Mühazirə 9. Neftin karbon qazı ilə sıxışdırılması (4 saat).
Laya co2 vurulması neftvermənin artırılmasının ən səmərəli üsullarından biridir. Karbon iki oksidi karbohidrogen həllediciləri kimi yüksək neftçıxarma prosesini təmin edir və həm də ucuzdur.
Karbon iki oksidin tətbiq pirinsipi. Üsulun tətbiq prinsipi lay şəraitində olan neftin özlülüyündən asılı olaraq CO2-nin onda həlli miqdarı ilə təyin edilir. Məsələn: CO2-nin neftdə həlli onun tərkibindən asılı olaraq özlülüyünü 10-50% -ə qədər kiçildir. Nəticədə həll olmuş qazın hesabına neftin həcm əmsalı 50% artır. Neftin həcmi böyüdükcə məsamələrin həcmi də genişlənir və neftin hərəkəti üçün əlverişli şərait yaranır. CO2-nin təsirindən neftin özlülüyü aşağı düşür, onun hərəkəti yaxşılaşır və neftvermə əmsalı artır. Bundan əlavə burada sıxışdırıcı faza az tələb olunur. CO2 lay suyunda yaxşı həll olduğundan suyun özlülüyü azalır, neft və suyun hərəkət etmə sürəti nisbətən artır. CO2-nin tətbiqi nəticəsində lay sistemində neft-su sərhədində mövcud olan səthi gərilmə qüvvəsi azalır, su ilə təsir əhatəsi artır, neft-qazın faza keçiriciliyi yaxşılaşır. Bu göstərilən amillərin təsirlərinin cəmi üsulun yüksək səmərəliyini təmin edir.
CO2-nin köməyi ilə qalıq neftin çıxarılma üsulunun çatışmayan cəhəti ondan ibarətdir ki, adi suvurmaya nisbətən layların sıxışdırma ilə əhatəsi azalır, CO2-nin layda neftlə qarışdığı zonada kiçik miqdarda qalıq neft qalır (3-5%). Sıxışdırıcı agent vaxtından qabaq nefti yuyub layın daha dərin qatlarına daxil olur.
Neftin CO2 ilə sıxışdırılmasının səmərəliyi layın təsirlə əhatəsini artırır, sıxışdırma yüksəlir. CO2 termodinamik şəraitdən asılı olaraq sülb, maye və qaz halında ola bilər.
CO2 Faza diaqramı
ABC əyrisindən yuxarı CO2 sülb halındadır. Maye halında BC və BK əyriləri ilə hüdudlanır. ABK əyrisindən aşağı CO2 qaz halında olur.
CO2 qaz halında rəngsiz, iyli və azca turş dadlıdır. Normal təzyiq və 00C temperaturda CO2-nin sıxlığı 1.98 kq/m3 təşkil edir. Təzyiq və temperaturdan asılı olaraq CO2-nin özlülüyü 0.02-0.1 mPa·s intervalında dəyişir. Təzyiq, temperatur və neftin tərkibindən asılı olaraq CO2-nin həll edilməsi məhdudlaşa bilər və yaxud da qeyriməhdudlaşmaya yaxın ola bilər. Real neftlərdə CO2-nin 100 həcmi 1 həcm neftdə həll ola bilər.
Digər eyni şəraitdə CO2-nin C3 və C7 sırası coxluq təşkil edən neftlərdə daha yaxşı həll olur. Qatran və asfaltenli neftlərdə CO2-nin həlli məhdudlaşır. Sabit təzyiqdə temperaturun artması CO2-nin neftdə həllini azaldır. Neftin tərkibi və təzyiq sabit qaldığı halda və temperatur artdıqda, CO2-nin həll olunma qabiliyyəti aşağı düşür. Neftin tərkibi və temperatur dəyişməz qaldıqda, təzyiqin artması nəticəsində CO2-nin həll olunması artır. CO2 suda yaxşı həll olur, lakin bu prosesin də məhdudiyyəti var. Buna səbəb təzyiq, temperatur və suyun minerallaşma dərəcəsidir. Temperatur və suyun minerallaşma dərəcəsi sabit qalarsa və təzyiq artdıqca, CO2-nin həlli artır. Təzyiq və temperatur dəyişməz qaldıqda minerallaşmanın artması CO2-nin həll edilmə qabiliyyətini azaldır. Konkret şəraitdən asılı olaraq CO2 suda 20% -ə qədər həll ola bilər. CO2-nin sulu məhlulu karbonatlı süxurlarla reaksiya daxil olur, onları həll edir və nəticədə kollektorun məsaməliyi və su vurucu quyuların qəbul etmə qabiliyəti artır. Neftin tərkibindəki CO2-nin həll edilən miqdarı artdıqca təzyiq və temperaturun artmasından və neftin tərkibindən asılı olaraq neftin özlülüyü xeyli azala bilər. Təzyiq artdıqca neftin ilk tərkibi və temperatur sabit qalarsa, CO2 neftdə həll olduqca onun özlülüyü kiçilir. Əgər neftin tərkibi və təzyiq sabit qalarsa, temperatur artarsa CO2 -nin həll olması aşağı düşür. Bu da öz növbəsində neftin özlülüyünün aşağı düşməsinə mane olur. Sabit temperaturda CO2-nin həlli təzyiq artdıqca artır. Suyun minerallaşması artdıqca CO2-nin suda həlli azalır. Sabit doyma təzyiqində CO2-nin konsentrasiyası artdıqca neftin sıxlığı artır, temperatur artdıqca azalır.
Bu üsulun tətbiqi layların yatma dərinliyi 1200 m, layların effektiv qalınlığı 10-15 m, neftlərin özlülüyü 10-15 mPa∙s, layların neftlə doyumu 40%-ə qədər, neftlərin sıxlığı 825 kq/m3 olan, lay təzyiqi 20 MPa-dan az olduğu şəraitdə səmərəli hesab olunur.
Qeyri-bircinslilik, süxurların çatlılığı, neftdə asfalten və ya yüksək miqdarda qatranın, «qaz papağı»nın olması üsulun effektli tətbiqi üçün mənfi amil sayılır. Üsulun tətbiqindən neftvermə əmsalını 10-15% artırmaq mümkündür.
Do'stlaringiz bilan baham: |