Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat



Download 0.75 Mb.
bet3/8
Sana08.05.2017
Hajmi0.75 Mb.
1   2   3   4   5   6   7   8

ƏLAVƏLƏR

Bəzi ölkələrin su haqqında milli qanunlarından

qanunvericilik nümunələri5

Əlavə A: Milli su strategiyası və ya siyasəti

  1. Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)

9-cu maddə. Milli Su Şurası və onun səlahiyyəti

  1. Qırğızıstan Respublikasının hökuməti aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün Milli Su Şurasını təsis edir:

...

  • Qırğızıstan Respublikasının Prezidenti tərəfindən təsdiq olunması üçün Milli Su Strategiyasını hazırlamaq;

...

5.Milli Su Şurası digər nazirliklərdən, inzibati orqanlardan, digər sərhəd orqanlarından və dövlət strukturlarından Milli Su Strategiyasını hazırlamaq və bu Məcəlləyə uyğun olaraq öz vəzifələrini yerinə yetirmək üçün zəruri olan informasiyanı, məlumatları, icmalları və ya texniki və məsləhətlərin verilməsi ilə bağlı dəstək almaq səlahiyyətinə malikdir.

18-ci maddə. Milli Su Strategiyası

  1. Milli Su Şurası Qırğızıstan Respublikasının Prezidenti tərəfindən təsdiq olunması üçün Milli Su Strategiyasını hazırlayır.

  2. Milli Su Strategiyası Su Fondunun istifadəsi, qorunması və inkişaf etdirilməsi ilə bağlı istənilən planın, sənədlərin, qərarların və ya tədbirlərin işlənib hazırlanmasında rəhbər tutulmalı olan əsas prinsipləri və müddəaları müəyyənləşdirir.

  3. Milli Su Strategiyası bu maddənin müddəalarına uyğun olaraq işlənib hazırlanır və minimum aşağıdakıları müəyyənləşdirir:

  • mövcud su ehtiyatlarının və su tutarların miqdarı və keyfiyyəti və iqtisadiyyatın bütün sektorları tərəfindən onlardan istifadə;

  • ətraf mühitlə bağlı tələbləri və su münasibətlərinə dair beynəlxalq sazişləri nəzərə alaraq su ehtiyatlarının istifadə olunmamış axınının həcmi;

  • iqtisadiyyatın hər bir sahəsi üçün su ilə bağlı qısa, orta və uzun-müddətli tələblər;

  • onun həyata keçirilməsi üçün zəruri olan institutsional və inzibati tədbirlər;

  • su ilə bağlı tələbləri qüvvəyə mindirmək üçün müasir üsullar və strategiyalar;

  • Hövzə Planlarını nəzərə alaraq hövzələr-arası köçürmələr üçün tələblər və bununla bağlı imkanlar.

  1. Onun təsdiq olunmasından sonra, Dövlət Su Administrasiyası Milli Su Strategiyasının əsas prinsiplərinin kütləvi informasiya vasitəsilə əhali arasında yayımlanmasını təmin edir.

  2. Bütün dövlət orqanları, bu Məcəlləyə uyğun olaraq öz vəzifələrini yerinə yetirərkən Milli Su Strategiyasını həyata keçirməlidir.

  3. Milli Su Şurası ən azı hər beş ildən bir Milli Su Strategiyasını nəzərdən keçirməli və zəruri olduqda ona düzəlişlər edilməsinə dair təkliflərini Qırğızıstan Respublikasının Prezidentinə təqdim etməlidir.



  1. Sloveniyanın Su Qanunu (2002-ci il)

54-cü maddə. Milli Su İdarəçilik Proqramı

  1. Milli Su İdarəçilik Proqramı milli su idarəçilik siyasətini müəyyən edir.

  2. Milli Su İdarəçilik Proqramında xüsusən aşağıdakılar olmalıdır:

  1. su idarəçiliyi sahəsində işlərin vəziyyətinin qiymətləndirilməsi;

  2. su ehtiyatlarının mühafizəsi, tənzimlənməsi və dayanıqlı istifadəsi ilə bağlı vəzifələr və rəhbər istiqamətlər;

  3. su idarəçilik məqsədlərinə nail olmaq üçün prioritetlər;

  4. proqramın həyata keçirilməsi üçün tələb olunan vəsiatlərin qiymətləndirilməsi və məqsədlərə nail olmaq üçün son tarixlər;

  5. su idarəçiliyi ilə bağlı beynəlxalq müqavilələrin icrası üçün tövsiyələr.

  1. Milli Su İdarəçilik Proqramı, hökumətin təklifi ilə, Sloveniya Respublikasının Milli Məclisi (bundan sonra: Milli Məclis) tərəfindən maksimum 12 il müddətinə qəbul edilir.



  1. Cənubi Afrika Respublikasının Milli Su Qanunu (1998-ci il)

2-ci Fəsil, 1-ci bənd

5.Milli su ehtiyatları strategiyasının müəyyənləşdirilməsi

(1) 4-cü yarımbəndə riayət olunmaqla, Nazir, mümkün olduğu qədər qısa müddətdə, rəsmi qəzetdə bildiriş verilməklə, milli su ehtiyatları strategiyasını müəyyənləşdirməlidir.

(2) Bildirişdə strategiyanın harada təftiş oluna biləcəyi ünvan da qeyd olunmalıdır.

(3) Respublikanın su ehtiyatları, milli su ehtiyatları strategiyasına uyğun olaraq qorunmalı, istifadə olunmalı, inkişaf etdirilməli, saxlanılmalı, idarə edilməli və nəzarət olunmalıdır.

(4) Milli su ehtiyatları strategiyası –

(a) mərhələli və mütərəqqi şəkildə və müəyyən vaxt ərzində ayrı-ayrı komponentlərlə müəyyənləşdirilə bilər; və

(b) beş ildən çox olmayan fasilələrlə nəzərdən keçirilməlidir.

(5) 1-ci yarımbəndə uyğun olaraq milli su ehtiyatları strategiyası və ya həmin strategiyanın hər hansı bir komponenti müəyyənləşdirilməzdən əvvəl, Nazir –

  1. rəsmi qəzetdə bildiriş verməli -

(i) təklif olunan strategiyanın və ya onun hər hansı bir komponentinin icmalını verərək; (ii) təklif olunan strategiyanın və ya onun hər hansı bir komponentinin təftiş oluna biləcəyi ünvanı göstərərək;

(iii) bildirişin nəşr olunmasından sonra ən azı 90 gün müddətində qeydlərin təqdim olunacağı ünvanı və son tarixi qeyd etməklə, təklif olunan strategiya və ya onun hər hansı bir komponentinə dair yazılı qeydlərin bildirilməsinə dəvət edərək;


  1. bildirişin məzmunu maraqlı şəxslərin diqqətinə çatdırmaq üçün müvafiq hallarda uyğun olan sonrakı addımları nəzərdən keçirməli və məqbul hesab etdiyi addımları atmalı; və

  2. (a)(iii)-cü bənddə qeyd olunan tarixdə və ya bu tarixədək alınmış bütün qeydləri nəzərdən keçirməlidir.

6.Milli su ehtiyatları strategiyasının məzmunu

(1) 5(4)-cü bəndə riayət olunmaqla, milli su ehtiyatları strategiyası –

(a) aşağıdakılara nail olmaq məqsədilə, hökumətin müvafiq mövcud siyasəti çərçivəsində su ehtiyatlarının qorunması, istifadəsi, inkişaf etdirilməsi, mühafizəsi, idarə olunması və onlara nəzarətlə bağlı Nazirin strategiyalarını, vəzifələrini, planlarını, fəaliyyət istiqamətlərini və prosedurlarını və institutsional tədbirləri müəyyən etməlidir –

(i) Bu Qanunun məqsədi; və

(ii) 1997-ci il Su Xidmətləri haqqında Qanunun (Akt nr.108, 1997-ci il) 9(1)-ci maddəsində nəzərdə tutulan hər hansı milli standartlar;

(b) ən azı aşağıdakıları nəzərdə tutmalıdır –

(i) Ehtiyatın tələbləri və müvafiq hallarda, ayrıca tələblərin yerinə yetirilməli olduğu su ehtiyatlarının müəyyənləşdirilməsi;

(ii) beynəlxalq hüquqlar və öhdəliklər;

(iii) proqnozlaşdırılan gələcək su tələbatını ödəmək üçün tədbirlər; və

(iv) sudan istifadənin strateji əhəmiyyəti;

(c)su idarəçilik sahələrini və onların hüdudlarını müəyyənləşdirməlidir;

(d)hazırki və gələcək su tələbləri ilə bağlı hesablamalara dair məlumatları özündə əks etdirməlidir;

(e) hər bir su idarəçilik sahəsi çərçivəsində mövcud olan suyun ümumi həcmini bildirməlidir;

(f) su idarəçiliyi sahəsində artıqlıqları və çatışmazlıqları bildirməlidir;

(g) artıq su idarəçiliyi sahələri və çatışmayan su idarəçilik sahələri arasında hövzə-daxili su köçürmələrini nəzərdə tutmalıdır;

(h)suyun mühafizəsi və suya tələbatın idarə olunması ilə bağlı prinsipləri müəyyənləşdirməlidir;

(i) Bu Qanunda nəzərdə tutulan su ehtiyatları üzrə təsnifat sistemi vasitəsilə suyun keyfiyyəti ilə bağlı nail olunmalı məqsədləri bildirməlidir;

(k) su ehtiyatları idarəçiliyində iştirak edən təşkilatlar arasında daxili münasibətləri müəyyənləşdirməlidir;

(l) su idarəçiliyi çərçivəsində su tutarın vahid və inteqrə edilmiş şəkildə idarə olunmasını təşviq etməlidir.

7.Milli su ehtiyatları strategiyasının tətbiqinə təkan vermə

Nazir, Baş Direktor, dövlət orqanı və su idarəçiliyi təşkilatı, bu Qanunda nəzərdə tutulmuş hər hansı səlahiyyəti həyata keçirərkən və ya vəzifəni yerinə yetirərkən milli su ehtiyatları strategiyasının tətbiqinə çalışmalıdırlar.

  1. Qayananın Su və Kanalizasiya Xidmətləri haqqında Qanunu (2002-ci il)



  1. (1) Nazir, Şuranın məsləhətləri əsasında, milli su siyasətinin işlənib hazırlanmasına görə cavabdehlik daşıyır.

(2) Milli su siyasəti –

(a) mərhələli və mütərəqqi tərzdə və müəyyən vaxt ərzində hissələrlə təqdim oluna bilər; və

(b) hər il, lakin hər bir halda ən azı iki ildən bir Nazir və Şura tərəfindən nəzərdən keçirilir.

(3) Milli su siyasəti və ya onun hər hansı bir hissəsi müəyyənləşdirilməzdən əvvəl, Nazir –

(a) iki-günlük qəzetdə bildiriş nəşr etdirir –

(i) təklif olunan siyasətin icmalını təqdim edərək;

(ii) təklif olunan siyasətin təftiş oluna biləcəyi ünvanı bildirərək; və bildirişin nəşr olunmasından sonra ən azı doxsan gün müddətində qeydlərin təqdim olunacağı ünvanı və son tarixi qeyd etməklə, təklif olunan siyasətə dair yazılı qeydlərin bildirilməsinə dəvət edərək, -

(b) bildirişin məzmunu maraqlı şəxslərin diqqətinə çatdırmaq üçün müvafiq hallarda uyğun olan sonrakı addımları nəzərdən keçirir və məqbul hesab etdiyi addımları atır; və

(c) (a)(iii)-cü bənddə qeyd olunan tarixdə və ya bu tarixədək alınmış bütün qeydləri nəzərdən keçirir.

(4) Milli su siyasətini işləyib hazırlayarkən, Nazir aşağıdakı prinsipləri nəzərə almalıdır:

(a) su təbii ehtiyatdır və ondan gələcək nəsillərin öz tələbatlarını ödəmək imkanlarına xələl gətirmədən hazırki nəslin tələbatını ödəmək üçün istifadə edilməlidir;

(b) su ehtiyatları Qayana xalqının sosial və iqtisadi rifahı naminə bərabər şəkildə paylanmalıdır;

(c) su ehtiyatları qorunmalı, mühafizə edilməli və dayanıqlı şəkildə istifadə edilməlidir.

7. (1) Milli su siyasəti –

(a) aşağıdakıları təmin etmək üçün strategiyaları, vəzifələri, planları, fəaliyyət istiqamətlərini və prosedurları müəyyən edir –

(i) Qayana xalqının sosial və iqtisadi rifahı üçün suyun bərabər paylanması;

(ii) su ehtiyatlarının səmərəli və dayanıqlı şəkildə idarə olunması və istifadə edilməsi;

(iii) ətraf mühitin lazımi şəkildə mühafizə edilməsi;

(iv) icmaların kəskin hidroloji hadisələrdən qorunması;

(v) iqlim dəyişikliklərinə və iqlim dəyişikliyi ilə bağlı dəyişən təzahürlərə və suyun mövcudluğuna həssas yanaşma;

(vi) səth sularının mühafizəsi və qorunması;

(vii) yeraltı su mənbələrindən dayanıqlı şəkildə istifadə edilməsi; və

(viii) mövcud hüquqların tanınması və qorunması;

(b) aşağıdakıları nəzərdə tutur –

(i) quraqlığın və daşqınların fəsadlarının yüngülləşdirilməsi üçün su ehtiyatlarının idarə olunması;

(ii) digər təşkilatlarla əməkdaşlıq edərək ətraf mühitin mühafizəsi və çirklənməyə nəzarət;

(iii) bütün istifadəçilər tərəfindən su ehtiyatlarından daha səmərəli istifadə;

(iv) əhaliyinin maarifləndirilməsi.

(2) Milli su siyasətini işləyib hazırlayarkən Nazir və Şura

aşağıdakılarla məsləhətləşməlidir –

  • Qayana Torpaq və Araşdırmalar Komissiyası

  • Departament

  • Ətraf Mühitin Mühafizəsi Agentliyi

  • Qayana Geologiya və Mədən Komissiyası

  • Qayana Meşəçilik Komissiyası

  • Kənd təsərrüfatına görə cavabdehlik daşıyan Nazir

  • Milli su siyasətinin təsir göstərdiyi və ya göstərəcəyi rolu və ya funksiyanı yerinə yetirən hər hansı bir digər Hökumət orqanı.

  • Yerli Hökumət orqanları, o cümlədən Amerika hindi kəndlərinin kənd şuraları və

  • Zəruri hesab edilən digər orqanlar və ya şəxslər.



  1. Kenya Su Qanunu (2002-ci il)

11. Milli su ehtiyatlarını idarəetmə strategiyası

(1) İctimaiyyətlə məsləhətləşmələrdən sonra, Nazir, milli su ehtiyatlarını idarəetmə strategiyasını işləyib hazırlayır və rəsmi qəzetdə dərc etdirir. Kenyanın su ehtiyatlarının idarə olunması, qorunması, istifadə edilməsi, inkişaf etdirilməsi, mühafizə edilməsi və onlara nəzarət bu strategiyaya uyğun aparılmalıdır.

(2) Nazir mütəmadi olaraq milli su ehtiyatlarını idarəetmə strategiyasını nəzərdən keçirir və düzəlişlər edilmiş strategiyanı tədricən rəsmi qəzetdə dərc etdirə bilər.

(3) Milli su ehtiyatlarını idarəetmə strategiyası su ehtiyatlarının idarə olunması, qorunması, istifadəsi, inkişaf etdirilməsi, mühafizə edilməsi və onlara nəzarət üçün prinsipləri, vəzifələri, prosedurları və təşkilati tədbirləri və xüsusən də aşağıdakıları nəzərdə tutur –

(a) bu Hissəyə uyğun olaraq, hər bir su ehtiyatı üçün qoruma tələblərinin müəyyənləşdirilməsi;

(b) bu Hissəyə uyğun olaraq su ehtiyatlarının təsnifatı;

(c) bu Qanuna uyğun olaraq, qoruq ərazilər və yeraltı su saxlama əraziləri kimi təyin olunmalı ərazilərin müəyyənləşdirilməsi.

(4) Nazir, müvafiq hakimiyyət orqanı və bütün dövlət orqanları, hər hansı qanuni səlahiyyətləri həyata keçirərkən və ya hər hansı qanunla təsbit edilmiş vəzifəni yerinə yetirərkən milli su ehtiyatlarını idarəetmə strategiyasını nəzərə almalı və onun tətbiqinə çalışmalıdırlar.

F. Ermənistanın Su Məcəlləsi (2002-ci il)



15-ci maddə. Milli Su Siyasəti

Milli Su Siyasəti:

  1. Sudan istifadə üzrə prioritet prinsiplər müəyyənləşdirilərkən əsas kimi götürülən, su ehtiyatlarından istifadənin və onların mühafizəsinin strateji inkişafı üzrə gələcək vəzifələri və problemləri müəyyənləşdirir

  2. Bu Məcəllədəki vəzifələrin və prinsiplərin yerinə yetirilməsi üçün, növbəti 10 – 15 il üçün bu sahədə su hövzə strategiyalarının və planlarının işlənib hazırlanması da daxil olmaqla, su ilə bağlı münasibətlərdə həyata keçirilən siyasətə dair müddəaları özündə əks etdirir.

  3. Paylanma üçün mövcud olan suyun həcminin və keyfiyyətinin ilkin qiymətləndirilməsini aparır, lazımi həcmdə və keyfiyyətdə su ilə təchizetmə məsələlərinin həlli üçün əhalinin və iqtisadiyyatın indiki və gələcək tələbatını ümumi şəkildə təsvir edir.

Milli su siyasətinin müddəaları, Hökumətin təqdimatı əsasında, qanunla müəyyən edilir.

16-cı maddə. Milli Su Proqramı

Milli Məclis, müvafiq qanun şəklində, Hökumətin təqdimatı əsasında Su Siyasətini təsdiq edir.

Milli su Siyasətinə aşağıdakılar daxil edilir:

  1. Milli su fondunun və su ehtiyatlarının həcmi, habelə milli su ehtiyatlarının qorunmasına və artırılmasına yönələn tədbirlər;

  2. Müvafiq sahənin saxlanmasında və inkişaf etdirilməsində əsas problemlər;

  3. Dövlət üçün əhəmiyyət kəsb edən su sistemlərini müəyyənləşdirmə meyarları və bu sistemlərin siyahısı;

  4. Su ehtiyatları idarəçiliyini müasirləşdirmək üçün tədbirlərin təsvir edilməsi;

  5. Planlaşdırılan tədbirlərin təsvir edilməsi, əhadə dairələri və həyata keçirilmə qrafiki;

  6. Maksimum və minimum sudan istifadəyə icazə haqqı (sudan istifadə haqqı), o cümlədən su ehtiyatlarının hasilatı, sərfiyyatı və ətraf mühitlə bağlı ödəniş haqlarının məzənnələrinin müəyyənləşdirilməsi;

  7. Milli Su Proqramının həyata keçirilməsi üçün zəruri təxmin edilən maliyyə tələbləri və maliyyələşmə üçün təklif olunan mənbələr;

  8. Su ilə bağlı münasibətlərdə bu Məcəllənin tətbiqini təmin etmək üçün hüquqi və normativ aktların, habelə onların təkmilləşdirilməsinə dair təkliflərin qəbul edilməsi və həyata keçirilməsi haqqında informasiya;

  9. Planlaşdırılan tədbirlərin həyata keçirilməsi üçün prioritetlər;

  10. Milli Su Proqramının yerinə yetirilməsi üçün tələb olunan digər şərtlər;


Əlavə B: Məlumatların və informasiyanın əldə olunması, toplanması və yayımlanması

  1. Kosovo Su Qanunu (2004-cü il)

61-ci maddə. Su İnformasiya Sistemi

61.1. Su İnformasiya Sisteminə su idarəçiliyi üçün məlumatların qeydə alınması, ötürülməsi, mühafizəsi, istifadəsi ilə bağlı tədbirlər və fəaliyyət, habelə digər mühüm məsələlər aiddir.

61.2. Su İnformasiya Sistemi aşağıdakılara dair məlumatları əhatə edir:

a. suyun həcmi və keyfiyyəti;

b. su jurnalı və su sistemi qeydiyyatı;

c. su ilə bağlı verilən bütün icazələrin qedyiyyatı;

d. Su üzrə İcazə sahibləri tərəfindən buraxılan maddələrin qeydiyyatı;

e. Bərpa və su mühafizə proqramları üzrə tədbirlər;

f. suyun vurduğu ziyan və ekoloji qəza hadisələri;

g. Su Ehtiyatlarında zərərli maddələrin və təhlükəli materialların qeydiyyatı;

h. əhalinin sağlamlığı və ətraf mühit üçün zərərli olan fəaliyyətlər;

i. təhlükəli materialların təsirlərinin təhlili; və

j. tikintilərə, qurğulara və ya mövcud olan təhlükəli tullantı poliqonlarına dair məlumatların qeydiyyatı.

61.3. Bütün şəxslər və təşkilatlar suya dair informasiyanı Nazirliyə və digər səlahiyyətli orqanlara təqdim etmək vəzifəsini daşıyırlar.

61.4. Su İnformasiya Sistemindəki məlumatlar ictimaiyyət üçün açıqdır və hər bir kəs, dövlət sirri hesab edilən məlumatlar istisna olmaqla, onlara çıxış imkanına malik ola bilər.

61.5. Nazir, Su İnformasiya Sisteminin işini, metodları və digər mühüm məsələləri müəyyənləşdirən əlavə akt qəbul etməlidir.

62. Su Jurnalı

62.1. Su Jurnalı su ilə bağlı verilən bütün icazələrin və su ilə bağlı güzəştlərin rəsmi qeydiyyatıdır.

62.2. Su Jurnalı daimi şəkildə aparılır və o, texniki sənədlərin qeydiyyatını özündə birləşdirir.

62.3. Su Jurnalı su ilə bağlı icazələri və güzəştləri verən səlahiyyətli orqanlarda saxlanır.

62.4. Su ilə bağlı icazələrin surətləri, Su İnformasiya Sistemində qeydiyyata alınmaq üçün çay hövzəsinin yerləşdiyi rayonun orqanlarına təqdim olunmalıdır.

63-cü maddə. Su Kadastrı

63.1. Su Kadastrında aşağıdakı məlumatlar toplanmalıdır:

a. topoqrafik, hidroqrafik, hidroloji, texniki və iqtisadi məlumatlar, habelə suyun həcminə və keyfiyyətinə dair digər məlumatlar; və

b. su sistemi qurğuları və müəssisələri üçün texniki məlumatlar

63.2. Çay hövzəsinin yerləşdiyi rayonun orqanları aşağıdakı qeydləri aparmalıdırlar:

a. səth suları;

b. yeraltı sular;

c. istifadəçilər, suyu çirkləndirənlər və suyun axıdıldığı yerlər;

d. eroziyaya məruz qalan ərazilər və axınlar;

e. dövlətə məxsus olan su sistemi qurğuları;

f. dövlətə məxsus su ehtiyatları; və

g. əhalinin içməli su ilə təchizatı üçün qurğular və stansiyalar.

63.3. Bu maddənin 2-ci bəndində qeyd olunan su kadastrında qeydə alınmalı digər informasiyaya malik olan bütün qanuni hökumət və ya qeyri-hökumət qurumları, onların qeydə alınması üçün həmin informasiyanı qarşılıq olmadan çay hövzəsinin yerləşdiyi rayonun müvafiq orqanlarına təqdim etməlidirlər.

B. Çex Respublikasının Su Qanunu (2001-ci il)



19-cu maddə

Su müəssisələrinin qərarlarının qeydiyyatı

  1. Su müəssisələri bu Qanuna əsasən verdikləri qərarların qeydiyyatını aparmalıdırlar.

  2. Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit Nazirliyi ilə birgə verdiyi fərmanda su müəssisələri tərəfindən aparılmalı qeydiyyatın əhatə dairəsi və aparılma metodu, o cümlədən informasiyanın əhatə dairəsi və onun dövlət idarəçiliyi üzrə informasiya sistemində saxlanma metodu 11) və informasiyanın mövcud su idarəçilik qeydlərindən və su idarəçilik qeydlərinin icmalından bu informasiya sisteminə ötürülmə metodu müəyyən ediləcəkdir.

  3. Su müəssisələri öz qərarlarının qeydiyyatından bəzi məlumatları 2-ci bəndə əsasən verilən fərmanda nəzərdə tutulmuş həcmdə dövlət idarəçiliyi üzrə informasiya sisteminə və eynilə bu məlumatları hər rübdən sonra növbəti birinci ayın 15-dən gec olmayaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidirlər.

20-ci maddə.

Daşınmaz Əmlak Qeydiyyatında qeydə alınan informasiya

  1. Su axını kanallarında və ya onların sahillərində dənizçilik məqsədləri üçün qurulmuş səddlər, dambalar, bəndlər və tikililər, hidravlik enerjidən istifadə üçün tikililər və lilli yataqlardakı tikililər, hərəkətsiz özüllərlə torpağa bərkidildiyi halda, torpaq qeydiyyatında qeydə alınır 12a). Bu cür su idarəçiliyi konstruksiyalarının hüdudlarının müəyyənləşdirilməsi üzrə təfsilatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fərmanla Çex Araşdırma, Xəritəçəkmə və Kadastr İdarəsi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

  2. 1-ci bəndə uyğun olaraq, su idarəçilik strukturlarının qoruq əraziləri (58-ci maddə, 3-cü bənd) və su ehtiyatlarının qoruq əraziləri (30-cu maddə), əmlakın qorunması üsullarına dair məlumatlardan istifadə olunmaqla, torpaq qeydiyyatında qeydə alınır.

  3. Su müəssisəsi, ərazinin qorunmasını müəyyənləşdirən qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində 2-ci bəndə əsasən mühafizə edilməli ərazinin qeydə alınması üçün tələb olunan informasiyanı müvafiq Torpaq Məsələləri İdarəsinə göndərməlidir.

21-ci maddə.

  1. Səth sularının və yeraltı suların vəziyyətinin monitorinqi və qiymətləndirilməsi, bu Qanuna əsasən dövlət idarəçiliyinin həyata keçirilməsinə, su planlaşdırmasına və əhalinin informasiya ilə təmin olunmasına dəstək göstərir. O, çay hövzələri və hidrogeoloji zonalar əsasında həyata keçirilir.

  2. Səth sularının və yeraltı suların vəziyyətinin monitorinqi və qiymətləndirilməsi xüsusən aşağıdakıları əhatə edir:

  1. səth sularının və yeraltı suların həcminin və keyfiyyətinin, o cümlədən insan fəaliyyətinin belə sulara təsirinin monitorinqi və su tutarların vəziyyətinin və intensiv dəyişikliyə məruz qalan və süni su tutarların ekoloji potensialının araşdırılması,

  2. su balansı idarəçiliyi (22-ci maddə, 1-ci hissə)

  3. aşağıdakı qeydlərin müəyyənləşdirilməsi, idarə olunması və yenilənməsi

  1. su axınları (çaylar) və onların hövzələri, hidrogeoloji zonalar və su hövzələri,

  2. su tutarlar, o cümlədən intensiv dəyişikliyə məruz qalan su tutarlar və süni su tutarlar,

  3. səth sularının və yeraltı suların həcmi və keyfiyyəti, su tutarların vəziyyəti və intensiv dəyişikliyə məruz qalan və süni su tutarların ekoloji potensialı,

  4. səth sularının və yeraltı suların ayrılmaları, çirkab suların və mədən sularının axıdılması və səth sularının su hövzələrində toplanması,

  5. çay hövzəsi rayonları (25-ci maddə)

  6. suyun təbii toplandığı qorunan ərazilər (28-ci maddə)

  7. su ehtiyatlarının qoruq əraziləri (30-cu maddə)

  8. içməli su ehtiyatları kimi istifadə olunan və ya istifadə olunması nəzərdə tutulan səth suları və yeraltı sular,

  9. həssas ərazilər (32-ci maddə)

  10. zəif ərazilər (33-cü maddə)

  11. çimərlik üçün istifadə olunan səth suları əraziləri (34-cü maddə)

  12. yerli balıq və digər dəniz fauna növlərinin saxlanması və artırılması üçün uyğun olan və ya daimi şəkildə uyğun məkana çevrilə bilən səth suları (35-ci maddə)

  13. meliorasiya üçün xidmət edən su idarəçilik strukturları (56-cı maddə)

  14. subasar ərazilər (66-cı maddə)

Qeydlərdəki məlumatların işlənməsinin, saxlanmasının və ötürülməsinin əhatə dairəsi və üsulu, o cümlədən statistik və kartoqrafik məlumatların dövlət idarəçiliyi üzrə informasiya sisteminə verilməsi (22-ci maddə, 3 və 4-cü hissələr) Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fərmanla Ətraf Mühit Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

  1. Su tutarların hüdudlarının müəyyənləşdirilməsi, göstəricilərin anlayışı və ölçüləri və su tutarların vəziyyətini və intensiv dəyişikliyə məruz qalan və süni su tutarların ekoloji potensialını qiymətləndirmə sistemi (23a maddə), hər bir çay hövzəsi rayonunda suların vəziyyətinin araşdırılması və qiymətləndirilməsi üzrə proqramları müəyyənləşdirmə prosesi (25-ci maddə, 2-ci bənd), onların məzmunu və onların tərtib edilmə tərzi, istifadə olunan metodlar və monitorinqlərin aparılma tezliyi və Avropa Birliyinin 13a), 13a) xüsusi hüquqi qaydalarının tələblərinə uyğun olaraq onların həyata keçirilməsinə dair digər məsələlər Ətraf Mühit Nazirliyi tərəfindən fərmanla Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müəyyənləşdirilir.

  2. Səth sularının və yeraltı suların monitorinqi və qiymətləndirilməsi və dövlət idarəçiliyi üzrə informasiya sistemlərinin fəaliyyəti çay hövzəsini idarə edənlər və Kənd Təsərrüfatı və ya Ətraf Mühit Nazirliyi tərəfindən bu məqsədlə səlahiyyət verilən, təsis edilən və ya əsası qoyulan digər peşəkar təşkilatlar (bundan sonra “səlahiyyətli peşəkar təşkilatlar”) tərəfindən həyata keçirilir. Çay hövzəsini idarə edənlər və səlahiyyətli peşəkar təşkilatar, bu fəaliyyətlərlə bağlı, onları təsis edənlərin və ya birləşdirənlərin təlimatlarına riayət etməlidirlər.

  3. Səth sularının və yeraltı suların vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədləri üçün, çay hövzəsini idarə edənlər və səlahiyyətli peşəkar təşkilatlar, səth sularından və ya yeraltı sulardan istifadə edən şəxslərdən, habelə sudan istifadə üçün icazələri vermək və ya xüsusi hüquqi qaydalara əsasən informasiya sistemlərini saxlamaq üzərində yurisdiksiyaya malik olan inzibati orqanlardan və ya regional özünü-idarəetmə orqanlarından informasiya tələb etmək səlahiyyətinə malikdirlər 14)14); belə qurumlar həmin informasiyanı çay hövzəsini idarə edənlərə və səlahiyyətli peşəkar təşkilatlara qarşılıqsız şəkildə təqdim etməlidirlər yaxud çay hövzəsini idarə edənlər və səlahiyyətli peşəkar təşkilatlar bu məlumatları qarşılıqsız şəkildə onlardan öyrənə və ya onların dəstəyi ilə əldə edə bilərlər.

  4. Sorğu edildikdə, çay hövzəsini idarə edənlər və səlahiyyətli peşəkar təşkilatlar, səth sularının və yeraltı suların vəziyyətinə dair informasiyanı qarşılıqsız şəkildə inzibati orqanlara təqdim etməlidirlər; onlar, həmçinin, təbii şəfaverici (xeyirli) ehtiyatları və təbii mneral su ehtiyatlarının olduğu qoruq ərazilərdə səth sularından və yeraltı sulardan istifadəyə dair informasiyanı qarşılıqsız şəkildə Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.

  5. 114-cü maddənin 1 və 2-ci bəndlərinin müddəaları, müvafiq olaraq, çay hövzəsini idarə edən tərəflərin və səlahiyyətli peşəkar təşkilatların səlahiyyətli heyətinin üçüncü şəxsin torpağına və üçüncü şəxsin məkanlarına daxil olmasına da şamil edilir.

22-ci maddə

...

2) Su balansı məqsədi üçün, səth və yeraltı su istehlakçıları və təbii şəfaverici ehtiyatlardan və ya təbii mineral su ehtiyatlarından və ya qorunan xam materiallar arasında olan sudan istifadə edənlər, və bundan başqa, bir təqvim ilində 6000m3-dən və bir təqvim ayında 500m3-dən artıq həcmdə tullantı və ya mədən sularını səth sularına və ya yeraltı sulara axıdanlar, və ya axından ayrılan suyun həcminin və ya su idarəçilik strukturu (konstruksiyası) tərəfindən toplanan suyun həcminin 1000000 m3-ü keçməsinə icazə verilən tərəflər toplanan və ya axıdılan suya dair belə məlumatları (xüsusən də onların həcminə və keyfiyyətinə dair) və suyun götürülməsinə və toplanmasına dair əlavə informasiyanı, illik olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ətraf Mühit Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə verilən fərmanda nəzərdə tutulmuş qaydada və həcmdə müvafiq çay hövzəsini idarə edən tərəflərə bildirmək öhdəliyini daşıyırlar.

3) Kənd Təsərrüfatı Nazirliyi aşağıdakıları qeydə almaq üçün, 21-ci maddənin 2-ci bəndinin (c) yarımbəndinə uyğun olaraq, dövlət idarəçiliyi üzrə informasiya sisteminə malikdir:

a) su axınları və onların hövzələri, hidrogeoloji zonalar və su hövzələri,

b) səth sularından və yeraltı sulardan ayrılmalar, tullantı və mədən sularının axıdılması və səth sularının su hövzələrində toplanması,

c) çay hövzəsi rayonları,

d) içməli su ehtiyatları kimi istifadə olunan və ya istifadə olunması nəzərdə tutulan səth suları və yeraltı sular,

e) meliorasiya üçün xidmət edən su idarəçilik strukturları (56-cı maddə)

4) Ətraf Mühit Nazirliyi aşağıdakıları qeydə almaq üçün, 21-ci maddənin 2-ci bəndinin (c) yarımbəndinə uyğun olaraq, dövlət idarəçiliyi üzrə informasiya sisteminə malikdir:

a) su tutarlar, o cümlədən intensiv dəyişikliyə məruz qalan su tutarlar və süni su tutarlar,

b) səth sularının və yeraltı suların həcmi və keyfiyyəti, su tutarların vəziyyəti və intensiv dəyişikliyə məruz qalan və süni su tutarların ekoloji potensialı,

c) suyun təbii toplandığı qorunan ərazilər,

d) su ehtiyatlarının qoruq əraziləri,

e) həssas ərazilər,

f) zəif ərazilər,

g) çimərlik üçün istifadə olunan səth suları əraziləri,

h) subasar ərazilər.

C. Finlandiyanın Su Ehtiyatları İdarəçiliyi haqqında Qanunu (2004-cü il)



9-cu maddə - Monitorinq

  1. Su ehtiyatları idarəçiliyi rayonunda səth sularının və yeraltı suların monitorinqi, bu suların vəziyyətinə dair müvafiq və fərqli ümumi mənzərənin əldə edilməsinə imkan verən şəkildə təşkil olunmalıdır.

  2. Regional ekoloji mərkəzlər tərəfindən tərtib olunan su monitorinq proqramları hər bir su ehtiyatları idarəçiliyi rayonu çərçivəsində əlaqələndirilməli və si ehtiyatlarını idarəetmə planına əlavə edilməlidir. Monitorinq proqramı tərtib olunarkən, müvafiq hallarda, digər qanunvericilik əsasında iqtisadi iştirakçılar tərəfindən aparılan nəzarət də nəzərə alınmalıdır.

D. Litvanın Su haqqında Qanunu (1999-cu il)

38-ci MADDƏ. Sudan istifadəyə görə hesabat vermə.

  1. Öz qurğularından və avadanlıqlarından istifadə edərək su tutarlardan su götürən və ya ətraf mühitə çirkab suları axıdan su istifadəçiləri və abunəçi su istehlakçıları sudan istifadəyə dair statistik məlumatları, müəyyən olunmuş prosedura uyğun olaraq, Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən səlahiyyət verilmiş təşkilata təqdim etməlidirlər.

  2. Ətraf Mühitin Mühafizəsi Nazirliyi Statistika Komitəsi ilə razılaşdırılmaqla statistik məlumatların təqdim olunma prosedurunu müəyyənləşdirməlidir.

  3. Ətraf Mühitin Mühafizəsi Nazirliyi götürülmüş və istifadə olunmuş suyun həcminə, habelə ətraf mühitə axıdılan çirkab suyun həcminə görə hesabat vermə prosedurunu müəyyənləşdirməlidir.

39-cu MADDƏ. Su ehtiyatlarının dövlət kadastrı və məlumatların qeydiyyatı.

  1. Su Ehtiyatlarının Dövlət Kadastrı Təbii Ehtiyatların Dövlət Kadastrının bir tərkib hissəsidir. Su Ehtiyatlarının Dövlət Kadastrı, Hökumət tərəfindən təsis olunmuş prosedura uyğun olaraq və Hökumət tərəfindən təsdiq olunan qaydalar əsasında, təsis olunmalı və saxlanmalıdır.

  2. Su Ehtiyatlarının Dövlət Kadastrı Dövlətin hesabına təsis olunmalı və saxlanmalıdır.

  3. Çayların, Göllərin və Su Anbarlarının Dövlət Kadastrı Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən əlaqələndirildiyi halda, Yeraltı Suların Dövlət Kadastrı Litvanın Geoloji Xidməti tərəfindən əlaqələndirilməlidir.

  4. Su ehtiyatlarından istifadə üçün verilən icazələrə, onların dəyişdirilməsinə, yenilənməsinə və ləğv edilməsinə dair informasiya Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən aparılan kadastrda qeydə alınmalıdır. Su təchizatı sistemi üçün qazılmış quyuların qeydiyyatı Litvanın Geoloji Xidməti tərəfindən aparılmalıdır.

  5. Suyun hasil edilməsinə və istifadəsinə, çirkab suların miqdarına və keyfiyyətinə dair informasiyanın toplanması proseduru Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən müəyyənləşdirilməlidir; eyni Nazirlik həm də məlumatları idarə etməlidir.

  6. Dövlət Su Ehtiyatları Qeydiyyatında və Dövlət Su Ehtiyatları Kadastrında toplanmış informasiya hamı üçün əlçatan ola və təsnif oluna bilər.

  7. Hüquqi və fiziki şəxslər, Hökumət tərəfindən müəyyən edilmiş prosedura və Hökumət tərəfindən səlahiyyət verilmiş quruma uyğun olaraq, Kadastrda qeydə alınması üçün məlumatları, qarşılıqsız şəkildə, Su Ehtiyatlarının Dövlət Kadastrına vermək öhdəliyini daşıyırlar.

40-cı MADDƏ. Su Ehtiyatlarının Monitorinqi

Səth və yeraltı su ehtiyatlarının monitorinqi ətraf mühitin monitorinqinin bir hissəsi hesab edilməlidir. Ətraf mühitin monitorinqi Ətraf Mühitin Monitorinqi haqqında Qanunla tənzimlənməlidir.

D. Qayananın Su və Kanalizasiya Xidmətləri haqqında Qanunu (2002-ci il)



9.(1). (Hidrometeorologiya) Departamenti –

(a) öz mövcud iqlim, sinoptik və su monitorinq stansiyaları şəbəkəsinə nəzarət etməkdə davam etməlidir;

(b) su ehtiyatları üçün milli monitorinq sistemlərini təsis etməlidir.

(2) Milli monitorinq sistemləri, digər məsələlərlə yanaşı, aşağıdakıları qiymətləndirmək üçün müvafiq məlumatların və zəruri informasiyanın toplanılmasını nəzərdə tutur –

(a) su ehtiyatlarında suyun həcmi (miqdarı);

(b) su ehtiyatlarında mövsümi və ya müvəqqəti dəyişkənliklər;

(c) su ehtiyatlarının keyfiyyəti;

(d) su ehtiyatlarından istifadə;

(e) su ehtiyatlarının bərpası; və

(f) su ehtiyatlarına təsir göstərə bilən atmosfer şəraiti

10. (1) Departament aşağıdakı məqsədlər üçün hər hansı bir qurumla anlaşma memorandumuna daxil ola bilər –

(a) su ehtiyatlarının əlaqələndirilməsi və monitorinqi

(b) milli monitorinq sistemi və ya hidrometeoroloji məlumat bazası üçün məqsədli şəkildə tələb olunan məlumatların, informasiyanın, sənədlərin və ya nümunələrin əldə etmək; və

(c) özünün digər funksiyalarının yerinə yetirilməsi.

(2) Departament su ehtiyatlarının monitorinqini aparma mexanizmlərini və prosedurlarını müəyyənləşdirmək üçün hər hansı səlahiyyətli şəxslə sazişlərə daxil ola bilər.

11. (1) Departament aşağıdakıları təsis etməlidir –

(a) milli hidrometeoroloji məlumat bazası o cümlədən

(i) hidroloji informasiya sistemi;

(ii) su ehtiyatlarının keyfiyyətinə dair informasiya sistemi;

(iii) yeraltı sulara dair informasiya sistemi;

(iv) sudan istifadəyə dair icazələrin qeydiyyatı;

(v) okeanoqrafik informasiya sistemi;

(vi) iqlim və havaya dair informasiya sistemi; və

(vii) səth sularına dair informasiya sistemi;

(b) hidrometeoroloji məlumatların toplanması üçün standartlar.

12.(1) Hidrometeoroloji məlumat bazalarının vəzifələri aşağıdakılardan ibarətdir:

(a) su mənbələrinin mühafizəsi, dayanıqlı istifadəsi və idarə olunması üçün məlumatları və informasiyanı toplamaq, işlətmək, saxlamaq və təmin etmək;

(b) iqlim, iqlim dəyişikliyi və havaya dair informasiyanı toplamaq, saxlamaq və təmin etmək;

(c) su ehtiyatlarının mövcudluğunun və keyfiyyətinin obyektiv şəkildə qiymətləndirilməsinə dəstək göstərmək;

(d) su istifadəçilərinə, fəaliyyəti inkişaf etdirənlərə və əhaliyə aşağıdakılar üçün informasiya vermək:

(i) tədqiqat və inkişaf üçün;

(ii) planlaşdırma və ətraf mühitə təsirin qiymətləndirilməsi üçün;

(iii) ictimai təhlükəsizlik və fəlakətlər üzrə idarəçilik üçün; və

(iv) ehtiyatlardan istifadəyə dair təkliflərin qiymətləndirilməsi üçün su ehtiyatlarının vəziyyəti barədə

13. Departament, aşağıdakılar üçün tələb olunan məlumatlara, informasiyaya, sənədlərə, nümunələrə və ya materiallara malik olan istənilən şəxsdən bunların məntiqəuyğun müddətdə və ya mütəmadi əsaslarla ona təqdim olunmasını yazılı şəkildə tələb edə bilər –

(a) milli monitorinq sistemi və ya hidrometeoroloji məlumat bazası üçün; yaxud

(b) su ehtiyatlarının idarəçiliyi və ya mühafizəsi

14. Hidrometeoroloji məlumat bazasında saxlanan qeydlərin və informasiyanın surətini, qanunla təyin olunmuş hər hansı məhdudiyyətə riayət olunmaqla və məntiqəuyğun məbləğdə ödənişi ödəməklə, iş vaxtında Departamentin baş ofisində əldə etmə imkanı Departament tərəfindən təmin edilməlidir.

15.(1) Departament aşağıdakılarla bağlı Nazirə və müvafiq qurumlara məlumat verməli və bu informasiyanı onlar üçün əlçatan etməlidir –

(a) baş vermiş və ya baş vermək ehtimalı olan hər hansı daşqın;

(b) baş vermiş və ya baş vermək ehtimalı olan hər hansı quraqlıq;

(c) vaxtaşırı daşqın sularının çata biləcəyi səviyyələr;

(d) suyun keyfiyyətinin insanların yaşayışına, sağlamlığına və ya əmlakına qarşı doğurduğu hər hansı risk, - və

(e) iqlim, iqlim dəyişikliyi, hava, okeanoqrafiya və ya hidrologiya ilə bağlı olan istənilən digər məsələ.

F. Rusiya Federasiyasının Su Məcəlləsi (2006-cı il)



30-cu maddə. Su tutarların dövlət monitorinqi

  1. Su tutarların dövlət monitorinqi, federal hökumətə, Rusiya Federasiyasının tərkibində olan ərazilərə, bələdiyyələrə, fiziki şəxslərə və ya hüquqi şəxslərə məxsus olan su tutarların vəziyyətində dəyişiklikləri müşahidə etmək, qiymətləndirmək və əvvəlcədən söyləmək üçün tədbirlər sistemidir.

  2. Su tutarların dövlət monitorinqi ətraf mühit üzrə monitorinq sisteminin bir hissəsidir.

  3. Su tutarların dövlət monitorinqinin vəzifələri aşağıdakı kimidir:

  1. Su tutarlarda suyun keyfiyyətinə və su tutarların vəziyyətinə mənfi təsir göstərən zərərli proseslərin qarşısını almaq üçün tədbirləri inkişaf etdirmək və həyata keçirmək məqsədilə, belə proseslərin erkən aşkarlanmasını və onların inkişafının proqnozlaşdırılmasını təmin etmək;

  2. su tutarın mühafizəsi üzrə həyata keçirilən tədbirlərin səmərəliliyini qiymətləndirmək;

  3. su tutarlardan istifadə və onların mühafizəsi sahəsində əhalinin biliklərini artırmaq, o cümlədən su tutarlardan istifadə və onların mühafizəsi üzərində dövlət nəzarəti üçün informasiya təminatı.

  4. Su tutarların dövlət monitorinqi aşağıdakıları əhatə edir:

  1. su tutarların vəziyyətinin, su ehtiyatlarının vəziyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin, habelə su mühafizə zonalar üzərində mütəmadi olaraq müşahidələrin aparılması;

  2. müşahidələrdən əldə olunan məlumatların toplanması, işlənməsi və saxlanması;

  3. müşahidələrdən əldə olunan məlumatarın Milli Su Tutarların Qeydiyyatında qeydə alınması;

  4. su tutarların vəziyyətində, su ehtiyatlarının vəziyyətinin kəmiyyət və keyfiyyət göstəricilərində dəyişikliklərin qiymətləndirilməsi və proqnozlaşdırılması.

5.Su tutarların dövlət monitorinqi aşağıdakı ünsürlərdən ibarətdir:

1) hidrometeoroloji və əlaqəli növlərdə monitorinqdən əldə olunan məlumatları nəzərə almaqla, səth su tutarların monitorinqi;

2) su tutarların dərinliyinin və sahillərinin vəziyyətinin, habelə su mühafizə zonalarının vəziyyətinin monitorinqi;

3) yeraltı ehtiyatların dövlət monitorinqindən əldə olunan məlumatları nəzərə almaqla, yeraltı su mənbələrinin monitorinqi;

4) su kommunal sistemlərinin, o cümlədən suötürücü qurğuların, habelə su istehlakı və axıdılan həcmlərin monitorinqi.

6. Su tutarların dövlət monitorinqi, su tutarlarda su rejimlərini, onların fizioqrafiyasını, morfometriyasını və digər xüsusiyyətləri nəzərə almaqla, hövzə rayonlarının hüdudlarında aparılır.

7. Su tutarların dövlət monitorinqi Rusiya Federasiyasının Hökuməti tərəfindən səlahiyyət verilən federal icra orqanları tərəfindən, Rusiya Federasiyasının tərkib hissəsi olan ərazilərin səlahiyyətli icra orqanları ilə birgə təşkil olunmalı və aparılmalıdır.

8. Su tutarların dövlət monitorinqini tənzimləyən prosedurlar Rusiya Federasiyasının hökuməti tərəfindən müəyyənləşdirilməlidir.

31-ci maddə. Milli Su Tutarların Qeydiyyatı

  1. Milli Su Tutarların Qeydiyyatı federal hökumətə, Rusiya Federasiyasının tərkib hissəsi olan ərazilərə, bələdiyyələrə, fiziki şəxslərə və ya hüquqi şəxslərə məxsus su tutarlara, onlardan istifadəyə, çay hövzələrinə və hövzə rayonlarına dair sənədləşdirilmiş informasiyanın strukturlaşdırılmış sahəsidir (domenidir).

  2. Milli Su Tutarların Qeydiyyatı sudan istifadə sazişlərinin, su tutarlardan istifadə üçün icazələrin verilməsinə dair qərarların, sudan istifadə sazişləri əsasında hüquqların və vəzifələrin təyinatlarının və sudan istifadə sazişlərinin bitirilməsi hallarının dövlət qeydiyyatıdır.

  3. Milli Su Tutarların Qeydiyyatı su tutarlardan inteqrə edilmiş şəkildə istifadə və onların qorunmasını təmin etmək, habelə suyun mənfi təsirlərinin qarşısını almaq və onların fəsadlarını yüngülləşdirmək üçün tədbirləri planlaşdırmaq və inkişaf etdirmək üçün aparılır.

  4. Milli Su Tutarların Qeydiyyatına aşağıdakılara dair sənədləşdirilmiş informasiya daxil edilir:

-

1) hövzə rayonları;

2) çay hövzələri;

3) su istifadə sahələri;

4) çay hövzələri hüdudlarında yerləşən su tutarlar, o cümlədən su tutarlarda su rejimlərinə, onların fizioqrafiyasına, morfometriyasına və digər xüsusiyyətlərinə dair məlumatlar;

5) su kommunal sistemləri;

6) su tutarlardan istifadə, o cümlədən su istehlakı və suyun axıdılmasına dair məlumatlar;

7) suötürücü qurğular və su tutarlarda yerləşən digər qurğular;

8) su mühafizə zonaları və yaxın sahilyanı mühafizə zolaqları, digər xüsusi məqsədli zonalar;

9) su tutarlardan istifadə üçün icazələrin verilməsinə dair qərarlar;

10) sudan istifadə sazişləri;

11) su tutarlar üzərində sahiblik hüququna və ya su tutarlardan istifadə hüququna təkan verən digər sənədlər.

5. Yeraltı su mənbələrinə dair sənədləşdirilmiş informasiyanın toplanması və saxlanması yeraltı ehtiyatlara dair qanunvericiliyə uyğun aparılmalıdır.

6. Milli Su Ehtiyatları Qeydiyyatında sənədləşdirilən informasiya dövlət informasiya resurslarının bir hissəsidir. Milli Su Ehtiyatları Qeydiyyatında toplanan sənədləşdirilmiş informasiya, Rusiya Federasiyasının qanunları ilə çıxış imkanının məhdudlaşdırıldığı informasiya istisna olmaqla ictimaiyyət üçün açıqdır.

7.Rusiya Federasiyası Hökumətinin səlahiyyət verdiyi federal icra orqanı maraqlı tərəfi beş iş günü ərzində Milli Su Ehtiyatları Qeydiyyatından istənilən informasiya ilə təmin etməli, yaxud da belə informasiyanı təmin etməkdən əsaslandırılmış şəkildə imtina olunmasına dair yazılı bildiriş verməlidir. Maraqlı tərəf belə bir imtinadan məhkəməyə appelyasiya şikayəti verə bilər.

8.Bu maddənin 4-cü bəndində qeyd olunan sənədlərin surətləri ödənişli şəkildə təmin olunur. Ödənişin məbləği və ödəniş şərtləri Rusiya Federasiyasının Hökuməti tərəfindən müəyyənləşdirilməlidir.

9. İstifadə üçün su tutarlar barəsində verilən informasiya Rusiya Federasiyası Hökuməti tərəfindən slahiyyət verilən federal icra orqanının rəsmi İnternet səhifəsində yerləşdirilməlidir.

10. Milli Su Tutarların Qeydiyyatı Rusiya Federasiyası hökuməti tərəfindən səlahiyyət verilən federal icra orqanı tərəfindən Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyənləşdirilmiş prosedura uyğun olaraq aparılmalıdır.

G. Latviyanın Su İdarəçiliyi haqqında Qanunu (2002-ci il)



22-ci maddə. Səth və yeraltı suların və qorunan ərazilərin vəziyyətinin monitorinqi

  1. Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyi, səth suların, yeraltı suların və qorunan ərazilərin monitorinqini əhatə edən, hər bir çay hövzəsi rayonunun monitorinqi üçün proqramları təsdiq etməlidir.

  2. Səth suları üçün monitorinq proqramı aşağıdakıları əhatə edir:

  1. ekoloji və kimyəvi vəziyyəti və ekoloji potensialı qiymətləndirmək üçün uyğun hüdudlarda axının həcmi və sürəti;

  2. ekoloji və kimyəvi vəziyyət və ekoloji potensial.

  1. Yeraltı sular üçün monitorinq proqramı kimyəvi vəziyyətin və kəmiyyətlə bağlı vəziyyətin monitorinqini əhatə etməlidir.

  2. Qorunan ərazilər üçün monitorinq proqramı qanunvericiliklə tələb olunan qoruq ərazilərin monitorinqinə əlavə olaraq görülən tədbirləri əhatə etməlidir.

  3. Nazirlər Kabineti, bu maddədə qeyd olunan monitorinq tələblərini və monitorinq proqramlarının təsis edilməsi üçün tələbləri, habelə çimərlik sularının və çimərlik ərazilərinin monitorinqi üçün tələbləri müəyyənləşdirir.

H. Kenya Su Qanunu (2002-ci il)

18. Su ehtiyatları idarəçiliyinin milli monitorinqi və buna dair informasiya

(1) Milli su ehtiyatlarını idarəetmə strategiyasında su ehtiyatlarına dair milli monitorinq və informasiya sistemləri nəzərdə tutulur.

(2) Sistemlərdə aşağıdakılar nəzərdə tutulur –

(a) su ehtiyatları və onların idarəçiliyi ilə bağlı məlumatların və informasiyanın toplanması və idarə olunması; və

(b) məlumatların toplanması üçün prosedurlar və su ehtiyatlarına dair informasiyanın təhlili və yayımlanması.

(3) Bu bənd əsasında təsis olunan hər hansı sistemlərin məqsədləri üçün, müvafiq hakimiyyət orqanı, tapşırıq əsasında hər hansı bir şəxsdən, məntiqli vaxt çərçivəsində və ya mütəmadi əsaslarla, onu göstərilmiş informasiya, sənədlər, nümunələr və ya materiallarla təmin etməyi tələb edə bilər.

(4) Bu Qanun əsasında müəyyənləşdirilən qaydalarda qeydlərin aparılması və müvafiq hakimiyyət orqanının informasiya ilə təmin olunması üçün tələblər qeyd oluna bilər.

(5) Hər bir maliyyə ilinin başa çatmasından sonra 3 ay ərzində, müvafiq hakimiyyət orqanı, öz işinə və fəaliyyətinə dair illik hesabat hazırlamalıdır.

(6) göstərilən ödənişi ödəməklə, əhalinin istənilən üzvü –

(a) hər hansı milli informasiya sistemində toplanan informasiyaya çıxış imkanına malik olur; və

(b) müvafiq hakimiyyət orqanının illik hesabatının surəti ilə təmin edilir.

İ. Cənubi Afrika Respublikasının Milli Su Qanunu (1998-ci il)



14-cü Fəsil, 1-ci bənd

137. Milli monitorinq sistemlərinin təsis olunması

(1) Nazir, praktik baxımdan mümkün olduğu qədər qısa müddətdə su ehtiyatları üzrə milli monitorinq sistemlərini təsis etməlidir.

(2) Sistemlər, digər məsələlərlə yanaşı, aşağıdakıları qiymətləndirmək üçün zəruri olan müvafiq məlumatların və informasiyanın toplanılmasını nəzərdə tutur –

(a) müxtəlif su ehtiyatlarında suyun həcmi (miqdarı);

(b) su ehtiyatlarının keyfiyyəti;

(c) su ehtiyatlarından istifadə;

(d) su ehtiyatlarının bərpası;

(e) ehtiyatların keyfiyyəti ilə bağlı məqsədlərə uyğunluq;

(f) su ekosistemlərinin sağlamlığı; və

(g) su ehtiyatlarına təsir göstərə bilən atmosfer şəraiti.

138. Su ehtiyatlarının monitorinqini əlaqələndirmək üçün mexanizmləri təsis olunması

Nazir, aşağıdakı müvafiq –

  1. dövlət orqanları;

  2. su idarəçiliyi institutları; və

  3. mövcud və potensial su istifadəçiləri

ilə məsləhətləşmə apardıqdan sonra su ehtiyatlarının monitorinqini əlaqələndirmək üçün mexanizmlər və prosedurlar təsis etməlidir.

Fəsil 14, bənd 2

139. Milli informasiya sistemlərinin təsis olunması

(1) Nazir, praktik baxımdan mümkün olduğu qədər qısa müddətdə, su ehtiyatlarına dair milli informasiya sistemlərini təsis etməlidir.

(2) İnformasiya sistemlərinə, digər sistemlərlə yanaşı, aşağıdakılar daxil ola bilər –

(a) hidroloji informasiya sistemi;

(b) su ehtiyatlarının keyfiyyətinə dair informasiya sistemi;

(c) yeraltı sulara dair informasiya sistemi; və

(d) sudan istifadəyə dair icazələrin qeydiyyatı.

140. Milli informasiya sistemlərinin vəzifələri

Milli informasiya sistemlərinin vəzifələri aşağıdakılardan ibarətdir.

  1. su ehtiyatlarının qorunması, dayanıqlı istifadəsi və idarəçiliyi üçün məlumatları saxlamaq və təmin etmək;

  2. milli su ehtiyatları strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi üçün informasiyanı təmin etmək;

  3. su idarəçilik institutlarına, su istifadəçilərinə və əhaliyə aşağıdakılar üçün informasiya vermək –

  1. tədqiqat və inkişaf üçün;

  2. planlaşdırma və ətraf mühitə təsirin qiymətləndirilməsi üçün;

  3. ictimai təhlükəsizlik və fəlakətlər üzrə idarəçilik üçün; və

  4. su ehtiyatlarının vəziyyətinə dair.

141. İnformasiya təminatı

Nazir, istənilən şəxsdən, məntiqli vaxt çərçivəsində və ya mütəmadi əsaslarla, məqsədəuyğun şəkildə aşağıdakılar üçün tələb olunan məlumatları, informasiyanı, sənədləri, nümunələri və ya materialları Departamentə təqdim etməyi tələb edə bilər –

  1. hər hansı milli monitorinq şəbəkəsinin və ya milli informasiya sisteminin məqsədləri

  2. su ehtiyatlarının idarəçiliyi və qorunması.

142. İnformasiyaya çıxış imkanı

Nazir, bu Fəslin şərtləri ilə təsis edilmiş hər hansı bir milli informasiya sistemində toplanan informasiyanı, qanunla təyin edilən məhdudiyyətlərə riayət olunmaqla və Nazir tərəfindən müəyyən edilmiş məntiqli məbləğdə ödəniş həyata keçirilməklə, əlçatan etməlidir.

143. Monitorinq, qiymətləndirmə və informasiya üzrə qaydalar

Nazir aşağıdakıların göstərildiyi qaydaları müəyyən edə bilər –

  1. monitorinq üçün rəhbər müddəalar, prosedurlar, standartlar və metodlar; və

  2. bu Fəslin şərtləri əsasında təqdim edilməli məlumatların xüsusiyyətləri, növü, müddəti və formatı.

145. İnformasiyanı əhali üçün əlçatan etmək vəzifəsi

(1) Su idarəçilik təşkilatı, öz hesabına, öz mülahizəsi ilə aşağıdakılara dair informasiyanı əhali üçün əlçatan etməlidir –

(a) baş vermiş və ya baş vermək ehtimalı olan daşqın;

(b) baş vermiş və ya baş vermək ehtimalı olan quraqlıq;

(c) dağıla bilən və ya dağılmış suötürücü qurğu, əgər, bu, insan həyatını və ya əmlakını təhlükə altına ala bilərsə;

(d) hər hansı bir dambanın doğurduğu hər hansı bir risk;

(e) vaxtaşırı daşqın sularının çata biləcəyi səviyyələr;

(f) hər hansı bir suyun həyat, sağlamlıq və ya əmlaka qarşı doğura biləcəyi risk; və

(g) su və ya su ehtiyatları ilə bağlı əhalinin bilməli olduğu hər hansı digər bir məsələ.

J. Ermənistanın Su Məcəlləsi (2002-ci il)



Məcəllədə istifadə olunan ümumi konsepsiyalar

Su ehtiyatlarının monitorinqi:

Bununla bağlı toplanılmanı və təhlili təmin edən (və yayımlanmalı olan) hidroloji, hidrogeoloji, hidrofiziki və hidrokimyəvi göstəricilər üzərində müşahidələrin tənzimlənən sistemi.

10-cu maddə. Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı

Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı:

  1. su ehtiyatlarının monitorinqinə kömək edir və su ehtiyatlarının monitorinqinin nəticələrini planlaşdırma və idarəetmə prosesinə daxil edir;

11-ci maddə. Su Hövzəsini İdarəetmə Orqanları

Su Hövzəsini İdarəetmə Orqanları:

6.Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı tərəfindən təsdiq olunduqdan sonra ayrılmalı suyun miqdarını və rejimlərini müəyyənləşdirir, habelə ayrılan suyun ölçülməsini tətbiq edir və buna nəzarət edir,

19-cu maddə. Su Ehtiyatlarının Monitorinqi və İnformasiya Sistemləri

Su ehtiyatlarının monitorinqi üçün səlahiyyət verilmiş dövlət orqanı, qanunla müəyyən edilmiş prosedurlara uyğun olaraq, su ehtiyatlarının monitorinqinə görə cavabdehlik daşıyır.

Dövlət Su Kadastrının İnformasiya sistemləri vasitəsilə informasiyanın verilmə qaydası Hökumət tərəfindən müəyyənləşdirilməlidir.

Su Kadastrına daxil edilməsi üçün monitorinq aşağıdakılara dair məlumatları təmin etməlidir:

  1. su ehtiyatlarının kəmiyyət göstəriciləri, o cümlədən qar örtüyünə dair məlumatlar;

  2. su ehtiyatlarının keyfiyyət göstəriciləri;

  3. su ehtiyatlarından istifadənin səmərəliliyi;

  4. su ehtiyatlarına antropogen təsirin, o cümlədən çirkləndirmənin nəticələri;

  5. çirkab sular və onlardakı maddələrin tərkibi və miqdarı;

  6. su ehtiyatlarının bərpası;

  7. daşqınlar, sellər, quraqlıqlar barədə proqnozlar;

  8. su ekosistemlərinin qorunduğu zonalar və onların vəziyyəti;

  9. atmosfer yağıntısı və aymosfer temperatur rejimi;

  10. sudan istifadəyə dair icazələr və su sistemlərindən istifadəyə dair icazələr;

  11. Milli Su Proqramının icrası.

Dövlət Su Kadastrındakı informasiya rəsmi informasiya hesab edilməlidir.

Su ehtiyatlarının lazımi şəkildə idarə olunmasını və saxlanmasını təmin etmək məqsədilə, Dövlət Su Kadastrındakı informasiya əhali üçün qarşılıqsız şəkildə əlçatan olmalıdır.

Dövlət Su Kadastrında ayrı-ayrı su hövzələrinə görə və milli səviyyədə su ehtiyatları balansı qeydə alınmalıdır.

Yeraltı suların geoloji araşdırılması, yeraltı su ehtiyatlarının qiymətləndirilməsi və bununla bağlı məlumatların Dövlət Su Kadastrına təqdim olunması üzrə prosedurlar qanunla müəyyən edilməlidir.

Hər il, su ehtiyatlarının monitorinqinə dair geniş hesabat səlahiyyətli dövlət monitorinq orqanı tərəfindən Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanına təqdim edilməli və Milli Su Proqramının yerinə yetirilməsinə dair illik təqdimata daxil edilməlidir.

Təchiz edilən suyun qeydə alınması su sayğacları vasitəsilə aparılmalı və belə sayğaclar olmadığı təqdirdə Hökumət tərəfindən suyun qeydə alınması üçün müəyyən edilən alternativ prosedur tətbiq edilməlidir.

Su sayğacları qanunvericiliklə müəyyən edilmiş prosedurlarla quraşdırılır. Açıq yataqlarda suyu ölçən müşahidə məntəqələri də quraşdırılır.


Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2017
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa