Əsma Pəri ilə mifoloji Ana arasındakı bağlılıq açıq-aşkardır.
Əgər yer ilə göyün baslanğıcda bir olduğu haqqındakı görüş
doğru isə, göy ilə yerin ayrılması ilə, əslində, tək olan Ulu Ana
və ya mifoloji Ana Göy Tanrı və Yer-Su Tanrısı olaraq ikiyə
ayrılmış olmalıdır. O zaman Göy Tanrı və Yer-Su Tanrısının
Ulu Ana / mifoloji Ana (Ana Yayaçı) kimi həm yaradıcı, həm
yoxedici, həm həyatverici, həm öldürücü, həm verici, həm alıcı
xüsusiyyətləri ortaq kökə dayanır. Yaradıcı Göy Tanrıdan
Günəş Tanrı, Ay Tanrı, Uldız Tanrısı, Ülgen, Kayraxan; Yer-
Su Tanrısından Umay/May Ene/Payana/Bayana/Ayıısıt, dağ,
çay və meşə əyələri ortaya çıxmışdır. Yoxedici Göy Tanrıdan
İldırım Tanrısı, Simsek Tanrısı, Əjdəha, Erlik; Yer-Su Tanrı-
sından Albastı /A1 Qarısı / Yalmavuz / Celbegen / Mestan
Kempir / Qara Umay ortaya çıxmışdır. Bütün bu tanrılar,
ilah-
lar və əyələr, Ulu Ana / mifoloji Ananın həm yaradıcı həm
yoxedici, həm yasamverici, həm öldürücü, həm erkək, həm dişi
xüsusiyyətlərini daşıyır. Yer-Su Tanrısından biri olan Umay da
həm qoruyucu (Ağ Umay), həm yoxedici ölüm mələyi (Qara
Umay) funksiyasına sahibdir. Umay türk mifoloji sistemində
yalnız qadın və uşaqların qoruyucusu deyil,
eyni zamanda hey-
vanların, qəbilənin də qoruyucusudur. Onun bu qoruyuculuq
funksiyası,
eyni zamanda, onun qəhrəman, savaşçı yönünə də
isarət edir.
Uyğur türklərinin Umay sevgi ilahı, hamilə qadınların tapın-
dıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq anladılmaq-
dadır:
“Aləmin üzəri yaradıcı Tanrının yasadığı yer olub, nurlu
və parlaq bir məkanmış. Üstdəki parlaq məkan ilə altdakı
qaranlıq yer arasında Umay varmış. O, övladlarına torpaq və
su verən “baxt ilahı”olaraq bilinirmiş. “Umay İlahə”, eyni za-
manda sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik
uşaqları qoruyan ilah olaraq da qəbul edilirmiş. ”
Dini-mifoloji varlıq olan Umayın qoruyucu və bu vəzifənin
qarşılığı olan qəhrəmanlıq və döyüşçülük funksiyası xalq
ədəbiyyatının müxtəlif janrlarında fərqli səkillərdə işlənmiş,
şaxələnmiş və zənginləşdirilmişdir. Uyğurlar arasında müxtəlif
kəramətləri ilə xatırlanan qadın qəhrəmanlardan Əmçək Xo-
cam haqqındakı əfsanədə onun izlərini görmək olar. Əmçək
Xocamın Turfanın Toksun qəsəbəsində qəbri var.
Buraya in-
sanlar, xüsusən də döşündə xəstəliyi olan, südü az və ya heç
olmayan qadınlar ziyarətə gəlirlər. Araşdırıcıların fıkrincə, bu
ziyarətin kökündə tarixi qəhrəmana sayğıdan çox uyğurlarda
Umay Anaya inancın yaşaması durur.
Uyğurlar arasında yadelli işğalçılara müqavimət göstərən
qadınlar haqqında da maraqlı əfsanələr vardır ki, araşdırıcılar
onlarda da Umayın izlərinin olduğunu yazırlar. Xalq arasında
geniş yayılmış “Büvi Rabia haqqında” əfsanəni və “Ana qovuq
haqqında” əfsanəni buna misal göstərmək olar.
Uyğurlarda “Ana kovuk hakkıdə” adlı əfsanəsindəkı Kızılçı
xanım Umay Ananı xatırlatmaqdadır. Kızılçı xanım “günəş ilə
yarışan”, “aydan geri qalmayan gözəlliyi”, “savaşda kişi kimi
geyinməsi”, “cəsur”, “çevik”, “bahadır”, “igid” özəlliyi, “qılıç”
və “mızraq” işlətməsi, duasının qəbul olub “yerin yarılması”
və “onu qoynuna alması” kimi epitetlərlə təqdim edilir ki, bun-
ların da çoxu Umay Anada var.
Müsəlman uyğurların buddistlərlə apardıqları döyüşdən
bəhs edən əfsanələrdə də qadın qəhrəmanların təsvirində Umay
Ananın izləri görünür.
Do'stlaringiz bilan baham: