1.Qafqazda ermənilərin məskunlaşması fənninin predmeti və öyrənilməsinin əhəmiyyəti
Məlum oldugu kimi , xalqların öz tarixini qələmə alması insan cəmiyyətinin ən mühüm nailiyyətlərindən biridir və hər bir xalq tarixini yazarkən istər yerli, istərsə də xarici dillərdə mövcud olan yazılı mənbələrdən istifadə edilir. Erməni tarixçilərinin qərəzli, ziddiyyətli və dolaşıq məlumatlarının tədqiqi ermənilərin tarixinin müəmmalı oldugunu göstərir. Mənbələrin təhlili ermənilərin Balkanlardan əvvəlcə Kiçik Asiyaya gəlməsi, sonradan Ermənistan yayalasını tutmasını təsdiq edir.
Qafqazda ermənilərin məskunlaşması fənni ermənilərin sonradan Qafqaz ərazisinə köçürülmə, yəni gəlmə etnos oldugunu, ayrı-ayrı dövrlərdə yaranmış vəziyyətlərdən və ya hakimiyyətlərdən öz xeyirlərinə istifadə edərək ermənilərin dövlətlərini qurmaq cəhdləri , “böyük Ermənistan dövləti “xülyasını uydurmaları, buna nail olmaq üçün hər vasitələrdən istifadə etmələri, ,erməni dövləti qurmaq üçün planlar tərtib etmələri, layihələr irəli sürmələri öyrənir. Eyni zamanda bu fənn ermənilərin,köçürüldükləri ərazilərdə yerli əhaliyə qarşı vandal münasibətləri,öz komitələrini yaratmaları,türk –müsəlman soyqırımlarını törətmələri ,maddi mədəniyyət abidələrimizi dagıtmaları”Qarabag”problemi deyilən problem yaratmaları,Azərbaycan xalqınaqarşı ərazi iddiaları ilə çıxış etmələri, tarixi torpaqlarımızın bir qisminin işgalı ,qondarma “erməni”soyqırımının uydurulması ,nəhayət işgal altında olan torpaqlarımızın azad edilməsi və s. məsələləri öyrənilir.
Qafqazda ermənilərin məskunlaşması fənninin öyrənilməsi tarixi keçmişimizin daha dərindən öyrənilməsi üçün geniş imkanlar açır, tariximizin tədqiq olunmasına təkan verir. Bu fənn ermənilərin əvvəlcə Kiçik Asiyaya gəlməsi,sonradan Ermənistan yayalasını tutmasını,onların tarixi keçmişlərini ,1826-1828-ci illərdə baş vermiş II Rus-İran müharibəsindən sonra ,1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkənçay sülh müqaviləsi imzalanması nəticəsində rusların Azərbaycan torpaqlarına İran və Türkiyə əraziaindən erməniləri köçürmək planının reallaşmasını,Rusiya imperiyasının Azərbaycanda xristian əhalisinin sayını artırmaq üçün erməniləri buraya köçürməsi məsələsini öyrənir. Ermənilərin məhz bu dövrdən başlayaraq Qafqazda”erməni dövləti yaratmaq planlarını reallaşdırmaq üçün məqsədyönlü fəaliyyətini də öyrənir.
Bu fənnin öyrənilməsi nəticəsində həm də ermənilərin gəlmə olmaları, onların dini və əlifbaları haqqında da ,eləcə də ayrı-ayrı vaxtlarda onların mürtəce fəaliyyəti barədə məlumatlanırlar. Tanınmış şəxslərin , rus və Azərbaycan tədqiqatçılarının onların vandal hərəkətləri barədə bilgi əldə edirlər.
Erməni tədqiqatçılarınin qərəzli,ziddiyyətli və dolaşıq məlumatlarının tədqiqi ermənilərin tarixinin müəmmalı oldugunu gösrərir. Rusiya imperiyasının Azərbaycanda xristian əhalisinin sayını artırmaq üçün erməniləri buraya köçürməsi və onlardan çqrizmin Qafqazda müstəmləkəçilik siyasətlərini həyata keçirmək üçün istifadə etməsini də bu fənnin öyrənilməsi əsasında bilmək olur. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı mütəmadi soyqırımlar,faciələr törətmələri, 1920-ci ildə isə öz təcavüzkarlıq niyyətlərini həyata keçirərək bolşeviklərin havadarlıgı sayəsində Azərbaycana məxsus olan torpaqlarda Ermənistan adlı dövlətlərinin yaradılması 1988-ci ildə Ermənistan Daglıq Qarabagı özünə birləşdirmək məqsədilə aşkar fəaliyyətə başlaması və
beynəl xalq hüququn normalarını pozaraq Azərbaycana qarşı təcavüz etməsi faktlarını təhlil etmək , bu hadisələrin siyasi mahiyyətini dərk edilməsi məsələsi bu fənn vasitəsilə öyrənilir. Həm də bu fənnin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Çünki, bu fənnin öyrənilməsi nəticəsində Qərbi Azərbaycanda indiki Ermənistan ərazisində türk etnoslarının çox qədimdəmn məskun olduqları , ermənilərin isə Qafqaza gəlmə olduqları haqqında biliklər əldə edirlər. Həm də bu fənni öyrənmək əsasında tələbələr və ya gənclər hadisələri obyektiv qiymətləndirmək vərdişlərinin formalaşdırılmasına nail olurlar.
Do'stlaringiz bilan baham: |