Азярбайъан республикасынын тящсил назирлийи


AUTİZMİN SPEKTR POZUNTULARI



Download 1,08 Mb.
bet13/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
AUTİZMİN SPEKTR POZUNTULARI
Ağamirova Nərmin, BDU-nun Psixologiya
kafedrasının, III kurs magistrantı
nermin.agamirova@mail.ru
Açar sözlər: özünə qapanma, real həyatdan uzaqlaşma, stereotipik davranışlar, exolaliya, nitq pozuntusu, Asperger sindromu, atipik autizm, Rett sindromu.
Ключевые слова: замкнутость, отдаление от реальной жизни, стереотипичное поведение, эхолалия, расстройство речи, синдром Аспергера, атипичный аутизм, синдром Ретта.
Key words: isolation, alienation from the real life, stereotypical behavior, echolalia, speech disorder, Asperger syndrome, atypical autism, Rett syndrome.
Autizm müasir dövrümüzdə tez-tez təsadüf olunan bir problem olub, özünə qapanma, real həyatdan uzaqlaşma, sosial münasibətlərdən yayınma ilə özünü bü-ruzə verir. Autizm üç yaşından əvvəl başlayan və ömür boyu davam edən ,sosial münasibətlərə və ünsiyyətə ziyan vuran, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafını məhdudlaşdıran problemdir. Autizm kifayət qədər geniş yayılmış haldır. Belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal –hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər.
Bu xəstəlik ilk dəfə 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən Uşaq Autizmi" olaraq dünyaya tanınmışdır.
Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.Bu problemin bəzi spektr pozuntuları vardır ki, onu çox zaman autizmin özü ilə qarışdıra bilirlər.
Autizmin spektr pozuntuları aşağıdakılardan ibarətdir:
1. Autizm
2. Asperger sindromu
3. Uşaqlıq dezinteqrativ pozuntusu
4. Rett sindromu
5. Atipik autizm
Autizmin spektr pozuntuları arasında ən maraqlı və qeyri-adi, diqqət mərkəzində olanı məhz Asperger sindromudur.Asperger sindromu ilk dəfə 1944-cü ildə Hans Asperger tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən də bu sindrom onun adı ilə adlandırılır. Aspeerger sindromu həyat boyu davam edən bir narahatlıqdır. Bu çox nadir sindromdur. 10.000 nəfərdən birində rast gəlinə bilər. Asperger sindromu ümumiyyətlə 3 yaşında və ya daha sonra üzə çıxa bilər. Uşaqdan uşağa fərqlilik göstərir.
Asperger sindromu olan uşaqlar :
Başqaları ilə əlaqə qurmaqda çox çətinlik çəkirlər. Hər hansı bir dəyişiklik onlara çox çətin gələ bilər. Qəribə üz ifadələri , bədən duruşları və əl-qol hərəkətləri ola bilər.
Asperger sindromunun autizmdən fərqi ondan ibarətdir ki, bu sindromda nitqin inkişafında ciddi problemlər müşahidə edilmir. Asperger sindromu olan uşaq nitqin normal inkişaf dövründə, iki yaşında olarkən danışmağa başlayır.Bu uşaqların böyük əksəriyyəti danışa bilir, sadəcə problem əsasən bundan ibarət olur ki,onlar exolaliya və robotik nitq nümayiş etdirə bilərlər.Həmçinin asperger sindromlu uşaqların intellekti öz yaşına uyğun və ya öz yaşından daha yüksək səviyyədə olur. Asperger sindromunda da ünsiyyət sferasında ciddi problemlər müşahidə edilir.
Autizmli uşaqlarda müşahidə olunan stereotipik davranışlara asperger sindromlu uşaqlarda demək olar ki, rast gəlinmir. Onların özünəməxsus maraqları olur. Məsələn, bəziləri bütün maşın markalarını bilir, bəziləri dünya ölkələrinin bayraqlarını tanıyır və s. Bu uşaqların böyük əksəriyyəti kolleksiya toplamağa meyilli olur. Həmin uşaqların qeyri-adi riyazi qabiliyyətləri olur və bir dəqiqənin içində elə bir riyazi əməliyyat apara bilərlər ki, ən yaxşı riyaziyyatçı belə heyran qala bilər.Asperger sindromlu uşaqların çox güclü fotoqrafik yaddaşları olur.Ona görə də brend,marka və iri şirkətlərinin loqosunu dəqiqliklə təsvir edə bilən asperger sindromlu uşağa tez-tez rast gəlmək mümkündür.
Uşaqlıq dezinteqrativ pozuntusu uşağın 2 yaşından sonra başlayır. Pozuntunun başlanması ilə əvvəlcədən qazanılmış bacarıqlar sürətlə itirilir. Uşaqlıq dezinteqrativ pozuntusu diaqnozu qoyulmuş uşaqların əksəriyyətinin əqli bacarıqları ağır dərəcəli əqli geriliyə qədər geriləyə bilər. Uşaqlıq dezinteqrativ pozuntusuna çox nadir hallarda rast gəlinir. Bundan başqa, uşaqlıq dezinteqrativ pozuntusu diaqnozlu uşaqların böyük bir qismi oğlanlardır.
Autizmin digər spektr pozuntusu isə Rett sindromudur. Rett sindromu ilk dəfə Dr.Andreas Rett tərəfindən müəyyənləşdirilmişdir. Pediatr Andreas Rett 1964-cü ildə 22 qız uşağında 6 aylıq normal inkişafdan sonra inkişafın birdən –birə dayandığını və bundan sonra sürətlə geriləməsini müşahidə edib və sonradan bu xəstəlik onun şərəfinə Rett sindromu olaraq adlandırılıb. Rett sindromu əsasən “qız xəstəliyi” kimi qəbul edilir. Müəyyən olunub ki, xəstəlik X xromosomu üzərində olan MECP2 geninin qüsurlu olmasından irəli gəlir.
Rett sindromu uşağın inkişafının 6-18 aylığından başlayır. Bu zamana kimi normal və ya normala yaxın inkişaf gedir. Bu prosesdən sonra uşaq keçici durğunluq və ya geriləmə prosesini yaşayır, ünsiyyət qurma, nitq bacarığını itirir və əllərini sanki dua edirmiş kimi bir-birinə keçirir. Bunlardan dərhal sonra stereotipik əl hərəkətləri, yerimə pozuntuları və başın inkişafında nəzərə çarpan ləngimə müşahidə edilir. Qıcolma, oyanıq ikən nizamsız nəfəs alıb-vermə kimi problemlərlə də qarşılaşa bilirik.
Rett sindromuna demək olar ki, yalnız qızlarda müşahidə edilir. Bu sindrom irsidir. Elm bu sindromun oğlanlarda da rast gəlindiyini inkar etmir. Lakin bu sindromlu oğlanlar adətən ananın uşağı itirməsi, doğuş zamanı ölüm və ya ana bətnində ikən erkən ölüm kimi hallarla nəticələnir.
Sindrom genetik deyil. Yəni bir ailədə bir dəfə ortaya çıxma vəziyyəti 99,5 faizdir.
Autizmin spektr pozuntularından olan Atipik autizmdə isə autistik simptomlar bir qədər daha yüngüldür. Tipik autizmdə problemlər və pozuntular daha dərindən olduğuna görə əlamətlərin qalıcılıq faizi daha yüksəkdir. Lakin atipik autizm sindromlu uşaqlarda isə bəzi yüngül əlamətlər müəyyən müddətdən sonra aradan qaldırıla bilər.Bu diqnozlu uşaqlarda daha tez və çox nəticə almaq mümkündür. Autizmə məxsus 3 sferada pozuntudan hər hansı birinin olmaması və ya hər 3 sferada əlamətlərin yüngül olması halında atipik autizm diaqnozu qoyulur. Atipik autizmli uşaqlar yaşıdları ilə daha tez ünsiyyət qura bilirlər.
Atipik autizmi Asperger sindromundan fərqləndirən ən əsas cəhət ondan ibarətdir ki, asperger sindromlu uşaqlarda nitqin inkişafında problemlərə rast gəlinmir. Lakin aitipik autizm sindromlu uşaqlarda isə nitq ilk illərdə demək olar ki, olmur. Lakin sonrakı illərdə nitq inkişaf edə bilər.
ƏDƏBİYYAT
1. К. Гилберт Т. Питере “АУТИЗМ - Медицинское и педагогическое воздействие” Книга для педагогов-дефектологов. Москва,”ВЛАДОС”2005.
2. “Otizme çözüm var” , Prof. Dr. Ahmet Aydın – Uz.Dr. Cem Kınacı. İstanbul,2013.
3.” Ранний детский аутизм” , Лебединская К.С., 2001 г.
4. “ Yalnızlık ülkesine yolculuk” , Çetin Özbey , İstanbul , 2000.
РЕЗЮМЕ
Аутизм – это пожизненное нарушение развития, которое влияет на коммуникацию и отношения с другими людьми, а также на восприятие и понимание окружающего мира. Дети с аутизмом испытывают трудности как с вербальным, так и с невербальным языком. У аутистов медленно развивается речь, они часто вместо слов используют жесты и не отвечают на улыбки. Люди с синдромом Аспергера имеют гораздо меньше проблем с речью, чем другие люди с аутизмом.
SUMMARY
Autism - a lifelong developmental disability that affects communication and relationships with other people, as well as the perception and understanding of the world. Children with autism have difficulty with both verbal and non-verbal language. Does autistic speech develops slowly; they often use gestures instead of words, and do not respond to a smile. People with Asperger syndrome have fewer problems with speech than other people with autism.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish