Азярбайъан республикасынын тящсил назирлийи


MIQRASIYA VƏ ONUN PSIXOLOJI ASPEKTLƏRI



Download 1,08 Mb.
bet16/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
MIQRASIYA VƏ ONUN PSIXOLOJI ASPEKTLƏRI
Mehmet Yıldız Mustafa, Sosial və Pedaqoji
psixologiya kafedrasının magistrantı, II kurs
Açar sözlər: miqrasiya problemi, müasir dünya, psixoloji amil.
Ключевые слова: проблема миграции, современный мир, психологический фактор.
Keywords: migration problem, the modern world, the psychological factor.
Müsair dünyada miqrasiya problemi son dərəcə qlobal bir problem kimi diqqəti çəkir. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələrə miqrasiya axını bir sıra sosial-psixoloji, sosial-iqtisadi, siyasi və humanitar çətinliklərlə yanaşı, həm də təhsil sahəsində -pedaqoji problemlər də ortaya çıxarır. Müxtəlif amillərin təsiri ilə yaranan miqrasiya axını dünyanın siyasi və iqtisadi həyatında yeniliklər yaratmaqla yanaşı onun iqtisadi vəziyyətində, psixoloji durumunda da ciddi problemlər yaratmaqdadır.
Özünün hərfi mənasında miqrasiya sözü latın dilində köçürülmə deməkdir. Miqqrasiya bir hadisə kimi özündə özünün görünməyən cəhətini əks etdirən adaptasiya komponentindən ibarətdir. Miqrasiyanı bir başa adaptasiya sindromu ilə eymiəşdirmək düzğün olmazdı. Yəni miqrasiya prosesi özünün psixoloji və sosil xarakterinə görə adaptiv komponentləri bütöv halda birləşdirir [6, s. 45].
Müəyyən tarixi dövrlərdə miqrasiya prosesi kütləvi hal almaqla yanaşı müasir cəmiyyətlərin xarekterik cəhətlərinin-yaşamaq üçün əlverişli və dözülməz xarakterinin göstəricisidir.
Miqrasiya prosesində insana tamamilə yad və ya əcnəbi mühitə düşür və bu mühitdə ona müxtəlif amillər kompleksi, o cümlədən tanış olmayan stimullar təsir göstərməyə başlayır. Bu amillər insanı ətraf mühitlə düşüdüyü mədəniyyətin xüsusiyyətləri ilə barışmağa və ona uyğunlaşmağa məcbur edir. Adaptiv enerji bu prosesdə digərlərinə nisbətən daha çox sərf olunur. İnsanın mədəni dəyərləri ilə yanaşı özü də dəyişmyə başlayır.
Müxtəlif elm sahələrində aparılmış tədqiqatlara əsasən demək olar ki, miqrantların problemlərinin həllində əsas məsələ onların cəmiyyətə inteqrasiya olunmasıdır. Empirik məlumatlar göstərir ki, bir çox hallarda digər ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətinin yüksək tolerantlığı şəraitində inteqrasiya prosesləri olduqca gec gedir, bəzi hallarda isə ümumiyyətlə, müxtəlif xarakterli sosial-psixoloji münaqişələr müşahidə olunmur.
Miqrantların yeni etnomədəni mühitə inteqrasiyasında və cəmiyyətdə konsolidasiya olunmalarında əhəmiyyətli məqam miqrantların milli, mədəni və dini identikliyidir. Digər mədəniyyətdən olan insanlarla qarşılıqlı əlaqə zamanı, “özgə mühitdə” miqrantlar şüurlu və ya şüursuz surətdə öz mədəniyyətlərinin dəyərlərini onların adaptasiya edilməli olduqları mədəniyyətin nümayəndələrinin dəyərləri ilə müqayisə edirlər [1, s.1]. Miqrasiya prosesində adaptasiya elementi olan akkulturasiya mühüm rol oynayır.
Nəzərə almaq lazımdır ki, akkulturasiya o zaman əlverişli keçir və inteqrasiya pozitiv xarakter daşıyır ki, miqrant öz milli identikliyini dəqiq müəyyən etsin və hər iki mədəniyyətdə çoxlu ümumbəşəri, özününkü ilə oxşar məqamlar tapsın. Miqrantlar başqa mədəniyyətin nümayəndələrinin onları qəbul etmələri üçün öz davranışlarında həmin mədəniyyətin dəyərlərini göstərməyə çalışırlar.
Yad dəyərlərin kortəbii, qeyri-adekvat şəkildə mənimsənilməsi və onların öz mədəniyyətinin dəyərləri ilə qarışdırılması adekvat özünüidentikliyinə kömək etmir. Bu isə şəxsiyyətin marginallaşmasına gətirib çıxarır. Yəni bu zaman şəxsiyyət düşüdüyü şəraitə qaynayıb-qarışmır və ya ondan uzaqlaşır. Beləliklə, miqrantın milli özünüidentikliyinin pozulması yalnız sosial, mədəni aspektlərdə deyil, həmçinin psixoloji aspektdə də kolliziyalarla nəticələnir. Yeni etnomədəni mühitdə olan miqrantlar milli özünüidentikliyin xarakteri və özlərinin mədəni təhlükəsizliyi hisslərini yaşamaları ilə fərqlənirlər.
Ümumiyyətlə miqrantların qarşılaşdığı çətinlikləri səciyyələndirərəkən bir neçə məqama diqqət yetirmək zəruri sayılır.
Əvvəla, öz yaşayış yerini dəyişmiş miqrantlarda məişət problemləri özünü göstərir.
Ikincisi, yaşadığı ölkənin hüquqi normativlərinə uyğun olmayan yeni normalarla qarşılaşır.
Üçüncüsü, dil baryerləri o cümlədə linqivistik problemlər ortaya çıxır.Qeyd olunan problemlərə yanaşı sosial, mədəni, dini və pedaqoj problemlərdə özünü göstərir [6, s.85].
Pedaqoji baxımdan miqrantların uşaqlarında tipik olan bir sıra pedaqoji və psixloji proseslər diqqət mərkəzinə gəlir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Adət olunmamış və fərqli təlim proqramları;

  1. Dil baryerləri;

  2. Təlim fəaliyyətində uzun fasilələrin olması;

  3. Pedaqoqlara və həmyaşıdlarına münasibətdə şəxsi statusun itirilməsi;

  4. Yeni rol davranışlarına və həmyaşıdların münasibətin dəyişməsi [5].

Sadalanan çətinliklərin nəticəsində miqrantların uaşqlarında xüsusi təhsil müəsissələrinə ümümi həyacanlılıq vəziyyəti və psixoloji inamsızlıq yaranır. Neqativ sterotiplərin möcudluğu yeni dəyişən şəraitə adaptasiyanın çətinliyi və tələblərinin yüksəkliyi təlim prosesinə, eləcə də tərbiyə prosesinə ciddi təsir göstərir.
Miqrant submədəniyyətinin təsiri altında yaşayan miqrant uşaqları mürəkkəb böhran situasiyaları yaranır və psixoloji diskomfortla müşahidə olan hallar baş verir. Bu problemlər ailənin gəldiyi ölkədə yaşayıb-yaşamamsından, özünün sosial problemlərini həllə edib etməməsindən asılı olmayaraq möcud olur.
Miqrant uşaqlarının şəxsiyyətinin harmonik inkişafı üçün onlar zəruri olan pozitiv identiklik səviyyəsinə malik olmalıdırlar. Yəni etnotelorenatlıq situasiyası yaranmalıdır. Uşaqlara pedaqoji və psixoloji köməkliyin göstərilməsi, onlara öznünü identiklilinin seçilməsində yardım edilməsi onların pedaqoji prosesə və şəraitə uyğunlaşmasına zəmin yaradır. Burada ana dilində tədbirlərin keçirilməsi, təlimdə xüsusi təşkil olunmuş tədbirlər vasitəsilə mədəni arxetiplərin yaşadılması uşaqlara öz identikliyini seçməkdə yardımçı ola bilər.
Pedaqoji fəaliyyətdə və xüsusi təşkil olunmuş məktəblərdə miqrant uşaqları ilə aparılmış xüsusi işlər onların dominatlıq təşkil edən mədəniyyətə inte­q­ra­siyasına və deetnikləşmənin [özünün etnik mədəni dəyərlərinin itiri­lmə­si].,­marg­inal­laşmanın aradan qaldırılmasına kömək edə bilər.
Miqrasiyada özünü göstərən pedaqoji problemlərdən biri- yeni sosial mədəni şəraitə və yeni mədəni mühüitə uyğunlaşmanın yaş xüsusiyyətləriddir. Belə ki, uşaqlar müxtəlif yaş dövrlərində şəraitə müxtəlif səviyyədə adaptasiya olunurlar. Əgər kiçik məktəblilərdə uyğunlaşama öznün dil baryerlərində göstərirsə də, yeniyetmələrdə bu problemin üzərinə yaş xüsusiyyətləri də əlavə olunur.
Yaş, psixoloji və fərdi göstəricilərin gücü yeniyetmələrdə böhran həddinin artmasına şərait yaradır və sosial sabitlik hissi pozulur, uzunmüddətli böhran situasiyaları yaranır. Ən əsası yeniyetmə və uşaqlar özünün təhlükəsizlik hissini itirirlər. Bu isə onlara öz tələbatlarını gerçəkləşdirməyə maneə olur.
Məlumdur ki, yeniyetməlik yaş dövründə özünü göstərən ən mühüm böhran vəziyyətlərindən biri şəxsiyyət böhranıdır. Bu böhranın göstəricilərindən biri Mən-konsepsiyanın qurulmasında iştrak edən dünyagörüşün, dəyərlərin və idelların dezadaptasiaya uğramasıdır. Belə bir yaş dövründə yaşlılıq hissinin ortaya çıxması miqrant-yeniyetmələrdə müxtəlif psixoloji pozuntuların ortaya çıxmasına zəzmin yaradır. Yeniyetmələrin möcud olduğu miqrant ailələrində bu məslələr nəzər alınmalı yeniyetmənin yad təsirlərdən qurunmasına çalışılmalı, onlara pedaqoji-psixoloji yardım göstərilməlidir.
Dünyada milyonlarla insan öz vətəninin hüdudlarından kənarda yaşayır, oxuyur və yaxud da işləyir. Bəlkə, siz də onlar kimi hərəkət etmək, başqa ölkəyə getmək istəyirsiniz. Ancaq qəti qərar qəbul etməzdən əvvəl mütləq etibarlı informasiya mənbələrinə müraciət edərək "lehinə" və "əleyhınə" olan hər şeyi ciddi ölçüb-biçmək lazımdır. Kinofilmlər, fotoqrafiyalar, tanışlarından eşitdikləri hekayətlər çox vaxt gələcək miqrantlarda reallığa uyğun olmayan ümidverici perspektivlər barədə yanlış təsəvvürlər yaradır.
Miqrantlar yad ölkələrdə ciddi problemlərlə qarşılaşır, iş tapa bilmir, həkimə müraciət etmək imkanından məhrum olur, deportasiya təhlükəsi ilə üzləşirlər. Çox vaxt emiqrantlar xarici ölkələrdəki uğursuzluqlarından sonra gecikmiş peşmançılıq hissləri ilə etiraf edirlər: "əgər mən başıma nələr gələcəyini əvvəlcədən bilsəydim...". Emiqrasiya edərkən qəbul olunmuş tələsik qərarlar müvəffəqiyyətə yox, böyük məyusluqlara gətirib çıxara bilər. Bütün bunlardan xilas olmaq üçün miqrantlar xarici ölkədə nələrin gözlədiyini əvvəlcədən dəqiq təsəvvür etməlidirlər [4,s.45].
Miqrasiya bir fenomen kimi bəşər tarixinin bütün dövrlərində mövcud olan ictimai reallıq və mühüm prosesdir. İnsanların həyatında əhəmiyyətli yer tutan miqrasiya prosesinin öyrənilməsi hər zaman diqqəti cəlb etmiş və bu gün də aktuallığını saxlayır. Miqrasiya tələbat xarakterli çoxmotivli ictimai hadisə olub, həm də virtual məkanda mobillik vasitəsilə reallaşır. Miqrasiya və onu doğuran səbəblərin araşdırılması, dünya dövlətləri tərəfindən miqrasiya proseslərinin tənzimlənməsi sahəsində ümumi qaydaların müəyyənləşdirilməsi müasir qlobal­laş­ma əsrində həlli vacib, aktual məsələlərdən birinə çevrilmişdir.
Miqrasiya proseslərinə nəzarət edilməsi dünya ölkələrinin ictimai-siyasi sabitliyinin qorunmasında böyük rol oynayır. Əks halda miqrasiya siyasətinin tənzimlənməsi və bu proseslərlə bağlı qəbul olunan qanunlar səmərəsiz ola bilər. Miqrant axınlarının cəmiyyətin sosial infrastrukturuna və vəziyyətinə təzyiqi nəticəsində yaranan təhlükələr müasir Avropanın ən mürəkkəb problemləri sırasındadır.
Miqrasiya - dini, iqtisadi, siyasi, sosial və digər səbəblərə görə insan qruplarınındaimi və ya müvəqqəti yaşamaq məqsədi ilə bir yaşayış məkanından, bir başqasına yerləşməsi ilə əlaqədar olan coğrafi yer dəyişdirmə hərəkətidir.
Miqrasiya termini latın mənşəlidir, Migratio sözündən olub – Köçmək deməkdir. İnsanların müxtəlif səbəblərə görə yaşayış yerlərini daimi və ya müvəqqəti olaraq dəyişməklə bağlı bir yerdən başqa yerə hərəkətini əks etdirir[7, s.132]. Miqrasiya prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
-Potensial miqrasiya;
- Lazımi qaydada miqrasiya;
- Yeni həyat şəraitinə uyğunlaşma;
- İdentifikasiya.
Potensial miqrasiya zamanı təbii ki, əhalinin yerdəyişməsinin baş verməsi üçün müəyyən təsiredici səbəblər olmalıdır. Bu səbəbləri iqtisadi – sosial və qeyri – iqtisadi sosial amillər olmaqla iki qrupa bölmək olar.
Lazımi qaydada miqrasiyazamanı isə iqtisadi sosial amillərə yaşayış səviyyəsinin aşağı olması, işsizlik, əmək haqqının azlığı, yaşayış tərzləri arasındakı fərqlər və s. daxildir. Qeyri-iqtisadi amillər sırasına isə müharibələri, zəlzələləri, xəstəlikləri, dini və irqi ayrı seçkili­klər zəminində münaqişələri, siyasi baxışların müxtəlifliyi, aclığı, iqlim əlverişsiz-liyini, köçəri həyat tərzini və s. daxil etmək olar.
Miqrantların psixoloji adaptasiyasına müxtələif amillər kompleksi təsir göstsrir. Həmin amillərədən biri fərdin psixofizioloji xüsusiyyətələri və onunu sosial-demoqrafik cəhətləridir. Sözsüz ki, fərdin sosial adatasiyasınının əsasında qrupda uğurlu fəaliyyət göstərəmək və qrupla işləmək bacarığıdır, onun peşakar fəaliyyətidir.
Miqrantların psisxsoloji adaptasiya bütünü qeyd olunanlarla yanaşı həm də işçilərlə, cəmiyyət üzvləri ilə normal münasibətələrin qurulmasında özünü göstərə bilir. Apraılımış psixoloji tədəqiqataadlara göstsirir ki, sosial-psixooloji adapatsiyanının obyektiv göstsricisi kollektiv daxilində konflik­tlərin­in olmamasında, rəhbəriliklə münasibətələrin normalalığından qayn­aq­la­nır. Miqrantların milli-etnik cəhətlərinin müxtəlifliyi qeyd olunan proseslərdə özünü daha qabarıq göstərir .
Miqrantların qarşılaşdığı mühüm psixoloji problemlərdən biri milli identikfikasiya problemidir. İdentikləşmə başqa adamı özünün davamçısı kimi görmək, təsəvvür etmək, öz əlamət və keyfiyyətlərinin, hisslərinin, arzularının ona da xas olduğunu [bir çox valideynlər öz sevimli övladlarını, məhz belə hesab edir, başqa sözlə özünü öz övladı ilə tam identikləşdirir və ondan bütün arzu və istəklərinin yerinə yetirilməsini]. gözləyir.
Tədqiqatlar göstərir ki, identikləşdirmə digər mənada subyektin özünü başqalarının yerinə qoymaq mexanizmidir. Bu cəhət də onda özünü göstərir ki, hər hansı bir şəxs və ya fərd xüsusən gənclər özünü başqa şəxsin yerinə qoyur, onun məkanında, onun yerində, onun vəziyyətində özünü hiss edir. Nəticədə həmin şəxsin ideallarını, şəxsi mənalarını özününki kimi qəbul edir. İdentikləşdirmənin bu tipi tərəf müqabilin ünsiyyət sahəsində məna çalarlarını modelləşdirməyə imkan verir, başqa sözlə bu prosesdə başqasının ünsiyyət manerasını [tərzini]., xüsusiyyətlərini mənimsəyir, başqa şəxslərlə onun ünsiyyət tərzinə uyğun olaraq ünsiyyət saxlamağa çalışır. Bu da gənclərdə ünsiyyət prosesində qarşılıqlı anlaşmanı, yaxınlığı təmin edir.
Onu da nəzərdən qaçırmaq olmaz ki, kəskin psixoloji böhran hallarında, xüsusilə də miqrasiya zamanı məcburi köçürülmə zamanı bəzi şəxslərdə o cümlədən bəzi gənclərdə şəxsi identikliyini itirmə halları da baş verə bilər. Yəni hər hansı bir insan yaxud hansısa bir gənc sanki birdən –birə kim olduğunu yaddan çıxarır, sanki özünü tanımır.
Deməli, identifikasiya prosesi çox mürəkkəb psixoloji çalarlara malikdir və miqrantlarda bu prosesin qanunauyğunluğunun müəyyənləşdirilməsi nəinki elmi-nəzəri, həm də çox ciddi praktik əhəmiyyətə malikdir.
Şübhəsiz, identikləşdirmə müxtəlif aspektli problemdir, xüsusən də miqran­tlar­da milli özünüdərketmənin formalaşması, onlarda milli identifi­kasiyan­ın inten­sivlik səviyyəsindən asılıdır. Odur ki, müasir dövrdə miqrantlarda milli özünüdərketmə prosesində identikləşdirmənin təzahür xüsusiyyətlərini, eləcə də onun psixopedaqoji aspektlərini ayırd edilməsi çox vacibdir.
Yeni həyat şəraitinə uyğunlaşma fonunda miqrasiya adaptasiya prosesi kimi nəzərdən keçirilir. Miqrasiya axınlarının iqtisadi konteksti nisbətən daha universal yanaşma hesab olunur. Təsadüfi deyil ki, miqrasiya uzun illər məhz iqtisadi-sosial mahiyyətli fenomen kimi təhlil edilmişdir. İqtisadi yöndən təhlil edilərkən miqrasiya dövlətin insan ehtiyatlarının, əmək bazarlarının, insan qüvvəsinin sağlam rəqabəti və təbii inkişaf qanunauyğunluqlarını təmin edən obyektiv nizamlayıcı amil hesab olunur. Odur ki, nəticədə miqrantların böyük əksəriyyəti inkişaf etmiş sənaye ölkələrinə getməyə üstünlük verirlər.
Fərdin öz yaşayış yerini dəyişmək və yeni yerdə məskunlaşmaq məqsədi miqrasiyanın başlıca əlamətidir. Onun mahiyyətinin dərk edilməsində yaşayış sahəsi olan “doğma ev” anlayışı, bu evdə yaşayan şəxsin fərdiliyini büruzə verməklə, mühüm əhəmiyyətə malikdir. Odur ki, ezamiyyə, növbəli iş üsulu [yataqxanada yaşamaq]. mobilliyin təzahürü olsa da, miqrasiyaya aid deyil. Miqrasiya anlayışı üçün yaşayış yerinin qəti şəkildə birdəfəlik dəyişdirilməsi, əvvəlki yaşayış yerinə bir daha qayıtmamaq məramının olması vacib məqamlardır. Miqrasiya fenomeninin meyarları: fərd tərəfindən olma yerinin koordinatlarının dəyişdirilməsi (mobillik faktoru); fərdin öz maddi vəziyyətini yaxşılaşdırmaq məramı (tələbat faktoru). və fərdin yeni yaşayış yerində məskunlaşmaq, onu özünün “ikinci vətəni” hesab etmək əzmi [stabillik faktoru]. ilə ifadə oluna bilər Miqrasiyanın bu amilləri həmin prosesin axınına, həcminə və intensivliyinə təsir göstərən sosial şərtlər məcmusu kimi çıxış edir. Miqrasiyanın mahiyyətini onun etnik, iqtisadi, siyasi-coğrafi problemlərlə əlaqəli olması müəyyənləşdirir. Bu baxımdan miqrasiya insanın tələbatının tam və təminatlı ödənilməsinə yönələn, öz mövcudluğunun yaxşılaşdırılması əzmi ilə fərqlənən mobilliyin təbii təzahürüdür. Miqrasiyanın tələbat motivləri qismində çıxış edən amilləri:
- öz potensialını daha dolğun reallaşdırmaq istəyindən irəli gələn miqrasiya: bura-da özünütəsdiq, daha təminatlı həyat qurmaq, özünə daha mənalı həyat tərzi təmin edən yerin axtarışı cəhdləri başlıca motiv kimi çıxış edir;
- özünü qüsurlu və uğursuz hesab etməkdən irəli gələn miqrasiya: cəmiyyətlərdə elə qrup insanlar mövcuddur ki, gündəlik həyatda özünü tapmaq qabiliyyətinə malik olmadıq-larından miqrasiyanı vəziyyətdən çıxış yolu və ruhun rahatlıq mənbəyi kimi seçirlər;
- obyektiv olaraq əhalinin müəyyən hissəsinin yaşayış səviyyəsi aşağı olan ərazilərdən müvəffəqiyyətli həyat arzusu ilə köçməsi;
- əhalinin yaşayış səviyyəsinin yüksək olduğu yerlərin, həmin yerlərin sakinlərinə qibtə olunması səbəbindən seçilməsi nəticəsində irəli gələn miqrasiya;
- siyasi motivli miqrasiya. Belə miqrasiya fərdin öz doğma ölkəsində perspek-tivsizliklə üzləşməsi nəticəsində meydana gəlir.
Bəzi hallarda yeni yerlərdə miqrantların ağlasığmaz müvəffəqiyyətlər qazanmaq imkanları əldə olunur. Bütün miqrasiya proseslərinin ümumi cəhəti kimi fərd üçün əvvəlki yerdə yaşamağın qeyri-məqbulluğu, o cümlədən əvvəlki yerdə qalmanın davam etdirilməsinin inkar edilməsinə çatdırılmış qeyri-qənaətbəxşlik çıxış edir. Miqrasiya məhz yerdəyişməyə çevrilmiş, ödənilməmiş tələbatlar enerjisidir. Həmin enerji miqrasiya faktına bu ardıcıllıqla çevrilir:
- həyat tərzi və şəraitilə razılaşmamaq;
- dəyişiklik etmə ideyasının meydana gəlməsi;
- yeni yaşayış yerinin obrazı barədə təsəvvürlər yaranması;
- miqrasiya məramının formalaşması;
- yerdəyişməyə başlama kimi qruplaşdırmaq mümkündür [7, s.125].
Bütün bunlar göstərir ki, miqrasiya zamanı bir çox problemlərlə yanaşı psixoloji problemlər daha dominatlıq təşkil edir ki, onun mexanizmlərinin açılmasına ciddi ehtiyac vardır. Çox zaman miqrantın qarşılaşdığı problemlərin psixoloji xarakteri diqqət mərkəzində saxlanılmır, nəticədə miqrant şəxsiyyətində ciddi sarsıntılar yaranır . Bunlar aradan qaldırılmazsa ciddi xəstəliklərin yaranmasına və miqrantın dəyərlər sitemində deformasiyalrın ortaya çıxmasına şərait yarana bilər.
Ədəbiyyat:

  1. Məmmədli İ. Miqrantların identikliyinin sosial-psixoloji problemləri. Psixologiaya ü. F. dok. diss. Avtoreferatı. Bakı:2013, 23 s.

  2. Маммедли И. К проблеме изучения психологии этноса // Psixologiya jurnalı, Bakı, 2005, №2, s.30-34.

  3. Маммедли И. Психологические особенности детей-эмигрантов // Psixologiya jurnalı, Bakı: 2005, №3, s.31-35

  4. Клыгина Е. А. Психологические условия адаптации вынужденных мигрантов в новой социально-экономической среде [на примере Белгородской области]. : дис. … канд. психол. наук. Тамбов, 2004.

  5. Константинов В. В. Зависимость успешности социально-психологической адаптации вынужденных мигрантов к новым условиям жизни от типа проживания: дис. … канд. психол. наук. Самара, 2004.

  6. Психологическая помощь мигрантам: травма, смена культуры, кризис идентичности / под ред. Г. У. Солдатовой. М.: Смысл, 2002.

  7. Стефаненко Т. Г. Адаптация к новой культурной среде и пути ее оптимизации. М. : Наука, 1999.

  8. Tajfel H. [ed].. Social Categorization in the Social Psychology of Intergroup relations. – London: Academic Press, 1978.

Rezüme
Miqrasiya zamanı bir çox problemlərlə yanaşı psixoloji problemlər daha dominatlıq təşkil edir ki, onun mexanizmlərinin açılmasına ciddi ehtiyac vardır. Çox zaman miqrantın qarşılaşdığı problemlərin psixoloji xarakteri diqqət mərkəzində saxlanılmır, nəticədə miqrant şəxsiyyətində ciddi sarsıntılar yaranır. Bunlar aradan qaldırılmazsa ciddi xəstəliklərin yaranmasına və miqrantın dəyərlər sitemində deformasiyalrın ortaya çıxmasına şərait yarana bilər.
Резюме
В период миграции наряду со многими другими проблемами возникают и психологические проблемы. Очень часто среди проблем, с которыми встречаются мигранты, встречаются и проблемы психологического характера, которые он не держит в центре внимания, что способствует сильным стрессовым состояниям. На этой основе могут возникнуть серьезные осложнения, деформация в системе ценностей.
Summary
During migration, along with many other problems arise and psychological problems. Very often among the problems encountered migrants meet and psychological problems, which he does not keep the focus that promotes strong stress. On this basis, there can be serious complications, the deformation in the value system.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish