Азярбайъан республикасынын тящсил назирлийи


AUTİZM ƏSRİN AKTUAL PROBLEMİ KİMİ



Download 1,08 Mb.
bet19/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
AUTİZM ƏSRİN AKTUAL PROBLEMİ KİMİ
Cəfərova Vüsalə Vidadi qızı,
BDU-nun I kurs magistrantı
Açar sözlər: autizm anlayışı; autizmin tarixi; autizmin yaranma səbəbləri; autizmin əlamətləri
Ключевые слова: определение аутизма; история аутизма; причины аутизма; признаки аутизма.
Key words: the definition of autism; the history of autism; causes of autism; sign of autism
Uşaqlar əksəriyyətən hərəkətli, fəal, enertjili, özlərinə xas dünya və düşüncələri olan və sevgi alıb, sevgi verə bilən varlıqlardır. Uşaqların xəyal dünyalarının zənginliyi bəzən bizləri heyrətə gətirir. Ancaq, ətrafda olan bitənə münasibətsiz olan, öz dünyasından ayrılmaq istəməyən, ətraf mühitlə əlaqəsini kəsmiş uşaqlar da var. Belə uşaqlara autizmli uşaqlar deyilir.
Son dövrlərdə dünyada ən aktual olan psixi problemlərdən biri də autizmdir. Autizm günümüzdə hər 110 uşaqdan birinə təsir edərək sürətlə yayılan neyroloji və inkişaf pozuntularından biridir. Bu psixi problem əsla nə irq,nə medeniyyət, nə də sosial – ekoloji amillərdən asılı deyildir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, bu il şəkər, QİCS və digər xəstəliklərdən daha çox autizm diaqnozunun qoyulacağı gözlənilir.
2 aprel bütün dünyada autizmə qarşı diqqətliliyi artırmaq, autizmlə bağlı problemlərə cavab tapmaq məqsədilə 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya autizm günü kimi elan edildi.
Autizm əslində sosial və ünsiyyət vərdişlərinin yaranmasına təsir edən inkişaf pozuntusudur. Autizm əksəriyyətən həyatın ikinci ilində özünü biruzə verir. Autizmli uşaqların böyük bir qismində fərqli səviyyələrdə intelekt geriliyi görülsə də, intellekt səviyyələri normal olan autizmli uşaqlar da az deyil. Ancaq intellekt səviyyələri necə olursa olsun, bütün autizmli uşaqların ortaq problemi ünsiyyət zəminidə çox böyük çətinliklər çəkmələridir.
Autizmdən ilk dəfə 1700-cü illərdə Fransada Jan İtard, İngiltərədə Jon Haslam bəhs etmişlər. Bu alimlər autizmi tədqiq edərkən hər hansı bir dioqnoz qoymamış, bu autizmli insanları fərqli fərdlər kimi qiymətləndirmişlər.Autizm bir termin kimi ilk dəfə 1911-ci ildə, İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən işlədilmişdir. Ünsiyyətdən imtina etmə və həqiqətə münasibətdə pozuntular çərçivəsində qiymətləndirilən “autizm” anlayışı, bu dövrlərdə şizofren xəstələrində görülən xüsusiyyətlərə aid edilirdi. 1943-cü ildə uşaq psixiatrı Leo Kanner, 11 uşaq üzərində apardığı tədqiqat nəticəsində ilk dəfə autizmi bir sindrom olaraq qiymətləndirmişdir. Həmin illərdə (1944) Hans Asperger də bəzi uşaqlarda gördüyü davranışları izah edərək buna “Autistik psixopatiya” adı verir.
Autizmin yaranma səbəbi haqqında tədqiqatlar hələ də davam etdirilir və bununla bərabər alimlərin çoxu autizmin yaranmasında genetik faktorların rolunu ön plana çəkir. Son dövrlərdə aparılan tədqiqatlar bu amillərə diqqəti çəkir:

  1. Genetik səbəblər: birdən çox genin və bir çox mühit faktorlarının bir yerə gələrək autizmin yaranmasında təsirli olduğu düşünülür. Bu mühit faktorları sırasına qanın biokimyası və istifadə olunan dərmanları aid etmək olar.

  2. Struktur səbəblər: bəzi tədqiqatlar nəticəsində beynin sturkturundakı fərqliliklərin də autizmə səbəb ola biləcəyi aşkar edilmişdir. Autizmli fərdlərin beyinləri araşdırıldıqda, beynin ön və yan tərəflərində qan dövranında fərqliliklər təyin olunmuşdur.

  3. Doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı dövrlərə təsir edən xarici faktorlar: tədqiqatlar bu mərhələdə beyin inkişafına təsir edəcək birdən artıq vəziyyətin autizmə səbəb olacağını sübut etmişdir.

Oğlanlarda autizm qizlara nəzərən 4 dəfə daha çox təsadüf edilir, ancaq qizlarda daha ağır xarakterə malik olur. Autizmli fərdlərin 70%-də intellekt zəifliyi görülür, 30 %i normal və bu 30 % içərisindən 10 %i yüksək intellektə malik olurlar. Autizm zamanı ən çox təsadüf edilən problemlər diqqət əksikliyi, təfəkkürün yoxsunluğu və epilepsiyadır. 0-5 yaş arası autizmli fərdlərdə epilepsiya tutmalarının baş vermə sıxlığında artım müşahidə olunur.
Autizm üç sahədə çatışmazlıqda özünü göstərir.: a) sosial əlaqə, b) nitq və ünsiyyət, c) diqqət və davranış. Sosial əlaqə problemləri arasında, göz kontaktı yarada bilməmək, yoldaşlıq münasibətinin qurulmasında problemlərin olması və.s bu kimi pozuntuları göstərmək olar. Nitq və ünsiyyət problemləri heç danışmamaqdan, qeyri adi nitq xüsusiyyətlərinə malik olmağadək fərqli formalarda özünü göstərə bilir. Diqqət və davranış problemləri isə daha çox obsessiyalar formasında özünü göstərir. Obsessiyalar autizmin ağırlığından asılı olaraq, bəzi qeyri adi məsələlərə ifrat dərəcədə diqqət göstərmək, bəzi mənasız hərəkətləri dönə-dönə təkrar etmək kimi formalarda ola bilər.
Aşağıda, autizmli uşaqlarda təsadüf olunan problemlər ətraflı şəkildə izah olunmuşdur:
A. Sosial münasibət problemlərinə daxildir:
1) sosial münasibət üçün vacib, sözlü olmayan davranışlarda yoxsunluq: qeyri adi göz kontaktının qurulması, jest və mimikalarda məhdudluq,başqalarına yaxınlaşmaqda və səslərdən istifadədə qeyri adilik.
2) Yaşıdlarla münasibətlərin qurulmasında məhdudluq: dostuq etməkdə çətinlik, yaşıdlarla münasibət qura bilməmək,sadəcəc xüsusi maraqlara söykənən münasibətlərin inkişafı və qrup daxilində münasibətin qurulmasında çətinlik çəkmək.
3) Başqalarıyla zövq, müvəffqiyyət və ya maraqların paylaşılmasında məhdudluq: hər hansısa bir hadisəyə başqasının diqqətini çəkməyə cəhd etməmək, tərife qarşı reaksiya verməmək.
4) sosial-emosional davranışlarda məhdudluq: başqalarının marağı qarşısında laqeyd qalmaq, başqalarının hisslərini yetərincə anlamamaq.
B. Ünsiyyət problemləri:
1) Nitqin inkişafında ləngimə: 2 yaşında olmasina baxmayaraq, bir kəlmə də söz deyə bilməmək, ya da danışmağa başladıqdan sonra belə müəyyən səhvləri təkrarlamaqda davam etmək.
2) Qarşılıqlı ünsiyyətdə çətinlik: ünsiyyətə başlamaqda,onu davam etdirməkdə və sonlandirmaqda çətinlik çəkmək.
3) Nitqinin qeyri adi və ya təkrarlanan olması: Başqalarının ona dediklərini, televizordan duyduqlarını,özünün uydurduğu sözləri və ya mənasını yalnızca özünün bildiyi sözləri təkrarlamaq.
4) İnkişaf dinamikasına uyğun olmayan oyun : sujetli və simvolik oyunlarda məhdudluq, oyuncaqlarla qeyri-adi tərzdə oynamaq
B. Məhdud (təkrarlanan) maraq və davranışlar:
1) Maraq absessiyasi: bəzi qeyri adi məsələrə çox böyük maraq gösdərmək və o məsələnin ən xirda detalınna da diqqət yetirmək.
2) Nizam-intizam və yenilik absessiyası: gündəlik həyatda etmeli olduğumuz rutinləri hər gün eyni ardıcıllıqla etməyə çalışmaq, dəyişikliyə qarşı dözülməz münasibət göstərmək.
3) Davranış absessiyası: qeyri adi bədən və əl hərəkətləri etmək. Məsələn ələri göz önündə sağa sola hərəkət etdirmək, bədənini dala qabağa fasiləsiz şəkildə hərəkət etdirmək.
4) Əşyalara qarşı qeyri adi maraqlarların olması: hərəkət edən cisimlərə qarşı hədsiz maraq, əşyaları qeyri adi məqsəd üçün istifadə etmək, əşyalrın qoxu və materialına qarşı hədsiz maraq. Məsələn başqa uşaqlar oyuncaq maşından təyinatına uyğun olaraq istifadə etdiyi halda autizmli uşaqlar bir günü onun sadəcə təkərəyini firlatmaqla başa vura bilərlər.
Autizmi təfəkkür və diqqət problemi kimi qiymətləndirsək daha düzgün olar. Çox təlim keçmiş bir autizmli fərd danışılanı anlasa da ona məna verə bilməkdə çətinlik çəkir. Autizmdə nitq pozuntularının digər növlərindən daha çox onun praqmatik tərəfi pozulur (nitqdən qarşılıqlı ünsiyyət vastəsi kimi istifadə olunması). Autizmli uşaqların bir qismində nitq biraz daha yaxşı inkişaf edir,ancaq bu nitq də qarşılıqlı ünsiyyətdən daha çox, təkrarlanan və öz-özünə danışıq kimi görülür.
Bəs görəsən autizmdən qorunmaq mümkündürmü?
Türkiyənin məşhur psixiatrlarında biri olan Əhməd Aydının qələmə aldığı “autizmə çarə var” kitabında autizmin yaranmasının səbəbləri və bu səbəbləri ardan qaldırmaqla autizmin yaranmasına mane olmağın mümkünlüyü qeyd edilir.
Autizmin yaranmasına mane olmaq üçün ananın hələ hamiləlik vaxdı qorunmasının vacibliyini qeyd edən Prof. Aydın ana olmağa namizəd qadınların diqqət etməli olduğu məsələləri belə sıralayır:
Toksik maddələrdən uzaq durun. Dodaq boyası, saç boyası, konservantlı qidalar ana bətnindəki körpəyə həddən ziyadə təsir edir.
Meyvə və tərəvəzləri təzə-təzə istifadə edin. Paketlənmiş məhsullar həm vitamin baxımından çox kasad, həm də saxlanma müddətini artırmaq üçün istifadə olunan maddələr çox zərərlidir.
Bağırsaqlara diqqət etməli! Günümüzdə psixoterapiya üsulları və məhdud sayda dərman preparatı vastəsilə müalicə olunmağa çalışılan autizmli uşaqların qidalanmalarına diqqət etməklə müalicə edilə biləcəyini söyləyən Prof. Aydın “Təəsüff ki, klassik nevroloq və psixiatrlar autizmin müalicəsində qidalanmanın böyük rolu olduğunu unudurlar. Ancaq bu uşaqların hamısında mədə və bağırsaqda problem var. Bağırsaqların uzun müddət bu cür çirklənməsi həm həzm sisteminə, həm də beyinə mənfi təsir edir.
Keysəriyyə ilə dünyaya gələn uşaqların demək olar ki hamısında mədə - bağırsaq problemi özünü göstərir. Bununla yanaşı süd və un məmulatlarına diqqət etmək lazımdır. Autizmli uşaqların dörddə üçündə südə və ya un məmulatlarına qarşı asılılıq görülür. Bu uşaqlarda bağırsaq problemlərilə əlaqədar olaraq süd və un məmulatlarında olan proteyini yetəri qədər həzm edə bilmirlər və bu proteyinlər birmaşa qana keçir. Bu isə morfin kimi təsir edir. Məsələn uşaq bərk yıxıldığında ağrı hiss etmir. Bundan əlavə süd məmulatlarının morfinəbənzər təziri nəticəsində bu uşaqlarda qavrama aşağı səviyyədə olur. Müalicə zamanı bu qidaları kəsdikdə onların bu cür mənfi təsirləri yox olub gedir, uşaqların qavrayışında müəyyən miqdarda artım müşahidə olunur” dedi.
Son olaraq onu qeyd etmək lazımdır ki, autizm bir xəstəlik deyil sadəcə diqqət və təfəkürlə bağlı yaranan bir problemdir. Autizm oxuduqlarımız deyil gördüklərimizdir.
ƏDƏBİYYAT

  1. Ульянова Р.К. Проблемы коррекционной работы с аутичными детьми-28

  2. Кузнецова Л.В. Ранний детский аутизм -57, 90, 102

  3. Dr.Yeşim Fazlıoğlu, Uzm.Meral Eşme-Yurdakul-19,20,21

  4. http://pro-autizm.ru/chto-takoe-autism/

  5. http://www.psikorehberim.com/ozel-egitim/208-otizm-nedenleri-belirtileri-oneriler.html

  6. http://www.medikalakademi.com.tr/otizm-nedir-otizme-ne-sebep-olur-ve-tipik-belirtileri-nelerdir/

  7. http://www.otizm.com/otizm-tarihcesi.html

  8. http://www.autismspeaks.org/what-autism

Резюме
Аутизм века как актуальная проблема
Аутизм – это неспособность формировать эмоциональные отношения с окружающими. У мальчиков он встречается в 3-4 раза чаще, чем у девочек.
Первые признаки заболевания появляются до 3 лет. С раннего детства больные не выявляют интереса к звуку человеческого голоса, не смотрят в глаза, избегая прямого взгляда, не просятся на руки. При аутизме часто нарушено развитие речи, и больные дают знать о своих желаниях с помощью крика, плача или активной жестикуляции.
SUMMARY
Autism century as an urgent problem
Autism - the inability to form emotional relationships with others. At occurs in boys, 3-4 times more often than girls. The first signs of the disease appear to 3 years. Early childhood patients do not show interest in the sound of the human voice, do not look into the eyes, avoiding direct gaze, not to ask for the hand. Autism often disrupted language development, and give patients know about their desires through screaming, crying or active gestures.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish