Bog'liq Neft qaz yataqlarının işlənilməsinn yeni üsulları
Muhazirə 6. Miselyar məhlullarla və köpüklə təsir üsulu (2s). Tükənmə rejimindən fərqli olaraq laylara suvurmanın geniş və ugurlu tətbiqi onların son neftvermə əmsalının əhəmiyyətli dərəcədə artırılmasını təmin edir. Bununla belə neft sənayesi qarşısında daha mürəkkəb problemlər əmələ gəlmişdir. Bu da, suvurma aparılan seyrək qeyrimüntəzəm neftlədoymuş xeyli tükənmiş laylardan əlavə neftin çıxarılmasıdır. Layda qalıq neftin hərəkəti, məlum olduğu kimi, ayrı-ayrı özlülük qüvvələri, səthi molekulyar, həmçinin kapilyar qüvvələrdən asılıdır. Bu şəraitdə neftin hərəkətini təmin etmək üçün göstərilən qüvvələrin təsirini yox etmək və ya qarşısını o qədər almaq lazımdır ki, laydakı əmələ gələn təzyiqlər fərqinin yaratdığı hidrodinamik qüvvələrdən kiçik olsun ki, müxtəlif təbəqələrdəki maye eyni qaydada hərəkət etsin. Laya suvurmada miselyar məhlul və ya mikroemulsiya tətbiq edildikdə göstərilən qüvvələr aradan qaldırılır, qalıq neftin çıxarılması təmin olunur.
Miselyar məhlullar - elə dispers sistemə deyilir ki, orada bir maye fazanın hissəcikləri digər fazada paylanılır.
Bunlardan biri su, digəri karbohidrogen ola bilər. İki tip mikroemulsiya mövcuddur: karbohidrogen suda və su karbohidrogendə. Mikroemulsiyanın davamlığını təmin etmək üçün ona səthi aktiv maddə əlavə olunur .
Həssas dispersli miselyar məhlulun köməyi ilə yataqlara su vurduqda onun zəruri miqdarda neftverməsi artır.
Neftvermə aşağıdakı səbəblərə görə artır: 1. Faza sərhədində səthi gərilmə qüvvəsi xeyli azalır (bəzən).
2. Sıxışdırılan və sıxışdırıcı mühitlərin özlülük xassələri nizamlanır, ayrılma sərhədində qalıq mayeyə təsir edib əlavə neftin çıxarılmasına kömək edir.
3. Bundan əlavə sıxışdırma mühitinə elastik özlülük xassəsi verib layın təsirlə əhatəsini artırır.
Miselyar məhlul mikroemulsiya baxımından süxurlardakı mayenin islanma bucağına təsir göstərir. Bu təsir onun tərkibindən asılı olaraq müxtəlifdir. Miselyar məhlulun karbohidrogen və su ilə qarışdırılması, onun sabitliyinin və hərəkətinin tənzimlənməsi, neftvermə texnologiyasının geniş yayılmasına imkan vermişdir.
Miselyar məhlul termodinamik cəhətdən davamlı sistem olmaqla adi su emulsiyasından kiçik hissəciklərə ayrılır. Bu da onun özündə suyu saxlamasına imkan verir. Sistemin özlülüyünü tənzimləmək və onu davamlı etmək üçün miselyar məhlulun tərkibinə müəyyən qədər spirt və elektrolit əlavə edirlər.
Neft, layın məsamələrindən məhlulun köbəsi ilə sıxışdırılır. İqtisadi cəhətdən ucuz başa gəlməsi üçün onu polimerlərin sulu məhlulu ilə sıxışdırırlar. Neftin bu sistemlə sıxışdırılması qarışmayan mayenin sərhəd fazasından hadisəni yox edir. Nefti tamamilə sıxışdırıb çıxarır. Miselyar məhlullar sıxışdırıcı agent kimi neft layının işlənilməsinin ilk mərhələsinin tətbiqində səmərəli olmasına baxmayaraq işlənilmənin son mərhələsində o qalıq neftin hasil edilməsində yaxşı nəticə verir.
Məlum olduğu kimi neftin çox hissəsi işlənilmə müddətində məsamələrin nazik hissəsində qalır. Göstərilən nefti çıxarmaq üçün fazalar sərhədinin səthi gərilmə qüvvəsinin kəskin surətdə azaltmaq lazımdır.
Məsələn: subkapilyar məsaməli kollektorlardan neftin çıxarılması üçün səthi gərilmə qüvvəsi 10-8 mN/m olmalıdır. Məhlulun tədbiqi nəticəsində neftin çıxarılmasına tələb olunan enerji xeyli miqdarda azalır. Mikroemulsiya adətən şəffaf maye olub dispersiya sisteminə çıxmır və böyük dispersiya sisteminə keçmir. Fazadan asılı olaraq hidrofob, eləcə də hidrofil ola bilər. Mikroemulsiyanın sabitliyi bir cox amillərdən asılıdır. Bura mikroemulsiyanın konsentrasiyası, strukturu aiddir.
Miselyar məhlulla aparılan çoxsaylı laboratoriya və mədən təcrübələrinə əsasən aşağıdakı nəticələrə gəlmək olar:
1. Miselyar məhlul karbonatlı laylardan fərqli olaraq qum və qumdaşlarında daha yaxşı tətbiq oluna bilər. Layin keçiriciliyi 50 mkm2-dan artıq olmalıdır. Tədqiq edilən layda laylacıqların maksimum keçiriciliyi layın otra keçiriciliyinə nisbəti 3-4 dəfədən çox olmalıdıdr.
2. İqtisadi cəhətdən miselyar məhlulun tətbiqi qalıq nefti 20-25%-dən az olmayan layda məqsədəuyğun deyil. Odur ki, prosesin səmərəliyi qalıq neftin miqdarından asılıdır.
3. Neftin lay şəraitində özlülüyü yüksək olduqda, miselyar məhlulun özlülüyü yüksək olan bufer (araqat) məhlul ilə sıxışdırılmalıdır. Bu isə işlənilmənin tempini azalda bilər və bəzi texnoloji çətinliklər yaradır. Odur ki, neftin özlülüyü 2-3 dən 10-20 mPa∙s -ya qədər olmalıdır.
4. Lay suyunun duzluluğu çox olduqda, vurulan məhlula keçir və onun davamlılığını pozur. Odur ki, duzlulugun miqdarı 4-5%-dən artıq olmamalıdır.
5. Temperaturun artması ilə miselyar məhlulun davamlılığı azalır. Lay temperaturu 65-750 C dərəcə arasında dəyişməlidir.
6. Miselyar məhlulun tətbiqi üçün dərinlik 1500-1800 m-dən artıq olmamalıdır.
7. Quyular sahə üzrə yerləşməli və arasındakı məsafə eyni olmalıdır.
8. Miselyar məhlulun lay suyu ilə kontaktı minumuma çatdırılması üçün elə şərait yaradılmalıdır ki, işlənilmənin tempinin yüksək səviyyədə aparılması mümkün olsun.