Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet27/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   23   24   25   26   27   28   29   30   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Elkem Ehtəm 
1930-cu ildə Korqas qəsə- 
bəsində doğulan 
Tayipcam Ali 
və başqaları da yeni uyğur ədə- 
biyyatının seçilən nümayəndələrindən sayılır. Elkem Ehtem 
“Tan” (Dan), “Tanq atti” (Dan attı), “Tan atkanda” (Dan atar- 
kən), “Könüllər güldi” (Gönüllər güldü), “Ümid dolkunliri” 
(Ümid dalğaları), “Küreş dolkunliri” (Savaş dalğaları), “Yeniş 
dolkunliri” (Zəfər dalğaları) kimi şeirləriylə yanaşı “Saadet- 
xan”, “Alvasti” kimi lirik dastanları, Tayipcan Ali isə “Şark


nahşısı” (Şərq mahnısı), “Tıçlık nahşısı” (Sülh mahnısı), “Tü- 
qümes nahşa” (Bitməz mahnı), “Vətənimni köyləymən” (Vətə- 
nım üçün yanıram), “Zepmu çıraylık gəldi bahar” (Nə qədər 
xoş gəldi bahar) adlı şeir kitablarıyla tanınır. Tayipcan Ali
1989-cu ildə dünyasını dəyişmişdir.
1950-1980-ci illər uyğur ədəbiyyatınm tanınmış yazıçı və 
şairləri sırasında 
Erşiddin Tatlık, Turdi Samsak, Abdulkə-
rim Xoca 
(1928-1988), 
Zordun Sabir, Sultan Mahmut
(Kaşqarlı), Muhəmmətcan Sadiq, Cebbar Əxmət, Muhəm-
mət Ali Zunun, Ehad Turdi, Boğda Abdulla, Abdulhamid
Sabir, Mırzayit Kərim, Mamut Zayit, Tursunay Hüseyin,
Dilbər Keyum 
və b. adı çəkilir.
3.1. Uyğur ədəbiyyatında sosializmin tərənnümü
1949-cu ildə Çinin yenidən Doğu Türküstanı işğal etməsi, 
sosializm quruculuğu adı altında aparılan kütləvi həbslər və 
təqiblər ədəbiyyatdan milli məsələni demək olar tamam 
çıxardı. Sosializmi, kommunizmi, Mao-Ze-Donqu, Çin işğalım 
tərənnüm edən bədii yazılara geniş meydan açıldı. Yaşlı nəslin 
bir çox nümayəndələri də hakimiyyət orqanlarının təzyiqlərinə 
tab gətirməyərək sifariş ədəbiyyatı nümunələri yaratdılar.
Uyğur ədəbiyyatının üçüncü mərhələsinə tərənnüm və 
mədhiyyə ədəbiyyatının nümayəndələri daxil edilirlər. Onlarda 
da bizdəki kimi sosializm realizmi adı altında keçmişin tənqidi, 
real əsasları olmayan xoşbəxt gələcəyin tərənnümü, fəhlə və 
kəndlilərin firavan həyatı əsas yer tutur. Xalqın gerçək fikir və 
duyğularını, görüşlərini əks etdirən əsərlərə mətbuatda yer ve- 
rilməz, vətən haqqında, millət haqqında tarixi həqiqətləri ya- 
zanları “millətçilikdə”, “türkçülükdə”, “əksinqılabçılıqda” suç- 
layıb cəzalnadırırdılar. Hətta şeirlərdə “Tanrı dağı”, “Tarım ça- 
yı” kimi kəlimələrin işlədilməsi də qadağan edilmişdir.


Maonun ölümündən sonra Çində bir yumşalma hiss edilir. 
Uyğur ədəbiyyatı üzərindəki sərt sensor nəzarəti yumşalır. Ana 
dilində kitabların nəşri üçün böyük şəhərlərin əksəriyyətində 
nəşriyyatlar açılır. Ədəbi nəşrlərin də sayısı çoxalır. “Tarım”, 
“Köprük” (Göstəri), “Şincan sənəti”, “Miras”, “Bulaq”, “Çol- 
pan” (Dan ulduzu), “Kaşqar ədəbiyyatı və sənəti”, “Turpan”, 
“Qumul ədəbiyyatı”, “Aksu ədəbiyyatı və sənəti”, “İli dər- 
yası”, “Bostan”, “Tenri Tağ” (Tanrı dağı) və b. jurnalları nəşr 
olunmağa başlayır. Bu jurnallarda milli dəyərli bədii, elmi 
əsərlər də çap olunur.
Beləcə, Uyğur şair və yazıçıları əsərlərini rahat nəşr etmək 
imkanına qazanırlar. Uyğur ədəbiyyatında bir irəliləmə hiss 
edilməyə başlayır. Şair və yazıçılar tarixi hadisələrdən bəhs 
edən bədii və elmi əsərlər yaradırlar. Bu əsərlərin içində Abdul- 
la Talıbın 1981-ci ildə Lutpulla Mütəllipin həyatından bəhs edən 
“Kaynam örkişi”, Abdurihim Ötkürün 1980-ci ildə çap etdirdiyi 
“Kaşqar kecesi” (Kaşqar gecəsi) dastanı və 1985-ci ildə çap et- 
dirdiyi “İz”, Xevir Tömürün 1980-ci ildə çap etdirdiyi “Molla 
Zeydin qissesi”, “Əli” adlı tarixi romanı və Abduxaliq Uyğurun 
həyat mübarəzəsindən bəshs edən “Baldur oyanan adem” (İlk 
oyanan adam), Turdi Samsakın 1986-ci ildə çap etdirdiyi “Axi- 
rəttin gəlgənlər” (Axirətdən gələnlər), Qayrət Abdullahın 1983- 
cü ildə çap etdirdiyi “Taş abidə” romanları, Teyipcan Hadinin 
Mançu-Çin hökümdarlarının zulmünə qarşı 1864-1867-ci illərdə 
uyğurların İli vilayətindəki üsyana rəbərlik etmiş Sadır Pəlvanın 
fəaliyyətindən bəhs edən “Pəlvan gəldi” (Pəhlivan gəldi) heka- 
yəsi, Muhməd Ali Zununun 1981-ci ildə Rabia Seyiddin, Ahmet 
Ziyatinin sevgi və azadlıq yolunda mübarizə apararaq sonunda 
qurban olan iki gəncin hekayəsini anladan, on mindən artıq 
misradan ibarət olan “Rabiyə ilə Sayddin” dastanları daha çox 
diqqətiçəkəndir. Lakin bu o qədər də uzun sürmür.


1990-cu ildə Aktu rayonunun Barın kəndində baş verən 
silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, 
şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır.
1991-ci ilin fevralından sonra tanınmış uyğur alimi, yazıçı Tur- 
qun Almasın “Uyğurlar”, “Hun tarihi”, “Əski uyğur ədəbiy- 
yatı” kitabları tənqid hədəfinə çevrilir, oradakı faktların təfti- 
şinə başlanılır. Turqun Almas və diğər nüfuzlu uyğur ədibləri 
“pantürkist”, “Uyğur şovinisti”, “separatçı” deyə suçlanır, tə- 
qib və tənqidlərə məruz qalırlar. Beləliklə, Uyğur ədəbiyya- 
tının inkişafı ləngidilir, təkrar durğunluq dövrünə dönülür.
Bütün bunlara baxmayaraq Teyupcan Əliyop (1930-1989), 
Qəyyum Turdi (1937-1997), Muhəmmətcan Sadiq (1934), 
Boğda Abdulla (1941), Qurban Barat (1939), Osmancan Savut 
(1946), İmin Əxmədi (1944), Muhəmmətcan Raşidin (1940), 
Ruzi Sayit (1943-2001), Zordun Sabir (1937-1998), Xevir 
Tömür (1922-1991), Əxət Turdi (1940), Calalidin Bəhram 
(1942), Məmtimin Hoşur (1944), Muhəmmət Bağraş (1952), 
Xalidə İsrail (1952), Əxtəm Ömər (1963), Toxti Ayup (1945), 
İbaydulla İbrahim (1951), Nurmuhəmmət Toxti (1949), Ab- 
dulla Savut (1950), Abduşükür Muhəmmətimin (1934-1995), 
Əxmət İmin (1950) və b. üçünçü dövr uyğur ədəbiyyatının 
aparıcı ədiblərindən sayılırlar 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish