Азярбайъан республикасынын тящсил назирлийи



Download 1,08 Mb.
bet2/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   2   3   4   5   6   7   8   9   ...   36
PSİXOLOGİYA
GÖRÜŞ QRUPLARI - QRUP ŞƏKLINDƏ APARILAN PSIXOLOJI IŞIN FORMASI KIMI
Cabbarova Lalə Məhəmməd q.,BDU-nun Sosial və pedaqoji
Psixologiya kafedrasının dosenti
Açar sözlər: Görüş qrupları, fasilitator, treninq, öz daxilini açma, “burada və indi” prinsipi,
Keywords: encounter groups, facilitator, training, self -disclosure , “here and now” principle
Ключевые слова: группы встреч, фасилитатор, тренинг, самораскрытие, принцип «теперь и сейчас».
Görüş qrupları iştirakçılarının oxşar problemləri üzərində işlədiyi şəxsiyyət yönümlü treninqlərin spesifik bir növüdür. “Görüş qrupları”nın (ingilis dilində - encounter groups ) mahiyyəti haqqında konsepsiyanı ilk dəfə Karl Rocers irəli sürsə də, bu qrupların inkişafı əsasən iki alimin - Karl Rocers və Vilyam Şyütsun adı ilə bağlıdır.
Görüş qruplarının əsasında humanistik psixologiya və kliyentdə mərkəzləşmiş terapiya prinsipləri durur. Burada əsas ideya qrupda bütün iştirakçıların öz hisslərini açıq ifadə edərək, başqalarının hisslərini nəzərə alması şəraitində insanın fərdi inkişaf imkanlarına inamdır.
K.Rocers görüş qruplarını ötən əsrin 60-cı illərinin ən mühüm sosial ixtirası adlandırmışdı [3; 63]. Yəni müasir dövrün, mədəniyyətin insanları biri-birindən yadlaşdırdığı bir vaxtda burada insanlar arasında süni deyil, əsl, səmimi yaxın münasibətlərin qurulması üçün imkanlar yaranır.
T-qruplardan fərqli olaraq, görüş qruplarında əsas diqqət qrup proseslərinə, şəxsiyyətlərarası qarşılıqlı təsir prosesində vərdişlərin inkişafı məsələlərinə deyil,
başqaları ilə münasibətlərdə dürüstlük, səmimiliyin axtarışına, hisslərin açıq ifadəsinə yönəldilir. Burada qrupu idarə edən şəxs - fasilitator inam, təhlükəsizlik atmosferi yaratmağa çalışmaqla qrup iştirakçılarının intim fikir və hisslərini ifadə etməsi üçün şərait yaradır.
Görüş qruplarında əsas diqqət hər bir iştirakçının fərdiyyətinin, özünəməxsusluğunun müəyyən edilməsinə və hər bir insanın bir şəxsiyyət kimi inkişafına yönəldilir. Bu qrupların məqsədi insanın bir şəxsiyyət kimi potensialını dərk etməsi və mümkün olarsa tam reallaşdıra bilməsi üçün imkanların yaradılmasıdır. Buna görə də bu cür qruplarda iştirak insana başqaları ilə yaxın münasibətlər qurmağa imkan verir.
U.Şyüts “görüş qrupları” anlayışını müəyyən etmək üçün onun bir neçə əlamətlərini ayırd etmişdir [2; s.383]:

  • Səmimiyyət və açıqlıq;

  • Özünüdərketmə;

  • Öz-özünə və qrup üzvlərinə görə məsuliyyət;

  • Hisslərə diqqətin yönəldilməsi;

  • “Burada və indi” prinsiplərinə sadiqlik.

Səmimiyyət və açıqlığa nail olmaq qrupun əsas dəyəri olan öz daxili aləmini açma sayəsində mümkün olur. Görüş qrupları qrup iştirakçılarının öz daxili aləmini açmasını rəğbətləndirir və bunun sayəsində onlar arasında yaxın münasibətlərin qurulmasına imkan yaradır. Burada iştirakçıların öz hisslərinə diqqətli münasibət göstərməsinə xüsusi önəm verilir.
Əslində yaşadığımız cəmiyyətdə öz həqiqi hisslərimizi, meyl və arzularımızı gizlətmək daha çox “dəbdədir”. Uşaq vaxtından bizlərə aşılanan “kişi ağlamaz, “qorxuram” deməz”, “qız uşağı sevdiyin deməz, istəyini bildirməz”, “övlada olan hisslərini camaatın yanında göstərmək ayıbdı” - kimi ifadələr, davranış tərzi bizi öz həqiqi hisslərimizi içimizin dərinliklərinə gömdürməyə vadar edir. Beləliklə də, yetkin insan olduqda belə başqalarının yanında öz hisslərini çılpaqlığı ilə bildirmək, öz daxilini açmaq zəiflik əlaməti kimi dəyərləndirildiyindən və cəmiyyət tərəfindən insanın öz daxili hisslərini gizlətməsi, mərhəm istək və arzularını biruzə verməməsi daha çox təqdir olunduğundan cəmiyyət insanları öz hisslərinə əhəmiyyətsiz yanaşmağa sövq edir. Özünü, öz hisslərini başqalarından gizlətməyə çalışan insan bütün səylərini əslində olduğundan fərqli bir obraz yaratmağa, maskalanmağa, uydurulmuş bir “Mən” düzəltməyə yönəldir. Bu cür obraz yaşadığımız cəmiyyətdə bizə müxtəlif rolları rahat oynamağa imkan versə də, bizi başqalarından, ən əsası özümüzdən uzaqlaşdırır, yadlaşdırır.
Bəzən real arzu və istəklərimizi, fikirlərimizi başqalarından gizlətməmiz bizə bəzi üstünlüklər gətirsə də, mənəvi, psixoloji durumumuzu təhlükə altında qoyur. Bu özünü bir neçə formada göstərə bilir:

  1. Başqlarından öz iç dünyasını gizlədən insanın onlar tərəfindən anlaşılması, düzgün başa düşülməsi müşkülə çevrilir. “Dərdini deməyən dərmanını tapmaz”- misalında olduğu kimi, öz istəklərini, arzularını, hisslərini adekvat ifadə edə bilməyən insanın adekvat cavab alma şansları azalır.

  2. Öz daxilini başqalarından gizlətmə, qapalılıq başqa insanlarla yaxın münasibətlər qurmağa mane olur.

  3. İnsan üçün önəmli olan yaşadığı hisslərini, istək və arzularını, düşüncələrini sıxışdırması, basdırması bir sıra psixosomatik pozuntulara (məsələn: mədə xorası, hipertoniya, astma, kəskin baş ağrıları və s.), nevrozlara gətirib çıxarır.

Görüş qruplarında insanın öz daxili aləmini açması, hisslərinə diqqət verib, onları ifadə etməsi üçün rəğbətləndirilməsi, başqalarından öz hisslərinə əks əlaqə almasının özü- özlüyündə müsbət psixoterapevtik effekt əldə etməyə imkan verir.
Bu qrupların bir özəlliyi də ondadır ki, belə qruplarda iştirak insana psixoloq, həkim, psixoterapevt qarşısında deyil, bir yerdə iştirak etdiyi qrup iştirakçıları qarşısında daxilini açmağa imkan verir.
Lakin qrupda “nizamsız” öz daxilini açma da məqsədəmüvafiq deyil. Bu cür “həvəskar” səmimilik başqalarında yanlış təəssüratlar yarada, xoşəgəlməz tanışlıqlara yol aça bilər. Buna görə də, bu proses birdən-birə deyil, tədricən, insanın səmimiliyinin qarşısındakına nə dərəcədə təsir etdiyini hiss etdikcə baş verməlidir.
Qrupda iştirakçılardan ilk görüşdən öz daxilini açıb tökməyi gözləmək absurddur. Çünki, insan yalnız təhlükəsiz, tam inam şəraitində daxilini açmağa risk edə bilər. Buna görə də, qrup yalnız müəyyən təcrübə qazanıb, qrup proseslərinin əsas mərhələlərini keçdikdən sonra, iştirakçılar hisslərini sərbəst bölüşməyə qadir olur.
Bu qruplarda iştirakçılardan bir neçə əsas qaydalara riayət etmək tələb olunur [7]:

  • Açıq və səmimi ünsiyyəti təmin etmək;

  • Bədəndən gələn duyğulara xüsusi diqqət ayırmaq;

  • Fikirlərə, düşüncələrə deyil, hisslərə diqqət vermək.

Qrupda təmas ümumiyyətlə bütün treninq qruplarında olduğu kimi ümumi tanışlıqdan başlayır. Lakin burada şəxsiyyətlərarası münasibətlər inkişaf etdikcə ilkin olaraq iştirakçılarda özünüifadə və daxilini açmaya müqavimət özünü göstərır. İştirakçılar daha çox keçmiş təcrübələrində olan hadisələri, keçmişdə yaşadıqlarını müzakirə etməyə can atırlar, buna görə də, “burada və indi” prinsipinə əməl etmələrinin tələb olunması onlarda neqativ hisslər təzahür etdirir. Bunun ardınca, adətən, iştirakçıların daxili müqavimətinin aradan götürülməsi və hisslərini spontan ifadə etməsi mərhələsi gəlir.
Görüş qruplarında iş bir neçə əsas mərhələdən keçir:

  1. Şəxsiyyətlərarası təmasın qurulması. Burada əsas diqqət inam, səmimilik atmosferinin yaradılmasına, qrup iştirakçılarının hər birinin öz daxilini açmasına və qarşılıqlı olaraq hər birinin şərtsiz olaraq real həyatda necə varsa elə də qəbul olunmasına, təqdir olunmasına yönəldilir. Adətən butün bunlara nail olmaq üçün qeyri-verbal kontaktların qurulmasına yönəldilmiş tapşırıqlar daha effektiv olduğundan, onlara tez-tez müraciət olunur. Məsələn: biri-birinin əlinə toxunmaq, üz-üzə oturaraq başqasının üzünün xırdalıqlarının, ayrı-ayrı hissələrinin öyrənilməsi, başqasının əlini əlinin içərisində saxlamaqla onu tədqiq etmək və s. Qrup işinin başlanğıcında iştirakçılar arasında maneəni, psixoloji səddi, gərginliyi götürmək üçün fiziki tapşırıqlardan istifadə olunması tövsiyə olunur.

  2. Qarşılıqlı inama əsaslanan münasibətlərin qurulması. Münasibətlər inkişaf etdikcə, inam atmosferi yarandıqca iştirakçılar özlərini, hisslərini daha rahat ifadə etməyə başlayırlar. Əgər qrup işinin əvvəlində onlar özlərinin digər qrup üzvlərindən daha çox fərqləndiyini hiss edirdilərsə, səmimiyyət və inam şəraitindəki ünsiyyət prosesində onlar aralarında olan ümumi cəhətləri daha yaxşı sezməyə başlayırlar.

  3. Yaranan konfliktlərin aradan qaldırılması. Çox vaxt qrupda yaranan konfliktlər liderlik və dominantlığa can atma ilə bağlı olur. Bu halda konflikt həm verbal (fasilitator konflikt iştirakçılarını səmimi, biri-birini dinləyərək qrupda açıq müzakirəyə dəvət edir), həm də fiziki qarşılıqlı təsir, təmas səviyyəsində həll olunur.

  4. Öz daxilini açmağa müqavimətin dəf edilməsi.

  5. Biri-birinə qarşılıqlı empatiya, rəğbət nümayiş etdirmə, biri-birini dəstəkləmə. Öz davranışını düzgün anlama, tam psixoloji açılma üçün hər bir qrup iştirakçısı bütün qrupun müsbət dəstəyinə ehtiyac duyur. İlkin olaraq bu cür dəstək fasilitator tərəfindən verilir. Zaman keçdikcə qrup özü müstəqil şəkildə öz iştirakçısını bu cür müsbət əks əlaqə ilə təmin etməyə qadir olur.

Bir cəhətə də diqqəti cəlb etmək lazımdır ki, yalnız konfrantasiyalara, qarşıdurmalara, emosional sarsıntılara kifayət qədər tolerant olan, həmçinin qrup təcrübəsini adi şəraitə keçirə bilən insanların görüş qruplarına daxil edilməsi məqbul sayılır. Bəzi insanlar da vardır ki, onlara görüş qruplarında iştirak əks göstərişdir. Yəni bu görüşlər onların psixoloji vəziyyətini daha da korlaya bilər. Bu kateqoriyaya özünəinamsız, aşağı özünüqiymətləndirmə səviyyəsi olan, mürəkkəb, psixoloji travma yaradan situasiyalardan qaçan, tez incyən, həddən artıq həssas insanlar aiddir. Adekvat şəxsiyyətlərarası münasibətlər qura bilməyənlər, görüşlərə həddən artıq ümidlər bəsləyən kliyentlər də risk qrupuna aid edilməlidir.
Odur ki, fikrimizcə, hər hansı bir insanın görüş qrupuna daxil etməzdən öncə ilkin psixodiaqnostik müayinədən keçirilməli və fərdi konsultasiyaya cəlb olunmalıdır.
Beləliklə də, yuxarıda deyilənlərdən aydın olur ki, görüş qruplarında əsas diqqət hisslərə yönəldilir. Çünki, insanın öz davranışlarına, hərəkətlərinə, ümumiyyətlə özünə görə məsuliyyət daşıması üçün o, ilk növbədə, öz hisslərini dərk etməlidir. Bu qruplar məhz insanın özünü dərketmə sahəsini genişləndirərərək, onu başqalarının hiss və yaşantılarını anlamasına, onları qəbul etməsinə kömək edir. Buna görə də, görüş qruplarında iştirak təcrübəsi empatik hisslərin artırılması, inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ədəbiyyat:

  1. Bayramov Ə.B., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp-poliqraf, 2003, 356 s.

  2. Мельник С.Н. Теоретические и методические основы социально-психологического тренинга. Владивосток: Изд-во Дальневосточного ун-та, 2004, 74 с.

  3. Осипова А.А. Общая психокоррекция. Учебное пособие. М.: Cфера, 2002 г. 510 с.

  4. Практикум по социально-психологическому тренингу / Под ред. Б.Д. Парыгина. - СПб.: Изд-во Михайлова В.А., 2000. - 352 с.

  5. Психотерапевтическая энциклопедия. Под ред. Б.Д.Карвасарского. СПб.: Питер, 1998, 752 с.

  6. Роджерс К.Р. Консультирование и психотерапия. Новейшие подходы в области практической работы. М.: ЭКСМО-Пресс, 1999, 464 с.

  7. The basic Encounter Group. www.personcentered.com/group1.htm

  8. Irvin D.Yalom, Molyn Leszcz. The Theory and Practice of Group Psychotherapy. New York, Basic books, 2005, 688 p.(Fifth edition)

ГРУППЫ ВСТРЕЧ – КАК ОДНА ИЗ ФОРМ ГРУППОВОЙ ПСИХОЛОГИЧЕСКОЙ РАБОТЫ
резюме
Группы встреч, в отличие от других видов социально-психологического тренинга, направлены не именно на приобретение социальных навыков, а на то, чтобы уделять должное внимание своим чувствам, умению их открыто выражать. Участие в таких группах дает возможность создавать более открытые и доверительные отношения, а также развивать эмпатийные чувства.
The encounter group as a form of psychological work with groups
resume
The encounter group, unlike other types of the social-psychological training, are tend not exactly to acquisition of social skills, also pays attention to feelings, ability to express of them openly. Participating in such groups gives an opportunity to create more open and confidence relations, and also to develop the empathic feelings.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish