Азярбайжан республикасы тящсил назирлийи



Download 483,5 Kb.
bet13/16
Sana07.01.2022
Hajmi483,5 Kb.
#329621
1   ...   8   9   10   11   12   13   14   15   16
Bog'liq
referat 2005

Cədvəl 3.2

Azərbaycanda ÜDM-in sahə strukturu (faizlə)




Göstəricilər







Illər













1995

2000

2005

2006

2007

2008

ÜDM-cəmi

100

100

100

100

100

100

O cümlədən:



















Sənaye

27,2

36,1

49,4

57,3

59,5

57,4

Kənd və meşə təsərrüfatı

25,1

15,9

8,6

6,7

6,4

5,7

Tikinti

3,7

6,5

9,4

7,7

6,7

7,6

Nəqliyyat və rabitə

17,4

12,0

7,4

6,6

7,3

7,0

Digər sahələr

26,4

29,5

25,2

21,7

20,1

22,3

Müəllif tərəfindən DSK-nın məlumatları əsasında tərtib olunmuş­dur. Mənbə: Azərbaycanın kənd təsərrüfatı. Bakı, 2009, s.45


2000-2008-cü illərdə dünya bazarında neftin qiymətinin (tərəddüdlərlə) artması nə­ticə­sində iqtisadiyyatda əlavə mənfəət əldə olunmuşdur. Bu mənfəət hesabına ölkədə büdcə xərcləri artırıldı, ödəniş qabiliyyətli tələbin səviyyəsi yüksəldi, regionların iqtisadi inkişafına dair həyata keçirilən tədbirlər və bu sahəyə ayrılan investisiyalar gələcəkdə kənd təsərrüfatında istehsalın inkişafı üçün əlverişli şərait yaradacaqdır.

Eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı üçün görülən və son illər daha da intensivləşən tədbirlər, ölkə iqtisadiyyatının neft amilindən asılılığını, əhəmiyyətli dərəcədə aradan qaldırmaqdadır.

Son illərdəki iqtisadi göstəricilər Azərbaycan iqtisadiyyatında müsbət meyllərin güclənməsi və iqtisadi artım sürətinin dayanıqlı olmasını bir daha nümayiş etdirir.

Dayanıqlı inkişaf etibarlı maliyyə imkanları şəraitində real­laş­maqla, kənd təsərrüfatında istehsal infrastrukturunun ərazicə tarazlı və dinamik genişlənməsi tempinə malik olmasını nəzərdə tutur.

Kənd təsərrüfatında istehsal infrastrukturunun dayanıqlı inkişafı:


  • aqrar sahənin maddi-texniki bazasının mütərəqqi infra­struk­­turla birgə fəaliyyət səviyyəsi ilə;

  • bitki mühafizəsinin, karantin və toxumçuluq xid­mət­lərinin, baytarlıq işinin müasir tələblərə adekvatlığı ilə;

  • dövlət fitosanitar nəzarətinin, müvafiq diaqnostika və ekspertizasının məqbul səviyyədə həyata keçirilməsi imkanları və s. ilə şərtlənir.

Əlbəttə, istehsal infrastrukturu kənd təsərrüfatının çoxfunk­siyalılığını dəstəkləməlidir. Mövcud reallıq bu sahədə müsbət dəyişikliklər üçün geniş hazırlıq işlərinin zəruri olduğunu deməyə əsas verir. Həmin tədbirlərin səmərəliliyi, aşağıdakı meyarlara əsaslanan prioritetlərdən həlledici dərəcədə asılıdır:

  • istehsal, emal və satış mərhələlərində yol veri­lən itkilərin aradan qaldırılması;

  • istehsal infrastrukturunun ərazi təşkilində resursqoruma tələblərinin önə çəkilməsi;

  • ekoloji risklərin minimumlaşdırılması;

  • məhsul və proses innovasiyalarının maliyyə təminatının etibarlığı və fasiləsizliyi və i.a.

Yeni iş yerlərinin açılması, müvafiq bazar infrastruk­turla­runun yaradılması (əmək birjası, ixtisas dəyişmə kursları və s.), digər tərəfdən işsizlərin sosial mü­dafiəsi istiqamətində tədbirlər infrastruktur sahələrində özəl sektorun dəstəklənməsi aqrar infra­struktur problemlərin həllinə yeni imkanlar açır.

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki­şafı Dövlət Proqramı (2009-2013-ci illər)»nda istehsal infrastruk­turunun inkişafı və təkmilləşdirilməsi istiqamətində nəzər­də tutul­muş tədbirlərin həyata keçiril­məsi ölkənin sosial-iqtisadi inkişa­fında vacib mərhələ olmaqla ölkədə məşğulluğun artmasına və əhalinin rifahının yaxşılaşdırılmasına təkan vermişdir. Azər­bay­can Respublikasının investisiya xəritəsinin ilkin variantı­nın hazır­lanması, respublikanın bütün şəhər və rayonlarında nəzərdə tutu­lan investisiya layihələrinin xəritədə əksini tapması, dövlət inves­tisiyalarının əsasən istehsal müəssisələrinin bərpa­sına, region­ların infrastruktur və kommunal xidmət təminatının yaxşı­laş­­dırılma­sı­na, sosial obyektlərin inşasına yönəl­dilməsi kənd təsər­rüfatında isteh­sal infrastrukturunun inkişaf imkan­larını geniş­ləndirmək­dədir.

Ölkə ərazisində kiçik su elektrik stansiyalarının yaradılması, yolların, kommunika­siya xətlərinin və digər infrastruktur obyekt­lərinin inşası və yenidən qurulması məhsulun qısa vaxtda isteh­lak­çıya çatdırılması üçün əlverişli şərait yaradır. Ölkədaxili avto­mobil yolların və yol infrastruktur­larının inkişaf etdiril­məsi, 3063 km uzunluğunda şəhər və rayonların yollarının əsaslı təmiri və yenidən qurul­ması, Naxçıvan Muxtar Respub­likasına İran İslam Respublikasından təbii qazın verilməsi, 330/110/10 kv-luq Xaç­maz elektrik yarımstansiyasının tikintisi və onun Dərbənd elek­trik ötürücüsü xəttinə birləşdirilməsi, Samur-Abşeron kanalı­nın Vəlvələçay-Taxta­körpü hissəsinin tikintisi, Sumqayıt elektrik stan­siyasının yenidən qurulması kimi mühüm iqtisadi əhəmiyyətli layihələrin yerinə yetirilməsinə başlanıl­mışdır. Bu işlərin başa çatdırılması və fəaliyyət ahəngdarlığının təmin edilməsi infra­struk­­turun səmərəliliyini daha da yüksəl­dəcəkdir.

Kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı imkan­ları ilə yanaşı, onun öz növbəsində kənd yerlərində məşğulluğun yüksəldilməsinə təsiri imkanlarını da aşkarlamaq zəruridir.

Kənddən şəhərə arzuolunmaz miqrasiyanın qarşısının alınma­sında sosial infrastrukturun oynadığı rol barədə qeyd edilmişdir. Eyni zamanda istehsal və sosial infrastrukturun üzvi vəhdətinin də, bu baxımdan böyük əhəmiyyəti də danılmazdır. Bununla belə, məhz istehsal və sosial infrastrukturun birgə və səmərəli fəaliyyə­tinin kənddə məşğulluq səviyyəsinin yüksəldilməsində artan rolunu reallaşdırmaq üçün:


  • gənc aqrar kadrların ixtisas üzrə davamlı çalışması maddi və mənəvi stimullaşdırma tədbirlərinin səmərəliliyinin artırılması üçün etibarlı maliyyə təminatı yaradılmalı;

  • karyera yüksəlişi perspektivləri genişləndirilməli, fəaliy­yət inteqrasi­yası proseslərində kəndlinin mənafeyi önə çəkilməli;

  • məskunlaşma sisteminin təkmilləşdirilməsi zamanı kənd təsər­rüfatının çoxfunksiyalılığı, xüsusilə ənənəvi (tarixi) fəaliyyət növlərinin bərpası üçün qabaqcıl dünya təcrübəsi tətbiq olun­malıdır və s.

İstehsal infrastrukturunun inkişafı və təkmilləş­dirilməsi istiqa­mətində regional proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ucqar rayonlarda iqtisadi fəallığın sürətlən­məsinə və nəticədə iqtisadi artımın yüksəlməsinə səbəb olacaqdır.

Yerli özünüidarə potensialının fəallışdırılması infrastruktur layihələ­rinin səmərəliliyinə həlledici dərəcədə təsir edir.

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafının Dövlət Proqramında göstərildiyi kimi «son illərdə həyata keçirilən infrastruktur layihələrinin reallaş­dırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsində bələdiyyələrin fəal iştirakı müşahidə olunmuş, yerli təbii və əmək resurslarından səmərəli istifadə olunmasında onların iştirakını zəruri etmişdir» (7, s. 30-31).

Proqramda nəzərdə tutulduğu kimi, gözləmək olar ki, qarşı­dakı illərdə də əhalinin sosial problemlərinin həllində və böl­gələrin inkişafında mühüm işlərin həyata keçirilməsində, o cüm­lə­dən yeni iqtisadi münasibətlərin formalaşması, sahibkar­lığın inkişafı, təsərrüfatlararası keyfiyyətli və qarşılıqlı münasibət­lərin yaranmasında yerli özünüidarəetmə orqanları fəal iştirak edə­cək­dir.

Araşdırmalar göstərir ki, son illərdə istehsal infrastrukturunun inkişafı ölkədə iqtisadi artımın yüksəl­məsinə xidmət etməklə kənd əhalisinin həyat səviyyəsinin yaxşılaş­dırılması üçün daha əlverişli mühit formalaşdıracaqdır.



Download 483,5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish