Pekine vardıkdan sonra Mao-Ze-Dong ve Çin Kommünistle-
rinin Doğu Türkistan meselesindeki fıkirlerine “evet” demesini
istediler.
Ama Ahmetcan Kasimi, İshak bey, Delil Kanlar
Stalinin tavsiyelerini nazik bir üslupla
redd ederek, Pekinde
Çin Kommünist liderlerinden Doğu Türkistana devlet statüsü
ve bağımsızlık isteyeceklerini bildirdiler.
Sonunda Stalin ile
Mao-Ze-Dong gizli anlaşarak «uçak kazası» süsü vererek on-
ları yok ettiler...
Sovetler Birliğinin desteğiyle Kızıl Çin Ordusu Doğu Tür-
kistanı Ekim 1949 tarihinde işğal etti”
(Kaşqarlı, 1993:36).
Doğu Türküstanın son yüzilliklərinə qısa bir nəzər salma-
mızın səbəbi xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə
aparan ictimai-siyasi xadimlərin millətinin maariflənməsi üçün
folklordan, ədəbiyyatdan istifadə etdiklərini, bədii yaradıcılıqla
məşğul olduqlarını, pyeslər yazdıqlarını diqqətə çatdırmaqdır.
Avropanın uyğurlara marağı 1878-ci ildə Regel heyətinin
səfərindən sonra başladı. Təkləməkan çölündəki xaraba şəhər-
lər tarixçilərin də, etnoqrafların da, kulturoloqların da,
folklor-
çuların da diqqətini özünə çəkdi. İngilis zabiti Boverin 1890-ci
ildə Kuça xarabalıqlarından tapılmış miladi 4-cü yüzilliyə aid
əlyazmaları satın alaraq Avropaya aparması dünyanın məşhur
araşdırıcılarının diqqətinin bölgəyə yönəlməsinə səbəb oldu.
Almanlardan Qrünvedeldin 1902-1903, 1905-1907-ci illər-
dəki, V.Le Cokun 1904-1906, 1913-1914-cü illərdəki, ingilis-
lərdən Aurel Steının 1900-1901, 1906-1908, 1913—1916-cı
illərdəki üç səfəri, fransızlardan Pelliotun 1906-1909-cu illər-
dəki səfəri bölgəyə marağı daha da artırdı. Yaponlardan Otanif
və Hedinin coğrafi araşdırmaları üzündən ruslardan Kozlo-
Rovorovski, Oldenburkun yazıları 20-ci yüzildə dünya elmini
sanki silkələdi. Bölgədən aparılan fresklər, yazılar, heykəllər
dünya muzeylərini bəzədi.
Azərbaycanda isə uyğur folkloruna maraq sovet hakimiyyəti
illərində başlamışdır.
Senzura folklorun, ədəbiyyatın, tarixin
ümumtürk kontekstində öyrənilməsinə icazə verməsə də Azər-
baycan folklorunun tarixindən söz açan araşdırıcılardan Vaqif
Vəliyev “Azərbaycan folkloru”(1985), Kamil Vəliyev “Dastan
poetikası” (1989), Pənah Xəlilov “Türk xalqlarının və şərqi
slavyanların ədəbiyyatı” (1994), Nizami Cəfərov “Eposdan ki-
taba” (1999), Azad Nəbiyev “Azərbaycan şifahi xalq ədəbiy-
yatı” (2002) kitablarında, eləcə də Qətibə Vaqif qızı, Vüqar
Ömər oğlu öz məqalələrində uyğur folklorundan və mədəniy-
yətindən geniş bəhs etmişlər.
Do'stlaringiz bilan baham: