Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet125/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   121   122   123   124   125   126   127   128   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Tavkul U.,1992:732).
Qaraçay-malkarların zorla Osmanlı dövlətinə köçürülməsi 
ilə bağlı yaradılmış yırlar xalq arasında “İstampulda getgenleni 
yırları” (“İstanbula gedənlərin nəğmələri”) adlanır. Onların bi- 
rində deyilir:
İstampulçula İstampulda ketdile,
- İstambulçular İstambula getdilər,
Nunda kalganlaga ne kıyınlıkla cetdile.
- Burda qalanlar nə güçlüklər çəkdilər.
01 künlede bizge bolur bolqandı
,
-O günlərdə bizə olanlar oldu,
Aq betleden qızıl nurle onngandı,
- Ağ üzlərdən qızıl nurlar silindi,
01 
künle mahşarlanı künüdü.
- O günlər məşhərlərin günüydü
(Hayatı B., 1991:210).
Müəllifi bilinən yırlar arasında Qasbot Qoçqarovun və Appa 
Canıbekovun yırları daha məşhurdur.
1.2. 
Milli azadlıq mübarizəsi ədəbiyyatın mövzu qaynağı
kimi
1905-ci ildə Rus-Yapon savaşında Rusiyanın yenilməsi bu 
dövlətin çökdüyündən xəbər verirdi. Rusiyanın öndə gedənləri 
vəziyyətdən çıxış yolları axtarırdılar. Kimisi konstitusiyalı mo- 
narxiya, kimisi respublika yaratmağa çalışırdı. Sosialistlər isə 
sinfi mübarizəni önə çəkərək, ətraflarına daha çox tərəfdar


toplayıb hakimiyyəti ələ almaq istəyirdilər. Çar Rusiyasının 
hökumətinə qarşı çıxan bu insanların əksəriyyəti imperiyanı 
qoruyub saxlamağa çalışır, işğal altında olan xalqlara azadlıq 
verəcəklərini düşünmürdülər.
İşğal altında olan xalqların öndə gedənlərinin bir qrupu Rusi- 
yadakı ayrı-ayrı siyasi təşkilatları dəstəkləsə də, əslində müstəqil 
dövlətlərini qurmağa çalışırdılar. 1917-ci ilin fevralında baş verən 
çevriliş bu işi sürətləndirdi. Lakin bolşeviklər bu dəyişikliklə razı- 
laşmadılar. Onlar demokratik yolla - seçkilərdə fəal iştirak etmək- 
lə hakimiyyətə gələ bilməyəcəklərini görüb 1917-ci il oktyabrın 
25-də (yeni təqvimlə noyabrın 7-də) silah gücünə hakimiyyəti ələ 
aldılar. Bununla da dünyanın altıda birini tutan bir ölkədə vətən- 
daş savaşlarının, qarışıqlığın, hərci-mərcliyin əsasını qoydular.
Belə ağır, çətin günlərdə qaraçay-malkarlar rus ordusunda 
polkovnik rütbəsinədək yüksəlmiş Mırzaqul Kırımşavxalın ətra- 
fına toplaşaraq bolşeviklərə qarşı mübarizəyə başladılar. Onlar 
adıgey, çeçen, inquş və başqa Dağıstan xalqları ilə birləşərək
1918-ci ilin may ayının 11-də „Quzey Qafqaz Dövlətləri Fede- 
rasiyası“nı (Bu qısa ömürlü dövlətin adı qaynaqlarda fərqli şə- 
kildə yazılır) qurduqlarını elan etdilər. Ay-ulduzlu, yaşıl bayraq 
qaldırdılar. Lakin bu dövlətin ömrü uzun olmadı. Daxili çə- 
kişmələr, xarici qüwələr, ağqvardiyaçı-general Denikin 1919- 
cu ilin sonlarında bu dövlətin varlığına son qoydu. 1920-ci ilin 
martında isə bolşeviklər denikinçiləri bölgədən qovub çıxardılar.
Qaraçay-malkarlar öz müstəqilliklərini əldə etmək üçün 
Mırzaqul Kırımşavxal və Qılıç Giray xanın başçılığı ilə bolşe- 
viklərə qarşı vuruşdular. Beş aya qədər davam edən bu mü- 
qavimətə 1920-ci ilin dekabrında son verildi. Bolşeviklər vəd 
etdilər ki, Sovet Rusiyası daxilində qaraçaylara müstəqillik- 
lərini saxlamağa, muxtar respublikalarını qurmağa icazə verə- 
cəklər. Lakin mövqelərini möhkəmləndirən bolşeviklər vədlə-


rinə dönük çıxdılar. 1922-ci ilin yanvarında yeni inzibati bölgü
- Qaraçay-Çərkəz Muxtar Vilayəti yaratmaqla malkarları yeni- 
dən çar Rusiyası zamanında olduğu kimi, qaraçaylardan ayırdı- 
lar. Malkarları isə Kabarda Muxtar Sovet Sosialist Respublika- 
sının tərkibinə daxil etdilər.
Bu tarixi hadisələr öz əksini xalq yaradıcılığında tapsa da
Sovet hakimiyyəti illərində onların oxunması, toplanması və 
nəşr edilməsi yasaq idi. Yalnız bolşevikləri öyən, kollektivləş- 
məni tərənnüm edən, vətəndaş savaşında bolşeviklərin tərəfıni 
tutan, İkinci Dünya Savaşında Rusiyanın mövqeyini müdafıə 
edən mahnı və nəğmələrin, lətifələrin toplanmasına və nəşrinə 
icazə verilirdi. Bu dövrdə qaraçay-malkarlar arasında da din 
əleyhinə yönələn, bəy-xanları, bir sözlə, varlı təbəqəni tənqid 
edən folklor nümunələri görünməyə başladı. Bolşeviklər öz 
hakimiyyətlərini möhkəmlətmək, təbliğatlarını geniş xalq kütlə- 
lərinə çatdırmaq üçün bir tərəfdən milli dillərdə məktəblər, teatr, 
qəzet-jurnal, elmi-tədqiqat müəssisələri açırdı, o biri tərəfdən 
millətpərvər, xalqın azadlığını və müstəqilliyini istəyən insanları 
güllələyir, həbsxanalara və sürgünlərə göndərirdilər. 1918-1919- 
cu illərdə xalqın önündə getmiş, milli dövlət quruculuğunda fəal 
iştirak etmiş Qiliastan Sefer, Basxanuk Kırımşavxal, Qazi Hacı 
Laypan, Davud Özgen, Barisbiy Duda, Catay Bayramuk və baş- 
qa vətənpərvərlər güllələndi. Keçmiş qazı Qafar Naçır, Muhəm- 
mət Ali Botaş, Salix Barisbiy, İbrahim Koba, Şaban Qagu, 
Maşak Hubi, Musa Bayramuk, Şamil Qaca, Muhəmmət Tambiy 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   121   122   123   124   125   126   127   128   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish