Cədvəl 2.1
Azərbaycan Respublikasında iqtisadiyyata yönəldilən investisiyalarda istehsal infrastrukturunun xüsusi çəkisi
(milyon manat)
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
2006
|
2007
|
2008
|
Bütün mənbələr üzrə investisiya qoyuluşu (xarici investisiyalar nəzərə alınmaqla)
|
1289,81100%
|
1454,5
100%
|
2718,0
100%
|
4249,2
100%
|
5820,4
100%
|
6733,41100%
|
7415,61100%
|
10353,9
100,0%
|
13328,0
100%
|
Elektrik enerjisi qaz istehsalı və suyun bölüşdürülməsi
|
98,4
7,6%
|
91,3
6,3%
|
162,5
6,0%
|
182,2
4,3%
|
63,3
1,1%
|
377,1
5,6%
|
949,2
12,8%
|
745,5
7,2%
|
904,7
6,8%
|
Nəqliyyat infrastrukturu
|
44,0
3,%
|
58,7
4,0%
|
89,1
3,3%
|
338,7
8,0%
|
324,1
5,6%
|
599,3
8,9%
|
749,0
10,1%
|
745,3
7,2%
|
1991,614,9%
|
Rabitə infrastrukturu
|
45,4
3,5%
|
72,9
5,0%
|
49,5
1,8%
|
56,8
1,3%
|
103,1
1,8%
|
181,8
2,7%
|
252,1
3,4%
|
165,7
1,6%
|
161,8
1,2%
|
Iqtisadiyyatın digər sahələri
|
1102,0885,5%
|
1231,6
84,7%
|
2416,9
88,9%
|
3671,5
86,4%
|
5329,9
91,5%
|
5575,2892,8%
|
5465,3773,7%
|
8697,4884,0%
|
10275,9
77,1%
|
Müəllif tərəfindən tərtib edilmişdir Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, 2009, s 375,503,504.
Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi ilə yanaşı mövcud maliyyə mənbələri hesabına da kapital qoyuluşu dinamik inkişaf etmişdir. Belə ki, təkcə 1995-2009-cu illər ərzində ölkə iqtisadiyyatına daxili mənbəələr hesabına investisiya qoyuluşu 21,4 dəfə artmışdır. Daxili investisiyanın ümumi həcmindən son illər 60-65 faizi sənayenin, 8-9 faizi nəqliyyatın, 5-6 faizi rabitə və telekommunikasiyanın, 20-27 faizi isə digər infrastrukturların formalaşması və inkişafına yönəldilmişdir (34). İqtisadiyyatın ayrı-ayrı sahələrinə həm daxili, həm də xarici mənbələr hesabına qoyulan investisiyaların həcmi 2003- cü ildən sonra daha yüksək sürətlə artmağa başlamışdır. Neft Fonduna daxil olan gəlirlər hesabına ölkənin istehsal infrastrukturu sahələrinə qoyulan investisiyaların həcmi artmışdır. Nəticədə yolların, körpü və tunellərin bərpası və yenidən qurulması təmin edilmiş, iri sənaye şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yaxşılaşdırılmışdır.
Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına investisiya qoyuluşu ilbəil artaraq, təkcə 2009-cu ildə 1995-2001-ci illərdəki ölkə iqtisadiyyatına qoyulan məcmu investisiyalardan dəfələrlə çox olmuşdur. 2009-cu ildə bütün mənbələr üzrə qoyulan investisiyaların 57,3%-i daxili investisiyaların, 42,7%-i isə xarici investisiyaların hesabına həyata keçirilmişdir. Bu isə onu göstərir ki, ölkənin maliyyə imkanları yaxşılaşdıqca, iqtisadiyyatın ayrı-ayrı sahələrinə daxili investisiya qoyuluşu artırılır (cədvəl 2.2).
İstehsal infrastrukturunun formalaşmasında digər amillərlə yanaşı investisiya qoyuluşunun rolunun qiymətləndirilməsinə yönələn araşdırmaların yekunu olaraq aşağıdakı ümumi nəticələrə gəlmək olar:
kənd təsərrüfatı sahəsində istehsal infrastrukturlarını formalaşdırmaq üçün həmin sahələrin investisiya cəlbediciliyini dəstəkləməyin müstəsna əhəmiyyəti vardır;
Azərbaycanda həyata keçirilən investisiya siyasəti sahə quruluşu və daxil olma mənbələrinin müxtəlifliyi ilə seçilir;
kənd təsərrüfatında istehsal infrastrukturunun aparıcı sahələri olan elektrik enerjisi, təbii qaz, su təchizatı, rabitə və nəqliyyat sahələrinə investisiyaların strukturunun optimallaşdırılması üçün işlər davam etdirilməlidir;
istehsal infrastrukturunun formalaşması və qeyri-neft sektorunun üstün inkişafı kursunun parametrləri arasında qarşılıqlı əlaqələrin səviyyəsi monitorinq edilməlidir.
Kənd təsərrüfatında istehsal infrastrukturunun formalaşmasında əhəmiyyəti olan amillərin (təbii şərait, təbii resurslar, iqtisadi fəal əhalinin məskunlaşma səviyyəsi və istehsal sahələrinə invetisiya qoyuluşu) regionlar üzrə qeyri-bərabər təsiri ölkəmizdə istehsal infrastrukturunun formalaşması istiqamətlərinə də öz təsirini göstərmişdir. Belə ki, Abşeron iqtisadi rayonunda istehsal infrastrukturları daha mükəmməl formalaşdığı halda digər iqtisadi rayonlarda bu sahədə aşağı inkişaf tempi özünü göstərir.
Mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində məhsuldar qüvvələrin yerləşdirilməsi üçün parodoksal sayılan bu cəhət, bazar tələbləri əsasında inkişafın coğrafiyasındakı dəyişikliklər baxımından heç də gözlənilməz deyildir. Bununla belə, ölkəmizdə regionların tarazlı inkişafına strategiyanın uğurlu nəticələri göz qabağındadır.
Nəhayət belə qənaətə gəlmək olar ki, kənd təsərrüfatında istehsal infrastrukturunun formalaşması və onun iqtisadi problemlərinin həlli üçün həm təbii – iqlim şəraiti, təbii resurslar, respublikada demoqrafik vəziyyət, həm də bu sahələrin investisiya tələbatının ödənilməsi məsələlərinə vəhdət halında baxılmalıdır.
53
Do'stlaringiz bilan baham: |