Ürəyin işemiyası və miokard infarktı
Psixi faktorlar riskin somatik faktorları ilə birlikdə təsir edir (hipertoniya, siqaret, şəkərli diabet, artıq çəki). Belə əlaqənin 3 əsas variantı təyin olunub:
1) Emosiyalar və «ağırlıq» koronar qan dövranına, ürəyə bilavasitə təsir edir.
2) Arterial hipertoniyanın əmələ gəlməsində psixosomatik təsirin rolu böyükdür: onlar yağların mübadiləsinə təsir göstərir və aterosklerozun əmələ gəlməsinə səbəb olurlar.
3) Psixosomatik faktorlar siqaret çəkmə və spirtli içkilərdən istifadəyə gətirib çıxarır və nəticədə yeməyə tələbat artır və piylənməyə gətirir.
Konorar xəstələr miokard infarktının başlanğıc göstəricilərini heç nəzərə almırlar. Onlar xoşagəlməz duyğuları zarafat hesab edirlər və biganəlik göstərirlər. Konorar xəstəliklərə davranışın müəyyən tipləri aiddir. Roseman, Fridman (1959) infarkta təhlükə olan davranışı A tipli adlandırmışlar. Onlar B tipinə tam əksdirlər. A tipli insanlar yaradıcı tipdir, müvəffəqiyyətsizlik zamanı isə daxili gərginliyin artması baş verir.
A tipli insanlar 3 yarımsinfə bölünürlər:
1) Qapalı, tormozlanmış, mimika və jestlərdən istifadə etmirlər. Onlar özlərindən nadir hallarda çıxırlar, əgər çıxsalar da uzun müddət sakitləşə bilmirlər.
2) Öz hisslərini gizlədə bilirlər, daxilən çox əsəbidirlər.
3) Ətrafda baş verənlərə çox hay-küylü şəkildə reaksiya verirlər. Ünsiyyətcildirlər, əl-qolla danışırlar, bərk gülüb, danışırlar. Tez-tez özlərindən çıxırlar, savaşırlar, lakin bunu tez unudurlar.
Şafer (1976) infarkt riskinin 2 faktorunu ayırd edir: bir tərəfdən ateroskleroz, digər tərəfdən stress. Faktorların təsiredici gücünün artmasına pasientin həyat tərzi, qidalanması, alkoqol, siqaret, hipodinamik həyat tərzi və qorxu, gərginlik, aqressivlik halları da təsir edir.Danbar (1943) şəxsiyyətin koronar profilini təsvir edərək aşağıdakıları qeyd edir: işləmək arzusu, öz sahəsində zirvələrə ucalmaq, sosial status, sosial normalara adaptasiya olmaq. Risk faktorlarına aiddir: gərgin həyat ritmi, sosial əhəmiyyət və nailiyyətə canatma, gərgin-narahat fəaliyyət.Tələsmək, narahatçılıq, üz əzələsinin daimi gərginliyi, seytnot hissi və məsuliyyət gələcək infarkt xəstəliklərinin əlamətləridir. Onlar üçün iş o qədər əhəmiyyətlidir ki, başqa heç bir şeyə vaxtları qalmır.Gərginliyin səbəbi çox vaxt təkmilləşmənin yetərsizliyidir, bu da gənc ixtisaçılarda yaşlılara nisbətən daha çox rast gəlinir və infarkt riski artır.Yüklənməni də digər konfliktlər kimi həll edirlər: özünə müraciət edərək: tələsmək, güclü və hərtərəfli inkişaf etmiş.
İşemik xəstələri tipik nevrotiklərlə müqayisə etmək olmaz: onlarda tormoz, emosional labillik, inamsızlıq yoxdur. Müasir aləmdə belə insanların işi və uğurunu normadançox kimi qiymətləndirmək olar.İşemiya xəstəliyi psixosomatik nöqteyi-nəzərdən 3 ardıcıl mərhələlərdən ibarətdir: hiperaktivlik, kompensasiya və uçurum.
Kardiofobik nevroz.
Kardiofobik nevroz zamanı parçalayıcı konflikt yüksək ambivalent şəxsiyyəti müəyyən edir. Bir tərəfdən özünü müdafiəyə qabiliyyət, digər tərəfdən – imkanların məhdudluğu və asılılıq. Belə bir konflikt onu əmələ gətirən vəziyyətdən asılıdır (ölüm, xəstəlik, köçmə) – tənhalıqla nəticələnə bilən. Belə xəstələrin fantaziyalarında aqressiv ölüm arzusu və gözəl bir xilas etmə müşahidə olunur. Simbiotik münasibətlərə meyillik göstərən kardionevrozlu xəstələrdə ana və ya ata ilə sıx əlaqələrin itirilməsi zamanı daxili və xarici çətinliklər yaranır. Ətrafdakı insanların ölümünü sanki öz şəxsi həyatı kimi qavrayırlar.
Bu xəstələr əsasən atasız böyüyən tək oğlan uşaqlarında, bir də sonbeşik olan oğlanlarda müşahidə olunur. Onlar analarına çox bağlı olurlar. Gələcək həyatda münasibətlərin yaranmasında çətinliklər yaranır. Çox erkən bağlılıq nevrozun yaranmasına səbə olur.Bağlılıq və ya öyrəşmənin ardıcıllığı və onun kəskin kəsilməsi çox pis təsir edir. Burada A və B tipli davranış tipləri var: A tipii-bilavasitə simbiotik asılılıq nümayiş etdirir; B tipii –belə bir «alçaldıcı» vəziyyətlərə dözmür və özünü nümayişkəranə azad aparır (həm dərk olunan, həm də dərk olunmayan hərəkətlərində)
Xəstələrin çoxunda sadə asılılıq, həyati əlaqələrin azalması, çətinliklərdən qaçma (fobiyalara xas olan). Bəziləri isə işləmirlər, sərbəst yaşaya bilmirlər, psixoterapevtin və yaxınlarının köməyinə ehtiyacları olur. Onlar seksual münasibətlərdən, idmandan, fiziki işlərdən uzaq dururlar (ürək döyüntüsünü artıran proseslərdən) Bir qismi isə ürək fəaliyyətini daima izləyir, ona aid olan ədəbiyyatı oxuyurlar, bir psixoterapevtdən digərinin yanına gedirlər, öz müşahidələrini bədəninin başqa hissələrinə yönəldirlər. Kardionevroloji qorxu zamanı psixofizioloji dairə öz rolunu oynayır: qorxu və həyəcan nəticəsində adrenalin qana atılır bu isə «taxikardiyaya» gətirir. Təzyiq artır, ürəyin faydalı effekti azalır, hipoksiya əmələ gəlir, nəticədə qorxu və həyəcan əmələ gəlir, bu da ürəyə təsir edir. Ürək sıxılmalarının sayının artması qorxuya səbəb olur. Sadə asılılıq və inkarın və qorunmanın tipini psixoloji testlərlə tapmaq olar. MMRİ profillərində Rixter və Bekman onları A və B tipli təsvir etmişlər. Onlar ən çox infarktdan qorxurlar, lakin o elə də onlar arasında müşahidə olunmur.
Ürək ritminin pozuntuları
Pristuplar (tutmalar) konfliktlərlə və situasiyalarla bağlı olan faktorlarla əmələ gəlir. Ürəyi 25 % sağlam olan pasientlərdə həyat situasiyalarla və pristup arasında olan əlaqə ilə müşayiət olunur. Pristuplar daxili gərginlik zamanı əmələ gəlir. Pasientlər öz hisslərini idarə edə bilirlər, onları gizlədə bilirlər, bir zəiflik kimi nəzərdən keçirirlər: «Mən bildirmirəm ki, mənə nə olub».Onlar öz emosional aləmini qoruyurlar, mübahisələrdən, qarşıdurmalardan, mübahisələrdən uzaq dururlar.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1.Бройтигам В., Кристиан П., Рад М. Психосоматическая медицина:Краткий учебник. М., 1999.
2.Bernard L.C., Crupat E. Health Psychology. Biopsychosocial Factors in Health and ness. Harcourt Brace College Publishers, 1994.
3.Bundy C. Cardiovascular and respiratory disease. Treatment // The Handbook of Clinical Adult Psychology / Ed. by S.Lindsay &G.Powell. London; New York, 1995. P.573-588
Психосоматические компоненты сердечно-сосудистых заболеваний
Резюме
Заболевания сердца и сосудов в экономически развитых странах являются самой частой причиной смерти. В последние годы кардиологи все большее значение придают психосоциальным факторам риска и их связи с соматическими факторами. Образ жизни, установки личности и положение человека в его профессиональном и семейном окружении важны для кровообращения и его физиологической регуляции. Издавна известны такие соматические факторы риска, как неправильное питание, ожирение, курение и злоупотребление алкоголем, в которых отражаются особенности личности.
Psychosomatic components of cardiovascular diseases
Abstrakt
Diseases of heart and vessels in economically developed countries are the most frequent cause of death. In recent years cardiologists attach the increasing significance to psychosocial risk factors and their communication with somatic factors. The way of life, installations of the personality and position of the person in his professional and family environment are important for blood circulation and its physiological regulation. Such somatic risk factors as improper feeding, obesity, smoking and abuse of alcohol in which features of the personality are reflected are long since known.
Do'stlaringiz bilan baham: |