Mühazirə Giriş. Fənnin məqsədi və mahiyyəti (2s)


Мühazirə 10. Yüksək təzyiqli qazlarla təsir üsulu. (4 saat)



Download 192,96 Kb.
bet12/17
Sana03.03.2023
Hajmi192,96 Kb.
#916028
TuriMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Bog'liq
Neft qaz yataqlarının işlənilməsinn yeni üsulları

Мühazirə 10. Yüksək təzyiqli qazlarla təsir üsulu. (4 saat).

Neftin laydan yüksək təzyiqlə zənginləşdirilmiş quru qazla sıxışdırılma prosesi müəyyən şəraitdə neftin sıxışdırıcı agent (qaz) ilə qarşılıqlı həll olunmasına əsaslanır.


Qazın neftdə intensiv həll olunduğu şəraitdə sıxışdırma fazalar arasında sərhədin (səthin) praktiki olaraq olmadığı halda baş verir. Burada kapilyar təzahürlər aradan qaldırılır, yəni kapilyar qüvvələrin qarşısı alınır və məsaməli mühitdən neftçıxarılma artır. Çoxlu sayda aparılan tədqiqatlara əsasən, qarışdırıçı sıxışdırma zamanı layın neftverməsi 90% və artıq da ola bilər. Neftin laydan yüksək təzyiqli qazla sıxışdırma prosesində sıxışdırıcı və sıxışdırılan agentlərin karbohidrogen komponentləri arasında intensiv mübadilə baş verir. Nəticədə, sıxışdırma dalğasında (sıxışdırmanın önü) aralıq komponentlərin (etanC2H6, propanC3H8, butanC4H10 və b.) yüksək konsentrasiyası müşahidə olunur. Aralıq komponentlərin ilkin mənbəsi neft hesab edilir. Burada sıxışdırma quru qazın yüksək təzyiq ilə vurulması nətiçəsində həyata keçirilir. İkinci halda aralıq komponentlərin mənbəyi kimi laya vurulan qaz çıxış edir və sıxışdırma zənginləşmiş aralıq komponentlərin köməyi ilə baş verir. Yüksək təzyiqlə (doyma təzyiqindən çox) quru qaz laya daxil olduqda o, qarşısına çıxan neftin ilk porsiyalarında həll olunur, yəni vurucu quyunun quyudibi zonasında. Burada neft qazla doyma təzyiqinə qədər qaz ilə doydurulur. Laya daxil olan qazin yeni porsiyaları artıq qaz ilə doymuş neftdən keçir və layın dərin hissələrində neftdə həll olur. İlkin qazdan fərqli olaraq doymuş qazın tərkibində çoxlu miqdarda aralıq komponentin olduğuna görə, onunla doymuş neft artıq həmin komponentlə zənginləşdirilə bilər. Sıxışdırma dalğasının aralıq komponentlərinin yüksək konsentrasiyası qazın neftdə həlli üçün əlverişli şərait yaradır. Aralıq komponentlərin konsentrasiyasının kifayət qədər olmadığı səbəbdən qazın neftdə həll olunması məhdudlaşdıqda neft və qaz arasında aralıq sərhədi itmir, bu da sıxışdırma effektini bir qədər azaldır. Neftin yüksək təzyiqli qazla sıxışdırılmasının effektliyi bir çox aşağıdakı amillərdən asılıdır:
1. lay neftinin xassəsi;
2. sıxışdırıcı agentin (qazın) tərkibi və onun ehtiyatları;
3. layda yaranan təzyiqlər;
4. layın kollektor xüsusiyyətləri;
5. onların həndəsi formaları;
6. məhsuldar layların təcridliyi;
7. yatağın işlənilmə şəraiti.
Neftin yüksək təzyiqli quru qazla sıxışdırılması zamanı neftin xassələri həlledici rol oynayır. Aralıq komponentlərin miqdarı az olan ağır neftlərdə qazın yüksək həlledilməsi üçün daha böyük təzyiq tələb olunur. Bununla əlaqədar olaraq, üsulun tətbiqi üçün elə yataqlar seçmək lazımdır ki, onların neftlərinin sıxlığı 0.8-0.85 q/sm3 arasında dəyişsin. Prosesin effektivliyinə və hər şeydən əvvəl, layın təsirlə əhatəsinə neftin özlülüyü böyük təsir göstərir. Yüksək özlülüklü neftləri olan yataqda bu üsulun tətbiqi zamanı sıxışdırıcı və sıxışdırılan amillərin hərəkətetmə qabiliyyətlərinin müxtəlifliyi səbəbindən layın əhatə əmsalı kiçik olur. Elə buna görə də üsulun belə yataqlarda tətbiqi az faydalı olur. Neftmədən təcrübəsinin məlumatlarına əsasən neftin yüksək təzyiqli qazla sıxışdırılmasının tətbiqi neftlərin özlülüyü 0.1-0.15 Pa∙s-dan çox olmayan yataqlarda daha yaxşı səmərə verə bilər. Neftin yüksək təzyiqli qazla sıxışdırılması üçün obyektin seçilməsi zamanı qazla neftin qarışma təzyiqinin müəyyən edici rolu var. Təbiidir ki, ilkin qazın tərkibində nə qədər aralıq komponentlər çox olsa, sıxışdırıcı ilə sıxışdırılan amillərin qarışması üçün bir o qədər az təzyiq tələb olunar. Əksər yataqlar üçün qarışma təzyiqi 14-22 MPa arasında dəyişir. Qarışma təzyıqi 22-23 MPa olduğu halda qazın laya maksimum mümkün ola bilən vurma təzyiqi ilk lay təzyiqindən 1.3-1.5 dəfə artıq təşkil edir. Üsulun effektiv tətbiqi üçün layın minimal yatım dərinliyinin 1500-1700 m olması daha əlverişlidir. Belə hesab olunur ki, neft yatağı nə qədər dərində yatarsa, yüksək təzyiqlə qazın vurulması bir o qədər effektli olar. Prosesin effektivliyinə və yüksək təzyiqlə qazın vurulması məqsədi ilə obyektlərin seçilməsinə obyektin (layın) təcridliyi və süxurun kollektor xassələri əhəmiyyətli təsir göstərir.
Bu üsulu dik bucaq altında yatan və böyük neftlilik qalınlığa malik məhsuldar layları olan yataqlarda tətbiqi daha məqsədə uyğundur. Burada sıxışdırıcı və sıxışdırılan amillərin sıxlıqlarının xeyli fərqli olması ilə şərtləndirilmiş neftin şaquli sıxışdırılması hesabına layın təsirlə daha yaxşı əhatəsinə nail olunur. Horizontal yatıma malik olan yataqlarda üsulun tətbiqi üçün eynibircinsli və qalınlığı kiçik olan laylar üstünlük təşkil edir. Keçiricilik artdıqca sıxışdırma əmsalı yüksək və təsirlə əhatə isə aşağı olur. Yüksək təzyiqli qazın vurulmasının ən böyük effekti kiçik keçiricili məhsuldar laylarda tətbiqi nəticəsində müşahidə olunur.
Laya yüksək təzyiqli qazın vurulması zamanı texniki və texnoloji tələblərə xüsusi fikir verilməlidir. Vurulan qaz çox kiçik özlülüyə və yüksək elastikliyə malik olduğundan bütün texniki qurğular və avadanlıqlar etibarlı dərəcədə hermetikliyə malik olmalıdırlar, çünki əks halda qazın çıxması və digər fəsadlar baş verə bilər.
Yüksək təzyiqlə qazın vurulmasının texnoloji sxemində ən mühüm nöqtə vurucu quyulardır. Onların konstruksiyasına yüksək tələblər təqdim olunur. Onlardan əsasları: armatur, istismar və işçi kəmərlərin hermetik olmasıdır. Hasilat quyuların konstruksiyası isə daha sadədir və suvurma ilə işlənilmə zamanında olduğu kimi qəbul edilə bilər.



Download 192,96 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   17




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish