Азярбайжан республикасы тящсил назирлийи


İqtisadi rayonlar üzrə istehsal infrastrukturunun inkişaf prioritetləri



Download 483,5 Kb.
bet14/16
Sana07.01.2022
Hajmi483,5 Kb.
#329621
1   ...   8   9   10   11   12   13   14   15   16
Bog'liq
referat 2005

3.2. İqtisadi rayonlar üzrə istehsal infrastrukturunun inkişaf prioritetləri
Aparılmış tədqiqatlar iqtisadi rayonlarnda dinamik və tarazlı sosial - iqtisadi inkişafın təmin olunması və istehsal infrastruk­turunun ahəngdar fəaliyyətində yaranmış aşağıdakı problemlərin ara­dan qaldırılmasını tələb edir:

  • istehsal infrastrukturunun innovasiyalı prioritetlərinin əsas­­­lan­­dırılmasını;

  • istehsal infrastrukturunun innovasiyalı inkişafının ərazi xüsusiyyət­lərinin müəyyənləşdirilməsini;

  • sürətləndirilmiş və çevik amortizasiya siyasətinin hazır­lan­­ması və həyata keçirilməsini;

  • enerji, yol, kommunika­siya xətlərinin və digər infras­truk­tur obyektlərinin yenidən qurulması və inkişafı layihələrinin da­ha koordinasiyalı reallaşdırılmasını.

Qeyd olunan ümumi tələblərlə yanaşı, hər bir iqtisadi rayo­nun inkişaf səviyyəsi ilə şərtləşən və istehsal infrastrukturu sahə­ləri üçün səciyyəvi olan prob­lem­lərin aradan qaldırılması regional miqyasıl bir sıra tədbirlərin həyata keçirilməsini zəruri edir.

Abşeron iqtisadi rayonunda iqtisadi inkişafa nail olmaq üçün bir sıra istehsal infrastrukturlarının inkişaf etdirilməsi «Azər­baycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında» (2009-2013-ci illər) nəzərdə tutulmuşdu. Əvvəki proqram sənədə əsasən 2004-cü ildə Xırdalan qəsəbəsinin təzyiqli kanalizasiya kollektorunun qəza vəziyyətində olan hissə­sinin dəyişdirilməsi hesabına Abşeron rayonunda kanali­zasiya siste­mi yaxşılaşdırılmış, Sumqayıtda 400 mvt gücündə yeni istilik elektrik stansiyasının inşa edilmiş, 300 kv-luq «Yaşma» yarım­stansiyası genişləndirilmiş və 330 kv-luq Dərbənd elek­trik ötü­rücü xətti çəkilmişdir. Həmin məqsəd­yönlü tədbir­lərin həyata keçiril­məsi Abşeron rayonunda istehsal infrastruk­turunun inkişa­fında yeni mərhələnin başlanmasına səbəb olmuşdur.

Belə ki, yaxın iki ildə Abşeron iqtisadi rayonunda 220 kv-luq yeni hava elektrik xətlərinin tikintisi başa çatdırılacaqdır. 2010-2013-cü illər ərzində rayonda mişar daşı, əhəng daşı, sement xammalı, tikinti qumları və s. tikinti materialları satanlarının axtarışı və kəşfiyyat işlərinin təşkili nəzərdə tutulmuşdur.

Xızı rayonunda 2013-cü ilə qədər avtomobil yollarının əsaslı təmiri, qəsəbədaxili və kəndlərarası əsas yolların asfaltlaşması işi başa çatdırıl­malıdır. Bu rayonda tikintisi nəzərdə tutulan su anbarı kənd təsərrüfatı və yaşıllaşdırma işlərinin geniş miqyasda həyata keçirilməsinə imkan verəcəkdir.

Quba-Xaçmaz iqtisadi rayonunda davamlı iqtisadi inkişafın təmin edilməsi və işsizliyin aradan qaldırılması məqsədilə yaxın gələcəkdə bir sıra istehsal infrastrukturun yaradılması tədbirləri nə­zərdə tutulmuşdur. Bu tədbirlər içərisində ən əhəmiyyətlisi Bakı-Xudat-Rusiya sərhədinədək avto­mobil yolunun yenidən qu­rul­ması, rayonlararası və rayondaxili yolların bərpası və inkişafı, rayonun ayrı-ayrı bölgələrinin elektrik enerjisi, qaz və istilik təminatı sisteminin yaxşılaşdırılması, yaşayış məntəqələ­rinin su təchizatı və kana­liza­siya sistemlərinin bərpası, Xaçmaz və Quba rayonlarında suvarma-drenaj şəbəkələrinin bərpası, «Xanarx», «Vəlvələçay-Taxtakörpü» kanal­ları­nın tikintisi, Samur-Abşeron kanalının yenidən bərpası, Samur sərhəd körpüsünün tikintisi, Xaçmaz rayonunda 330 /110/10 kvt-lıq «Xaçmaz» yarımstan­siyasının inşası və onun mövcud 110-330 kvt-lıq elektrik ötürücü­sü xəttləri ilə birləşdirilməsi, yerli enerji ehtiyatlarından səmərəli istifadə olunması məqsədi ilə bölgədə mövcud olan yeraltı termal suların balneoloji və istilik enerji mənbələrinin yaradılması işi davam etdiriləcəkdir.

İqtisadi rayonda enerji təchizatının (məcmu gücü 20 MVT olan kiçik su elektrik stansiayası tikiləcəkdir) yaxşılaşdırılması, şimal çaylarında su götürmə və nəqletmə qurğularının tikintisi, yeni elektron ATS-lərinin quraşdırılması, Xaçmaz, Quba, Qusar şəhərlərinin çirkab sularını tənzimləyən qurğuların bərpası tədbir­ləri həyata keçiriləcəkdir.

Aran iqtisadi rayonunda sosial-iqtisadi inkişaf səviyyəsini yüksəltmək üçün bir sıra istehsal infrastruktur sahələrinin yaradıl­ması baxmından qarşıya qoyulmuş məqsədlərə, o cümlədən nəq­liy­yat infrastrukturunu inkişaf etdirmək məqsədi ilə Qazıməm­məd-Kürdəmir və Kürdəmir-Ucar, Ələt-Astara dörd zolaqlı avto­mobil yolunun, rayonlararası və rayondaxili yolların bərpası və inkişafı, əkin sahələrinin su təchizatı sisteminin yaxşılaşdırılması məqsədi ilə Yuxarı Qarabağ kanalının tikinti­sinin tamamlanması, Saatlı-Sabirabad ra­yo­nunda torpaqların suvarılması üçün Kür–Muğan kanalının tikintisi, Mingə­çevir şəhərində içməli su xətləri­nin yenidən qurulması və içməli su kəmərinin tikintisi, Yevlax, Ağcabədi, Ağdaş, Göyçay və Salyan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması başa çatdırılmaq­dadır Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Zərdab ra­yon­la­rında su itkisinin qarşısı­nın alınması və kənd təsərrüfatı bit­ki­lərinin məhsuldarlığının artırılması məqsədi ilə həmin rayon­larda suvarma-drenaj şəbəkələrinin bərpası, elektrik enerjisi, qaz və istilik təminatı sisteminin yaxşılaşdırılması işləri müvəffə­qiyyətlə həyata keçirilir. İstehsal infrastruk­turlarının inkişafı isti­qa­mə­tində görülən bu kimi tədbirlər iqtisadi inkişafın təmin olunmasına zəmin yaratmışdır.

Aran iqtisadi rayonunda magistral avtomobil yollarının ətrafı­nın yaxşılaşdırılmasına başlanmış, məcmu gücü 20 Mvt olan kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulmşdur.

Yaxın üç ildə Mil-Qarabağ kollektorunun yenidən qurulması, Yuxarı Qarabağ və Yuxarı Mil, kanallarının maşın yolunun tikintisi, çaylarda məcranın təmizlənməsi və mövcud mühafizə bəndlərinin bərpası davam etdiriləcəkdir.

İqtisadi rayona daxil olan bir sıra inzibati rayonlarında elek­trik şəbəkəsinin yenidən quyulması 2013-cü ilə qədər başa çatdırılmalıdır. Aran iqtisadi rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və əkin sahələrinin su təminatı üçün subartezian quyularının qazılması üçün vəsait ayrılmış və bu işə başlanılmışdır.

2010-cu ilin yaz və yay aylarında Kür və bir sıra digər çayların məcrasından çıxaraq, ətraf əraziləri, xüsusilə Aran iqtisadi rayonunun ərazilərini basması əkin və təsərrüfat üçün ciddi problemlər yaratmışdır. Həmin ərazilərdə digər fəsadlarla yanaşı, kənd təsərrüfatının istehsal infrastrukturu da ciddi ziyan görmüşdür.

Odur ki, bu və ya digər iqtisadi rayonlarda kənd təsərrüfatının istehsal infrastrukturunun bərpası və yeni keyfiyyət səviyyəsində qurulması inkişafın mühüm prioritetlərindən biri kimi qəbul edilir.

Dövlətin həyata keçirdiyi irriqasiyalı tədbirlər sırasında kənd ərazilə­rinin enerji, su və digər zəruri ehtiyaclarının təmin edil­məsi diqqət mərkəzin­dədir. Kənd təsərrüfatının istehsal infra­struk­­turunun, su basmış ərazilərdə qısa müddətdə yenidən qurul­ması üçün texniki-iqtisadi tədbirlər kompleksi­nin nəticələri moni­torinq edilmiş bu prosesdə əhalinin fəal köməyi və yerli idarə­etmə orqanlarının fəal iştirakı təmin edilmişdir.

Lənkəran iqtisadi rayonunda istehsal infrastrukturunun inno­vasiyalı inkişaf etdirilməsi tədbirləri nəzərdə tutulmuşdur. Belə ki, nəqliyyat infrastrukturu­nun yaxşılaşdırılması məqsədi ilə 4 il müddətinə Ələt-Astara dörd zolaqlı avtomobil yolunun tikintisi, Astara (Azərbaycan) – Astara (İran) yeni dəmir yolu xəttinin çəkilişi, Astara rayonunda Astara Yük Terminalının tikintisi, Astaraçay üzərində avtomobil və dəmir yolu körpüsünün inşası, Lənkəran Dəniz limanının tikintisi, rayonlararası və rayondaxili yolların bərpası və inkişafı, bu iqtisadi rayonun elektrik enerjisi, qaz və istilik təminatının yaxşılaşdırılması məqsədi ilə Lənkəran şəhərinin qaz sisteminin yenidən qurulması, Masallıda 220 kvt-lıq Şirvan DRES – Masallı və 220 kvt-lıq Masallı-Astara elektrik ötürü­cüsü xəttinin çəkilişi, Cəlilabad və Lənkəran şəhərlərində su təchizatı və kanalizasiya sisteminin, eləcə də Yardımlı qəsəbə­sinin su təchizatının yaxşılaşdırılması tədbirləri həyata keçiril­miş­dir. Bölgədə bir sıra yeyinti və yüngül sənaye sahələrinin yaradıl­ması da nəzərdə tutulmuşdur ki, bunlar da yeni yaradılacaq isteh­sal infrastrukturları ilə birlikdə iqtisadi inkişafı təmin edəcəkdir.

Dağlıq Şirvan iqtisadi rayonunda istehsal infrastrukturunun inki­şafı bir sıra iqtisadi problemlərlə əlaqədardır. Regionda iqti­sadi inkişafa nail olmaq üçün bu problemlərin aradan qaldırılması məqsədilə regionların sosial-iqtisadi inkişafının 2009-2013-cü illə­ri əhatə edən Dövlət Proqramında istehsal infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. İqtisadi rayonda 2013-ci ilədək elektrik enerjisi, qaz və istilik təminatı sisteminin yaxşılaş­dırılması, bir sıra inzibati rayonlarda yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin bərpası, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının su təchizatı sisteminin təkmilləşdiril­məsi, rayonlararası və rayondaxili yolların bərpası və tikintisinin davam etdirilməsi nəzərdə tutulmuşdur. İnfrastrukturların yaradıl­ması, sənaye və kənd təsərrüfatı sahə­lərinin bərpa və yenidən qurulması bölgədə məşğulluq səviyyəsinin qaldırıl­masına, kənd əhalisinin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır.

Gəncə iqtisadi rayonunda nəqliyyat infrastrukturunun inkişafı Gəncə-Yevlax, Gəncə-Qazax-Gürcüstan sərhəddinədək rayonla­rarası və rayondaxili, kəndlərarası yolların bərpası və inkişaf etdi­ril­məsi infrastrukturun inkişafı tədbirlərinin mühüm istiqamət­ləridir.

Su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məq­sədi ilə Şəmkir-Maşın kanalının tikintisi, Daşkəsən, Şəmkir və Gəncə şəhərlərində kanalizasiya və su xəttinin çəkilişi, Goran­boyda suvarma-drenaj şəbəkəsi­nin bərpası, Samur rayonunda Poylu (Kür çayı üzərində) ikinci dəmir yolu körpüsünün tikintisi, Tovuz rayonunda Tovuzçay su anbarının tikintisi başa çatdırıl­maqdadır. Bütün ATS-lərin elektron ATS-lərlə əvəzlənməsi, so­yu­ducu saxlama kameralarının tikintisinin davam etdirilməsi ki­mi, regionda istehsal infrastrukturunun inkişaf etdirilməsinə yö­nə­lmiş tədbirlər iqtisadi inkişafın sürətlənməsinə gətirib çıxara­caqdır.

Şəki-Zaqatala iqtisadi rayonunda istehsal infrastrukturunun inkişaf etdirilməsi, yaxın gələcəkdə su təchizatı və kanalizasiya sisteminin yaxşılaş­dırılması məqsədi ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Qaxda 67000 m3 su tutumlu Əyriçay su anbarının tikintisi, Qəbələ şəhərinin su təchizatı, Arbix kəndində Qaraçay çayı üzərində körpünün inşası, Şəki, Zaqatala və Oğuz şəhərləri və rayonun bəzi kəndlərinin su təchizatı və kanali­zasiya sistemlərinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Regionun elektrik enerjisi, qaz və istilik təminatının yaxşı­laşdırılması məqsədi ilə Qəbələ-Oğuz-Şəki elektrik ötürücü xətti­nin çəkilməsi, Oğuz yarımstansiyasında transformatorların quraş­dı­rılması və «Şəki» yarım­stansiyasında 16 MVT-lıq transfor­ma­torun 25 MVT-lıq transformatorla əvəz edilməsi, Oğuz rayonuna qaz xəttinin çəkilişi, iqtisadi rayonun yol nəqliyyat sisteminin yenidən qurulması məqsədi ilə rayonlararası və rayondaxili yolla­rın bərpası və inkişafı, Şəki rayonunda «Əyriçay» su dəryaçasının istismara verilməsi və Əlican çayından 14 km uzunluğunda ka­nalın çəkilməsi, Zaqatalada Muxax çayı üzərində körpünün tikil­məsi davam etdirilir.

Naxçıvan iqtisadi rayonunda davamlı iqti­sadi inkişafın təmin edilməsi məlum geosiyasi durumun tələbləri baxımından nəinki iqtisadi, həm də siyasi əhəmiyyətə malik məsələdir. İstehsal infra­st­ruk­turunun inkişafı sahəsində bir sıra tədbirlərin, o cümlədən blo­kadada olan Muxtar Respublikada elektrik enerjisinə olan tələ­batın tam ödənilməsi məqsədi ilə Azərbaycan-Gürcüstan-Türkiyə-Naxçıvan sxemi üzrə əlavə elektrik enerjisi verilməsi, Ordubad SES-in və Vayxır hid­roqovşağının tikintisi, elektrik ener­jisi, qaz və istilik təminatı sisteminin inki­şafı, qaz təchizatı sisteminin yenidən qurulması və Xoy (İran)-Culfa qaz kəmərinin inşası, «Darıdağ» termal su mənbələrinin kompleks istifadə olun­ması, rayonlararası və rayondaxili yolların bərpası və inşası, o cümlədən Culfa-Ordubad avtomobil yolunun tikintisi, başa çat­dırıl­maqdadır.

Suvarma əkin­çiliyini inkişaf etdirmək məqsədi ilə mövcud su resurslarından (Arpaçay, Naxçıvançay) istifadə edilməsi və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İstehsal infra­strukturu ilə yanaşı yeyinti və yüngül sənaye sahələrinin, sosial obyektlərin yaradılması da qarşıya qoyulmuşdur. Naxçıvan iqti­sadi rayonunun qazla təchizatı üçün Türkiyə Cümhuriyyəti ilə bir­gə fəaliyyət proqramı icra edilməkdədir.

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi in­ki­şafı Dövlət Proqramlarında» nəzərdə tutulmuş tədbir­lərin həyata keçirilməsi ölkənin kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı və təkmil­ləş­dirilməsində, eləcə də kənd əhalisinin məş­ğulluğunun artırılması və rifah halının yaxşılaşdırılmasında həlle­dici rol oynayacaqdır.


Download 483,5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2025
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish