Aşik bilen meşuklar
- Aşiq ilə məşuqlar
Yan xoşna yakin bolsa
- Bir birinə yaxın olsa
Yagliğimni yudurdum
-Yaylığımı yudurdum
Bağka alma yaydurdum
- Bağa alma yaydırdım
Aran tapkan yarimni
- Çətin tapdığım yarımı
Karakçiğa aldurdum
-Quldura aldırdım
Karliğaç kara bolur
-Qaranquş qara olur
Kaniti ala bolur
- Qanadı
ala olur
Yarin bivapa bolsa
- Yarın vəfasız olarsa
Beşiga bala bolur
- Başına bəla olur
Yar boyini körsətti
- Yar boyunu görsətdi
İçiın ot tolup ketti
- İçim od dolub getdi
İşik oti yamanken -
Eşq odu yamanmış
Yürekni kavap etti -
Ürəyimi kabab etdi
Aymidu, aylarmidu
- Aymıdır aylar mıdır?
Ayğa bulut daldimidu
- Aya bulud gəldimi
Yar yiraktim kəlgüçe
- Yar uzaqdan gəlincə
Akkan yeşim deryamidu
- Axan yaşım dəryamıdır?
Əksər türk xalqları mani-bayatılarını, uyğurlar da koşakları
toylarda,
bayramlarda, qış gecələrində təşkil etdikləri əyləncə-
lərdə, tarlalarda, dağlarda dincələrkən, uşaqlarını oynadarkən,
eləcə də uşaqlar bir-birlərilə oynayarkən oxuyurlar.
1.4. Uyğurların 12 mukamı
Uyğur ağzında mukam olaraq tələffüz edilən termini Türki-
yədə makam, Azərbaycanda muğam kimi tələffüz edirlər. Əs-
lində, muğamların sayı müxtəlif dövrlərdə çoxalıb-azalsa da on
43
iki mukam şəklində günümüzədək gəlib çatmışdır.
Musiqi
folklorunun əvəzsiz nümunəsi olan 12 mukam həm yazılı, həm
şifahi ədəbiyyatın gözəl nümunələrini qoruyub saxlamışdır.
Uyğurlarda on iki mukam rak-rəhab, çebbayat-hüseyni, mü-
şavirək-rast, çargah-hicaz, pencigah-büzürg,
özhal-köşək,
əcəm, üşşaq, bayat, nəva, segah, iraqdan ibarətdir. Muğamların
da hər biri “Çonq nəğmə” (böyük nəğmə), “Dastan” “Meşrep”
olmaq üzrə üç yerə bölünür. “Çonq nəğmə” (böyük nəğmə) 9-
10 lirik mahnıdan təşkil olunur. “Dastan” qismində 3 ilə 6
arasında dəyişən sayda nəğmə vardır. Bu nəğmələrdə təhkiyə
aparıcıdır. Yəni “Pərhad ilə Şirin”, “Qərip ilə Sənəm”, “Tahir
ilə Zöhrə” kimi xalq dastanlarından alınan parçalar oxunur.
Hər nəğmədən sonra bir vergül gəlir. Mergül muğamda bir
şöbədən o birinə keçərkən çalınan keçid melodiyasıdır.
“Meşrep” qismində 3 ilə 6 arasında dəyişən sayda nəğmə
olur. Bunlar əw əlcə yavaş başlayan, getdikcə coşğunlaşan
ritmik mahnılardır.
“Çonq nəğmə” (böyük nəğmə) öz içərisində yenə “təzə”,
“səlikə”, “təkit”, “nushə”, “cula”, “sənəm”, “peşru” kimi böl-
mələrə ayrılır.
Uyğur muğamlarından bəhs edən araşdırıcılar onların kökü-
nün miladdan öncə 5-6-cı yüzilliklərdən əw ələ gedib çıxdığını
yazırlar.
Musiqi folklorunun ən qədim və olduqca zəngin qolunu təş-
kil edən muğamlar həm də yazılı və şifahi ədəbiyyatın əvəzsiz
nümunələrinin qorunub saxlanmasında böyük rol oynamışdır.
Prof. Abdulkərim Rehmanın araşdırmasına görə, uyğurların on
iki mukamında 28 şairin 1945 misrası, xalq ədəbiyyatından
931 misra şeir oxunur.
Uyğur xalq mahnılarında əsasən “koşak” və “beyt”lər oxu-
nur. Bunlardan başqa, “takmak”(çaçma) adıyla bilinən bir şəkli
də vardır. Bu da rəqs və musiqinin müşayiətilə oxunan duetlər-
dir. Onlardan bir nümunə belədir:
Bu tağlar igiz tağlar
- Bu dağlar uca dağlar,
Qərip yolini bağlar -
Qəribin yolunu bağlar.
Qərip ölse kim yığla
- Qərib ölsə kim ağlar,
Qəripka qərip yığlar -
Qəribə qərib ağlar.
Uyğurlarda da bir çox mahnılar tarixi hadisələrlə bağlıdır.
Tarixi şəxsiyyət
olan Nazqumun, Sadır Pəlivanm və Mayım-
xanın həyatlarından, onların faciəli ölümlərindən bəhs edən
“Nazuqum mahnısı”, “Sadır Pəlvan mahnısı”, “Mayımxan
mahnısı” bunlardandır.
Diqqəti çəkən odur ki, uyğur muğamlarında Kaşqarlı Mah-
mudun “Divanü lüğat-it-Türk”ündən alınmış şeirlər də oxunur.
Amma şeirlər Divanda olduğu kimi oxunmur. Divanın ayrı-ayrı
yerlərindəki şeirlər birləşdirilərək yeni bir mahnı mətni yaradılır.
Uyğurlar on iki mukamda dastanlardan da geniş istifadə
edirlər. Belə ki, iraqda 24 misra, segahda 56 misra, əcəmdə 8
misra “Yusup ilə Əxmət” dastanından alınıb oxunduğu kimi,
rak mukamının dastan şöbəsində “Məsu ilə Dilaram”
dasta-
nından 8 misra, qalan misralar isə “Qərip ilə Sənəm” dasta-
nından alınaraq oxunur.
Ümumiyyətlə, uyğurların on iki mukamında “Qərip ilə Sə-
nəm”, “Bəhram ilə Dilaram”, “Sənevbər”, “Yusup ilə Əxmət”,
“Kəmərşah ilə Şəmsi Canan”, “Hörlika ilə Həmracan”, “Şahzadə
Nizamidin ilə Məlikə Rəna”, “Pərhad ilə Şirin”, “Şahzadə Dildar
ilə Məlikə Mihirlıka”, “Şahzadə Fərrux ilə Məlikə Gülrux”,
“Yusup ilə Zileyxa” dastanlarından seçilmiş şeir parçaları oxunur.
Çebbayat muğamının üçüncü dastan şöbəsində “Qərip ilə
Sənəm” dastanından belə bir şeir parçası oxunur:
Başvan bolup başın içrə -
Bağban olub bağça içində,
Tərsəm taza güllərindin -
Dərsəm təzə güllərindən.
İgəm səni xoş yaratmış -
Mövlam səni xoş yaratmış,
Egsəm nazuk bellərindin -
Tutsam nazik bellərindən.
Məni sorisan uşbu halda -
Məni sorsan işbu halda,
Rəngim serik, közüm yolda -
Üzüm sarı, gözüm yolda.
Başrım daşı çahar başda
-Bağrımın daşı çahar başda,
Şipa tapsa kollarındin -
Şəfa tapsa qollarından.
Mənzinnin əsli lalədur -
Bənzinin əsli lalədir,
Karışın canı aladur -
Baxışın canı alandır,
Ağzın altun piyalədur -
Ağzın altın piyalədir,
Kuyup içsəm çaylarındin -
Koyup içsəm çaylarından.
İraq muğamında da qəhrəmanlıq dastanı olan “Yusup ilə
Əxməf’dən bəzı mahnılar oxunur.
Do'stlaringiz bilan baham: