GİRİŞ
Qumuq sözünə rast gəlinən ilk qaynaq Mahmud Kaşğarinin
“Divan-i Luğat it-Türk” əsəridir. Lüğət müəllifi bu sözü “Bir
zaman yanında olduğum bəylərdən birinin adı” kimi izah edir.
Qumuqların yayılma arealı noqaylar,
tatarlar, qazaxlar kimi
geniş deyil. Toplu halda Azərbaycanın quzeyində, yəni
Rusiya
Federasiyasının Dağıstan Respublikasında, az qismi isə qonşu
İçkeriya (Çeçen), İnquş, Quzey Osetiya Respublikalarında və
Türkiyənin Üçqozen, Kuşoturağı, Yavu, Ataköy, Doqan, Azi-
ze, Keyikqırı kəndlərində
(Xalipaeva İ., 1993:82)
yaşayırlar.
2002-ci ilin siyahıyaalmasında Rusiya Federasiyasında qumuq-
ların sayının 425 min nəfərə, onlardan 365,8 min nəfərinin
Dağıstanda, 12 min nəfərinin İçkeriyada (Çeçenistan), 15 min
nəfərinin Quzey Osetiyanın Mazdok rayonunda toplu halda,
qalanının Rusiya Federasiyasının müxtəlif bölgələrində da-
ğınıq halda yaşadığı göstərilir. Türkiyədə də 10 min nəfərdən
çox qumuğun yaşadığım yazırlar.
İnternet saytlarında isə qumuqların sayı yarım milyondan
çox göstərilir. Əksəriyyəti rus dilini ana dili kimi bilsə də, bu
dildən ictimai yerlərdə, hökumət idarələrində ünsiyyət vasitəsi
kimi istifadə etsə də, öz aralarında ana dilində danışmağa üs-
tünlük verirlər.
Qumuqların yaşadığı Dağıstan Respublikası
sanki bir xalq-
lar, dillər muzeyidir. Orta yüzilliyin ərəb səyyah və coğrafı-
yaçıları da buranı „cebel-ül elsan“, yəni dillərin dağı, çox ellər
yaşayan dağ adlandırmışlar. Burada radiolar hər səhər 33 dildə
yerli xalqları salamlamaqla verilişlərinə başlayır. Bu isə orada
yaşayan xalqların və etnik qrupların hamısı demək deyil.
Rəsmi qəzet-jurnallar, kitablar isə əsasən 14 dildə-qumuqların,
noqayların, avarların, darginlərin, ləzgilərin, lakların, Azərbay-
can türklərinin, tabasaranlıların, saxurların, rutulların, aqulla-
rın, tatların, çeçenlərin, rusların dilində nəşr olunur. Ümum-
təhsil məktəblərində 14 dildə dərs keçilir. Bu dildən biri də
qumuq dilidir. Bölgənin ən qədim xalqlarından biri olmasına
baxmayaraq müasir qumuq ədəbiyyatı XIX yüzildən formalaş-
mağa başlamışdır. Çünki qədim dövrlərdən ta XX yüzilədək
nəinki türksoylu qumuqlar, hətta bölgədəki türk olmayan,
fərqli dil ailələrinə daxil olan xalqlar belə türk dilindən ümumi
ünsiyyət vasitəsi kimi istifadə etmişlər. 1937-ci ilədək qumuq
dili Dağıstanda rəsmi dövlət dili sayılırdı.
Qumuq şairlərinin yazdıqları şeirlər Azərbaycanda da,
Kırımda da, Kazanda da, Türkmənistanda da, Özbəkistanda da
tərcüməsiz başa düşülmüşdü.
Rusiya işğal etdiyi ərazilərdə hakimiyyətini uzunömürlü
etmək üçün “Parçala, hökm sür!” siyasəti yeritmiş, türk xalq-
larını bir-birindən ayırmaq üçün az qala hər tayfadan bir xalq
yaratmağa çalışmışdı. Yüzillər boyu yazılı ədəbiyyatı
bir olan
türklərin də hər bölgəsi, hər tayfası üçün yeni ədəbi dil, ədə-
biyyat tarixi, tarix yaradılmışdı. Əslində bu türk xalqlarını bir-
birindən ayırmaq siyasəti olsa da onlarda milli şüurun inkişa-
fına da təkan vermişdi.
1917-ci ildə çar Rusiyasında son həddə çatan daxili qovğalar
300 illik Romanovlar sülaləsinin hakimiyyətdən uzaqlaşdırıl-
ması ilə nəticələnmişdi. Fevralda Kerenskinin başçılığı ilə yeni
yaradılmış Müvəqqəti Hökumətin 1917-ci ilin oktyabrın 25-də
(yeni təqvimlə noyabrın 7-də) bolşeviklərin silah gücünə haki-
miyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdirmişdir.
Bu qarışıqlıqdan istifadə edən əsarət altına alınmış xalqlar azad-
lıqlarına nail olmaq istəmişlər. Osmanlı dövlətindən dəstək alan
Quzey Qafqaz xalqları da 1918-ci il mayın 11-də müstəqillik-
lərini
elan edib, yeni bir dövlət qurur. Bu çoxdilli xalqlardan
qurulmuş dövlətin rəsmi dili qumuq dili olduğu elan edilir.
Mudros anlaşmasına görə Antantaya məğlub olmuş Osmanlı
dövləti əsgəri birliklərini Qafqazdan çəkmək məcburiyyətində
qalır. Dəstəksiz qalan gənc dövləti yenidən Rusiya işğal edir.
Bolşeviklər bölgədə öz dayaqlarını möhkəmlətmək üçün çar
Rusiyasından fərqli olaraq yerli xalqlara bir sıra güzəştlər edir.
Onlara ana dillərində məktəblər, qəzet-jurnallar açmaqla yana-
şı, sözdə müstəqil görünən dövlət qurumlarını yaratmağa im-
kan verir. Beləcə Quzey Qafqazda Dağıstan, Çeçen-İnquş, Qa-
raçay-Çərkəz, Kabarda-Balkar muxtar qurumları yaranır.
Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili üç ağıza
(şivəyə) - buynak, xasavyurt və qaytaq ağızlarına bölünür. Araş-
dırıcıların fıkrincə, ədəbi əsərlər buynak-xasavyurt ağızı (şivəsi)
əsasında yazılır
Do'stlaringiz bilan baham: