Amea folklor institutu


Axtaçı-Gəgəli obası və Nərgizava nekropolu



Download 40,44 Mb.
bet75/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   71   72   73   74   75   76   77   78   ...   295
Axtaçı-Gəgəli obası və Nərgizava nekropolu. Axtaçı obasının adında at saxlamaq, ata baxmaq ifadəsi var. Bu gün axtaçı obasının yaşadığı, məskunlaşdığı ərazinin altında qədim bir yaşayış yerinin – Nərgizavanın qəbiristanlığı yerləşir, orada antik nekropol var. Həmin nekropoldan aşkar olunan maddi-mədəniyət nümunələri də məhz axtaçı adı ilə əlaqəlidir. Buradan xüsusilə tunc atlı, at və ikibaşlı at fiqurları aşkar olunub. Bu faktlar məhz bağlılığı, ardıcıllığı göstərir (1).
Nərgizava adına 1851-ci ilin rəsmi dövlət sənədlərində rast gəlinir. Belə ki, Şirvan əyalətinin Ağsu kəndi ətrafında Hacı Səmədli obasının əkib-becərdiyi Nərgizava və Sincan torpaqlarından bəhs edilir (2). Həmin torpaqlar Axtaçı obasının yaxınlığında yerləşdiyindən yaddaşlardan silinməmiş, Nərgizava abidəsi ilə bilavasitə bağlanmışdır.
Nərgizava oykonimi iki hissədən («nərgiz» - gül, nərgiz gülü və «ava» - çöl, düz) ibarət olub, «nərgiz gülünün bitdiyi, çox olduğu çöl, düz» mənasındadır. Əlbəttə, orta əsrlərdə Nərgizava kimi tanınan yaşayış yeri qədim dövrlərdə başqa cür adlanmışdır.
Nərgizavaya məxsus nekropol yaşayış yerindən təxminən 2 km aralıda, Gəgəli kəndinin şimal-şərqində Salman dərəsi ilə Şamı dərəsi arasında, müasir Məmmədli və Təhməzli məhəllələrində yerləşir. Nekropolun sahəsi 4 hektara yaxındır. Nekropolun ərazisində müasir Gəgəli kəndinin məhəllələrinə məxsus yaşayış evləri və həyətyanı sahələri yerləşir.
Nərgizava nekropolunda təsərrüfat-tikinti işləri görülərkən sadə torpaq, daş qutu, küp və təknə tipli qəbir abidələri aşkara çıxarılmış, daş heykəlcik, saxsı məmulatı və müxtəlif metal əşyalar əldə edilmişdir. Bu qəbirlərin əksəriyyəti 0,2-1 m, daş qutu və küp qəbirlər isə 3-4 m dərinlikdə yerləşir.
Artıq XIX əsrin 40-50-ci illərindən başlayaraq Dəyəli-Gəgəli adlı Axtaçı obası Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçmişdir. Həmin binə yeri Nərgizava yaşayış yerinin qalıqlarını tamam əhatə edir və Yasamal torpağı adlanır. 1862-63-cü illərin rəsmi dövlət sənədində belə arayış var:
«Bakı Quberniyasının Yerölçmə Mütəxəssisi cənablarına. Xançoban dairəsi Gəgəli obasının sakinləri Şamaxı Qəza Rəisi cənablarına Yasamal adlanan məxsusi torpaqda və icma qışlaqlarında oturaq həyata başlamağa icazə haqqında ərizə ilə müraciət etmişlər. Şamaxı Qəza Rəisinin topladığı məlumatlardan aydın olur ki: 1. Yasamal torpağı Gəgəlilərə məxsus olub, təxminən 2,25 verst (2,4 km) uzunluğunda və 2,5 verst (2,6 km) enində sahəni əhatə edir. O şərqdən Qobu-Yasamal, qərbdən Mollalar obasına məxsus torpaqlar, cənubdan Söyüdlü-Arx və şimaldan Qərib-Yalı adlanan dərə ilə sərhəddir. 2. Gəgəlilərin istifadə etdiyi Qobu-Qışlaq, Həsən-Təpəsi, Çoban-Təpəsi, Şirin-Əli, Buğnuca, Yarımca-Amdam adlı qışlaqlar şərqdən Hacı Qədirli obasının torpaqları, qərbdən Ərəb obasının torpaqları, cənubdan Cani-Qobusu, şimaldan Şamaxıya gedən yolla sərhəd olub, 6,5 verst (6,9 km) uzunluğunda və 6 verst (6,4 km) enində sahəni əhatə edir. 3. Baxmayaraq ki, yuxarıda təsvir olunmuş torpağın yaxınlığında tarlaları suvarmaq üçün su var, amma istifadə üçün yararsızdır. Odur ki, lazım olan içməli suyu Ağsu çayından gəgəlilərin çoxdan çəkdikləri Ömər-Laic və Qazan-Arxı adlı arxlar vasitəsilə götürürlər. 4. Şamaxı Qəza Rəisinin təminatına görə yuxarıda adı çəkilən torpaqda məskunlaşan 74 ailə ətraf sakinlərdən heç kimi sıxışdırmayıblar. Şamaxı Qəza Rəisinin keçən 31 yanvar 602 saylı raportuna əsasən Sizin Cənabınıza əmr edirəm ki, yuxarıda adı çəkilən torpağın planını çəkəsiniz və gəgəlilərə qanuna uyğun hər ailəyə 25 desyatin (27 hektar) olmaqla bölüb verəsiniz. Planı əllə çəkilmiş layihə ilə birlikdə Quberniya idarəsinə iki nüsxədə gələcək sərəncamlar üçün təqdim edəsiniz. Qubernator əvəzi - Vitse Qubernator Müşavir və Stolonaçalnik əvəzi» (3).
Yasamal adına Səfəvi dövrü mənbələrində rast gəlinir. 1604-cü ildə Səfəvi ordusu Cusri-Cavaddan (Cavad körpüsü) Kür çayını keçdikdən sonra Qarasuyu və Yasamal dağ keçidini keçərək Şamaxıya yaxınlaşmışdır (4).
Qədim zamanlardan qərb və cənub istiqamətlərdən gələn «karvan», «dəvə», «dib» yolları Yasamal torpağında birləşir, Ortabulaq dərəsi boyunca Şamaxıya aparırdı. Axtaçı zamanında işlək olan bu yol heç şübhəsiz, Nərgizava dövründə də intensiv olmuşdur. Təsadüfi deyil ki, Xınıslı maddi-mədəniyyət abidəsinə tam oxşar Nərgizava maddi-mədəniyyət abidəsinin aşkara çıxarılması həmin yolun iqtisadi, siyasi və mədəni səmərəliliyindən xəbər verir.
Axtaçı obasının tarixi ilə məşğul olmağa başlayanda qarşıya çıxan sənədlərdə çox az sayda məlumat vardı. 1850-ci illərə aid sənədlərdə Gəgəli obasının adı Axtaçı-Gəgəli kimi yazılırdı. 1821 və 1831-ci ilin kameral təsvirlərində isə 5 hissəyə parçalanmış və 5 yüzbaşılığı olan Axtaçı obası vardı (5).

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   71   72   73   74   75   76   77   78   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish