467
dərəcələri də xeyli müxtəlifdir. Bunlar hər bir dövlət tərəfindən
yürüdülən iqtisadi siyasətə müvafiq olaraq müəyyən edilir.
Vergiləri meyarlarına görə aşağıdakı kimi təsnifləşdirmək
olar:
1.
tədiyyə üsuluna görə:
a)
Müstəqim vergilər bilavasitə gəlirə və əmlaka görə
müəyyə edilir. Bunlar bilavasitə əmək sərfi ilə əlaqədardır.
Bunlara əhalidən alınan fərdi gəlir vergiləri, müəssisələrin
mənfəətindən vergi və sosial sığorta ayırmaları aiddir.
Əhalidən alınan fərdi gəlir vergisi əmək haqqı, məvacib,
sahibkarlıq mənfəətindən, dividentdən, faizdən, rentadan,
qonorardan və s. hesablanır.
b)
Dolayı vergilər- qiymətlər vasitəsilə yığılır.
Bunlar
tədavül və istehlak üzrə hesablanır, əmtəələrin qiymətlərinə
əlavə edilir və istehlakçılar tərəfindən ödənilir. Bunlara
dövriyyə vergisi (ABŞ, Kanada, keçmiş sosialist ölkələrində),
əlavə dəyər vergisi – ƏDV (bazar iqtisadiyyatı ölkələrində o,
cümlədən Azərbaycanda), aksizlər, ixracat vergisi, gömrük
rüsumu,
istehlak vergisi, yol fonduna daxil olan vəsaitlər,
patentləşdirmədən daxil olan vəsaitlər və sairə. Müasir şəraitdə
dövlətin sosial fəzifələrinin genişlənməsi ilə əlaqədar olaraq
sosial sığorta fondlarına ödənişlər geniş yayılmışdır. Öz
mahiyyətinə görə onlar məqsədli vergilərdir çünki müəyyən
təyinatları vardır.
2.
Vergilərin yığılması və onun məbləğinə sərəncam
verən orqanlardan asılı olaraq dövlət və yerli vergilər
fərqləndirilir. Dövlət vergiləri dövlət qanunları əsasında
mərkəzi hökümət tərəfindən yığılır və dövlət büdcəsinə
yönəldilir. Onlara gəlir vergisi, gömrük haqları və s. aiddir.
Yerli vergilər isə yerli hakimiyyət orqanları tərəfindən yığılır
və yerli büdcəyə daxil olur. Yerli hakimiyyət orqanları əsasən
fərdi aksizləri və əmlak vergisini yığırlar.
468
3.
İstifadə edilməsinə görə vergilər ümumi və xüsusi
vergilərə bölünür. Ümumi vergilər dövlətin vahid xəzinəsinə
daxil olur. Xüsusi vergilər müəyyən təyinata malik vergilərdir
(məs, yanacaq – sürtgü materiallarının reallaşmasından vergilər
yol fonduna daxil olur və yolların yeniləşdirilməsinə və cari
təmirinə yönəldilir.)
4.
Vergi normaları növlərindən asılı olaraq proporsional,
proqressiv və reqressiv olurlar.
Proporsional norma vergi
obyektinə onların kəmiyyətinin differensiallaşması nəzərə
alınmadan eyni faiz nisbətinin müəyyən edilməsidir.
Proqrossiv, yaxud mütərəqqi norma gəlirlərinin artması ilə,
vergi normaları da artır. Reqressiv normada məbləği artdıqca
ondan tutulan faiz dərəcəsinin azalması nəzərdə tutulur.
Cəmiyyət inkişaf etdikcə müxtəlif növ vergilərin
nisbətidə dəyişdirilmişdir. Belə ki, XIX əsrdə və XX əsrin
əvvəllərində dolayı vergilər əsas yerdə idi. İkinci dünya
müharibəsindən sonra aparıcı yer birbaşa vergilərə keçdi.
Müasir vergi sisteminə artım tempinə görə, sosial sığorta
sisteminə ödəmələrinin səviyyəsi həm birbaşa və həm də dolayı
vergiləri qabaqlayır.
Müxtəlif ölkələrin müxtəlif dövrlərdə həyata keçirdikləri
iqtisadi siyasətin tərkib hissələrindən biri də vergi siyasətidir.
Do'stlaringiz bilan baham: