(“Bilgə kağan” abidəsi, qərbi-cənub tərəfi).
Yeddi hecalı ibtidai bir vəzni havi olan bu parça, şəkildən
məhrumdur. Bu dövrlərdə Orxon sahəsində yaşamış əsərlərdən
başqa nümunələr bulunmuş olsaydı, abidələrin diyilişi tarixin-
dən sonra ümum nəzmilə bərabər yeddi hecalılar da hasil olan
dəyişikliyi qolaylıqla təqib etmək olacaqdı.
Abidələrdən sonra əlimizdə olan “Divanü lüğat-it-Türk”dəki
mənzumələr arasında da yeddi hecalı bir çox mənzum parçalar
vardır”.
Ə m in A b id Q aqauz m anilərindən sö z açarkən xalq haqqında
da b ilgi verir. V .R a d lo v a istinadən yazır: “Q aqauzların m ən şəi
haqqında tətkikat yapan R a d lo v izahatını bu sətirlərlə x ü lasa
ediyor:
‘Taray3bi
n
0
T
0
MKn tio p k o b hjih y
30
B (O ry
30
B) Kone-
BaBinnx K0r^,a-T0 b K»KHO-pyccKHx CTenax», 06pa3iı,bi Hapo-
,zi,oh jiHTepaTypbi tio p k c k h x njıeMeH, nacTb
X,
CTp.
XIX, C.-
IleT epöypr, 1904 r.”
(Abid Əmin, 1930, 4-5(9-10): 14).
Əmin Abid fıkirlərini isbatlamaq üçün An. Lininin “K
Bon-
pocaM (J)opMajibHoro H
3
yneHHa no
33
HH
Typeu,KHx
Hapo^OB”,
M .F.Köprlüzadənin “Türk ədəbiyyatında qoşm a tərzi”, F.E.Kor-
şun “3anHCKH
b o c to h h o fo OT^,ejıeHHa
HMnepaT. PyccKoro ap-
xeojıorHHecKoro
oömecTBa” (Bu əsər Kovalskidən ruscaya xü-
lasə halında tərcüm ə olunmuşdur), Kaşqarlı M ahm udun “Di-
vanü lüğat-it-Türk” (XI əsr) əsərlərindən, hətta özünün “M aarif
işçisi” jum alım n 1927-ci il 3, 4 və 6 saylarında çap olunmuş
“H eca vəzninin tarixi” məqaləsindən sitat gətirir. Əmin Abid
ikinci dəfə mani janrı haqqında bilgi verərkən yazır: “Manı şəkli
qərb-şimali sahəsində də özünə geniş bir mevki bulmaqdadır.
Bessarabiyada sakin qaqauzların xalq ədəbiyyatında mani böyük
bir mevkeyə malikdir. Qaqauz manilərində diqqətə layiq olan
bir cəhət var ki, o da onların bir çoxunun bizim bayatıların eyni
olmasıdır. Bizdə işlədilən bayatıların bir çoxu onlarda da vardır
və mani adıyla tanınmaqdadır. Radlovun göstərdiyi nümunə-
lərdən buraya yalnız bir neçəsini nəql edirik:
Tüfəngim atılmayır,
Bahalı satılmayır.
Bu uzun gecələrdə,
Yalnız yatılmayır.
Gögdə yıldız əllidir,
Əllisi də bəllidir.
Səvişən qızların,
Tomballarından bəllidir.
Kala böyür saz olur,
Saz açılıb yaz olur.
Bən yarıma gül deməm,
Gülün ömrü az olur.
Qaqauzların mani şəkillərində qafiyə, göstərilən nümunə-
lərdə olduğu kimi, müəyyən bir tərz göstərməz. Radlovun nəql
etdiyi nümunələrin də birinci ilə üçüncü, ikinci ilə dördüncü
misraları qafıyədar olan şəkilləri də vardır.
Akademik İqnats Kunoşun nəşr etdiyi risalələrlə Anadolu
türklərinin vake olan nəşriyyatları da mani növünün Rumeli və
Anadolu xalq ədəbiyyatının çox bol məhsullarından olduğunu
göstərir. Bu sahələrdə bu növ yalnız mani adı altında yad
edilir. Bunlar texnikaca Azərbaycanın cinas saz bayatılarından
fərqli olmaqla bərabər qaqauz manilerinə daha yaxındırlar.
Kunoş məcmuəsinə bunlardan 400 dənə toplaya bilmişdir.
Buraya aldığımız nümunələr bu məcmuədəndir:
Bu gün pazar ertəsi,
Yandı yürək ortası.
Əyil bir kəz öpəyim,
Ayrılıqdır ötəsi.
Qarşıda tikili daş,
Cift gəzər iki kardaş.
Böyüyü almaz tiraş,
Kiçigi pırlanta taş.
Dəniz içində sarayım,
Səni kimə sorayım.
97
Sənsiz keçən ömrümü,
Bən ömürmü sayayım?
Əlin əlimdə degil,
Kılınc belimdə degil.
Yara getmək istərəm,
Höküm əlimdə degil.”
Do'stlaringiz bilan baham: |