Amea folklor institutu



Download 40,44 Mb.
bet29/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   25   26   27   28   29   30   31   32   ...   295
*te//*teq//*dqa. Bu heyvan adı ən qədim dillərdə işlənmiş və müasir dillərə onun modifikasiya olunmuş formaları gəlib çatmışdır: Kartvel *dqa ”erkək keçi”, gürcü txa, meqrel-laz txa, svan daqəl. Çox ehtimal ki, bu sözün kök morfemi təkhecalı *tək//*te (“er­kək keçi”) şəklində olmuşdur. Çünki ilkin kök morfemlərin quruluşu etimoloji araşdır­malarda monosillabizm (təkhecalılıq) əsasında müəyyənləşdirilir: çuvaş teke “qoyun”, tuva deqe “erkək keçi”. Orta əsrlərdə türkmən yazılı qaynaqlarında teke “erkək keçi”, Anadolu dialekt­lərində teke “dəvə balası”. Həmçinin teke adında türkmən etnonimi də olmuşdur (18, 166). Tuva dialektlərində praforma qalmışdır: te “vəhşi dağ keçisi”. Tuva etimoloqu B.İ. Tatarin­çevin fikrincə, bu sözün kökü sarı uyğur dilində işlənən tek- “tullanmaq” feli ilə bağlıdır (25, II, 118). Türkologiyada toğlu sözünün də bu kökdən yarandığı ehtimal olunur. Amerind dilinin etimoloqları həmin dildəki bir çox heyvan adlarının *ta kök morfemindən yarandığını qeyd edirlər: amerind *ta-*te//tek “maral, antilop” (12, 62). Çuvaş dialektlərində tiki “maral” (13, 206) sözü də bu qədim köklə paralellik təşkil edir.
Çox ehtimal ki, müasir monqol dilində mühafizə olunan tex forması törəmədir. Çünki praforma bizim fikrimizcə, *te şəklində olmalıdır. A.Dıbo Altay dilləri üçün bu kökü *tākui “maral” formasında rekonstruksiya edir. O, tunqus-mancur dilləri üçün *taxui “maral”, monqol dilləri üçün *taki “at”, türk dilləri üçün *täkä ”erkək keçi” şəklində bərpa edir (7, 7). Heyvan adlarının bir-birinə keçidi dünya dillərində spesifik, geniş müşahidə olunan semantik proseslərdən biridir. S.Starostin protoaltay dövrü üçün bu kök morfemi *t`i̯ā̀ku şəklində bərpa edir. Bu söz Altay dilləri üçün qərb izoqlosu hesab olunur. Qədim bulqar dilində toxə “at”, monqol dilində taki “vəhşi at” (24, 140). Dolqan və evenk dillərində toki “maral” sözü mövcuddur. Dolqan türkcəsini araşdıran türkoloq E.İ.Ubryatova bu sözü evenk mənşəli hesab edir (27, 64). Ancaq çox güman ki, bu kök morfemin praforması *tek şəklində olmuşdur. Faktlara baxaq: müasir monqol tugal, orta monqol tugul, qədim tunqus *toqlu, mancur tuqshan (21, 71), nivx t’ox “maral”, monqol toki “maral”, nanay tok “maral” (23 , 3-13.)
*be//me “mən”: Bu əvəzlik kökü müxtəlif sistemli dillərdə işlənməkdədir. Türk dillərində mən//men//ben “mən”, Kartvel dillərində: gürcü men, meqrel ma, çan man, svan mi “mən”. Q.A.Klimov bu dillər üçün həmin sözü *me(n) şəklində bərpa edir (13, 132). B.A.Boqorodiski I və II şəxs əvəzlikləri arasıda genetik əlaqə olduğunu yazır və bu parametrin türk və hind-Avropa dillərində qorunduğunu göstərir (3, 165). Mancur dillərində: bi “mən”- be ”biz”. Monqol, mancur dillərində, həmçinin evenk dialektlərində I şəxsin təki ilə cəminin fleksiya ilə əmələ gəlməsi faktı əvəzliklərin etimologiyasının açılması üçün real zəmin yaradır. Həmin fakt qədim söz yaradıcılığı kimi, fleksiyanın, ablautun söz köklərinin morfonoloji inkişafında əhəmiyyətli rol oynadığını bir daha təsdiq edir. K.A.Novikova evenk dialektlərində işlənən bi “mən” əvəzliyinin yiyəlik halda m ilə assimilyasiya olunduğunu göstərir (b ~ m): bi “mən”- min “mənim”, bu “biz” - mun “bizim” (22, 142). Nəzərə alaq ki, Azərbaycan dilinin dialekt və şivələrində də bu əvəzliyi hallanarkən b-m əvəzlənməsi baş verir. Yəni bu işarə əvəzliyi ilə *bi//*mi “mən” əvəzliyinin mənşəyi eynidir. *se//sə “sən”: Kartvel dillərində II şəxsin təki (sən) demək olar ki, türk dilləri ilə eynidir: gürcü šen “sən” (13, 100), meqrel si, zan si, svan si “sən”, çan sin. Q.A.Klimov bu dillər üçün həmin kök əvəzliyi *sen (“sən”) kimi bərpa edir (13, 162). Gürcü dilindəki faktı s//ş refleksinin nəticəsi hesab etmək olar.
Müasir türk dillərində sen//sən variantlarındadır. Türkologiyada *sı şəklində rekonstruksiya olunur və bu əvəzliyin şu əvəzliyindən törənməsi ehtimal olunur. Müasir türk dillərində: türk sen, xakas sin, yakut en (s reduksiyası), başqırd hin, qazax, qırğız sen, uyğur san, sarı uyğur sen, lobnor sen, tofalar sen, tatar sin, Kazan tatar sin, Altay sen, dolqan en “sən” (s reduksiyası). Sən // sen əvəzliyinin də kök morfemi, etimoloji əsası *sə // se olmuşdur. Qeyd edək ki, sə // si türk dillərindən fərqli olaraq, bir çox dildə “mən” anlamındadır. Bir çox sual əvəzliklərinin şəxs əvəzliklərindən törənməsini Kartvel dillərindəki analoji faktlar təsdiqləyir: gürcü sa, meqrel so, çan so “harada, haraya” (13, 161) (müqayisə edək: türk dillərindəki *si // *se “sən”).
*kar “əl, qol”: Azərbaycan dilindəki qarış “ölçü” mənasında olan sözün kökü *kar morfemidir. Kartvel dillərində həmin kök morfem *qe “əl” formasında rekonstruksiya olunur: q~x keçidinə əsasən həmin dillərdə bu söz x anlautu ilə işlənir: gürcü xel, meqrel xe (l), çan xe “əl” (13, 264). Qazax türkcəsində kar şəklində qorunmuşdur. Nəzərə alsaq ki, q samiti bir çox kök sözlərin inkişafında k samitinin refleksi kimi çıxış etmişdir, o zaman bu kökün *ka formasında protoaltay dilləri üçün bərpa edilməsi daha məntiqidir. Qədim uyğur türkcəsində kar “çiyin, qolun üst hissəsi” (6, 166) mənasında olmuşdur. Əski hind-Ari dillərində kara “əl” (17, I, 309), osetin k`ax “ayaq”, qədim Babil mətnlərində qar “əl” (16, 53). Digər qədim dillərdə də bu kökün izlərini görmək mümkündür: şumer giri//qir “qol, ayaq, addım” (8, 52), Amerind kin “əl”, ka//k`ara “əl, qol” (12, 19), k`o “əl” (12, 86). Monqolustan və Qırğızıstan ərazisində tapılan qədim türk yazılı abidələrində karaή sözü “əl, güc, qüvvə” anlamını ifadə etmişdir. Hind - Avropa ailəsinin ilk dillərindən olan qədim sanskritdə: kar`a “əl”, maya dilində kuuk “dirsək” (9, 90) mənalarındadır. Digər dil ailələrində: Nax dilinə aid çeçen kara “əlin içi”, fin dilində koura “əl”, käsi “əl”, monqol qar “əl ”, buryat qar “əl”, macar kar “əl” , saxur korç “pəncə”. E.Z.Kajibəyov türk dil­lə­rində qarı “əl” kökünün *qar sinkterik kökündən yarandığını göstərir. B.Əhmədov Azər­bay­can dialektlərində işlənən qaru “qolun dirsəkdən yuxarı olan hissəsi” sözünü r~l əvəz­lənməsinə uyğun olaraq düzgün olaraq qol kökü ilə eyni mənşəli hesab edir və şivələ­rimiz­dəki qaru sözündə birqat morfoloji sadələşmə getdiyini qeyd edir (11 ,85). Ural dillərinə aid yukaqir dilində *qač “dirsək” sözü işlənir. Özbək türkcəsində kol sözünün “əl” mə­nasında işlənməsi bir daha qolkar sözünün l//r refleksinə əsasən eyni mənşəli olmasını təsdiqləyir. Nəzərə alaq ki, ayaq sözünün də ilkin forması kadaq biçimində olmuşdur.
Eyni zamanda Ural dillərində kırım “əl, imza”, macar köröm “dırnaq”, neneç kamara “əl”, mordov dillərində (erzyan, mokşa) ked // kyad “əl”, mansı kət “əl”, Dravid dillərində kāl // kāru “qıç, qol”. Əslində, türk dillərində işlənən kol // qol sözünün kökü də *ka morfemidir. Yəni l//r refleksi türk dilləri üçün səciyyəvidir. Digər dillərdə: saxur kel “ayaq”, osetin kьyx “əl”, bankon dilində i-ka “əl” (i burada hissəcik funksi­ya­sındadır). Saxalin evenklərinin dilində kari “yumruq”, kar “dırnaq sümüyü” (5, 95).
Çeçen dialektlərində kuyq “əl”, ədəbi dilində isə kuq “əl” sözü də var (2, 41), macar ketto “əl”. Qədim ölü dillərdə də bu kökün izlərinini görmək mümkündür: şumer kad//katu “əl”, şumer kal//kalg “qol”, assur kabittu “bədənin qolun əsas hissəsi”, akkad dilində kāt-um “əl” (8, 277).
Ehtimal ki, qol sözünün kökü də bu morfemlə bağlıdır. S.M.Xaydakov ko- kul-xol-qeşa sözlərində genetik bağlılıq olduğunu qeyd edir. Praforma müasir monqol mənşəli dunsyan dilində də qorunur. Belə ki, dunsyan dilində ka “əl”, kuan “ayaq” deməkdir. Digər monqol dillərində: daqur qari “əl”, kuli “ayaq”. Azərbaycan dilindəki qarış (ölçü vahidi) sözündə bu qədim kök aseman­tikləş­mişdir.
Digər paralel faktları nəzərdən keçirək: mancur mənşəli solon dilində də qari // qale “əl”, rus dilində голень “baldır”, evenk könçen “baldır”, latın gamba “ayaq, baldır”, türk dillərində konç // kunç // konça “ayaq, baldır”, kon “əzələ” (10, VI, 56-57). Göründüyü kimi, bu qədim kökün inkişafında q//g refleksləri l~n~r əvəzlənmələri müşahidə olunur. Orta əsrlərdəki türkmən yazılı qaynaqlarında qarı “əl, qol, əlin dirsəkdən aşağı hissəsi” anlamında işlənmişdir: Qalar qarısına pul səsin ansa (19, 83).
Kartvel və türk dillərinin lüğət fonduna aid ortaq söz köklərinin sayını daha da artırmaq mümkündür. Qeyd edək ki, bu cür söz kökləri nostratik səciyyəli köklərdir. Yəni bu söz kökləri ulu dildən gələn söz kökləridir. Deməli, dil ailələrinin hamısı bir-biri ilə qohumdur və bütün dillərdə onların genetik birliyini təsdiqləyən ortaq söz kökləri mövcuddur.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   25   26   27   28   29   30   31   32   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish