Mövzularında fəlsəfı düşüncələrə üstünlük verən T.Amaut
həmyerlisi S.Kuroğlunun təsiri ilə mistik mövzulara da baş vurur.
Tudora Arnaut və onun timsalında qaqauz ədəbiyyatı haq-
qında İran İslam Respublikasında
(Şamil Ə,1378:112,1),
Azər-
baycanda
(Hüseynoğlu Ə, 1995:10 yanvar, Göyçəli Ə,
1995:7 iyul, Qarapapaq Ə, 1995:2 mart, Şamil Ə, 1995, 15
fevral.)
bir sıra məqalələr yazılmışdır.
Güllü (Valentin) İvan qızı Karanfil
(22.10.1972,
indiki
Moldova Respublikası Qaqauz Yeri MV Vulkaneş rayonunun
Etuliya kəndi). Orta məktəbin doqquzuncu sinfındə oxuyarkən
rayon qəzetində çap etdirdiyi bir şeir onun həyatını ədəbiyyatla
bağlayır.
Məktəbi bitirdikdən sonra Qaqauziyada ilk açılan Komrat
Dövlət Universitetinə daxil olur. Gənc şair Azərbaycan
milli
azadlıq hərəkatı fəallarından biri olan Ağası Hunla ailə qurduq-
dan sonra Bakıya köçür. Təhsilini Bakı Dövlət Universitetində
digər qaqauz tələbələrindən fərqli olaraq, rusca deyil, Azərbay-
can türkcəsində davam etdirir. Universitetin Şərqşünaslıq fa-
kültəsini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademi-
yasının Nəsimi adına Dilçilik İnstitutunda çalışır. Üç övlad bö-
yütməklə yanaşı, elmi araşdırmalarla məşğul olur və 2005-ci
ildə namizədlik dissertasiyası müdafiə edərək
filologiya elm-
ləri namizədi alimlik dərəcəsi alır. Elə həmin il şairin “Sanki
yıldızlar aucumdaydı” adlı ilk kitabı çap olunur. Bu kitab həm
də Bakıda qaqauz türkcəsində çap olunan ilk kitab olduğuna
görə diqqət çəkir.
Hələ 12 yaşında yazdığı “Kendi dilimdə”adlı şeirində Güllü,
artıq öz mövqeyini göstərir:
...Kim gülerdi, ko gülsün
Ama diil islä.
Kim azetmeer dilindän
O hiç diil insan.
Bän yazerım canımdan
Kendi dilimdä.
Şiirim korkmeer nacaandan
Sauş önümdän.
Güllü xanımın poeziyasında barış, Türk birliyi, Vətən, milli
düşüncə aparıcı mövzulardan biridir.
Uzun müddət Azərbaycanda yaşaması onun da yaradıcılı-
ğına öz etkisini göstərmişdir. Mövzularının bir çoxu Azərbay-
canda baş verən olaylarla bağlıdır. Azərbaycanda baş verən
hadisələrə biganə qala bilməyən şair münasibətini belə bildirir:
Kara gözlü, kara kaşlı
Azerbaycan!
Üüsek boylu hem can taşlı
Azerbaycan!...
Karanfıller kahır sürdü
Azerbaycan!
Gagauzda acı büüdü
Azerbycan!
Bununla yanaşı, şair Azərbaycanın görkəmli şəxsiyyətləri-
nin həyatını öyrənir, yaradıcılığında da buna böyük önəm verir.
Burada, Güllü Karanfılin Azərbaycan qürbət şairi
Almaz
Yıldırıma həsr etdiyi şeiri örnək göstərə bilərik:
Biz xəbər gətirdik Araldan, Mildən,
A1 güllər gətirdik Cəmbərəkəntdən,
Tanıdı özgürlük şairini Vətən.
Vətən həsrətiylə alışan Almas,
Su septik acına, oduna, Almaz!
Xəzərdən Hazara salam gətirdik,
“Qara dastanını” dilə gətirdik,
Türküz, varız deyə sevindik.
Vətən həsrətiylə alışan Almas,
Su septik acına, oduna, Almaz!...
Xeyir və şərin, ağ və qara rənglərinin savaşı da şairin yara-
dıcılığında xüsusi yer tutur:
Ne kıpersın gözünü karannık,
Bän hep okadar aydınmkım.
Sän bütün Bucaamı sardın,
Ama bän sendän taa büüküm...
“Zaman
hayir olsun, Vatanım!“ adı ilə yazdığı məktublar
silsiləsində Vətənə məhəbbət, sayqı, özləm hissləri qabarıq
şəkildə göstərilir.
Güllü Karanfıl də Azərbaycanda geniş yayılmış şeir janrla-
rından bacarıqla yararlanaraq ana dilində yazıb-yaratmışdır.
Bunlar da gənc qaqauz ədəbiyyatının inkişafına və zənginləş-
məsinə xidmət edən amillərdəndir.
Şairin 1989-cu ildə “İlkyaz türküsü” toplusunda çap etdirdiyi
“İsteyiş”, “Kendi dilimde” və “Turqay sesi” şeirləri 1999-cu ildə
Türkiyədə çıxan “Başlanğıcdan Günümüze Kadar Türkiye Dı-
şında Türk Ədəbiyyatı Antolojisi”nin Rumın və Qaqauz türk
ədəbiyyatına həsr edilmiş 12-ci cildinə daxil edilmişdir.
T.Arnaut yazır:“Vatan konusu tüm şairlerin tarafından ele
alınan bir konudur. Vatana özlem,
onu koruma, sahip çıkma
duygusu, gerektiğinde onun için hayatını ortaya koyma gibi
istekler Lyubov Çimpoeş, Petr Yalancı,
Sona Adieva, Andrey
Koçancı’nın şiirlerinde büyük bir ustalıkla dile getirilmiştir.
Andrey Koçancı “Ana memleket” adlı şiirinde vatanının
kendisini çağırmasını, duşmandan koruması için gideceğini ve
pişman olmıyacağını şu satırlarla dile getirmektedir:
...Canımı bän verecän-
Basmasın meret duşman
175