Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet83/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   79   80   81   82   83   84   85   86   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Şamilov, 1989: aprel)
İlk şeirlərini vətənində və Azərbaycanda çap etdirən şairə qa- 
qauz ədəbiyyatına gətirdiyi yeniliklərlə də diqqəti özünə çək- 
mişdir. Qaqauz ədəbiyyatına hoyrat, qoşma, tapşırma, dodaq- 
dəyməz və b. janr və şəkillərin gəlməsi onun adı ilə bağlıdır.
O, təqlidçilik yolunu tutmamış, hər bir yeniliyə yaradıcı 
yanaşmağa çalışmışdır. Onun yazmış olduğu “Çağrı”, “Can ses 
eder, o kız sana aşık” dodaqdəyməzi dediklərimizə gözəl nümu- 
nə ola bilər. Azərbaycanda dodaqdəyməz, adətən, təcnis janrın- 
da yazılır və mövzusu da dərin psixoloji, didaktik, fəlsəfı yönlü 
olur. Tudora Amaut isə sentimental, incə yumorlu bir dodaq- 
dəyməz yazmaqla janra da, mövzuya da yenilik gətirmiş oldu. 
Senin canın yaner ateş 
Sizdä sensiz tek ses 
Çiçeklerä sener kaşın 
Neriye gitdi kızkardaşın?
Elde kaldı sarı çiçek 
Ah-çekersin, gelecek 
Gecenin yarısı, kışın 
Nereye gitdi kızkardaşın?
Genä kış geçer, geler yaz 
Cancazısa sıktı ayaz,
Ak yayer kara saçın 
Nereye gitdi kızkardaşın?
Karardı açık tenın 
Kär çalılar yaker seni 
168


Kıskançlıktan aker yaşın 
Nereye gitdi kızkardaşın?
A1 yanaanı serın çizer 
Sancılar kanına daler 
Ah, aldattı sanki acın 
Gelin gider kızkardaşın.
(Arnaut T., 1994:61-62)
Universiteti Bakıda bitirdikdən sonra Türkiyəyə gedən, ora- 
da işləyən və təhsilini davam etdirən gənc şair elmi mühitə 
qatılır, simpoziumlarda fəal iştirak etməklə qaqauz ədəbiyya- 
tını təbliğ etməyə, tanıtmağa çalışır. Onun ilk şeirlər kitabı da 
Türkiyədə çap olunur 
(Arnaut, 1995).
Azərbaycan, Türkiyə və İraqda yaşayan türklərin ədəbiyyatın- 
da var olan hoyrat janrına Tudoranın qələmində də rast gəlirik: 
Kazayak
Çeşmə dolu Kazayak.
Yarimin sofrasında 
Beni bekler kaz ayak.
M.H.Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri ilə 
T.Arnautun yazdığı misralar Azərbaycan oxucusu üçün də 
maraq doğura bilər:
Heyder baba, 
uzakdayım bu saat 
aktı yola gözlerim 
peetin benimçin kanat.
...Heyder baba 
duydum korku illeri, 
çaardım halkı koruyalım- 
biz koruduk evleri.
Affetmez gidenleri


Nasıl günä bakalım 
Ah! Azerbaycan Türkleri?
Türk xalqlarının ilk ədəbi janrlarından olan dördlükləri bil- 
gin kimi araşdıraraq namizədlik dissertasiyası yazan şair poe- 
ziyasında onların formasından yararlanmaqla qalmamış, yeni 
qəliblərdə mani-bayatı formasında da şeirlər yazmışdır. İlk 
dördlük-bayatı “abab”, sonrakılar isə bbba, ccca, ddda qafiyə 
quruluşuna malikdir. Bu janrı o, qaqauz ədəbiyyatında “Sessiz 
dialog” şeirində işlətmişdir.
Qaqauzlar sayca az olmalarına baxmayaraq, Türk dünya- 
sında baş verənləri diqqətlə izləyir, buna öz münasibətlərini 
bildirirlər. Bu baxımdan T.Arnautun da Azərbaycanda gedən 
milli azadlıq hərəkatını özündə əks etdirən şeirləri çoxdur. Ba- 
kıda kükrəyən meydan, silahsız, əliyalın yaşıdlarının özlərini 
Sovet tanklarının qarşısına atması, Rus-Sovet döyüşçülərinin 
qəddarlıqla insanları qan içində boğması, ucqar bir kənddən 
şəhərə gəlmiş, içərisində Sovet dövlətinə, kommunizm ideya- 
larına böyük sevgi olan gəncə sarsıdıcı təsir etmişdir.
O, Bakıda gözləri qarşısında baş verən 20 yanvar 1990-ci il 
hadisələrindən bir neçə gün sonra yazmışdır:
Unutmaa isterem o günü, 
kan gölcük-gölcük, 
karanfıllerin kokusunu, 
kimin beterine öldük.
Şair hələ 1990-cı ildə o qanlı hadisəni unutmaq istədiyini 
yazır. Lakin zaman keçir, o isə unuda bilmir. Sağalmaz yara 
kimi daim ürəyində qövr edir. Buna görə də illər ötsə də, dönə- 
dönə həmin mövzuya qayıdır. 20 yanvar hadisələrindən az qala 
10 il sonra yazdığı “Azərbaycan deyəndə” şeiri dediklərimizə 
nümunə ola bilər:


Mualim, bän Azerbaycan dediynen 
Yaş yerinä kan aker, kan...
Bülbül aaler aacın tepesindä 
Derdini ondan başkası kimdir soran...
Mualim, bän Azerbaycan dediynen 
Gözümün önündä diziler Nahçıvan,
Çayxana meclisi Nehrem küündä 
O ixtär aksakal soruya tutan...
Mualim, bän Azerbaycan dediynen 
“Yılan” dağının vatizli suları dolayanda 
Cıvırliga sesli uşaklar suda çırpınan 
Yalnız içerdä diz çöküp Allayın önündä 
Üç kerem gündə o ihtär karı duvasını yapan...
Mualim, bän Azerbaycan dediynen 
Tanklar sürülärdi uşaan üstünä 
Serbestlik uuruna devrilärdi meydan 
Mezarlık anıt koyardı ölen gencinä...
Saa kalanlar’sa olardı duşman....
Mualim, bän Azerbaycan dediynen 
Çok kiyatlar amana kaldı yazılmadan...
Ama haliz bu halkın canını doymasın metetmää 
Yıllarca yazsan da kay-playamaz dastan.... 
T.Arnaut kiçik bir şeirlə olduqca gərgin keçən bir dövrün 
bədii təsvirini verməyə çalışır. Tanıdığı ictimai-siyasi xadim
milli azadlıq hərəkatının öndəri, özünü türklük davasının əsgəri 
sayan Əbülfəz Elçibəyə həsr etdiyi şeirdə isə yazır:



Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   79   80   81   82   83   84   85   86   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish