təşkil etmiş və ya orta ittifaq səviyyəsindən 2,4 dəfə yüksəkliyi müşahidə edilmişdir. Əhalinin təbii artımı səviyyəsinin yüksək olması belə bir yanlış fikirin formalaşmasına səbəb olmuşdur ki, güya Azərbaycanın demoqrafik inkişafında heç bir çətinlik və vəziyyətin tənzimlənməsinə heç bir lüzum yoxdur. Elə buna görə də əhalinin artım və miqrasiya proseslərinin tənzimlənməsinə dair demoqra­fik siyasət tədbirlərinin işlənib hazırlanması bəzən dövlət orqanlarının diqqətindən kənarda qalırdı. Nəticədə 1960-1970-cı illər ərzində Azər­baycanda əhalinin təbii artım səviyyəsinin aşağı düşməsi meyli keçmiş SSRİ məkanında olduğundan daha sürətlə baş vermişdir. Əgər həmin illərdə hər 1000 nəfərə düşən doğum səviyyəsi keçmiş ittifaqda 25 nəfərdən 17 nəfərə, kənd yerlərində 28 nəfərdən 21 nəfərə düşmüşdürsə və ya müvafiq sürətdə 32,5 və 23,0 faiz azalmışdırsa, Azərbaycanda bu göstəricilər müvafiq sürətdə 43 nəfərdən 26 nəfərə və 50 nəfərdən 30 nəfərə düşmüş və ya 38 və 40 faiz azalmışdır. Belə bir vəziyyət respublikanın dağlıq və dağətəyi rayonlarında məskunlaşan gənc oğlanların keçmiş SSRİ-nin sənaye şəhərlərinə, tikinti obyektlərinə və kənd təsərrüfatı rayonlarına iş axtarmaq məqsədi ilə kütləvi sürətdə getməsi hesabına özünü daha qabarıq göstərmişdi

1970-1985-ci illər ərzində respublikada həyata keçirilən sosial-iqtisadi siyasət, iqtisadi fəallığı yüksəltməklə demoqrafik vəziyyətə, məşğulluğun səviyyəsi və strukturuna həlledici müsbət təsir göstərmişdir.

Aqrar sahədə optimal ixtisaslaşma, kənd təsərrüfatı istehsa­lının səmərəli yerləşdirilməsi, bir sıra texniki bitkilərin, o cümlə­dən pambıq, üzüm və tütünün istehsalında Azərbaycanın tari­xində rekord miqdarda məhsul istehsal edilməsi kəndin inkişa­fında yeni keyfiyyət mərhələsinin əldə edilməsi ilə nəticələndi.

Kənd təsərrüfatında istehsal və sosial infrastrukturun inkişa­fında dinamik üzvi vəhdət əldə edildi. Yaxın keçmişə dair bu dövrün canlı şahidlərinin fikrinə görə, məhz ötən əsirin 70-85-ci illərində Azərbaycan kəndi dirçəldi və əhalinin həyat səviyyə­sinin yüksəlişinin danılmaz yüksək tempi müşahidə olundu.

Kənd təsərrüfatı müəssisələrinin hazırlanmasında, mühüm irəliləyişlər əldə olundu. Respublikamızın və keçmiş ittifaqın qabaqcıl təhsil müəssisələ­rində təhsil alan gənclər, sonrakı illər­də Azərbaycanın yüksək ixtisaslı kadr potensialını forma­laşdırdı. Bu isə aqrar sahədə məşğulluğun quruluşunu yaxşılaş­dıran mühüm amil oldu.

Ölkədə işləyən 4056,0 min nəfər əhalinin (2008-ci ilin məlumatına görə) 13%-i sənayedə, 38,3%-i kənd təsərrüfatında, 5,6% -i tikintidə, 52%-i nəqliyyat və rabitə , 16,1%-i topdan və pərakəndə ticarət, məişət xidməti, 13%-i təhsil və səhiyyə sahəsində işləyir.

Kənddə iqtisadi fəallığın artması digər amillərlə yanaşı regionların sosial-iqtisadi inkişafının sürətlənməsi və əlbəttə ki, uğurla həyata keçirilmiş torpaq islahatı ilə əlaqədardır.

Sosial-iqtisadi inkişafın adekvat inkişafı olan, demoqrafik proseslər iqtisadi inkişafa, o cümlədən kənd təsərrüfatında isteh­sal infrastrukturunun formalaşması və inkişafına təsir edən əsas amillərdən birinə çevrilmişdir.

Əlbəttə, Ermənistanın işğalçı müharibəsi və Dağlıq Qarabağ­da süni surətdə yaradılan separatizm Azərbaycanda demoqrafik vəziyyətə, xüsusilə kənd ərazilərində demoqrafik mühitə təsir etməyə bilməzdi

Son illər cəmiyyətdə baş verən müsbət dəyişikliklər ölkənin demoqrafik inkişaf prosesində öz əksini tapmışdır. Azərbaycanda orta ömür müddəti 1997-ci ildən başlayaraq müsbət dinamikaya malik olmuşdur.

Həyata keçirilən iqtisadi islahatlar nəticəsində əhalinin məş­ğulluğu və əmək bazarında da müəyən dəyişikliklər baş vermiş­dir. Son on ildə sənaye və tikinti sahəsində məşğul olanların sayında stabilləşmə müşahidə olunur. Ticarət və ictimai-iaşə, maddi-texniki təchizat və satış, tədarük, mənzil-kommunal təsər­rü­fatı və əhaliyə məişət xidməti sahəsində, təhsil, mədəniyyət və incəsənətdə və sosial müdafiə sahəsində məşğul olanların sayı artıma meylli olmuşdur.

İqtisadiyyatın ayrı-ayrı sahələrində məşğul olanların sayının belə dəyişməsi məşğulluğun sahə strukturuna da təsir etmişdir. Kənd təsərrüfatında məşğul olanların xüsusi çəkisi son beş ildə azalaraq, 38,3%-ə (2008-ci il) enmiş, maliyyə vasitəçiliyi ilə məşğul olanların xüsusi çəkisi artmışdır və s. Bu meyl bazar münasibətlərinin formalaşması dövrü üçün xarakterik hesab olunur.

Ölkə iqtisadiyyatının inkişafı, əsasən iqtisadiyyatın real sektorunun inkişafı ilə müəyyən edilir. Ona görə də istehsal sahələrində məşğul olanların xüsusi çəkisinin artırılması üçün tədbir­lərin görülməsi ön plana çəkilməlidir. Əhalinin istehsal sahə­lərində məşğulluğunun xüsusi çəkisnin artırılması sosial-iqti­sadi rifahın yüksəldilməsinə gətirib çıxarır, bu isə bazar iqtsa­diyyatı şəraitində dövlətin iqtisadi siyasətinin əsas tərkib hisələ­rin­dən biri olmalıdır.

İqtisadiyyatın inkişaf etdirilməsi və xalqın rifahının yaxşılaş­dırılması istiqamətində Ümummilli lider, H.Əliyevin yeritdiyi məq­səd­yönlü iqtisadi tədbirlər hesabına 1995-ci ildən başlayaraq iqtisadiyyatın sabit inkişafı təmin olunmuş, iqtisadi-siyasətin sosial yönümlülüyünün artırıl­ması üçün əlverişli şərait yaranmış­dır. 1995-ci ildən başlayaraq əhalinin real pul gəlirləri dəfələrlə artmışdır. Ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yax­şı­laş­dırılmasının başlıca istiqamətlərindən biri də son illərdə özəl sek­torun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən ardı­cıl işlər və əhalinin gəlirlərinin strukturunda sahibkarlıq fəaliy­yətindən daxil olmaların xüsusi çəkisinin artması olmuşdur.

Əməyin ödənilməsi sahəsində də son illər aparılmış islahatlar əmək haqqı sistemində yaranmış uyğunsuzluqların müvəffə­qiyyətlə aradan qaldırılmasına xidmət etmişdir. Belə ki, xalq təsərrüfatında işləyən fəhlə və qulluqçuların, idarə­etmə orqanla­rı işçilərinin və hərbi qulluqçuların əməyinin ödənilməsində vahid tarif cədvəlləri hazırlanıb təsdiq edilmişdir.

Respublikada sosial yönümlü bazar iqtsadiyyatının forma­laşdırılması məq­sədilə əhalinin, xüsusilə az təminatlı ailələrin sosial müdafiəsinin yaxşılaş­dırılması ilə əlaqədar bir çox əhəmiy­yətli tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Əhalinin sosial müdafiəsinin istiqamətləri genişlən­dirilmiş, təqaüdçülərin, şəhid ailələrinin, əlillərin, ailə başçısını itirənlərin, habelə müxtəlif komitələrdə, təşkilatlarda, hüquq-mü­hafizə orqanlarında çalışan fəhlə və qulluqçuların təqaüd və müavinətlərinin təminatında, əmək haqqlarının artırılmasında ciddi yeniliklər və dönüş baş vermişdir.

Bu və digər nailiyyətlər əhalinin rifahının daha da yaxşılaş­dırılması məsələlərinin ön planda durmasını və əhalinin sosial-iqtisadi təminatının daim dövlətin diqqət mərkəzində olmasının nəticəsidir.

Kənd təsərrüfatında istehal infrastrukturunun formalaşması və inki­şafına təsiri baxımından ölkədə mövcud olan demoqrafik vəziyyət təhlil edilərək aşağıdakı nəticələrə gəlmək mümkündür:


  • makroiqtisadi səviyyədə istehsal infrastrukturunun forma­laş­­ması və inkişafına ölkənin demoqrafik vəziyyətinin təsiri müs­təs­na əhəmiyyətə malikdir;

  • ölkədə demoqrafik inkişaf prosesinə təsir göstərmək üçün çevik dövlət siyasəti həyata keçirilir;

  • miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdiril­məsi üçün kvotalar sistemi başa çatdırılmalıdır;

  • son illər əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar görülmüş tədbirlər respublikada həyat səviyyəsinin yük­səl­dilməsinə xidmət edəcəkdir;

  • demoqrafik proseslərin səviyyəsinə və dinamikasına neqa­tiv təsir edən amillərin aradan qaldırılması və bu sahədə əsaslı dövlət proqram­larının hazırlanması demoqrafik inkişafa öz müs­bət təsirini göstərir.

Milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə onun müx­təlif sahələrinə cəlb olunan xarici investisiyalar ölkədə istehsal infrastrukturunun formalaşmasına, onun bir sıra iqtisadi problem­lərinin həllinə müsbət təsir göstərmişdir. Azərbaycan Respub­likası Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan energetika, nəqliy­yat, rabitə, metallurgiya, maşınqayırma, kimya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması, investor­ların hüquq və məna­fe­lə­rinin qorunması, mülkiyyət toxunul­mazlığı, xarici və yerli iş adam­larına eyni iş şəraitinin yaradılması ilə bağlı görülmüş tədbirlər xarici sərmayə axınına güclü təsir etmişdir.

1994-cü ildə «Əsrin müqaviləsi» adlanan ilk neft müqaviləsi imzalan­dıqdan sonra xarici sərmayəçilərin Azərbaycana marağı artmışdır. TRASEKA, Böyük İpək Yolunun bərpası layihələri həya­ta keçiril­məyə başlanılmışdır ki, bu tədbirlərin həyata keçiril­məsi ölkəmizdə istehsal infrastrukturunun formalaşması və iqtisa­di problemlərinin həllinə müsbət təsir göstərmişdir. Neft müqavi­lə­ləri üzrə yataqların maliyyələşdirilməsi ilə yanaşı Azərbaycanda xarici kapitalın hesabına 25-dən artıq iri həcmli layihələr də həyata keçirilir ki, bunlar da istehsal infrastrukrunun formalaş­ması və inkişafında çox əhəmiyyətlidir. Bu gün onlardan qaz sisteminin bərpası, altı su elektrik stansiyasının tikintisi və yenidən qurulması, Mil-Muğan kollektorunun yenidən qurulması, beynəlxalq Binə Hava limanının və Naxçıvan Hava limanının tikinti­sinin başa çatdırılması, Transqafqaz dəniz yolunun bərpası və bir sıra sosial obyektlərin tikintisi və yaxud yenidən qurul­masına müxtəlif mənbəələr hesabına xeyli miqdarda investi­siya qoyulmuşdur.

Son illər istehsal infrastrukturuna qoyulan investisiyaların həcmi digər sahələrə nisbətən üstünlük təşkil edir. İqtisadiyyatın qeyri-neft sektoruna yönəldilən investisiyaların həcmi ilbəil artır. İnvestisiya qoyuluşu sahəsində neft sənayesindən sonra ən çox investisiya qoyulan sahələr energetika kompleksi, rabitə, nəqliy­yat, su təchizatı və aqrar-sənaye kompleksi olmuşdur.

Apardığımız tədqiqatlardan aydın olur ki, «Azərbaycan Res­pub­likası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» (2009-2013-ci illər) çərçivəsində nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar son illərdə qeyri-neft sektoruna cəlb edilən investisiyalar şırasında istehsal infrastruk­turunun tərkib hissəsi olan nəqliyyat və rabitəyə yönəldilən investisiyalar artım dinami­kasına görə fərqlənir. Bu müvafiq investisiya layihələrinin maliyyələş­dirilməsində, nəqliyyat və rabitənin son dövrdəki inkişaf dinamikasında özünü göstərir.

Nəqliyyat və rabitə infrastrukturunun mövcud vəziyyətinin təhlilindən gö­rün­düyü kimi son illər bu sahələr yüksək sürətlə inkişaf etməyə başla­mışdır. Müvafiq olaraq nəqliyyat və rabitə sahəsinə 2000-2008-ci illərdə qoyulan investisiyalar 17 dəfə və 3,6 dəfə artmışdır (cədvəl 2.1).

Elektrik enerjisi, qaz və su təminatının yaxşılaşdırılması üçün investisiyaların həcmində təhlil dövründə 7,6 dəfə artım müşahidə olunur.

Bu infrastruktur sahələrinə, daxili və xarici investisiyalar hesa­bına yeni, müasir tipli texnologiya gətirilərək, onların dina­mik surətdə inkişaf etdirilməsinə başlanılmışdır.

Araşdırmalardan göründüyü kimi, ölkədə aparılan məqsəd­yönlü iqtisadi siyasət nəticəsində qeyd edilən istehsal infrastruk­turlarına qoyulan investisiyalar hər il artaraq, 2008-ci ildə 1656,5 mln. manata çat­mışdır.

Enerji komplek­sinə investisiya cəlb edilməsi artmaqda davam edir. Təkcə Yenikənd və Mingəçevir su elektrik stansiyalarının tikintisinə, Bakı 1 saylı İstilik Elektrik Mərkəzinin birinci və ikinci bloklarının, Sumqayıt kimya komplek­sində İstilik Elektrik Mərkəzinin, «Şimal» və «Azərbaycan» DRES-lərinin bərpası və yenidən qurulmasına 600 milyon ABŞ dollaradək vəsait cəlb edilmişdir (59, s. 64).

Azərbaycanda investisiya yönəldilən sahələrdən biri də kənd yerlərində meliorasiya və irriqasiya tədbirləridir. Müvafiq işlərin yaxşılaşdırılması, Bakının və digər sənaye şəhərlərinin su təchizatı problemlərinin həlli prioritet hesab edilir. Bu layihələr arasında Mil-Muğan kollektorunun və Samur–Abşeron suvarma sisteminin yenidən qurulması işləri böyük əhəmiyyət daşıyır. İslam İnkişaf Bankının ayırdığı 9,8 milyon ABŞ dolları həcmində kredit hesabına 1998-2000-ci illərdə Mil-Muğan kollektorunun tikintisi aparılmış və onun birinci növbəsi istifadəyə verilmişdir. Kollektorun bərpası ilə 500 min hektardan artıq suvarılan torpaqların meliorasiya və irriqrasiya vəziyyətini yaxşılaş­dırmaqla, bu layihə respublikanın mərkəzi rayonlarında kənd təsər­rüfatı sahələrinin inkişafını sürətləndirmişdir. İslam İnkişaf bankı­­nın vəsaiti hesabına maliyyələşdirilən Samur-Abşeron suvar­ma sisteminin, o cümlədən Xanarx kanalının və su anbarının yeni­dən qurulması Abşeron yarımadasına, Bakı və Sumqayıt şəhər­lərinə verilən içməli suyun miqdarını təxminən 2 dəfə artıra­raq, səna­ye müəssisələrinin suya olan tələbatını tam ödəməklə yanaşı, ölkənin şimal zonasında suvarılan torpaqların ümumi sahəsini 30 min hektar artırmağa imkan verəcəkdir (59, s. 65).

Azərbaycanda müasir telekommunikasiya xidmətləri sahələ­rində müəssisələrarası azad rəqabət mühitinin yaradılması istiqa­mətində görülmüş tədbirlər istehsal infrastrukturunun forma­laşması və inkişafına tə­kan verərək, həmin sahələrə xarici inves­tisiyanın cəlb olunması üçün əlverişli mühit yaratmışdır. Nəticədə 2000-2008-ci illər ərzində bu öncül sahənin inkişafı üçün 950 milyon manatdan artıq investisiya cəlb edilmişdir ki, bu da rabitə xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, onun əhatə dairəsini dəfələrlə genişləndirmişdir. Bu illər ərzində xüsusi ilə mobil telefon sistemi sürətlə inkişaf etmişdir.

Daxili və xarici investisiyalar hesabına Azərbaycanda istehsal infrastruktu­runun aparıcı sahələrindən biri olan nəqliyyat infras­trukturunun, o cümlədən yolların, körpülərin və digər nəqliyyat infrastrukturu obyektlə-rinin inkişafı və bu sahələrdə qarşıya çıxan iqtisadi problemlərin aradan qaldırılması təmin edilir. TRASEKA proqramı çərçivəsində görülmüş işlər Azərbaycanın də­mir və avtomobil yollarının, liman və bərələrin müasir beynəl­xalq tələblər səviyyəsində yenidən qurulması - ölkənin tranzit po­tensialının əsaslı sürətdə genişləndirməyə, onun Avropa və Asi­ya arasında mühüm nəqliyyat dəh­lizinə çevrilməsinə imkan verir.




50

Download 483,5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2025
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish