«magistratura mərkəzi»



Download 237,37 Kb.
bet1/5
Sana20.04.2017
Hajmi237,37 Kb.
#7186
  1   2   3   4   5


Azərbaycan respublikası təhsil nazirliyi

Azərbaycan dövlət iqtisad universiteti

«magistratura mərkəzi»

Əlyazması hüququnda

Miriyeva Günel Səbuhi qızı

(magistrantın s.a.a.)

«Bitki əsaslı parçaların istismar xassələrinin ekspertizası» mövzusunda


Magistr dissertasiyası


Ixtisasın şifri və adı

060644

Istehlak mallarının ekspertizası və marketinqi

Ixtisaslaşma




Istehlak mallarının keyfiyyət ekspertizası


Elmi rəhbər Magistr proqramının rəhbəri

(a.s.a., elmi dərəcə və elmi ad) (a.s.a., elmi dərəcə və elmi ad)



prof. Ə.P.Həsənov




prof. Ə.P.Həsənov





pроф. Я.П.Щясянов






Kafedra müdiri

(a.s.a., elmi dərəcə və elmi ad)



Bakı – 2016

Mündəricat


Giriş

3

fəsil I. nəzəri hissə

5

1.1.

Bitki əsaslı parçaların keyfiyyətinə toxuculuq liflərinin təsiri

5

1.2.

Bitki əsaslı liflərdən pambıq haqqında məlumat

9

1.3.

Bitki əsaslı kətan lifləri haqqında məlumat

13

1.4.

Bitki əsaslı parçaların keyfiyyətinə əyirmə prosesinin təsiri

28

fəsil II. təcrübəvi hissə

37

2.1.

Bitki əsaslı parçaların keyfiyyətinə iplik və sapların təsiri

37

2.2.

Bitki əsaslı parçaların bəzək əməliyyatı xüsusiyyətləri

43

FƏSİL III.

49

3.1.

Bitki əsaslı parçaların çeşid ekspertizası

49

3.2.

Kətan parçaların çeşid ekspertizası

59

Nəticə və təkliflər

73

Ədəbiyyat

74


GİRİŞ
Məlum olduğu kimi bitki əsasında əsasən sənaye əhəmiyyətliləri bitki əsaslı parçalar sayılır. bitki əsaslı parçalar xüsusi çəkisinə görə daha geniş yayıldıgından dissertasiya işində bitki əsaslı parçaların istismar xassələrinin ekspertizası öyrənilmişdir. bitki əsaslı parçalar oz istehlak xassələrinə görə bir sıra üstün cəhətlərə malik olmaları ilə yanaşı çatışmayan cəhətlərə də malikdir.Belə ki bitki əsaslı parçalar istismar zamanı öz formasını uzun müddət saxlaya bilmir sürtünməyə qarşı avamlığına görə süni və sintetik liflərdən istehsal olunan bitki əsaslı parçalara nisbətən xeyli geridə qalır. Ona görə də bitki əsaslı parçaların istehlak xassələrinin yüksəldilməsi üçün müxtəlif vasitələrdən istifadəolunur. Beləliklə əldə olunmuş bitki əsaslı parçalar digər parçalara nisbətən dagılmaga qarşı sürtünməyə qarşı davamlı forma saxlama qabiliyytinə malik olmaqla parçaların istismarda etibarlığını və uzunömürlüyünü təmin edir.

Tətqiqatın məqsədi. Dissertasiya işinin məqsədi bitki əsaslı parçaların bəzi vacib istismar xassələrinin ekspertizasından ibarətdir.Bu məqsədə nail olmaq üçün aşagidakı vəzifələr yerinə yetirilmişdir:

  • bitki əsaslı parçaların istismar müddətinə bilavasitə təsir edən vacib istehlak xassələrinin nəzəri surətdə müəyyən edilməsi;

  • bitki əsaslı parçaların bəzi istehlak xassələrinin tədqiq edilməsi və keyfiyyətinin ekspertizası;

  • bitki əsaslı parçaların istehlak xassələrinin yaxşılaşdırılması üçün nəticə və təkliflərin işlənib hazirlanması.

Tədqiqat obyekti. Dissertasiya işində kütləvi surətdə istehsal olunan bitki əsaslı parçaların bəzi rtikullarının vacib istehlk xassəəri tədqiq olunmuşdur.

Tədqiqatin metodikası. Dissertasiya işində bitki əsaslı parçaların istehlk xassəərinın tədqiqi zamanı standartlarda artıq işlənib hazirlanmış məlum metodlardan istifadə olunmuşdur.Bunlarla yanaşı tədqiqat zamanı riyazi statistik metodlardan istifadə olunmuşdur.



Elmi yenilik. Dissertasiya işində bitki əsaslı parçaların bəzi istehlk xassəərinın yuksəldilməsi və beləliklə bonların istismar zamanı etibarlığını və uzunömürlüyünü artırmağa xidmət edən nəticə və təkliflər işlənib hazirlanmışdır.

Təcrübi əhəmiyyəti. Dissertasiya işində işlənib hazirlanmış nəticə və təkliflər bitki əsaslı parça istehsalında tətbiq olunarsa, yüksək iqtisadi səmərə əldə etməyə imkan verər.



Dissertasiyanın strukturu. Dissertasiya işi girişdən, üç fəsildən nəticə və təkliflərdən, habelə istifadə olunmuş ədəbiyyat siyahisindan ibarətdir.
fəsil I. nəzəri hissə

1.1. Bitki əsaslı parçaların keyfiyyətinə toxuculuq liflərinin təsiri
Parçaların, sapların və s. toxuculuq mallarının hazırlanmasına işlənən xammaldır lifdir. Uzunluğu bir çox dəfə diametrindən artıq olan elastik və möhkəm cisimlərə lif deyilir. Liflər sadə və texniki liflərdən ibarət ola bilər. Sadə liflər ayrı-ayrı tellərə ayrılmır (pambıq, ipək və s.). Texniki liflər isə bir neçə sadə lifdən ibarət olur (kətan, penka və s.). Uzunluğu çox olan liflər (süni, ipək, təbii ipək, kapron) sap adlanır.

Liflərin əyirilmə xassələri qiymətləndirilərkən ən mühüm şərt olaraq onların uzunluğu, nazikliyi, möhkəmliyi, uzanması və kütləsinin təmizliyi nəzərə alınır. Eyni zamanda liflərin işığa, rütubətə, sabuna, yüksək temperatura və s. qarşı davamlılığının da xeyli əhəmiyyəti vardır.

Bəzi parça məmulatı (mahlıc, keçə məmulatı) üçün liflər əyirilmədən işlədilir. Liflərin çox hissəsi isə əyirilib (eşilərək) iplik və sap halına salınır. Bunlardan parça, trikotaj, cuna, krujeva və s. mallar istehsal edilir 8.

Liflərin təsnifatı.

Mənşəyinə görə bütün toxuculuq lifləri natural və süni liflərə ayrılır. Natural liflər təbii liflərdən, süni liflər isə mürəkkəb kimyəvi üsulla müxtəlif materiallardan hazırlanan liflərdən ibarətdir.

Natural liflər üzvi və qeyri-üzvi liflərə ayrılır. Üzvi liflər mənşəyinə görə bitkilərdən alınan liflərə (pambıq, kətan, kəndir lifi, kənaf və s.) və heyvanlardan alınan liflərə (yun, ipək) ayrılır. Asbest qeyri-üzvi liflər sırasına mənsubdur.

Süni liflər üzvi və qeyri-üzvi liflərə ayrılır.

Üzvi liflər yüksək molekulyar çəkili təbii birləşmələrdən, yaxud sadə kimyəvi maddələrin birləşməsindən alınır 19.

Təbii birləşmələrdən alınan süni liflər – sellülozadan alınan liflərdən (viskoz, misli ammonyak, asetat lifləri) və kazeindən alınan liflərdən (süni yun) ibarətdir.


Cədvəl 1.

Göstəricilər

Toxuculuq liflərinin kimyəvi xassələri

Təbii liflər

Süni liflər

pambıq

kətan

yun

ipək

viskoz

misli ammonyak

asetat

kapron

Kimyəvi tərkibi

Sellüloz

Keratin

Fibroin 70-80%, serisin 30-20%

Sellüloz

Sellüloz

Asetil-sellüloz

Poliamid

Qələvilərin (natrium əsasın və kalium əsasın) təsiri

1. Dondurulmuş məhlullar liflərə əhəmiyyətli təsir etmir

2. Soyuq halda 25%-lik yeyici natrium məhlulu lifləri şişirdir və merseizə edir

3. Hava daxil olmaq şərtilə qaynadıldıqda sellüloz oksidləşir: liflər zəifləşir


Əriyir: temperatur yüksəldikdə əritmə əməliyyatı sürətlənir

Zəif məhlullar əhəmiyyətli təsir bağışlamır
Qaynatdıqda qatı məhlullar liflərin möhkəmliyini azaldır

Ərimir


Qeyri-üzvi turşuların (kükürd, azot, duz) təsiri

Duruldulmuş məhlullarla təsir edib qurutduqdan sonra liflər parçalanır

Duruldulmuş məhlullar əhəmiyyətli təsir bağışlamır

Pambıq və kətanda müşahidə edilən təsirə bənzəyir

Duruldulmuş məhlullar əhəmiyyətli təsir bağışlamır. Tünd məhlulda qaynatdıqda liflər parçalanır

Yanması

Tez yanır, alov verir, yüngül kül əmələ gətirir, kağız yanığı qoxusu verir

Yavaş yanır, yananda arabir alovlanır, ucunda yanıq tumurcuqları əmələ gəlir

Çox tez yanır, kağız yanığı qoxusu verir

Tez yanır, ucunda tünd boz rəngdə yanıq tumurcuğu əmələ gəlir, qoxusu turş olur

Zəif yanır, arabir alov verir, əriyir, tünd damcılar əmələ gəlib tez donu. Boyanmış kapronun ucunda tünd tumurcuq, ağ kapronun ucunda isə kəhrəba rəngində tumurcuq əmələ gəlir







Yun – tünd tük yanığı qoxusu verir

Ipək – zəif lif yanığı qoxusu verir










Günəş işığının təsiri

Günəş şüaları düşdükdən sonra liflərin möhkəmliyi və uzanma qabiliyyəti azalır

Sintetik liflər – poliamid liflərdən, yəni kaprondan, polixlorvinil və s. liflərdən ibarətdir.

Qeyri-üzvi süni liflər – şüşədən və metaldan hazırlanan saplara deyilir.

Liflərin kimyəvi xassələrinə dair məlumat cədvəl 1-də, onların fiziki-mexaniki xassələrinə dair məlumat cədvəl 2-də verilmişdir.



Cədvəl 2.

Liflərin adı

Uzunluğu

Nazikliyi – diametri (mikronla)

Qırılma uzunluğu (km-lə)

Möhkəmlik həddi (kq mm2 ilə)

Uzanması (%-lə)

Kondisyon rütubəti (%-lə)

Pambıq

12-55 mm

15-26

20-40

36-50

4-8

8-13

Kətan (elementar lif)

14-100

12-60

30-60

60-120

1,5-31

12

Təbii ipək

600-800 m

9-13

22-30

30-40

13-20

11

Yun

20-300 mm

18-65

10-14

12-26

25-45

15-17

Viskoz ipəyi:

adi


orta

Qırıq olmayan lif


25-60


15-20

13-15


16-20

18-26


27-36

20-24


9-17

11

11



Misli ammonyak ipəyi

Qırıq olmayan lif

10-30

13-15

20-30

12-15

11

Asetat ipəyi

Qırıq olmayan lif

15-25

10-12

14-21

17-23

6,6

Kapron

Qırıq olmayan lif

10-30

40-45

44-57

19-25

5



1.2. Bitki əsaslı liflərdən pambıq haqqında məlumat
Pambıq bitkisi toxumunu (çiyidi) bürüyən liflərə pambıq deyilir. Pambıq isti yerlərdə yaxşı bitir. Keçmiş SSRI-də kol şəklində pambıq Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Gürcüstanda və habelə Ukraynanın və Moldovanın cənub rayonlarında, Şimali Qafqazda, cənubi Volqa boyunda və Krımda əkilir.

Pambıqçılıq çox inkişaf etmişdir. Yüksək sortlu pambıq yığımı ildən-ilə artmaqda və nazik lifli pambığın istehsalı genişlənməkdədir.

Aqrobiologiya elminin qabaqcıl metodlarından istifadə edərək aqronomlar yeni, daha tez yetişən, məhsuldar növlü və habelə lifləri müxtəlif təbii rənglərdə (sarı, yaşıl) olan pambıq əmələ gətirmişlər.

Bizim pambıq həm uzunluq, həm də naziklik cəhətcə hal-hazırda dünyada ən yaxşı pambıqdır. Uzun lifli pambıq istehsalında ölkəmiz dünyada birinci yeri tutur.



Pambıq bitkisi.

Pambıq bitkisi 60-dan 170 sm-ə qədər ucalıqda kol şəklində olur. Çiçəklədikdən sonra pambıq kolunda qoza əmələ gəlir. Hər qozanın 3-5 gözü və hər gözdə 5-9 çiyid olur. Çiyidlərin üstünü uzun nazik liflər və qalın tiftik örtür. Pambıq bitkisi tam yetişdikdə qozalar açılır və pambıq lifləri görünür.

Eyni koldakı pambıq qozaları müxtəlif zamanda yetişir və buna görə də pambıq bir neçə dəfə yığılır. Xam pambıq, yəni çiyidlə birlikdə liflər, avqust-sentyabr aylarında yığılmağa başlanır və əsas etibarilə dekabr ayının əvvəllərində qurtarır.

Son zamanlara qədər pambıq əl ilə yığılırdı. Buna çox vaxt gedir, həm də az səmərəli olurdu. Indi pambığın 60-70%-ə qədəri pambıqyığan maşınlarla yığılır.

Pambıqtəmizləyən zavodlarda pambıq ilk təmizləmə əməliyyatından keçirilir, yəni liflər çiyiddən ayrılır, qismən təmizlənir, preslənir və tay bağlanıb fabriklərə göndərilir 1, 19.

Əldə edilən liflərin çəkisinin xam pambığın çəkisinə faiz hesabilə olan nisbətinə lif pambığın çıxımı deyilir. Orta uzunluqda olan pambığın çıxımı 35-40%, uzun lifli pambığın çıxımı isə 32-35% olur.

Lifləri ayırdıqdan sonra çiyidin üstündə qısa tiftik qalır, həmin tiftikləri təmizləmək üçün çiyid iki, yaxud üç dəfə tiftik ayıran maşından keçirilir. 12-15 mm uzunluğunda olan tiftikdən mahlıc, nisbətən uzun pambıq lifləri ilə qatışdırıldıqda isə yoğun iplik istehsal edilir. Daha qısa tiftiklərdən kağız, süni ipək, plastik kütlə və s. qayırılır. Tiftiyi alınmış çiyiddən pambıq yağı hazırlanır, cecəsi isə yem olaraq mal-qaraya verilir.

Ölkəmizdə əkilən pambıq orta uzunluqda lifli və uzun lifli pambıqdır. Orta uzunluqda lifli pambıq tez yetişir və çox məhsul verir. Orta uzunluqda olan pambıq lifləri 29-35 mm olur. Orta uzunluqda lifli pambıq ölkəmizdə istehsal edilən pambığın əsas kütləsini təşkil edir. Bu pambıqdan orta və ortadan aşağı yoğunluqda iplik hazırlanıb, bez, çit, madapolam, stin və s. kimi parçalar toxunur.

Nazik lifli pambığın isə uzunluğu 34-47 mm, özü isə nazik, ipək kimi və açıq krem rəngində olur. Bu pambıqdan nazik iplik əyirərək batist, volta, markizet, nazik satin və s. nazik parçalar istehsal edirlər 2.

Pambıq liflərinin quruluşu və kimyəvi tərkibi.

Pambıq lifi – ortası boş (kanal) olan uzun bitki hüceyrəsindən ibarətdir. Lif özünəməxsus burğuları olan lent şəklindədir. Lif yetişdikdə onun divarları lifin içərisindəki hüceyrə şirəsi hesabına qalınlaşır. Lifin divarları qalınlaşdıqca möhkəmliyi artır və quruduqca liflər büzülür və burulur.

Pambıq lifinin xassəsi əsas etibarilə onun yetişmə dərəcəsindən asılıdır. Yetişməmiş liflərin divarları nazik, içərisinin kanalı gen, özü zəif olur, boyaq götürmür və əyirilməyə yaramır. Yetişməmiş liflər qarışdıqda pambığın keyfiyyətini xeyli aşağı salır.

Lifin əsas hissəsinin 90%-dən çoxunu sellüloz (C6H10O5) təşkil edir. Sellüloz suya və buxara qarşı yaxşı davamlı olur, sabun və qələvilərin təsiri altında dağılmır 5.



Pambıq lifinin texnoloji xassəsi.

Iplik istehsal edilərkən əsas etibarilə onu təşkil edən liflərin orta hesabla uzunluğuna və nazikliyinə fikir verilir. Pambığın keyfiyyətinə qiymət verildiyi zaman, habelə onun liflərinin möhkəmliyi nəzərə alınır ki, bu da əsas etibarilə onun yetişməsindən asılıdır.

Pambıq liflərinin uzunluğu və nazikliyi onun keyfiyyətinin ən mühüm şərtlərindəndir. Lif uzun olduqca, ondan istehsal edilən iplik də möhkəm və hamar olur. Uzun və nazik liflərdən nazik iplik əmələ gəlir. Ipliyin emal edilməsi üsulları da liflərin uzunluğundan asılıdır.

Lifin möhkəmliyinin də böyük əhəmiyyəti vardır, çünki ipliyin və parçanın möhkəmliyi lifin möhkəmliyindən asılıdır. Yetişmiş liflərin möhkəmliyi 4-6 q olur.

Lifin uzanmasının, yəni dartıldıqda uzanma qabiliyyətinin az əhəmiyyəti yoxdur. Lifin uzanma qabiliyyəti ilk uzunluğuna nisbətən faiz hesabilə təyin edilir.

Lifin ilişmə xasiyyəti də böyük rol oynayır, çünki ipliyin möhkəmliyi liflərin bir-birinə ilişməsi qabiliyyətindən asılıdır. Lifin bir-brinə ilişmək qabiliyyətinə onun burulma dərəcəsi təsir edir. Pambıq lifinin hər 1 sm-də 80-120 burum olur.

Pambıq istini yaxşı keçirmir, çünki onun kütləsi boş olduğundan, içərisində çoxlu hava bşluğu vardır. Bundan başqa, lifin kanalı da hava ilə dolu olur.

Pambıq liflərinin ən çox təsadüf edilən nöqsanları düyünlərdən, yəni bir çox dolaşıq düşüb, əl ilə çətin açıla bilən cürbəcür düyün əmələ gətirməsindən, liflərin qırılmasından, içərisində lifli və tiftikli toxum qabığı olmasından, yetişməyən liflərin kütləşib işıldayan, yaxud tutqun parçalar əmələ gətirməsindən, liflərin çox dolaşıq düşüb bir yerə toplaşaraq xırda düyünlər əmələ gətirməsindən ibarətdir. Pambıqda, habelə zibil qarışığı, yəni yarpaq və bitki qırıntısı, qum və s. də ola bilər 2, 19.

Yetişməsi və möhkəmliyi cəhətdən pambıq əla, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı sortlara ayrılır. Ən yetişmiş və möhkəm pambıq – əla, tamam yetişməyən pambıq – 6-cı sort sayılır. Hər sort üçün standart üzrə kənar qarışıqlar maksimumu və təmizlənmədə ola bilən nöqsanların miqdarı müəyyən edilmişdir.

Pambıq lifləri nazik donluq parçalardan başlamış (batist, volta, markizet və s.), qalın paltarlıq parçaların (triko, moleskin), mebel və yorğanlıq parçaların istehsalında geniş istifadə edilir 5.


1.3. Bitki əsaslı kətan lifləri haqqında məlumat
Kətan – kətan bitkisinin gövdəsindən alınan liflərdən ibarətdir. Kətan bitkisi birillik otabənzər bir bitkidir. Dünya miqyasında kətan məhsulunun çoxunu keçmiş SSRI verirdi.

Kətan əsas etibarilə RSFSR-in mərkəzi rayonlarında, Komidə, başqırdıstanda, Ukraynada, Belorusiyada, Udmurtda, Litvada, Latviyada v Estoniyada becərilir. Inqilabdan qabaqkı Rusiyada kətan bitkisinin yetişdirilməsi texnikası və onun ilk emalı aşağı səviyyədə idi.

Inqilabdan sonra keçmiş SSRI-də ölkənin sənayeləşdirilməsi və kənd təsərrüfatının kollektivləşdirilməsi və geniş miqyasda mexanikləşdirilməsi (traktor, səpici maşın, kətanyığan maşın), səmərəli əkin dövriyyəsi, düzgün əmək təşkili, seleksiya və seçmə toxumçuluq əsasında kətançılıq təsərrüfatı böyük sürətlə inkişaf etməyə başlamışdır.

Kətanın məhsuldarlığı artmış, keyfiyyəti yaxşılaşmış və bunun nəticəsində sənayemizin kətanla tamamilə təmin edilməsi mümkün olmuşdur. Hal-hazırda kətan əkininin əsas hissəsini rus seleksionerləri – N.Q.Matveyev və onun əməkdaşları tərəfindən yetişdirilmiş «pryadilşik» və «staxanovçu» adlı seleksion srtları təşkil edir 5, 19.

Kətan bitkisi iki növə ayrılır ki, bunların birinə uzun kətan, digərinə isə kollu kətan deyilir. Uzun kətan bitkisinin gövdəsi uzun (60-100 sm) olur. Bu kətan əsas etibarilə lif üçün əkilir. Kətan bitkisi sahələrinin əsas hissəsini uzun kətan bitkisi təşkil edir. Kollu kətan bitkisi qollu-budaqlı olaraq yaxşı toxum məhsulu verir. Həmin toxumlardan kətan yağı istehsal edilir. Kollu kətanın əyirilmə xassəsi aşağıdır, ona görə də bu kətan parça istehsalı üçün, demək olar ki, istifadə edilmir.

Kətan bitkisi dərildikdən və toxumdan azad edildikdən sonra isladılır. Bundan məqsəd bitkinin lifləri ilə gövdəsi arasındakı pektin (yapışqan) maddələrini rədd etmək və lifləri bitkisnin gövdəsindən ayırmaqdır. Kətan bitkisi bir neçə üsulla isladılır ki, bunlardan biri bioloji üsuldur. Bioloji üsul ondan ibarətdir ki, kətan bitkisi ya suya salınır (islanma kətan), yaxud çəmənlikdə sərilir (sərmə kətan). Ikinci üsul – kimyəvi üsuldur 7.

Islandıqdan sonra alınan kətana tresta deyilir. Kətan bitkisinin liflərini qabığından ayırmaq üçün trestanı qurudub əzişdirmək (əzişdirilmiş kətan) və sonra döyəcləmək (döyəclənmiş kətan) lazımdır. Bir-birinə yapışmış lifləri ayırmaq, qabıq qalığından təmizləmək və lifləri hamarlamaq üçün kətanı darayırlar. Darandıqda paralel uzun liflər və dolaşıq qısa liflər əldə edilir.

Uzun liflərdən nazik iplik, qısa liflərdən isə yoğun və qaba iplik istehsal edilir. Bütün bu əməliyyat (əzişdirmək, döyəcləmək, daramaq) kətan üzərində ilk əməliyyat aparan zavodlarda keçirilir.

Daranmış kətan liflərinə texniki lif deyilir. Bunun uzunluğu 30-80 sm olur. Texniki liflər bir-birinə yapışqanlı (pektin) maddə ilə yapışmış ayrı-ayrı elementar liflərdən ibarət olur.

Əyirildiyi zaman texnik liflər bir-birindən tədricən qopub, qısa liflərə ayrılır (yaş üsulla əyirəndən 30%-dən atıq). Iplik və parça ağardıldıqda texniki liflərin hamısı elementar liflərə ayrılır.

Elementar liflərin hüceyrələrini lifin quruluşunu pozmadan bir-birindən ayırmaq olmaz. Mikroskop altında baxanda elementar liflər ucları biz uzun hüceyrə şəklində görünür. Bu liflərin ayrı-ayrı sahələrində xüsusi köndələn buğumlar görünür.

Kətan lifinin kəsimi qalın divarlı və protoplazma maddəsi ilə dolu olan dar kanalı düzbucaq formasında görünür.

Kətan lifləri də pambıq lifinin, əksəriyyətcə (80%) sellülozdan ibarətdir, lakin pambığa nisbətən kətan (digər kətana bənzər bitkilər də bura daxildir) liflərində qeyri-qarışıqlar (mum, yağ və liqrin, azot və zülal maddələri, kül) daha çox olur 19.

Pambığa nisbətən kətan lifi çox ömhkəmdir, dartılanda az uzanır, istini yaxşı keçirir, lakin çətin boyanır və ağardılır. Yüksək keyfiyyətli kətan lifi nazik, xeyli elastik, uzun, yumşaq, ipək kimi, bir rəng və saf olmalıdır. Elementar liflərin orta uzunluğunun xüsusi əhəmiyyəti vardır, çünki liflər uzun olduqca iplik daha möhkəm olur.

Kətan lifindən müxtəlif nazik alt paltarı parçalarından başlamış, parusin və brezent kimi ağır və sıx parçalara qədər cürbəcür parçalar istehsal edilir.


Download 237,37 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish