Radio jurnaliSTİKA



Download 3,35 Mb.
Pdf ko'rish
bet70/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   ...   66   67   68   69   70   71   72   73   ...   132
Bog'liq
Azerbaijan. Radiojournalism

XƏBƏRLƏRİN PRODÜSERİ 


54
Bu işi görə bilmək üçün;
▪ orijinal ideyalar yaratmalı, kreativ düşünməli, 
ideyalarını auditoriyaya necə çatdıracağını 
bilməlisən,
▪ əla yazı və yaradıcılıq vədişlərinə malik olmalı, 
məzmunu müxtəlif auditoriya və platformalar üçün 
adaptasiya etməyi bacarmalısan,
▪ radio bazarının mövcud vəziyyətini, rəqib 
stansiyaların strategiyasını, efirə verilən 
proqramları izləməlisən,
▪ səsyazma avadanlığından istifadə etməyi 
öyrənməyə qadir olmalı və müxtəlif radio 
studiyalarda işləməyi bacarmalısan,
▪ əla kommunikasiya vərdişlərini diplomatiya 
və empatiya ilə tamamlamalı, eyni zamanda 
insanlara qayğı və səbrlə yanaşmağı öyrənməlisən, 
insanlardan informasiya almaq üçün qarşılıqlı 
anlaşmanı təmin etməlisən,
▪ komanda üzvlərinə inkişaf etməyi aşılamalı, onlara 
daim yeni bir şeylər öyrətməlisən,
▪ əminlik və israrla informasiyanı izləməyi, ideyaları 
vəzifəcə daha böyük əməkdaşlara təqdim etməyi 
bacarmalısan,
▪ çalışmaq istədiyin radioya dair olan bütün 
subyektlər sahəsində geniş biliklərə malik olmalı, 
daim öz üzərində çalışmalısan,
▪ təzyiq altında sakit və effektli işləməyi bacarmalı, 
qoyulan müddətlərə anında reaksiya verməli və 
onları təmin etməlisən,
▪ media, xüsusən də radio sahəsinə dair etika, qanun 
və qaydaları bilməli, tənzimləmədən xəbərdar 
olmalısan,
▪ ölkəndə müəlliflik hüquqları barədə daim məlumat 
toplamalısan,
▪ güclü İT vərdişlərinə yiyələnməli, bütün önəmli 
proqram təminatlarını bilməlisən (audiomontaj, 
videomontaj və şəkillərin redaktəsi).
Radioprodüser nə edir?
Radio prodüserlər proqramın kontentini yaradır 
və bütün istehsal – prodakşn prosesini idarə edir. 
Onlar ideyaları saf-çürük edir, araşdırır, uyğun 
şəkildə təqdim edirlər. Dinləyicinin bütün dinlədikləri 
proqramlarda prodüserlərin aparıcı rol oynamasına 
və əsas işləri görməsinə baxmayaraq, onlar heç vaxt 
efirə çıxmırlar. 
Prodüserin səlahiyyətlərinin dairəsi və vəzifəsi onun 
məsul olduğu proqramlar və ya radiostansiyadan 
çox asılıdır. Onlar aparıcılar, ifaçılar və ümumiyyətlə 
proqram iştirakçıları ilə əməkdaşlıq edir. Proqramların 
məzmununun qoyulan istehsal standartlarına uyğun 
olub-olmadığından əmin olmaq üçün onlar gərək 
olduğunda tapşırıq verməyi də bacarmalıdırlar. 
Radio prodüserlər çox zaman proqramların biznes və 
texniki aspektləri ilə yaxından bağlı olurlar. Onlar eyni 
zamanda büdcənin idarə edilməsi və resurslardan 
effektli istifadə üçün məsuliyyət daşıyırlar. 
Dinləyicilərin şərhlərinə və şikayətlərinə cavab 
vermək, sosial şəbəkədə bunları cavablandırmaq da 
onların işidir. 
Onlar, əsasən, ofislərdə və səsyazma studiyalarında 
çalışırlar, ancaq yayım məkanında da çalışa bilərlər. 
Radio prodüserlərin də iş növbəsi müxtəlifdir: gecə 
də, bayram günləri də çalışa bilərlər. Bəzən onların 
reportyorlarla birlikdə uzun səfərlərə çıxması lazım 
ola bilər. 
Radio prodüserlər bütün müvafiq informasiya 
mənbələri ilə işləməyi jurnalistlər qədər bilməlidir. 
Səsyazmalar üçün icazələrin alınması, birbaşa yayım 
üçün razılaşmanın əldə edilməsi və arxiv materialları, 
səs effektləri və musiqlərdən istifadə üçün lisenziya 
alınması prosesinə nəzarət prodüserlərin öhdəsinə 
düşür. 
Onlar eyni zamanda radio studiyaları idarə etməli, 
gərək olduğu zaman həm kənarda, həm də studiya 
daxilində səsyazma aparmalıdırlar. Eyni zamanda 
müsahibələrin və digər materialların prodüser 
tərəfindən yazılması və montajı tələb edilə bilər. 
Təbii ki, reportyorun başqa işi olduğu və tək çalışa 
bilmədiyi zamanlarda. Bütün bunlarla yanaşı, 
prodakşn işinə nəzarət prodüserin əsas funksiyası 
olaraq qalır.
V BÖLÜM
RADİO XƏBƏRİN HAZIRLANMASI / 
XƏBƏRLƏRIN PRODÜSERI / STUDİYA MENECERİ/TEXNİKİ OPERATOR
Fiziki olaraq studiya əməliyyatlarına nəzarət edir, 
xətləri yoxlayır, kanalları tənzimləyir. Operator 
texniki keyfiyyətə cavabdehdir. Mikrofondakı küy, 
səsyazmanın keyfiyyəti, yazılan səsin keyfiyyəti 
tamamilə onun işindən asılıdır. Birbaşa yayım vaxtı 
bu əməkdaşların işi ikiqat artır, çünki translyasiya 
zamanı səsin keyfiyyətini və səviyyəsini nəzarətdə 
saxlamalıdırlar. Onlar jurnalistika sahəsindən çox 
texnika ilə bağlı olsalar da, komandada önəmli yer 
tuturlar. 

Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   66   67   68   69   70   71   72   73   ...   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish