Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat



Download 0.75 Mb.
bet7/8
Sana08.05.2017
Hajmi0.75 Mb.
1   2   3   4   5   6   7   8

Əlavə K: Suyun iqtisadi dəyəri

  1. Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)

6-cı maddə. Su ehtiyatları idarəçiliyi üçün prinsiplər

...

  • Su Ehtiyatlarının İqtisadi Dəyəri Prinsipi – su ehtiyatlarının istifadəsi və qorunması üzrə fəaliyyətin planlaşdırılmasında, qərarların qəbul edilməsində və bu fəaliyyətin həyata keçirilməsində su ehtiyatlarının iqtisadi dəyəri nəzərə alınmalıdır;

B.Sloveniyanın Su Qanunu (2002-ci il)

3-cü maddə. Su idarəçiliyinin prinsipləri

  1. Ətraf mühitin mühafizəsinin əsas prinsiplərini nəzərə alaraq, suların və su və sahil ərazilərin idarəçiliyi aşağıdakılara əsaslanmalıdır:

...

4.suların iqtisadi qiymətləndirilməsi prinsipi, bura suların üzərinə yük qoyma məsrəfləri və suların qorunması və tənzimlənməsi məsrəfləri də daxildir;

55-ci maddə. Su ərazilərində su idarəçiliyi planları (məzmun)

  1. Əvvəlki bənddə qeyd olunan su idarəçilik planlarında xüsusən aşağıdakılar öz əksini tapmalıdır:

  1. Təbii sərvətlərə və suların vəziyyətinə dair məlumat və bu çərçivədə, xüsusilə aşağıdakılar:

    1. suyun qorunmasının və tənzimlənməsinin iqtisadi qiymətləndirilməsi.

    2. sudan və dəniz sərvətlərindən istifadənin iqtisadi qiymətləndirilməsi.

123-cü maddə. Su hüququna görə ödəniş

...

  1. Su hüququna görə ödənişin müəyyən olunmasında aşağıdakı meyarlar nəzərə alınmalıdır:

...

3.su qurğularının və tikililərinin tikitisi üçün tələb olunan vəsaitlərin məbləği;

4. sudan xüsusi istifadə vasitəsilə su hüququnun sahibi tərəfindən nail olunacaq

iqtisadi faydalar;

124-cü maddə. Su haqları

  1. Dövlətə məxsus sudan, su ilə gələn suxurlardan və ya su ərazisindən istifadəyə görə, su hüququnun sahibi, su hüququna uyğun su haqlarını ödəməlidir.

  2. Su haqları, ayrıca aşağıdakılar daxil olmaqla, məsrəflərin qarşılanması prinsipi nəzərə alınmaqla ödənilməlidir:

  1. bu Qanuna uyğun olaraq ictimai xidmətlərin təmin edilməsi məsrəfləri;

  2. su infrastrukturua yatırım və onun saxlanması məsrəfləri;

  3. bu Qanuna uyğun olaraq, zərərin ödənilməsi məsrəfləri.

...

(6)Hökumət su haqlarının səviyyəsinin müəyyənləşdirilməsi metodunu, hesabın təqdim edilməsi, su haqlarının hesablanması və ödənilməsi metodunu və su haqlarının azaldılması və şəxslərin su haqqını ödəməkdən azad olunması meyarlarını müəyyən edir və bu zaman, o, bu Qanunun 55-ci maddəsinin ikincə bəndində 1.7-ci yarımbənddə qeyd olunan iqtisadi qiymətləndirməni və su hüququnun həyata keçirildiyi ərazinin sosial, iqtisadi və coğrafi xüsusiyyətlərini nəzərə almalıdır.

C.Latviyanın Su İdarəçiliyi haqqında Qanunu (2002-ci il)



15-ci maddə. İqtisadi təhlil, çay hövzəsi rayonunun səciyyəvi xüsusiyyətləri və insan fəaliyyətinin ətraf mühitə təsirinin araşdırılması

  1. Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Naziri, 16-cı maddənin şərtlərini nəzərə alaraq, hər bir çay hövzəsi rayonu və beynəlxalq çay hövzəsi rayonunun Latviya ərazisinə düşən hissəsi üçün su ehtiyatlarından istifadənin iqtisadi təhlilini (bundan sonra iqtisadi təhlil), çay hövzəsi rayonunun səciyyəvi xüsusiyyətlərini və insan fəaliyyətinin ətraf mühitə təsirinin araşdırılmasını təsdiq edir.

  2. Birinci bənddə qeyd edilən iqtisadi təhlil, çay hövzəsi rayonunun səciyyəvi xüsusiyyətləri və insan fəaliyyətinin ətraf mühitə təsirinin araşdırılması ən azı altı ildən bir yenilənməlidir.

16-cı maddə. İqtisadi təhlillər

İqtisadi təhlildə aşağıdakı informasiya olmalıdır:

  1. suyun istifadəçisinin sudan istifadə ilə bağlı bütün məsrəfləri ödəməli olması prinsipini, habelə mövcud su ehtiyatları ilə bağlı hesablamaları və suya tələbat və məsrəflərə dair uzun-müddətli proqnozları, habelə zəruri yatırımlara dair proznozu nəzərə alaraq, zəruri tədbirlərin məsrəflərinin hesablanması üçün əsası təmin edən informasiya;

  2. tədbirlər proqramına daxil edilməli məsrəf baxımından ən effektiv tədbirlər barədə qərarlar verməyə imkan yaradan.

17-ci maddə. Su ehtiyatlarından istifadə üzrə məsrəflərin ödənilməsi

  1. Fiziki və hüquqi şəxslər, elektrik enerjisi hasilatı və balıqçılıq (təbii ehtiyatlar üzrə vergi və yuxarıda göstərilən fəaliyyətlər nəticəsində suyun çirklənməsinə görə zərərlərin ödənilməsi istisna olmaqla) üçün istifadə edilən su axınından ödənişsiz istifadə etmək, habelə qeyri-kommersiya daşınmaları, çimərlik, su idmanı, su turizmi və ya götürülən suyun həcmi Nazirlər Kabinetinin müəyyənləşdirdiyi hüdudları keçməyən həddə şəxsi ehtiyaclar üçün su ehtiyatlarından ödənişsiz istifadə etmək hüququna malikdirlər.

  2. Suyun götürülməsi və suyun çirkləndirilməsinə görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilməli təbii ehtiyatlar vergisi, habelə su təchizatı və çirkab suların təmizlənməsinə görə tariflər (kommunal xidmətlərə görə ödənişlər), su ehtiyatlarından istifadə haqları, birinci bənddə qeyd olunan istifadə halları istisna olmaqla, aşağıdakılar nəzərə alınaraq qanunvericiliklə müəyyən edilməlidir:

  1. fiziki və hüquqi şəxslər su ehtiyatlarından istifadə ilə bağlı bütün məsrəfləri, ətraf mühit və ehtiyatlarla bağlı məsrəfləri ödəməlidirlər

  2. çikləndirən tərəf ödəyir – prinsipi

  3. qanunla müəyyənləşdirilmiş ətraf mühitlə bağlı məqsədlərə nail olmağa kömək edərək, su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmalıdır;

  4. həmçinin, məsrəflərin ödənilməsinin və məsrəflərin ödənilmə səviyyəsinin sosial, ətraf mühitlə bağlı və iqtisadi təsirlərini qiymətləndirərək coğrafi, geoloji və iqlim şəraiti.

  1. İdarəçilik planlarında bu Qanunun şərtlərinin yerinə yetirilməsi istiqamətində planlaşdırılan addımlar, habelə müxtəlif su istifadəçiləri tərəfindən su ehtiyatlarından istifadə üzrə məsrəflərin ödənilməsi barədə məlumat verilməlidir.

  2. Bu maddənin yerinə yetirilməsi bu qanunun məqsədlərinə nail olmaq üçün təklif olunan xüsusi qabaqlayıcı, araşdırma və ya bərpa tədbirlərinin maliyyələşdirilməsinə mane olmamalıdır.

D.Ermənistanın Su Məcəlləsi (2002-ci il)

5-ci maddə. Su Ehtiyatlarının və Su Sistemlərinin İdarəçiliyi, İstifadəsi və Mühafizəsinin Əsas Prinsipləri

Ermənistan Respublikasında su ehtiyatlarının və su sistemlərinin idarəçiliyi, istifadəsi və mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:

10)su ehtiyatlarının istifadəsi, paylanması və mühafizəsi prosedurlarında suyun iqtisadi dəyərinin nəzərə alınması. Eyni zamanda, su, gələcək nəsillərin marağı naminə olduğu kimi qorunmalı, saxlanması və istifadə edilməlidir;

11) suyun alternativi yoxdur; su tək istifadə olunduğu halda deyil, istifadə olunmadığı halda da ətraf mühitlə bağlı və iqtisadi dəyərə malikdir. Suyun iqtisadi dəyəri əsasən suyun içməli olması, ətraf mühitlə bağlı, enerji potensialı və kənd təsərrüfatı üçün dəyərlərinin məcmusundan ibarətdir;

12) suyun alternativ məsrəfləri, sudan hər hansı bir digər alternativ layihə tərəfindən və məqsədlə istifadə olunduğu halda, nail oluna bilən son faydadan ibarətdir.

13) sudan minimum səmərəli həcmdə istifadəni və istehlakçı üçün suyun zəruri keyfiyyətini təmin etmək üçün su çatışmazlığı şəraitində azaldılan qiymət əsasında tənzimlənən tarif müəyyən edilir.

14) əgər tənzimlənən tarifin müəyyən olunmuş ölçüsü hesablanmış tarifin ölçüsündən aşağıdırsa, suyun istifadəsindən dövlət büdcəsinə daxil olan vəsaitdə çatışmazlığın subsidiyalar və ya Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən vergi imtiyazları formasında ödənilməsi nəzərdə tutulur. Su istifadəçilərinin ödəmək qabiliyyəti artdıqca, əlavə ödənişlər azaldılmalı və tənzimlənən tarifin ölçüsü hesablanmış tarifdəki qiymətə uyğun olmalıdır.

15) sudan istifadəyə görə zəmanət verilən haqqları tətbiq edərək ödənişli əsaslarla su ehtiyatlarının paylanması və istifadəsi. İstifadə oluna bilən su ehtiyatlarının ödənişsiz paylanması yalnız, Ermənistan Respublikası Hökuməti tərəfindən müəyyən edilmiş prosedura uyğun olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda tətbiq olunur;

31-ci maddə. Sudan istifadəyə dair icazə üçün müraciətə baxılma meyarları

...

Sudan istifadəyə dair icazənin verilib-verilməməli olduğunu müəyyənləşdirərkən, Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı, aşağıdakılar da daxil olmaqla, müvafiq meyarlardan istifadə etməlidir:

...

  1. Sosial, iqtisadi və ətraf mühitə təsirlər;

76-cı maddə. Su Ehtiyatları, Su Təchizatı və (və ya) Çirkab Su Sistemlərinin İstifadəsi, Bərpası və Mühafizəsi üzrə İqtisadi Tənzimləmə Prinsipləri

Su ehtiyatları, su təchizatı və (və ya) çirkab su sistemlərinin istifadəsi, bərpası və mühafizəsinin iqtisadi tənzimlənməsində əsas prinsip sudan ödənişli istifadədir.

Su haqları su ehtiyatlarının səmərəli istifadəsini, bərpasını və saxlanmasını təşviq edir. Bu haqlar aşağıdakıları təmin etmək üçün lazımi səviyyələrdə müəyyən edilməlidir:

  1. Su ehtiyatlarından istifadə üçün xərclər;

  2. Su ehtiyatlarının bərpası və saxlanması üçün maliyyələşdirmə;

  3. Su təchizatı və (və ya) çirkab su sistemlərinin işləməsi və saxlanması məsrəflərinin ödənilməsi;

  4. Effektiv su idarəçiliyi (o cümlədən idarəetmə, əhalinin maarifləndirilməsi, monitorinq, planlaşdırma və tətbiqetmə tədbirləri) üçün məsrəflərin ödənilməsi;

  5. Su təchizatı və çirkab su sistemlərinin səmərəli işləməsini, bərpasını və saxlanmasını təşviq etmək üçün iqtisadi stimul sistemlərinin təsis olunması.

Su təchizatı və (və ya) çirkab su sistemlərinin səmərəli işləməsi, bərpası və saxlanması ilə bağlı iqtisadi məsələlər qanunla müəyyən edilir.

Su təchizatı və (və ya) çirkab su sistemlərinin səmərəli işləməsi, bərpası və saxlanması üçün vergi, kredit və digər imtiyazları vermə prosedurları qanunvericiliklə müəyyən edilir.

77-ci maddə. Sudan istifadəyə dair icazə üçün rüsumlar

Sudan istifadəyə dair icazə üçün rüsum aşağıdakılara əsaslanmalıdır:

  1. Su ehtiyatından götürülən suyun həcmi, keyfiyyəti və rejimi;

  2. Su ehtiyatından su götürmədən istehsal olunan məhsulun, göstərilən xidmətlərin, tamamlanan işlərin həcmi;

  3. Su ehtiyatının istifadə olunan səthi;

  4. Suyun keyfiyyətlə və kəmiyyətlə bağlı səciyyəvi xüsusiyyətləri əsasında su ehtiyatından məqsədli və ya qeyri-məqsədli şəkildə istifadə;

  5. Suya axıdılan çrikab suların həcmi və keyfiyyəti.

Sudan istifadənin səmərəliliyini artırmaq və suyun keyfiyyətini yaxşılaşdırmaq, habelə su istifadəçilərinin marağını yüksəltmək məqsədilə, sudan istifadəyə dair icazəyə malik olan ayrı-ayrı şəxslərdən tutulan sudan istifadəyə dair icazə üçün rüsumlar aşağıdakı faktorlara görə fərqli olur:

  1. Suyun axıdıldığı su ehtiyatının keyfiyyəti ilə müqayisədə su ehtiyatından götürülən və su ehtiyatına axıdılan suyun keyfiyyəti, habelə sudan istifadəyə dair icazəyə malik olan şəxsin mənfəəti;

  2. Monitorinq xərcləri;

  3. Götürülən suyun miqdarı; və

  4. Suyun keyfiyyətinə və kəmiyyətinə təsirlər və risklər və bununla bağlı bərpa məsrəfləri.

Sudan istifadə ictimai marağa və bu Məcəllənin tələblərinə uyğun olduqda, Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı zərurət olduqda daha aşağı rüsum tələb edə bilər və ya əks təqdirdə iqtisadi inkişafı və yatırımları təşviq etmək üçün maliyyə yardımı təklif edə bilər.

Bu Məcəllədə nəzərdə tutulan ətraf mühitlə bağlı rüsumlar aşağıdakılara əsaslanmalıdır:

  1. Axıdılan çirkab suların tərkibi, kəmiyyəti, keyfiyyəti və xüsusiyyətləri;

  2. Çirkab suların su ehtiyatlarına təsirinin növü və səviyyəsi;

  3. Belə suların axıdıldığı su ehtiyatının ekoloji vəziyyəti;

  4. Sudan istifadənin monitorinqinin tələb olunan səviyyəsi.

Əlavə L: Mübahisələri həlletmə mexanizmləri

A.Kenyanın Su Qanunu (2002-ci il)



84. Şuranın təsis olunması

(1) Beləliklə Su Appelyasiya Şurası kimi bəlli olan şura təsis olunur.

(2) Şura aşağıdakılardan ibarətdir –

(a) Ali Məhkəmənin sədrinin tövsiyəsi əsasında Prezident tərəfindən təyin edilməli olan və Kenyanın Ali Məhkəməsində hakim vəzifəsini tutmaq üçün ixtisaslı və ya bu vəzifəni tutmuş şəxs olan sədr; və

(b) Nazir tərəfindən təyin edilməli olan iki şəxs.

(2) Dördüncü Qrafik Şuraya üzvlük və onun proseduru baxımdan qüvvəyə malikdir.

85. Şuranın yurisdiksiyası

(1) Orqanın, Nazirin və ya Tənzimləmə Orqanının bu Qanun əsasında icazə və ya lisenziyaya dair qərarı və ya sərəncamı ilə bilavasitə bağlı olan hüquqa və ya əmlak marağına malik istənilən şəxsin iddiası ilə Su Appelyasiya Şurasında appelyasiya prosesinə başlanıla bilər və Şura belə appelyasiya şikayətini dinləməli və qərar verməlidir.

(2) Əlavə olaraq, Şura, bu və ya hər hansı digər Qanunla və ya belə Qanun əsasında ona mübahisələri dinləmək və qərar vermək üçün verilə bilən yurisdiksiyaya və digər səlahiyyətlərə və funksiyalara malik olur.

B. Cənubi Afrika Respublikasının Su Qanunu (1998-ci il)



146. Su Tribunalının Təsis Edilməsi

(1) Beləliklə, Su Tribunalı təsis edilir.

(2) Tribunal aşağıdakı səlahiyyətlərə malik olan müstəqil orqandır –

(a) Respublikanın bütün əyalətlərində yurisdiksiyaya malikdir; və

(b) Respublikanın istənilən yerində dinləmələr apara bilər.

(3) Tribunal sədrdən, sədr müavinindən və nazirin zəruri hesab etdiyi bir çox əlavə üzvlərdən ibarət olur.

(4) Tribunalın üzvləri qanunvericilik, mühəndislik, su ehtiyatları idarəçiliyi və ya digər əlaqəli sahələr üzrə biliklərə malik olmalıdır.

(5) Tribunalın sədri, sədr müavini və əlavə üzvləri Konstitusiyanın 178-ci maddəsində nəzərdə tutulan Məhkəmə Sistemi Komissiyasının tövsiyəsi əsasında Nazir tərəfindən təyin olunurlar.

(6) Sədr və sədr müavini üçün tam və ya hissəvi iş günü, əlavə üzvlər isə hissəvi iş günü tətbiq edilməklə, onlar bu vəzifəyə təyin olunurlar.

(7) Nazir, Maliyyə Naziri ilə məsləhətləşmə aparmaqla, sədrin, sədr müavininin və bütün digər üzvlərin iş şərtlərini və məvaciblərini müəyyənləşdirməlidir.

(8) Nazir, 5-ci yarımbənddə qeyd olunan Məhkəmə Sistemi Komissiyası ilə məsləhətləşmə apardıqdan və müvafiq üzvə etiraz etmək imkanını verdikdən və bu etirazları nəzərdən keçirdikdən sonra, uyğun bir səbəblə hər hansı bir üzvün Tribunaldan kənarlaşdırılmasına dair qərar verə bilər.

148. Su Tribunalına verilən apellyasiya şikayətləri –

(1) Su Tribunalına aşağıdakı apellyasiya şikayətləri verilə bilər –

(a) qəbul edən şəxs tərəfindən, 19(3)-cü və ya 20(4)-cü maddələrə əsasən, qovşaq idarəetmə orqanının verdiyi direktivə qarşı;

(b) təsirə məruz qalan şəxs tərəfindən, 19(5)-ci və ya 20(7)-ci maddələrə əsasən, məsrəflərin ödənilməsi üçün qovşaq idarəetmə orqanının irəli sürdüyü iddiaya qarşı;

(c) təsirə məruz qalan şəxs tərəfindən, 19(8)-ci və ya 20(9)-cu maddələrə əsasən, qovşaq idarəetmə orqanının qərarı ilə məsuliyyətin bölgüsünə qarşı;

(d) təsirə məruz qalan şəxs tərəfindən, 25(1)-ci maddəyə əsasən, sudan istifadəyə dair icazənin müvəqqəti olaraq ötürülməsi barədə su idarəçilik qurumunun qərarına qarşı;

(e) təsirə məruz qalan şəxs tərəfindən, 35-ci maddəyə əsasən, sudan istifadənin araşdırılması barədə cavabdeh orqanın qərarına qarşı;

(f) müraciət edən və ya müraciət əleyhinə vaxtında yazılı etiraz bildirmiş hər hansı bir digər şəxs tərəfindən, 41-ci maddəyə əsasən və ya 41-ci maddənin tətbiq edildiyi hər hansı bir digər müraciətlə bağlı, lisenziya üçün müraciətə dair cavabdeh orqanın qərarına qarşı;

(h) təsirə məruz qalan şəxs tərəfindən, 49(2)-ci maddəyə əsasən, araşdırma üzrə cavabdeh orqanının lisenziya şərtində düzəlişinə qarşı;

(i) təsirə məruz qalan şəxs tərəfindən, 51(1)-ci maddəyə əsasən, iddialara baxılmasına dair cavabdeh orqanın qərarına qarşı;

(k) barəsində iddia qaldırılmış şəxs tərəfindən, 53(2)(a) maddəsinə əsasən, məsrəflərin ödənilməsi üçün su idarəçilik təşkilatının qaldırdığı iddiaya qarşı;

(l) sudan istifadə hüququna və ya lisenziyaya malik olan şəxs tərəfindən, 54-cü maddəyə əsasən, bu hüququn dayandırılmasına, geri alınmasına və bərpasına dair cavabdeh orqanın qərarına qarşı; və 118(30 və ya (4)-cü maddəyə əsasən, təhlükəsizlik riskinin olduğu damba ilə bağlı Nazirliyin verdiyi bəyanata, direktivə və ya tələb olunan məsrəflərə qarşı.

(2) 1-ci yarımbəndə əsasən apellyasiya şikayəti (1) –

(a) 19(3), 20(4) (d) və ya 53(1)-ci maddəyə əsasən verilən direktivin tətbiqini dayandıra bilməz; və

(b) Nazir başqa qərar vermədiyi təqdirdə, appelyasiya şikayətinə baxılması ilə bağlı istənilən digər qərarın, göstərişin, tələbin, məhdudiyyətin, qadağanın və ya təxsisatın tətbiqini dayandırır.

(3) Appelyasiya prosesinə aşağıdakılardan sonra 30 gün müddətində başlanılmalıdır –

(a) rəsmi qəzetdə qərarın dərc edilməsi;

(b) appelyasiya şikayəti verən tərəfə qərar barədə bildirişin göndərilməsi;

(c) sonuncu verilən qərarın səbəblərinin göstərilməsi.

(4) Aşağıdakı şikayətlərin verilməsi, ona baxılması və ona dair qərar verilmə proseduru 6-cı Cədvəlin 2-ci Hissəsində öz əksini tapmışdır:

(a) 1-ci yarımbəndə əsasən appelyasiya şikayəti;

(b) 22-ci maddəyə əsasən, qarşılığın müəyyənləşdirilməsi üçün müraciət.

(5) Sədr aşağıdakılara dair qaydaları qəbul edə bilər –

(a) Tribunalın prosedurunu, o cümlədən appelyasiya şikayətinin və ya müraciətin verilməsi və ona etiraz etmə prosedurunu müəyyənləşdirən və onlara Tribunal tərəfindən baxılmasını tənzimləyən;

(b) iddiaçı və ya müraciət edən şəxs tərəfindən ödənilməli olan müraciət və ya appelyasiya şikayəti üçün rüsumları nəzərdə tuta bilən; və

(c) Nazir tərəfindən təsdiq edilməli və rəsmi qəzetdə dərc edilməli olan.

149. Su Tribunalının qərarlarından appelyasiya şikayəti

(1) Su Tribunalının –

(a) 148-ci maddəyə əsasən, appelyasiya şikayətinə dair qərar verdiyi məsələdə tərəflərdən biri hüquqi məsələ üzrə bu qərardan Ali Məhkəməyə; və ya

(b) 22(9)-cu maddəyə əsasən, zərərin qarşılığının ödənilməsinə görə cavabdehliyi və bu qarşılığın məbləğini müəyyənləşdirdiyi məsələdə trəflərdən biri hüquqi məsələ üzrə bu qərardan Ali Məhkəməyə appelyasiya şikayəti verə bilər.

(2) Appleyasiya şikayəti Tribunalın qərarının verildiyi gündən 21 gün ərzində yazılışı şəkildə verilməlidir.

(3) Appelyasiya şikayətinə dair bildirişdə -

(a) appelyasiya şikayətinin verildiyi hər bir hüquqi məsələ şərh olunur;

(b) appelyasiya şikayəti üçün əsaslar göstərilir;

(c) müvafiq Ali Məhkəmə və Su Tribunalı tərəfindən verilir; və

(d) işdə olan hər bir tərəfə verilir.

(4) Appelyasiya şikayətinə Magistrat Məhkəməsi tərəfindən Ali Məhkəməyə verilən appelyasiya şikayəti kimi baxılır.

150. Vasitəçilik

(1) Nazir, istənilən vaxt və bu Qanunda nəzərdə tutulan istənilən məsələyə dair istənilən şəxslər arasında baş verən mübahisəni, iştirakçı şəxsin müraciəti əsasında və ya Nazirin öz təşəbbüsü ilə, tərəflərin öz aralarında olan mübahisəni vasitəçilik və danışıqlar prosesi vasitəsilə həll etməyə cəhd göstərmələrinə doğru yönəldə bilər.

(2) 1-ci yarımbəndə əsasən verilən direktivdə / göstərişdə belə bir prosesin başlamlı olduğu vaxt və yer göstərilməlidir.

(3) Müvafiq şəxslər, 2-ci yarımbəndə əsasən göstərilən tarixə ən azı yeddi gün qalanadək vasitəçi təyin etdiklərinə dair Nazirə məlumat vermədikləri təqdirdə, Nazir, vasitəçi təyin edə bilər.

(4) 3-cü yarımbəndə baxmayaraq, tərəflər, vasitəçilik və ya danışıqlar prosesinin gedişatında istənilən vaxt, aralarında olan razılığa əsasən, digər bir şəxsi vasitəçi kimi fəaliyyət göstərmək üçün təyin edə bilərlər.

(5) 3-cü yarımbəndə əsasən, Nazir tərəfindən təyin olunan şəxs, Departamentin əməkdaşı yaxud müstəqil vasitəçi ola bilər.

(6) Nazir və ya Departament mübahisədə bir tərəf olduğu təqdirdə Departamentin əməkdaşı vasitəçi ola bilməz.

(7) Bu bəndə əsasən vasitəçilik prosesinin bir hissəsi kimi bütün danışıqların və bütün təqdim edilənlərin məzmunu qanunla qorunur və tərəflər başqa cür razılaşmadıqları təqdirdə hər hansı bir məhkəmə tərəfindən subüt kimi qəbul edilə bilməz.

(8) Vasitəçinin haqqı və məsrəfləri aşağıdakılar tərəfindən ödənilməlidir –

(a) Nazir vasitəçi təyin etdiyi təqdirdə Departament tərəfindən; v

(b) tərəflər vasitəçini təyin etdikləri təqdirdə onlar tərəfindən.

C.Ermənistanın Su Məcəlləsi (2002-ci il)



9-cu maddə. Mübahisələri Həlletmə Komissiyası.

Mübahisələri Həlletmə Komissiyası, sudan istifadəyə dair icazə ilə bağlı olan su münasibətlərində yaranan mübahisələri həll edə bilər. Komissiya mübahisələri həll etmək üçün vasitəçilik yolundan istifadə edə bilər və bütün tərəflərin razılığı ilə qərarları onlar üçün məcburi xarakter daşıyan arbitr qismində çıxış edə bilər. Mübahisələri Həlletmə Komissiyasının qərarları məcburi deyildir və onlara riayət olunmadığı təqdirdə məsələ məhkəmə qaydasında həll edilir.

Mübahisələri Həlletmə Komissiyasının üzvləri Ermənistan Respublikasının Baş Nazirinin qərarı ilə təyin olunurlar.

Mübahisələri Həlletmə Komissiyası Ermənistan Respublikasının Baş Naziri tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq fəaliyyət göstərməlidir.

109-cu maddə. Su Münasibətlərində Mübahisə Həlletmə Orqanları

Su münasibətlərində və su ehtiyatlarından istifadə və onların qorunması ilə bağlı mübahisələr, qanunvericilik, bu Məcəllə və digər hüquqi aktlarla müəyyən olunmuş prosedura uyğun olaraq su münasibətlərini tənzimləmək üçün Hökumət tərəfindən səlahiyyət verilmiş orqanlar tərəfindən həll edilir.

110-cu maddə. Su Münasibətlərində Yaranan Mübahisələrin Həlli.

Bu Məcəllənin tətbiqi ilə bağlı səlahiyyətli orqanların qərarlarından bu Məcəllə və digər hüquqi aktlarla müəyyənləşdirilmiş prosedura uyğun olaraq müvafiq şəxs (şəxslər) tərəfindən appelyasiya şikayəti verilə bilər., Ermənistan Respublikasının tərəf kimi çıxış etməli olduğu hallar istisna olmaqla, su münasibətlərində yaranan mübahisələr Mübahisələri Həlletmə Komissiyası tərəfindən həll edilə bilər. Tərəflər arasında razılıq əldə olunmadıqda mübahisələr hüquqi formada (məhkəmə qaydasında) həll edilir.

111-ci maddə. Su İstehlakçı Assosiasiyaları və Su İstehlakçı Assosiasiyalarının Birlikləri Çərçivəsində Su Münasibətlərində Yaranan Mübahisələrin Həlli.

Su İstehlakçı Assosiasiyalarının və Su İstehlakçı Assosiasiyalarının Birliklərinin fəaliyyəti çərçivəsində yaranan mübahisələr Su İstehlakçı Assosiasiyasını və Su İstehlakçı Assosiasiyalarının Birliyini tənzimləmək üçün Şura tərəfindən həll edilir.

Tərəflər arasında razılıq əldə olunmadıqda mübahisələr hüquqi formada (məhkəmə qaydasında) həll edilir.

112-ci madd. Transsərhəd Su Ehtiyatlarından İstifadə və Onların Qorunması ilə bağlı Yaranan Mübahisələrin Həlli.

Transsərhəd su ehtiyatlarından istifadə və onların qorunması ilə bağlı yaranan mübahisələr beynəlxalq sazişlərlə müəyyənləşdirilmiş normalara uyğun olaraq həll edilməlidir.


Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2017
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa