Азярбайжан республикасы тящсил назирлийи


Istehsal infrastrukturunun inkişaf perspektivləri



Download 483,5 Kb.
bet11/16
Sana07.01.2022
Hajmi483,5 Kb.
#329621
1   ...   8   9   10   11   12   13   14   15   16
Bog'liq
referat 2005

3.1. Istehsal infrastrukturunun inkişaf perspektivləri
Kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı və təkmil­ləşdirilməsi ölkədə dayanıqlı iqtisadi artımın yaranması üçün müstəsna əhəmiyyətə malikdir. Dağılmış və geridə qalmış istehsal infrastrukturları iqtisadi artımı aşağı saldığı kimi, inkişaf etmiş istehsal infrastrukturu sahələri isə iqtisadi artımın yüksəl­məsinə xidmət edir. Bunu Azərbaycan iqtisadiy­yatının son dövr­lər­dəki inkişafından aydın görmək olar.

Artıq qeyd edildiyi kimi, müstəqilliyin ilk illərində istehsal infrastruk­turunun, xüsusilə kənd təsərrüfatında istehsal infrastruk­turunun fəaliyyət mühitinin kəskin pisləşməsi, arzuolunmaz nəti­cələr verdi. Qeyd etmək lazımdır ki, həmin destruktiv proses­lərin uzunmüddətli neqativ nəticələri, hətta hazırkı dövrə qədər gəlib çıxmışdır.

Kənd təsərrüfatında istehsal infrastrukturunun inkişaf pers­pektiv­lərinin dəyərləndirilməsi baxımından, müasir vəziyyətini şərtləndirən retrospek­tiv xarakterli amillərin səciyyələn­diril­məsi az əhəmiyyətli deyildir. Haqqında danışılan perspektivləri şərt­lən­dirən aşağıdakı göstəricilər siste­mini xüsusi qeyd etmək məqsədəuyğundur:


  • istehsal infrastrukturunun maddiləşdirilməsi zərurətini əks etdirən parametrlərin dəqiq xarakteristikası;

  • modernləşdirmə və yenişləşmənin maliyyə təminatı mexanizminin etibarlıq dərəcəsi;

  • kənd yerlərində istehsal infrastrukturunun inkişaf səviy­yəsi və iqtisadi fəallıq arasında qarşılıqlı əlaqələri səciyyələndirən indikatorların əsaslandırılma səviyyəsi və s.

Qeyd olunduğu kimi, kənd təsərrüfatında istehsal infrastruk­tu­runun formalaşmasının son dövrləri radikal islahatların dinamik təsiri ilə xarakterik olmuşdur. Odur ki, həmin taleyüklü islahat xarakterli tarixi tədbirlərin yaxın perspektivdə gözlənilən nəti­cələrinə münasibət bildirmədən Azərbaycanın kənd təsərrü­fatında isteh­sal infrastrukturunun inkişaf perspektivlərini müəyyənləş­dirmək müm­kün deyildir.

Azərbaycan Respublikasında 1996-cı ildə qəbul edilən «Tor­paq islahatı haqqında» qanunun qəbul edilməsi kənd təsərrüfa­tında və onun istehsal infrastrukturunda əsas keyfiyyət dəyişiklik­lərini şərtləndirdi. Həmin qanuna görə torpaq sosial ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların mülkiyyətinə pulsuz verildi. 1999-cu il 22 mart tarixli fərmanda kənd təsərrü­fatı məhsulları istehsalçıları 5 il müddətində torpaq vergisindən başqa, digər növ vergilərdən azad edildi və bu vergilər üzrə borc­lar silindi. 1999-cu ilin noyabrın 9-da prezident xüsusi fərmanla «1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdiril­məsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı»nı təsdiq etdi. Bu sahədə iş daha da intensivləşdi.

Kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafının start şəraitinin formalaşdırılmasında, qeyd olunan sistemli tədbir­lərin və təkmilləşən hüquqi bazanın həlledici rolu danılmazdır.

Belə ki, məhz kənd təsərrüfatında özəl sektorun ən böyük xüsusi çəkiyə malik olması və aqrar istehsalçılara verilən vergi tətili kənddə iqtisadi fəallığın yüksəldilməsinin mühüm amilləri olmaqla:



  • kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin azalması mey­lini aradan qaldırmaqla, sahələrarası münasibətlərdə aqrar subyektlərin bərabər tərəfdaşlığı üçün şərait formalaşdırdı. Bu nəticə etibarı ilə kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı mühitini yaxşılaşdırdı;

  • aqrar sahibkarlığın inkişafına göstərilən himayə mexaniz­minin forma­laşdırılması və innovasiyalı təkmilləşdirilməsi üçün daxili motivasiyanı gücləndirən meyillər kənd təsərrüfatında is­teh­sal infrastrukturunun inkişafı imkanlarını genişləndir­mək­dədir.

Hazırda ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək və prob­lemləri kompleks həll etmək məqsədi ondan çox məq­sədli dövlət proqramı, o cümlədən, maşınqayırmanın, metallur­giyanın, kiçik və orta sahibkarlığın inkişafı, energetika və su sektorunda maliyyə intizamının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişaf, yoxsulluğun azaldılması və iqtisadi inkişaf, alternativ enerji mənbələrindən istifadə və s. proqramlar həyata keçirilir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının son illərdəki artımının yekunları bütün sahələrdə , o cümlədən kənd təsərrüfatında istehsal infrastrukturunda hiss olunan əsaslı dönüş yaratmağa imkan verir.

Azərbaycanda 1996-2008-ci illər ərzində aparılmış iqtisadi islahatlar hesabına kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı kənd təsərrüfatında istehsalın həcminin artmasına, qar­şıya yeni vəzifələr qoyulmasına səbəb olmuşdur.

Həmin vəzifələr sırasında inkişafın keyfiyyət parametrlərinin yaxşılaş­dırılması mühüm yer tutur. Kənd təsərrüfatında istehsal infrastrukturunun funksiyalarından biri istehsal prosesi və məh­sulun keyfiyyətinin yüksəldilməsi, keyfiyyətə nəzarətin daha səmərəli sisteminin qurulmasıdır.

Bu baxımdan, kənd təsərrüfatı məhsulları ticarətində, ictimai iaşədə qida məhsullarının normativ-texniki sənədlərə tam uyğun­laşdırılması, saxlanma müddətinə tam əməl edilməsi, məhsulun mənşəyi barədə məlumatların tamlığı, keyfiyyətin idarə edilmə­sində standartların tətbiqinin optimal rejiminin yaradılması, müa­sir nəzarət lobaratoriyalar şəbəkəsinin genişləndirilməsi isteh­sal infrastrukturunun səmərəliliyinin yüksəldilməsinin mü­hüm im­kanları hesab edilməlidir.

1996-cı ilin ikinci yarısından etibarən yaradılmış hüquqi baza və cəlb olunmuş xarici investisiyalar əsasında yanacaq-enerji, nəq­liy­yat, rabitə və su təchizatı sahələrinin dinamik inkişafı he­sabına Azərbaycanda ÜDM-in real həcmi stabil olaraq artmağa başlamış, onun strukturunda optimallıq elementləri güclənmişdir.

Milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının maliyyə təmi­natı imkanlarının qiymətləndirilməsinə UDM-in dinamik təhlili mühüm infor­masiya mənbəyidir. 2000-2008-ci illər üzrə UDM-in dinamikası, yaxın perspektivə müvaifq imkanların ge­niş­lə­nəcəyini söyləməyə əsas verir (cədvəl 3.1).




Download 483,5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish