Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat



Download 0.75 Mb.
bet5/8
Sana08.05.2017
Hajmi0.75 Mb.
1   2   3   4   5   6   7   8

Əlavə E: Səth və yeraltı su ehtiyatlarının əlaqələndirilmiş şəkildə idarə olunması

  1. Kosovanın Su Qanunu (2004-cü il)

5-ci maddə. Dayanıqlı Su İdarəçiliyinin Prinsipləri

Su Ehtiyatlarının uzun-müddətli mühafizəsini və dayanıqlı istifadəsini təmin etmək tələbini nəzərə alaraq, Su İdarəçiliyi aşağıdakı prinsiplərə əsaslanmalıdır:

...

e.İnteqrasiya: o deməkdir ki, Su İdarəçiliyində səth və yeraltı sular arasında əlaqələr, bunlar və sulardan və digər ətraf mühit amillərindən asılı olan ekosistemlər arasında münasibətlər nəzərə alınmalıdır, habelə sənaye və kənd təsərrüfatı kimi digər sahələrin siyasətlərində su idarəçiliyi məsələləri nəzərə alınmalıdır.

B. Filippinin Su Məcəlləsi (1976-cı il)



32-ci maddə. Yeraltı sulardan istifadə çaylar, axınlar, bulaqlar və göllər kimi səth sularından istifadə ilə əlaqələndirilməlidir ki, onların bir-birinə mənfi təsiri olmasın.

Bu məqsədlə, Şura, yeraltı suların və səth sularının əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi üçün normaları və qaydaları bəyan etməli və nəzarət altında olan ərazilərin mövcudluğunu elan etməlidir.

Nəzarət altında olan ərazilər, yeraltı və səth sularının birindən suyun götürülməsinin və ya istifadəsinin digərinə də eynilə təsir göstərəcəyi qədər yeraltı və səth sularının bir-birilə əlaqəli olduğu ərazidir. Nəzarət altında olan ərazinin sərhədləri, şəraitə uyğun olaraq vaxt keçdikcə dəyişdirilə bilər.

C.Ermənistanın Su Məcəlləsi (2002-ci il)



5-ci maddə. Su Ehtiyatlarının və Su Sistemlərinin İdarəçiliyinin, İstifadəsinin və Mühafizəsinin Əsas Prinsipləri

Ermənistan Respublikasında su ehtiyatlarının və su sistemlərinin idarəçiliyinin, istifadəsinin və mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:

8)Yeraltı və səth sularının əlaqələndirilmiş və inteqrə edilmiş şəkildə idarəçiliyinin qəbul edilməsi;

Əlavə F: Ətraf mühitə təsirin qiymətləndirilməsi tələbləri

  1. Latviyanın Su İdarəçiliyi haqqında Qanunu (2002-ci il)

15-ci maddə. İqtisadi təhlil, çay hövzəsi rayonunun səciyyəvi xüsusiyyətləri və insan fəaliyyətinin ətraf mühitə təsirinin araşdırılması

  1. Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Naziri, 16-cı maddənin şərtlərini nəzərə alaraq, hər bir çay hövzəsi rayonu və beynəlxalq çay hövzəsi rayonunun Latviya ərazisinə düşən hissəsi üçün su ehtiyatlarından istifadənin iqtisadi təhlilini (bundan sonra iqtisadi təhlil), çay hövzəsi rayonunun səciyyəvi xüsusiyyətlərini və insan fəaliyyətinin ətraf mühitə təsirinin araşdırılmasını təsdiq edir.

  2. Birinci bənddə qeyd edilən iqtisadi təhlil, çay hövzəsi rayonunun səciyyəvi xüsusiyyətləri və insan fəaliyyətinin ətraf mühitə təsirinin araşdırılması ən azı altı ildən bir yenilənməlidir.



  1. Kenyanın Su Qanunu (2002-ci il)

29. İcazə alma proseduru

...

(4)33-cü maddədə nəzərdə tutulan hallar istisna olmaqla, icazə üçün müraciət, Ətraf Mühit İdarəçiliyi və Əlaqələndirmə Qanununun (nr.8, 1999-cu il) tələblərinə uyğun olaraq, ictimai məsləhətləşmədən və müvafiq hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməlidir.

57. Lisenziya alma proseduru

...

(6)Lisenziya almaq üçün müraciət, Ətraf Mühit İdarəçiliyi və Əlaqələndirmə Qanununun (Cap. 387) tələblərinə uyğun olaraq, ictimai məsləhətləşmədən və müvafiq hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməlidir.

C. Cənubi Afrika Respublikasının Milli Su Qanunu (1998-ci il)



11-ci Fəsil

110. Məsləhətləşmə və ətraf mühitə təsirin qiymətləndirilməsi

(1) Suötürücü qurğunu inşa etməzdən əvvəl, Nazir –

(a) təklif olunan su qurğusu ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsini hazırlamalı, bu qiymətləndirmə, Nazir tərəfindən məqsədəuyğun hesab edildiyi təqdirdə, 1989-cu il Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun (Qanun nr.73, 1989-cu il) 26-cı maddəsinə əsasən qəbul edilmiş qaydalardakı tələblərə uyğun olmalıdır.

...

  1. aşağıdakıları nəzərdən keçirməlidir –

(i)b(iii) bəndində qeyd olunan tarixdə və ya bu tarixədək alınan bütün qeydləri və

(ii) ətraf mühitə təsirin qiymətləndirilməsini.

D.Ermənistanın Su Məcəlləsi (2002-ci il)



30-cu maddə. Sudan istifadəyə dair icazə üçün müraciətetmə proseduru

...

Su Ehtiyatlarını İdarəetmə və Mühafizə Orqanı tərəfindən ilkin qiymətləndirmə aşağıdakıları əhatə etməlidir: bu Məcəllə ilə tələb olunan hər hansı xüsusi istifadə şərtlərini müəyyənləşdirmə, tələb olunan hər hansı əlavə informasiyanı bildirmə və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə ehtiyacın olub-olmamasını müəyyənləşdirmə.

İlkin qiymətləndirmə başa çatdıqdan sonra otuz (30) gün müddətində Su Ehtiyatlarını İdarəetmə və Mühafizə Orqanı sudan istifadəyə dair icazə üçün edilən müraciət barədə lazımi şəkildə ictimai bildiriş verməlidir.

Qanunla tələb olunduğu halda, sudan istifadəyə dair icazə üçün müraciət edən tərəflər ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini də təqdim etməlidirlər. Zəruri olduqda, müraciətin araşdırılması üçün verilən vaxt ətraf mühitə təsirin qiymətləndirilməsini araşdırma tələblərinə uyğun olmaq üçün dəyişdirilə bilər.

43-cü maddə. Su sistemindən istifadəyə dair icazə üçün müraciətetmə prosesi

...

Qanunla tələb olunduğu halda, su sistemindən istifadəyə dair icazə üçün müraciət edən tərəflər ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini də təqdim etməlidirlər. Zəruri olduqda, müraciətin araşdırılması üçün verilən vaxt ətraf mühitə təsirin qiymətləndirilməsini araşdırma tələblərinə uyğun olmaq üçün dəyişdirilə bilər.

Əlavə G: Minimum ekoloji axın tələbləri

  1. Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)

2-ci maddə. Bu məcəllədə istifadə olunan əsas ifadələr və anlayışlar

Bu Məcəllədə istifadə olunan ifadələr və anlayışlar aşağıdakı mənanı verir:

...

Ekoloji axın” – su tutarda ciddi zərərə səbəb olmadan su ekosistemini saxlamağa imkan verən minimum su axınıdır.



64-cü maddə. Minimum ekoloji axın tələbləri

Səlahiyyətli Dövlət Ekoloji Mühafizə Orqanının və Dövlət Su Administrasiyasının birgə təklifi əsasında, Qırğızıstan Respublikasının hökuməti ayrı-ayrı çaylarda və su tutarlarda balıq ehtiyatları və su ekosistemlərini qorumaq üçün zəruri olan minimum ekoloji axın tələblərini müəyyənləşdirir.

  1. Sloveniyanın Su Qanunu (2002-ci il)

71-ci maddə. Ekoloji baxımdan məqbul hesab edilən axın

  1. Səth sularından istifadə və ya ətraf mühitə buraxılan maddələr, axını azalda biləcək səth sularında isinmə, daha aşağı su səviyyəsi və ya suyun vəziyyətində korlanma hallarında, ilin bütün vaxtları üçün ekoloji baxımdan məqbul axın və ya səth sularının səviyyəsi (bundan sonra ekoloji baxımdan məqbul hesab edilən axın) təmin edilməlidir.

  2. Ekoloji baxımdan məqbul hesab edilən axın suyun elə miqdarıdır ki, icazə verilən istifadə və ya icazə verilən çirklənmə hallarında, bu, səth sularının ekoloji vəziyyətini korlamır və ya onun yaxşılaşmasının qarşısını almır.

  3. Ekoloji baxımdan məqbul hesab edilən axın, sərmayəçinin hesabına səlahiyyətli şəxs tərəfindən hazırlanan eskpert rəyi əsasında, bu Qanunun 125-ci maddəsində qeyd edilən sudan istifadə icazəsində, bu Qanunun 141-ci maddəsində qeyd edilən konsessiya müqabiləsində və ya bu Qanunun 150-ci maddəsində qeyd edilən sudan istifadəyə dair təsdiq sənədində göstərilməlidir.

  4. Əvvəlki bənddə qeyd olunan ekspert rəyi, təbiətin mühafizəsinə görə cavabdeh olan nazirlə razılaşdırılmaqla, nazir tərəfindən müəyyən edilən metodologiya əsasında səlahiyyətli şəxs tərəfindən işlənib hazırlanmalıdır.

  5. Səlahiyyətli şəxs uyğun ali təhsilə və müvafiq iş təcrübəsinə malik olmalıdır.

  6. Bu maddənin dördüncü bəndində qeyd olunan qaydalarda səlahiyyətli şəxs tərəfindən yerinə yetirilməli daha təfsilatlı şərtlər və icazənin alınması və ləğv edilməsi metodu müəyyənləşdirilməlidir.

  7. Nazir bu maddənin birinci bəndində qeyd olunan istifadə və müdaxilə növlərini müəyyənləşdirməlidir.

C.Filippinin Su Məcəlləsi (1976-cı il)

62-ci maddə. İcazə alımış şəxs tərəfindən axın suları hər hansı bir su anbarında aşağı axından istifadə icazəsi olan şəxsin hüququna xələl gətirməyən həcmdə saxlanmalıdır. Su anbarını işlədən şəxs, tələb olunduqda, minimum axın üçün suyu buraxmalıdır.

66-cı maddə. Şərait tələb etdikdə lazımi bildiriş verildikdən və dinləmədən sonra, Şura tərəfindən, ətraf mühitin mühafizəsi, çirklənməyə nəzarət, gəmiçilik, şoranlaşmanın səbəb ola biləcəyi zərərin qarşısının alınması və ümumi əhalinin istifadəsi üçün zəruri ola bilən şərtlər əsasında, çaylar və axınlar üçün minimum axınlar və göllər üçün minimum su səviyyələri müəyyənləşdirilə bilər.

D.Çex Respublikasının Su Qanunu (2001-ci il)



36-cı maddə. Minimum Artıq Axın

  1. Minimum artıq axın, səth sularının, onlardan ümumi istifadəyə və su kanalının ekoloji funksiyalarına hələ də imkan verən axınıdır.

  2. Su müəssisəsi, suyun axınında azalma ilə nəticələnə bilən sudan istifadə üçün icazə verərkən minimum artıq axını müəyyənləşdirəcəkdir. Su müəssisəsi öz qərarında çay hövzəsini idarəetmə planlarına və Ətraf Mühit Nazirliyi tərəfindən verilən metodoloji təlimata əsaslanacaq və eyni zamanda, səth və yeraltı suların mövcud vəziyyətini, xüsusilə də müvafiq çay hövzəsində su balansının nəticələrini nəzərdən keçirəcəkdir.

  3. Su müəssisəsi, su idarəçilik strukturlarının sahiblərinin üzərinə, minimum artıq axına uyğunluğa nəzarət etmək məqsədilə, öz müvafiq su idarəçilik strukturlarında ölçü cihazı və ya su nişanı quraşdırmaq öhdəliyini, o cümlədən mütəmadi olaraq minimum artıq axını ölçmək və nəticələr barədə müvafiq çay hövzəsini idarə edən tərəfə hesabat vermək öhdəliyini qoya bilər.

37-ci maddə. Yeraltı suların minimum səviyyəsi

  1. Yeraltı suların minimum səviyyəsi su ehtiyatlarından dayanıqlı istifadəyə hələ də imkan verən və əlaqəli su tutar ekosistemlərin ekoloji stabilliyini təhlükəs altına almayacaq səviyyədir.

  2. Su müəssisəsi, sudan istifadə üçün verdiyi icazə sənədində, belə istifadənin yeraltı su səviyyəsində azalmaya səbəb ola biləcəyi təqdirdə, yeraltı suyun minumum səviyyəsini müəyyənləşdirəcəkdir. Bunu müəyyənləşdirərkən, su müəssisəsi, çay hövzəsini idarəetmə planlarından və Ətraf Mühit Nazirliyi tərəfindən verilən metodoloji təlimatdan istifadə edəcək və eyni zamanda, səth və yeraltı suların mövcud vəziyyətini, xüsusilə də müvafiq hidrogeoloji rayonda su balansının nəticələrini nəzərdən keçirəcəkdir.

  3. Su müəssisəsi, 2-ci bəndə əsasən, səlahiyyətli şəxsin üzərinə yeraltı suların çəkilməsi (istifadəsi) qaydalarının layihəsini təsdiq olunmaq üçün təqdim etmək öhdəliyini və ya ölçmənin metodu da daxil olmaqla yeraltı suyun səviyyəsini mütəmadi olaraq ölçmək öhdəliyini və ölçmələrin nəticələri barədə müvafiq çay hövzəsini idarə edən tərəfə hesabat vermək öhdəliyini qoymaq səlahiyyətinə malikdir.

E.Ermənistanın Su Məcəlləsi (2002-ci il)

10-cu maddə. Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı

Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı:

...

6)Milli Su Proqramına uyğun olaraq, ən son icazə verilən toplanmaları və minimum ekoloji axınları müəyyən edir və çirkab suların axıdılması üçün icazə verilən ən son hədd keyfiyyət və kəmiyyət meyarlarını təsdiq edir;

16-cı maddə. Milli Su Proqramı

...

Milli Su Proqramı Hökumət tərəfindən təsdiq olunan hər bir su hövzə idarəetmə ərazisi üçün aşağıdakıları müəyyənləşdirir:

6.Hazirki su mühafizə və idarəçilik tədbirlərinin effektivliyi üçün meyarlar, su ehtiyatlarının təhlükəsiz ekoloji vəziyyətinin və özü-özünə bərpa imkanının saxlanılmasını təmin etmək üçün müəyyən olunmuş ekoloji axınların və sudan dəyişməz istifadənin maksimum icazə verilən həcmləri.

Əlavə H: Təhlükələri yüngülləşdirmək üçün torpaqdan istifadə və bununla bağlı tədbirlər üzərində məhdudiyyətlər

  1. Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)

16-cı maddə. Yerli dövlət idarəetmə orqanlarının səlahiyyətləri

  1. Bu Məcəllənin məqsədləri üçün yerli dövlət idarəetmə orqanlarının səlahiyyətlərinə aşağıdakılar aiddir:

...

  • Daşqın və sel riskləri olan ərazilərdə tədbirləri tənzimləmək və mühafizə işlərini həyata keçirmək üçün əlavə aktlar qəbul etmək.

20-ci maddə. Su Ehtiyatlarının İnkişaf Etdirilməsi, İstifadəsi və Mühafizəsi üçün Hövzə Planları

...

72-ci maddə. Daşqın və sellərdən mühafizə

  1. Hər bir Hövzə Planında daşqın, sel və torpaq sürüşməsi riski altında olan ərazilər və daşqınların və sellərin insan həyatına və əmlakına doğurduğu risklərin qarşısını almaq və onları minimuma endirmək üçün belə ərazilərdə qadağan edilməli və ya məhdudlaşdırılmalı fəaliyyət növləri müəyyənləşdirilir.

  2. Hövzə Planına uyğun olaraq, 1-ci yarımbənddə qeyd olunan növ ərazilərdə aşağıdakılar qadağan olunur:

  • Dövlət Su Administrasiyasının yazılı razılığı olmadan, daşqın, sel və torpaq sürüşməsi riski altında olan ərazidə hər hansı binanın və ta konstruksiyanın inşa edilməsi;

  • Dövlət Su Administrasiyasının yazılı razılığı olmadan, daşqın, sel və torpaq sürüşməsinə səbəb ola bilən ayrı-ayrı fəaliyyətləri həyata keçirmək.

  1. Dövlət Su Administrasiyası, Dövlət Fövqəladə Hallar Orqanı ilə birgə, yaşayış və sənaye ərazilərini, insanların həyatlarını və əmlaklarını daşqın və sel risklərindən qorumaq üçün tikinti, əməliyyat və mühafizə işlərini aparma üzrə illik proqramları hazırlayır. Belə proqramlar nəzərdən keçirilməsi və maliyyələşmə mənbələrinə dair qərarların qəbul edilməsi üçün Milli Su Şurasına təqdim olunur.

74-cü maddə. Quraqlıqlar və su çatışmazlıqları

Qırğızıstan Respublikası, quraqlıq və ya su çatışmazlığı vaxtlarında, aşağıdakı hüquqlara malik olur:

  • Su ehtiyatlarından istifadə ilə müşayiət olunan bəzi və ya bütün fəaliyyətlər üzərinə məhdudiyyətlər qoymaq;

  • Sudan İstifadəyə dair İcazələr və / və ya Suyun Axıdılmasına dair İcazələrə uyğun olaraq sudan istifadəni məhdudlaşdırmaq;

  • Quraqlıq və su çatışmazlığına məruz qalan ərazidə sudan istifadə üçün yeni prioritetləri mütəmadi olaraq müəyyənləşdirir;

B.Sloveniyanın Su Qanunu (2002-ci il)

76-cı maddə. Su Mühafizə Rejimi

  1. Mühafizə olunan su ərazisində su mənbələrinin kəmiyyətlə və ya keyfiyyətlə bağlı vəziyyətini təhlükə altına ala bilən tədbirlər həmin ərazidə məhdudlaşdırıla və ya qadağan oluna bilər; buna alternativ olaraq, mühafizə olunan su ərazisində torpaq sahibləri və ya digər mülkiyyətçilər su mənbələrinin kəmiyyətini və keyfiyyətini qorumaq üçün tədbirlər həyata keçirmək və ya bunların həyata keçirilməsinə imkan yaratmaq öhdəliyini daşıya bilərlər.

  2. Əvvəlki bənddə qeyd olunan məhdudiyyətlər aşağıdakılara tətbiq olunur:

  1. Fiziki məkana müdaxilələrin qadağan olunması və ya xüsusi şərtlərin müəyyənləşdirilməsi;

  2. Fəaliyyətlərin qadağan olunması və ya məhdudlaşdırılması;

  3. Malların və ya insanların daşınmasının qadağan olunması və ya məhdudlaşdırılması.

  1. İçməli su təchizatı üçün mühafizə olunan su ərazisində yerləşən torpaq üzərində əmlak hüququ, su mənbələrinin kəmiyyətinin və keyfiyyətinin qorunmasına əvvəlki bənddə qeyd olunan məhdudiyyətlər və qadağalar vasitəsilə nail olmaq mümkün olmadıqda, özgəninkiləşdirmə qaydalarına uyğun olaraq ləğv edilə və ya məhdudlaşdırıla bilər.

86-cı maddə. Daşqın əraziləri

  1. Daşqın əraziləri, təbii faktorlar nəticəsində suyun hərdən su yatağından kənara çıxdığı su, sahilyanı və digər torpaq ərazilər hesab edilir.

  2. Suyun mənfi təsirlərinə qarşı qoruma niyyətilə müdaxilələr istisna olmaqla, daşqın baş verdiyi halda, sulara, su və ya sahilyanı əraziyə mənfi təsirlər göstərə biləcək və ya bu ərazidə daşqın riskini artıran bütün fəaliyyətlər və fiziki məkana müdaxilələr daşqın ərazilərində qadağan edilməlidir.

  3. Daşqından qoruma məqsədləri üçün, əvvəlki bənddə qeyd olunan fiziki məkana müdaxilələrə və fəaliyyətlərin həyata keçirilməsinə şamil edilən şərtlər bu Qanunun 85-ci maddəsinin ikinci bəndində qeyd olunan tənzimləmədə daha təfsilatlı şəkildə verilməlidir.

87-ci maddə. Eroziya ərazisi

  1. Eroziya əraziləri daima və ya mütəmadi olaraq səth, dərin və ya yan su eroziyasının təsiri altında olan ərazilər, o cümlədən aşağıdakı ərazilər hesab edilir:

  1. Yuma mənbələri (eroziya nöqtələri) olan;

  2. Axın sularının (axın yolunun) təsiri altında olan;

  3. Çürüməyə meylli qayalardan ibarət olan;

  4. Dəniz dalğalarının (sıldırım qayaların) təsiri altında olan.

  1. Eroziya zonalarında aşağıdakılar qadağan olunmalıdır:

  1. Fiziki məkana eroziyanı və axınların formalaşmasını sürətləndirən tərzdə müdaxilələr;

  2. Səthlərin soyulması;

  3. Torpaq sürüşmələrinin və uçqunların qarşısını alan, suyun çəkilmə şəraitini tənzimləyən və ya digər hər hansı bir şəkildə dəniz səviyyəsindən aşağıdakı əraziləri eroziyanın mənfi təsirlərindən qoruyan meşələrin qırılması;

  4. Bulaqların doldurularaq bağlanılması;

  5. Nəzarətsiz şəkildə toplama və ya toplanmış suyun eroziyaya və ya torpaq sürüşməsinə meylli ərazilərə yönəldilməsi;

  6. Sel suyunun axınının məhdudlaşdırılması, suyun eroziya gücünün artırılması və balansı təmin edən şəraitin korlanması;

  7. Ağac və digər materialların yığılması və ya saxlanması;

  8. Qazılmış və ya tullantı materialları ilə doldurma;

  9. Axının yatağında axın tutumunu artırmaq məqsədləri istisna olmaqla, yataqdan və sahillərdən suxur və çöküntülərin götürülməsi;

  10. Ağacların axınlarla daşınması.

  1. Axın sularının mənfi təsirlərinə qarşı qoruma məqsədilə, fiziki məkana müdaxilələr və əvvəlki bənddə qeyd olunan fəaliyyətlərin həyata keçirilməsi üçün daha təfsilatı şərtlər bu Qanunun 85-ci maddəsinin ikinci bəndində qeyd olunan qaydalarda müəyyənləşdirilir.

88-ci maddə. Torpaq sürüşmələrinin baş verdiyi ərazilər

  1. Torpaq sürüşmələrinin baş verdiyi ərazilər su hadisələrinin və torpağın geoloji quruluşunun torpaq və təpələrin stabilliyinə risk yaratdığı ərazilərdir.

  2. Torpaq sürüşmələrinin baş verdiyi ərazidə torpaq sahibləri və ya digər mülkiyyətçilər torpağa dağ yamaclarının hərəkətinə təkan verən və ya torpağın stabilliyini hər hansı bir digər şəkildə risk altında qoyan şəkildə müdaxilə edə bilməzlər.

  3. Əvvəlki bənddə qeyd olunan ərazidə aşağıdakılar qadağan edilməlidir:

1. xüsusən meydançaların salınması ilə suyun saxlanması və torpağa hopdurmanı sürətləndirə biləcək digər müdaxilələr;

2. torpağa əlavə hopdurmaya və yeraltı suyun səviyyələrinin artmasına səbəb ola bilən müdaxilələr;

3.torpağı əlavə olaraq yükləyən və ya torpağın özülündən yükü çıxaran torpaqla bağlı işlərin aparılması;

4. torpağın sürüşməsini sürətləndirə bilən meşəsizləşdirmə (meşələrin qırılması) və iri meşə və kolluqların bərpası.

(4) Torpaq sürüşmələrinə və təpələrdə sürüşmələrə qarşı qoruma məqsədilə, fiziki məkana müdaxilələr və əvvəlki bənddə qeyd olunan fəaliyyətlərin həyata keçirilməsi üçün daha təfsilatı şərtlər bu Qanunun 85-ci maddəsinin ikinci bəndində qeyd olunan qaydalarda müəyyənləşdirilir.

89-cu maddə. Uçqun əraziləri

  1. Uçqun əraziləri iqlim və topoqrafik səbəblərdən uçqunların baş verdiyi və ya baş vermə ehtimalının yüksək olduğu ərazilər hesab olunur.

  2. Uçqun ərazilərdə meşələrin qırılması, ərazilərin düzlənməsi və uçqunların standart təbii istiqamətlərdən bitki örtüyü olan, qeyri-stabil və ya digər şəkildə risk altında olan ərazilərə yönəldilməsi qadağan edilməlidir.

  3. Uçqunlara qarşı qoruma məqsədilə, fiziki məkana müdaxilələr və əvvəlki bənddə qeyd olunan fəaliyyətlərin həyata keçirilməsi üçün daha təfsilatı şərtlər bu Qanunun 85-ci maddəsinin ikinci bəndində qeyd olunan qaydalarda müəyyənləşdirilir və onlar, xüsusilə, qar uçqunlarının qarşısını alan meşə massivlərinin salınması işinin sürətləndirilməsinə və tikililərin və qurğuların uçqunlara qarşı daimi mühafizəsi üçün qoruma tədbirlərinin həyata keçirilməsinə tətbiq olunmalıdır.

C.Çex Respublikasının Su Qanunu (2001-ci il)

28-ci maddə.

Təbii şəkildə suyun toplandığı qoruq ərazilər

  1. Təbii şəraitin nəticəsi olaraq suyun təbii şəkildə toplandığı iri ərazilər hökumət fərmanları ilə “təbii şəkildə suyun toplandığı qoruq ərazilər” elan edilir.

  2. Hökumət fərmanında nəzərdə tutulduğu hüdudlarda, təbii suyun toplandığı qoruq ərazilərdə aşağıdakılar qadağan edilir:

  1. meşə torpaqlarının həcminin azaldılması,

  2. meşə torpaqların qurudulması,

  3. kənd təsərrüfatı torpaqlarının qurudulması

  4. torf yosunlarının çıxardılması,

  5. açıq çalalarda xam materialların çıxarılması və ya yeraltı su hopdurma zonasını üzə çıxaracaq torpaqla bağlı digər işlərin görülməsi,

  6. radioaktiv materialların çıxarılması və işlənməsi,

  7. radioaktiv tullatıların yerləşdirilməsi.

D.Litvanın Su haqqında Qanunu (1999-cu il)

34-cü MADDƏ. İqtisadi fəaliyyətin tənzimlənməsi

  1. Su tutarlarda gəmiçilik, elektrik enerjisinin hasil olunması, balıqçılıq və digər iqtisadi fəaliyyət, mədən işləri, qazıntı işləri, sahillərin möhkəmləndirilməsi və digər hidrotexnoloji tikinti işləri suyun keyfiyyətinə, flora və faunaya, habelə sahil ərazilərin və hdirotexnoloji qurğuların stabilliyinə mənfi təsirləri minimuma endirəcək şəkildə təşkil edilməli və aparılmalıdır.

  2. Suyun keyfiyyətinə təsir göstərən iqtisadi və digər qurğuların layihələşdirilməsində, inşa edilməsində, yenidən qurulmasında və işlədilməsində, sudan dayanıqlı istifadəni, su tutarların mühafizəsini, istifadə olunan suya görə hesabatı və digər su istifadəçilərinin hüquqlarının qorunmasını təmin edən tədbirlərin görülməsi də nəzərdə tutulmalıdır.

  3. Su tutarlara təsir edə bilən iqtisadi qurğuların layihələşdirilməsi, inşa edilməsi, yenidən qurulması, genişləndirilməsi, həvalə edilməsi və işlədilməsi üzrə prosedurlar Ətraf Mühitin Mühafizəsi haqqında Qanunla, Planlaşdırılan İqtisadi Fəaliyyətin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi haqqında Qanunla, habelə digər qanunlar, hüquqi aktlarla müəyyən edilməlidir.

  4. Su tutarların ətrafındakı qorunan zolaqlarda və qoruq ərazilərdə iqtisadi tədbirlər Hökumət tərəfindən təsdiq olunan Qoruq Ərazilər haqqında Qanunla və qaydalarla tənzimlənməlidir.

  5. Hüquqi və fiziki şəxslər su tutarların vəziyyətinə və onların suyunun keyfiyyətinə mənfi təsir göstərə biləcək iqtisadi fəaliyyətlə yalnız Planlaşdırılan İqtisadi Fəaliyyətin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi haqqında Qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilən prosedurlara uyğun olaraq və müvafiq fəaliyyətlə bağlı Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən səlahiyyət verilən təşkilat tərəfindən müsbət qərar qəbul edildikdən və yuxarıda göstərilən şəxslər su ehtiyatlarından istifadə üçün icazə aldıqdan sonra məşğul ola bilərlər.

  6. Yeraltı və mineral suların hasil edildiyi sahələr susaxlayan təbəqələrin tükənmədən, çirklənmədən və suyun keyfiyyətinin korlanmasından qorunacağına zəmanət verən müəyyənləşdirilmiş rejimə uyğun olaraq işlədilməlidir.

  7. Su anbarları və ətrafına bəndlər çəkilmiş göllər Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyət verdiyi təşkilat tərəfindən təsdiq edilən qaydalara uyğun olaraq istifadə edilməli və qorunmalıdır.

  8. Quraq ildə, çayların axın səviyyəsi və göllərdə və su anbarlarında səviyyə ən uyğun normal il üçün təxmin edilən səviyyədən aşağı olduqda, su anbarlarının və ətrafına bəndlər çəkilmiş göllərin suyundan istifadə, su anbarlarının və ətrafı bəndlənmiş göllərin istifadəsi və mühafizə qaydalarına uyğun olaraq məhdudlaşdırıla bilər.

  9. İqtisadi fəaliyyəti su tutarların flora və faunasına mənfi təsir göstərən hüquqi və fiziki şəxslər, Hökumət və Hökumətin səlahiyyət verdiyi qurum tərəfindən müəyyənləşdirilmiş prosedura uyğun olaraq, dəyən itkilərin qarşılığını ödəməlidirlər.

37-ci MADDƏ. Suyun zərərli təsirlərindən qoruma

  1. Su tutarların və torpaqların sahibləri və istifadəçiləri təmin etməlidirlər ki, onların iqtisadi fəaliyyətləri suyun ziyan vurmasına səbəb olmasın: o, sahilləri və mühafizə bəndlərini, hidrotexnoloji və digər qurğuları basmamalıdır, bunlara dolmamalıdır və onları dağıtmamalıdır, torpaqları bataqlığa çevirməməlidir, torpaqları eroziyaya uğratmamalıdır və oyuqlara və ya torpaq sürüşmələrinə səbəb olmamalıdır.

  2. Fövqəladə hallarda, suyun səbəb olduğu təbii fəlakətlər və onların təsirləri Hökumət tərəfindən müəyyənləşdirilmiş prosedura uyğun olaraq aradan qaldırılmalıdır.

E.Rusiya Federasiyasının Su Məcəlləsi (2006-cı il)

63-cü maddə. Su qoruq zonalarında yerləşən meşələrin mühafizəsi

  1. Su tutarları çirklənmədən, səliqəsiz vəziyyətə düşmədən və suyun tükənməsindən qorumaq üçün su qoruq zonalarında yerləşən meşələrin mühafizəsi həyata keçirilməlidir.

  2. Su qoruq zonalarda yerləşən meşələrdə əsas iri ağac məhsul yığımları qadağan olunur. Digər növlərdə ağac kəsmə işləri meşəçilik qanunvericiliyinə uyğun aparılır.

Maddə 67.1. Suyun neqativ təsirinin qarşısının alınması və fəsadların yüngülləşdirilməsi

  1. Suyun neqativ təsirlərinin (daşqınlar, su tutarların dağılması, evtrofikasiya) qarşısını almaq və onun fəsadlarını aradan qaldırmaq məqsədilə, bu Məcəllə və digər federal qanunlara uyğun olaraq xüsusi mühafizə tədbirləri həyata keçirilməlidir.

  2. Daşqın zonalarının hüdudarı daxilində suyun mənfi təsirinin qarşısını almaq üçün nəzərdə tutulan xüsusi mühafizə tədbirləri olmadan yeni yaşayış məskənləri və tikinti layihələrinin işlənib hazırlanması qadağandır.

  3. Daşqın zonalalarının hüdudları daxilində aşağıdakılar qadağandır:

  1. torpaqda məhsuldarlığı tənzimləmək məqədilə çirkab sulardan istifadə;

  2. qəbiristanlıqların, məzarlıqların, tullantı məhsulların basdırılması və istehlakı, kimyəvi, partlayıcı, toksik, zəhərli və toxksik maddələr, radioaktiv maddələrin saxlanması və yerləşdirilməsi;

  3. ziyanvericilirlə mübarizə aparmaq üçün aviasiya tədbirlərinin həyata keçirilməsi.

  1. Daşqın zonalarının hüdudları, Rusiya Federasiyası Hökuməti tərəfindən təsis edilmiş prosedura uyğun olaraq, Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərin müvafiq icra hakimiyyəti orqanları və yerli özünü-idarəetmə orqanları ilə birgə Rusiya Federasiyasının Hökuməti tərəfindən müəyyən edilir.

  2. Su tutarın sahibi suyun mənfi təsirinin qarşısını almaq və onun fəsadlarını yüngülləşdirmək üçün tədbirlər görmək öhdəliyini daşıyır. Federal nəzarət altında, Rusiya Federasiyasının subyektlərinin və ya bələdiyyələrin nəzarəti altında suyun neqativ təsirinin qarşısını almaq və onun fəsadlarını yüngülləşdirmək üçün tədbirlər bu Məcəllənin 24 – 27-ci maddələrinə uyğun olaraq öz səlahiyyətləri daxilində dövlətin icra hakimiyyəti orqanları və ya yerli orqanlar tərəfindən həyata keçirilir.



  1. Filippinin Su Məcəlləsi (1976-cı il)

67-ci maddə. Hər hansı səth sularına yaxın və ya hər hansı yeraltı suların üzərində olan hər hansı suayrıcı və ya hər hansı torpaq sahəsi Təbii Ehtiyatlar Departamenti tərəfindən qoruq ərazi qismində elan edilə bilər. Bu obyektərin sahibləri və istifadəçiləri tərəfindən qoruq ərazinin hüdudlarında səth sularına və ya yeraltı sulara ziyan vuran və ya onların korlanmasına səbəb ola bilən və ya belə suların araşdırılması, istifadəsi, onlara nəzarət, onların mühafizəsi, idarəçiliyi və ya idarə olunmasına xələl gətirə bilən tədbirlərin görülməsini qadağan etmək və ya nəzarət altına almaq üçün bu Departament tərəfindən normalar və qaydalar elan edilə bilər.

75-ci maddə. Heç bir şəxs, Çirklənmələr üzrə Milli Nəzarət Komissiyasının icazəsi olmadan, təhlükəli və ya zərərli maddənin hasil oluna biləcəyi hər hansı işləri qurmamalı və ya hər hansı su təchizatı mənbəyinə kanalizasiya, sənaye sularının və ya hər hansı çirkləndirici maddələrin axıdılması ilə nəticələnə biləcək hər hansı hərəkəti həyata keçirməməlidir.

78-ci maddə. Kənd təsərrüfatı gübrələrinin və pestisidlərinin tətbiqi su təchizatı mənbəyini çirkləndirə biləcəyi ərazilərdə bu gübrələrin və pestisidlərin tətbiqi qadağan edilə və ya Çirklənmələr üzər Milli Nəzarət Komissiyası tərəfindən tənzimlənə bilər.

G.Cənubi Afrika Respublikasının Milli Su Qanunu (1998-ci il)



Fəsil 14, bölüm 2

144. Qəsəbələrin salınması planlarında daşqın səviyyələri

Daşqının təsirinə məruz qala biləcək bütün insanların mümkün daşqın təhlükələri ilə bağlı informasiyaya çıxış imkanına malik olmalarını təmin etmək məqsədilə, heç bir şəxs, ərazi planında, müvafiq yerli orqan üçün məqbul formada, hər 100 ildə bir orta hesabla daşqın sularının çata biləcəyi maksimum səviyyəni göstərən xətlər əks olunmadığı təqdirdə, qəsəbə sala bilməz.

H.Ermənistanın Su Məcəlləsi (2002-ci il)



88-ci maddə. HTQ (Hidrotexniki qurğuların) dağılması nəticəsində fəlakətlərin qarşısını almağa yönələn tədbirlər

HTQ-lərin dağılması nəticəsində fəlakətlərin qarşısını almaq üçün:

  1. Suvarma üçün, torpaqların su basmalara, daşqınlara məruz qalmasının, torpaqların bataqlığa çevrilməsinin, şoranlaşmasının və eroziyasının qarşısı almaq üçün layihə tərəfindən nəzərə tutulan tədbirləri həyata keçirmədən su sistemlərini icarəyə vermək və işlətmək qadağandır.

  2. Planda nəzərdə tutulan su anbarı sahəsində hazırlıq tədbirlərini həyata keçirməzdən əvvəl su anbarlarını doldurmaq qadağandır.

  3. Aşağıdakılar olmadan HTQ-ləri icarəyə vermək və işlətmək qadağandır:

a)təsdiq olunmuş planlara uyğun olaraq daşqın sularını çəkmə qurğularının hazır vəziyyətə gətirilməsi, və

b) Dambaları və mühüm HTQ-ləri nəzarət-ölçü cihazları və planda nəzərdə tutulan müşahidə stansiya şəbəkəsi ilə təchiz etmə.

108-ci maddə. Suayrıcları

Suayrıclarında aşağıdakıların həyata keçirilməsi qadağan olunur:

  1. Buz örtüyünü, buz sahələri və qar qatını və bunlara yaxın əraziləri istehsal, məişət və digər tullantılarla çirkləndirmə, habelə neft məhsulları, toksik kimyəvi maddələr və digər zərərli maddələrlə çirkləndirmə;

  2. Su ehtiyatlarına bilvasitə neqativ təsir göstərə biləcək yararsız suxurların yığıldığı, tullantıların basıdırıldığı sahələrin, qəbirstanlıqların salınması və digər qurğuların quraşdırılması;

  3. Meşəçilik fəaliyyəti və su ehtiyatlarının qorunması üçün sanitar məqsədlərlə ağacların kəsilməsi və ağacdan istifadə halları istisna olmaqla, su mühafizə zonalarında taxta istehsalı;



Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2017
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa