Ministry of agriculture of azerbaijan republic


Əkilən kolleksiya sortları



Download 1,31 Mb.
bet6/16
Sana20.04.2017
Hajmi1,31 Mb.
#7183
1   2   3   4   5   6   7   8   9   ...   16

Əkilən kolleksiya sortları: Ağadayı, Moldova, Hüseyni, Tayfi, Qara üzüm, Çəhrayı kişmiş, Qara asma, Mərəndi, Qara muskat, İtaliya muskatı, Hamburq muskatı, Ağ muskat və s.

Əkilən hibrid formaları: Azəri, Gəncəvi, Bəhrəli, Şirəli, Elmin, Emin, Kəpəz, Hibrid 2-3.

Vaxtlı-vaxtında aparılan aqrotexniki qulluq işlərinin nəticəsində tingliyin vəziyyəti yaxşıdır. Belə ki, bütün barmaqlarda gözlərin açılması orta hesabla 75-80% təşkil edir.



BECƏRİLMƏ TEXNOLOGİYASI. Differensial aqrotexnikanı tətbiq etməklə üzüm tənəyinə müxtəlif formalar üzərində yük vermənin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri A.Şükürov, C.Mərdanov, H.Cəfərova, Ə.Həsənov, T.Orucova tərəfindən aparılmışdır.

İqtisadi cəhətdən daha səmərəli yükvermə normaları və şəraitə uyğun olaraq üzüm tənəyinə formalar verməklə məhsuldarlığın keyfiyyət və kəmiyyət göstəricilərinə təsir mexanizminin öyrənilməsi üçün tədqiqatların aparılması vacibdir.

Əvvəllərdən bəzən yerli şəraiti belə nəzərə almadan çoxsaylı forma vermələr tətbiq olunurdu ki, bu da məhsulun itkisinə səbəb olurdu.

Odur ki, introduksiya olunmuş Parkent və Sintenial Sidlis üzüm sortları üzərində differensial qaydada forma vermə üzrə tədqiqat işi aparılmağa başlandı.

Sintenial Sidlis üzüm sortunda kardon forması verməklə III variantda 40-50 göz saxlanan variantda hektarın orta məhsuldarlığı 62,2 sentner, 20-30; 30-40 göz saxlanılan variantlarda isə orta məhsuldarlıq 34,5-51,8 sentner olmuş, yenə həmin sortda yelpik forması verilməklə orta məhsuldarlıq III variantda 40-50 göz saxladıqda 79,9 sentner I, II variantda isə 44,4-64,4 sentner təşkil etmişdir.

Parkent üzüm sortunda kardon formasında III variantda orta məhsul 62,2 sentner olduğu halda I-II variantlarda 48,8-55,5 sentner qeyd edilmişdir.

Belə nəticəyə gəlmək olar ki, hər iki sort üzrə kardon formasına nisbətən yelpik formasında alınan məhsulun kəmiyyət və keyfiyyəti daha yüksək olur.

Abşeron şəraitində becərilən perspektiv üzüm sortlarının azot,fosfor və kalium gübrələrinə olan tələbatının öyrənilməsi M.Əliyevanin rəhbərliyi ilə A.Nəcəfova, A.Hüseynova və S.İbrahimova tərəfindən aparılmışdır.

Elmi-tədqiqat işinin aparılmasında əsas məqsəd Abşeronda üzüm sortlarının məhsuldarlığını müəyyən etmək, ekoloji cəhətdən təmiz, yüksək küyfiyyətli məhsulun alınmasına, üzvü gübrə fonunda verilən mineral gübrələrin təsirini öyrənmək və nəticələrə görə optimal variantı müəyyən etməkdir.

Tədqiqatın birinci ilində torpağın aqrokimyəvi xüsusiyyətlərini öyrənmək məqsədi ilə kəsim qoyulmuşdur, torpaq nümunələri götürülmüşdür, hazırlanıb analizlər aparılmışdır. Gübrələr yazda cərgə aralarına müxtəlif yük normalarının fonunda verilmişdir. Metodikaya uyğun fenoloji və bioloji müşahidələr aparılıb.

Tədqiqat obyekti kimi Qara kişmiş, Lyana, Qara yay üzümü, Staliya, Ağ muskat üzüm sortları seçilmişdir. Təcrübə sahəsi Abşeron yarımadasının torpaq-iqlim şəraitini xarakterik nümunəsini əks etdirən üzüm bağında aparılmışdır. Təcrübə sahəsinin torpaqları boz-qəhvəyi, qumsal, azotla çox zəif, fosforla zəif təmin olunmuşdur.

Biometrik göstəricilərin dəyişilməsi məhsuldarlığa da təsir etmişdir. Lakin artım dinamik şəkildə yox, variantların dozalarından asılı olaraq dəyişildiyi müşahidə olunur.

ÜŞETİ-nin kolleksiya bağında becərilən bir sıra qiymətli sort və hibridləri xəstəlik və zərərvericilərdən mühafizə etmək üçün müasir tələblərə cavab verən yeni pestisidlərin sınağının aparılması R.Verdiyevin rəhbərliyi altında H.Nurəddinova, H.Cümşüdova, Ş.Fətullayeva, V.Dünyamalıyeva tərəfindən aparılmışdır.

İş proqramı və təqvim planına əsasən ÜŞETİ-nin kolleksiya bağında becərilən bəzi sort və hibridləri xəstəlik və zərərvericilərdən mühafizə etmək məqsədilə yeni pestisidlərin sınağını keçirmək üçün 18.05.2015-ci ildən müntəzəm müşahidə işləri aparılmışdır.

Oidiuma qarşı kimyəvi çiləmə aparmaq üçün yeni pestisidi-İAF-1-i (i 20-propilaminofenol) sınaqdan keçirilmişdir.

Yenə də 5 və 10 gün sonra aparılan müşahidələr göstərmişdir ki, fungisid təsirini 10 gündən artıq saxlaya bilmir.

Neft Kimya Prosesləri İnstitutu tərəfindən istehsal olunmuş bu yeni funqisidin ətraf mühitə, yəni insanlara və xeyirli həşəratlara təsiri də öyrəniləcəkdir.

EMAL. Аbşeron torpaq-iqlim şəraitinin yeni yaradılmış hibrid formalarından alınan şərabların kimyəvi tərkibinə və keyfiyyət göstəricilərinə təsirinin öyrənilməsi Ş.Tahirov A.Zeynalova , N.Nəbiyev tərəfindən aparılmışdır.

Təcrübə üçün 5 texniki üzüm sortu seçilmişdir. Mədrəsə Şirvanşahı, Kəpəz, Muskat, Xindoqnı texniki üzüm sortları müvafiq yetişkənlik həddinə çatdıqda yığılmış və onların hər birindən süfrə, tünd və desert şərablar hazırlanmışdır. İlkin qıcqırma mərhələsində şəkərlərin və spirtin təyini üsulu ilə etil-spirti rektifikatının əlavə olunma sərhəddi müəyyən olunmuşdur. Süfrə şərabının alınması zamanı qıcqırma prosesi axıra qədər aparılmış, lakin qalıq şərabda şəkərlər 0,3 % təşkil etmişdir.

Hər bir şərab növündə 1-ci süzmə həyata keçirilərək, dequstativ analiz aparılmışdır.

Yüksək keyfiyyətli ekoloji təmiz məhsul istehsalı üçün süfrə üzüm sortlarının seçilməsi, üzümün təzə və qurudulmuş halda saxlanma texnologiyasının işlənib hazırlanması və təkmilləşdirilməsi X.Məmmədova, A.Muradova, Ə.Həsənov, R.Əzimova, M.Qədimalıyeva tərəfindən aparılmışdır.

Keyfiyyətli və ekoloji təmiz quru meyvə, o cümlədən quru üzüm və kişmiş istehsalı üçün xammalın ilkin emalı zamanı istifadə olunan toksiki maddələrin istisna olunması zəruridir.

Süni qurutma iki hissədən ibarətdir: xammalın ilkin emalı və qurutma prosesindən. Müasir istiqamətdə xammalın ilkin emalı zamanı aparılan tədqiqatlar bilavasitə ultrabənövşəyi şüalardan (UB) və ya yüksək tezlikli istilik texnikasının istifadəsi ilə bağlıdır.

Bu məsələnin həlli yollarından biri üzümün ilkin emalı zamanı yüksək tezlikli cihazla işlənməsidir. Qurutma prosesi zamanı isə aşağı temperaturlu vakuum kamerasında ozon-hava qarışığı şəraitində üzüm və kişmişin süni qurudulmasıdır.

Yüksəktezlikli texnikanın əsas üstünlükləri: qurutma rejimində prosesin qısaldılması və tam avtomatlaşması imkanı; YT enerjinin yüksək bakterisid təsiri hazır məhsulun yüksək yeyinti dəyərlərinin və vitaminlərin saxlanması.

Qurudulmuş hazır məhsulun keyfiyyətini yaxşılaşdırmaq və ekoloji cəhətdən təmiz məhsul almaq məqsədi ilə ənənəvi üsullardan fərqli olaraq üzümün ilkin emalı zamanı yüksəktezlikli istilik texnika vasitəsindən istifadə olunmuşdur. Eksperimentlər aparıldıqda üzüm sortlarından asılı olaraq emal müddəti 1-3 dəqiqə təşkil etmişdir.

Yüksək keyfiyyətli şərab və konyak istehsalı üçün xammalın seçilməsi və texnologiyalarının işlənib hazırlanması T.Pənahovun rəhbərliyi ilə T.Musayev, R.Qədimova, Ş.Tahirov, M.İsmayılov, A.Xəlilova, R.Nuriyev, Ş.Qadaşova, Ə.Rzayeva, M.Qurbanov tərəfindən aparılmışdır.

Elmi-tədqiqat işi üzümün emalı şöbəsində və laboratoriyada aparılmışdır. Xammal kimi İnstitutun təcrübə sahəsindən yığılmış üzüm sortlarından və hibridlərdən istifadə olunmuşdur. Qıcqırma prosesinin gedişi və hazır məhsullarda fiziki-kimyəvi tərkib laborator üsulla müəyyən olunub və orqanoleptik xassələr seçmə üsulu ilə institutun dequstasiya komissiyası tərəfindən qiymətləndirilmişdir. Fevral ayında Rusiya Federasiyasında Beynəlxalq Şərab yarışmasına İnstitutda hazırlanmış “Mədrəsə” və “Xındoqnı” üzüm sortlarından hazırlanmış şərab nümunəsi göndərilmişdir, eyni zamanda may ayında Portuqaliyada keçirilən Beynəlxalq Şərab yarışmasında da “Mədrəsə” və Qəbələ ASC-nin İnstitutun texnologiyası əsasında hazırlanmış “Savalan” şərabları təqdim olunmuş və yüksək balla qiymətləndirilmişdir.

Abşeron şəraitində Xndoqnı, Moldova sortlarından kəmturş qırmızı süfrə şərab nümunələri hazırlanmışdır.

Gəncə ÜŞTS-da yaradılmış pesrpektiv texniki istiqamətli 1-37№-li (Kəpəz) və 6-9-17№-li (Bəhrəli) hibrid formalarından və nəzarət Bayanşirə və Xindoqnı sortlarından ağ və qırmızı şərab hazırlanır və bu yeni hibrid formalarının və onlardan hazırlanmış şərablar üzərində tədqiqatlar aparılır.

Bəhrəli - yeni seleksiya sortu Bayanşirə və Semilyon valideyn cütlüyündən alınmış hibrid formasıdır. Salxımları orta böyüklükdədir, silindrik və ya silindrik-konusvari, orta sıxlıqda, bəzən sıxdır. Gilələri orta böyüklükdə, dəyirmidir. Tam yetişdikdə sarımtıl-yaşıl rəng alır. Qabığı orta qalınlıqda, möhkəmdir. Ətciyi şirəlidir. Dadı harmonik, sorta məxsus ətirlidir. Texniki istiqamətli sortdur. Şampan şərabı materiallarının və süfrə şərablarının hazırlanması üçün yararlıdır.

Kəpəz – yeni seleksiya sortu “Tavkveri” və “Xindoqnı” valideyn cütlüyündən alınmış hibrid formasıdır.Salxımı orta və ya iridir, konusvari formalıdır. Sıx və qanadlıdır. Gilələri orta böyüklükdə və ya xırdadır, dəyirmi və qara rənglidir. Qabığı orta qalınlıqda, möhkəm, qalın mum təbəqəsi ilə örtülüdür. Ətciyi şirəlidir. Dadı şirin, harmonikdir. Texniki istiqamətlidir, desert, qırmızı süfrə şərablarının, həmçinin portveyn tipli şərabların hazırlanması üçün yararlıdır.

Beləliklə, Dövlət Proqramında qoyulmuş məqsədlərə nail olmaq üçün Gəncə ÜŞTS-da yaradılmış Bəhrəli və Kəpəz perspektiv hibrid formalarından hazırlanmış ağ və qara rəngli şərab materialı öyrənilib və istehsal üçün tövsiyə ediləcəkdir.


YEM BİTKİLƏRİ
2015-ci ildə təsdiq olunmuş mövzu planına əsasən Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu «Xarici mühitin əlverişsiz amillərinə xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək məhsuldar və keyfiyyətli yem bitkiləri sortlarının yaradılması, təbii fəlakətlər baş verdikdə toxum təhlükəsizliyi mexanizmlərinin təmin edilməsi metodlarının işlənilməsi, aqrotexniki tədbirlərə əməl olunmaqla mütərəqqi becərmə texnologiyalarının təkmilləşdirilməsi, təbii qış və yay otlaq sahələrinin səthi və əsaslı yaxşılaşdırılması, heyvandarlığın və quşçuluğun inkişafı ilə əlaqədar yem bazasının qarşıda duran tələblər səviyyəsinə çatdırılmasının iqtisadi səmərəliliyinin əsaslandırılması və tətbiqi» probleminin 6 mövzusu, 8 iş və 20 mərhələsi üzrə tədqiqat işləri aparılır.

Mövzulara aid təcrübələr institutun Kürdəmir Təcrübə Sınaq Stansiyasının, Şəki və Gədəbəy Dayaq Məntəqələrinin, Ağstafa və Abşeron Yardımçı Təcrübə Təsərrüfatlarında, eyni zamanda Tərtər Regional Aqrar Elm Mərkəzinin, Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun baza təsərrüfatı olan Abşeron Yardımçı Təcrübə Təsərrüfatının, Abşeron rayonunda özəl quşçuluq təsərrüfatının və Xızı rayonunun Altıağac qəsəbəsinin ərazilərində aparılır.



SELEKSİYA. Yem bitkilərinin genofondunun öyrənilməsi, yerli və introduksiya olunmuş bitki nümunələrinin seçilməsi və hibridləşməsi yolu ilə yüksək keyfiyyətli, ekoloji cəhətdən yerli şəraitə uyğunlaşa bilən yeni yem bitki sortlarının yaradılması, onların ilkin toxumçuluğunun təşkili və tətbiqi A.Hümbətova, H.Qasımov, N.Əhmədova tərəfindən aparılmışdır.

“Gəncə-Qazax bölgəsində kolleksiya tingliyində yoncanın 39 müxtəlif mənşəli və 4 yeni rayonlaşdırılmış (Yemçilik-16, Yaz çiçəyi, Ağstafa-2) sortları (cəmi 43) səpilmişdir.

2016-cı ildə yeni yonca sortlarından yeni kolleksiya pitomniki, eyni zamanda kolleksiya pitomnikindən seçilmiş 14 ən yaxşı yonca sortları seleksiya pitomnikinə keçirilmişdir.

Toxumartırma pitomnikində 2014-cü ildə rayonlaşdırmaq üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunmuş lərgənin “Leyla-12” və gülülün “Canan” sortlarını həm yazda, həm də payızda toxumunu artırmaq məqsədilə 480 m2 sahəyə səpilmişdir. “Leyla-12” sortunun 15 kq, “Canan” sortunun 20 kq toxumu alınmışdır.

Abşeron şəraitində seleksiya tingliyində yonca sort nümunələrinin öyrənilməsi H.Qasımov və A.Zamanov tərəfindən aparılmışdır.

Tədqiqat işləri Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatının ərazisində aparılmışdır.

Seleksiya tingliyində standart “Aran” sortu da daxil olmaqla kolleksiya tingliyindən 10 saylı nümunə “Es. Cremanese”, 23 saylı “Zvezdocka”, 24 saylı “Bereke”, 56 saylı “Çisminskaya 131” və 60 saylı “S.Nuse” genotipləri seçilmişdir.

Tədqiqat işinin ümumi nəticəsi kimi yüksək məhsuldarlığa malik Bereke və Çisminskaya-131 genotipləri rayonlaşdırmaq üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına “Odlar yurdu” və “Səba yeli” adı altında təqdim edilmişdir.

Yem bitkilərinin genofondunun toplanması, qorunub saxlanılması, öyrənilməsi, əldə olunan toxum materialının hər il təzələnməsi və seleksiya işlərində istifadə edilməsi əsas vəzifələrdən biridir. Bu məqsədlə Gəncə-Qazax və Abşeron regionlarında yem bitkilərinin mədəni və yabanı formalarının genofondunun toxumlarının toplanması və artırılması məqsədi ilə tədqiqat işləri aparılmışdır.

Başlanğıc material pitomnikində 30 yem bitki nümunələri öyrənilmişdir. Bunlardan 19 ədədi çoxillik, 2 ədədi isə birillikdir.

Toxumartırma pitomnikində isə rayonlaşdırılmış və perspektivli yonca sortları əkilmişdir.

Yerli və xaricdən introduksiya olunmuş gülül və lərgə bitkiləri nümunələrinin kolleksiya pitomnikində öyrənilməsində lərgənin 48, gülülün 45 sort nümunəsi öyrənilmişdir.

Dövlət sort sınağında olan “Yemçilik İnstitutu-16”, “Yaz çiçəyi”, “Səba yeli”, “Odlar yurdu” və yeni rayonlaşmış “Ağstafa-1”, “Ağstafa-2” yonca sortları toxumlarının artırılması H.Qasımov və E.Kosayev tərəfindən aparılmışdır.

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və digər aidiyyatı olan təsərrüfatların “Yemçilik institutu-16”, “Yaz çiçəyi”, “Səba yeli”, “Odlar yurdu”, “Ağstafa-1” və “Ağstafa-2” sortlarının ilkin toxumlarına olan ehtiyacını ödəmək üçün tarla təcrübələri Gəncə-Qazax bölgəsinin Ağstafa Yardımçı Təcrübə Təsərrüfatında, Abşeron YTT-da toxumartırma pitomnikində qoyulmuşdur.

Tingliklərdən təlabata uyğun miqdarda toxum yığılmışdır. Odlar yurdu, Səba yeli və standart Aran sortlarının hər birindən 1,5 kq (cəmi 4,5 kq) toxum Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının sort sınaq məntəqələrinə göndərilmişdir.

YEM BİTKİLƏRİNİN İLKİN TOXUMÇULUĞU. Yem bitkilərinin rayonlaşdırılmış və perspektivli sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla təşkili, bioloji cəhətdən təmiz orijinal, superelit və elit toxumları istehsalı texnologiyasının təkmilləşdirilməsi və tətbiqi Q.Novruzlunun rəhbərliyi tərəfindən aparılmışdır.

Rayonlaşdırılmış və perspektivli yem bitkiləri sortlarının ilkin toxumçuluğunun təşkili və yüksək reproduksiyalı toxum istehsalı texnologiyasının təkmilləşdirilməsi və onun iqtisadi səmərəliliyi Ç.Əliyev, T.Rüstəmova, V.Həsənov tərəfindən aparılmışdır.

2015-ci ildə bu məqsədlə yoncanın “Ağstafa-1”, “Ağstafa-2” və xaşanın “Az.NİİKLİiP-495” sortlarından müxtəlif sxemlər üzrə səpin aparılmışdır.

Yoncanın “Ağstafa-1” sortu üzrə 0,10 ha sahədən 20 kq, 0,35 ha 45 kq, 0,26 ha sahədən 40 kq, 338 m2 “toxum saxlama” sahəsindən 10 kq orijinal, nişanlanmış 25 ədəd bitkidən 150 q “orijinal”, 338 m2 “toxum artırma” pitomnikindən 10 kq “Superelit”, 25 ədəd nişanlanmış bitkidən 150 q, 264 m2 “Superelit” pitomnikindən 8 kq “elit”, nişanlanmış bitkilərdən 10 q, 264 m2 “Elit” pitomnikindən R1 reproduksiyalı 5 kq, nişanlanmış bitkilərdən 100 q, 150 m2 “Ağstafa-2” yonca sahəsindən 200 q “Superelit”, xaşanın “AzNİİKLİP-495” 0,10 sahədən 40 kq, “Elit” 1,0 ha sahədən 210 kq R­­­1 reproduksiyalı toxum təmizlənərək anbara təhvil verilmişdir.

Yuxarı Qarabağın aran hissəsinin suvarılan torpaqlarında yoncanın "Aran" və xaşanın "AzNİİKLiP-495" sortlarının ilkin toxumçuluğu mexanizminin işlənməsi, yüksək reproduksiyalı toxumların istehsalında tirə üsulunun rolunun öyrənilməsi zamanı yonca sahəsindən 200 kq super elit, 1000 kq elit toxum və xaşanın 200 kq super elit, 500 kq elit toxumu əldə edilmişdir.

Şirvan bölgəsində yoncanın "Abşeron" və "Aran" sortları üzrə ilkin toxumçuluğunun işlənilməsi, yüksək və keyfiyyətli reproduksiyalı toxumların istehsalında bir sıra texnoloji elementlərin təkmilləşdirilməsi və onun səmərəliliyi R.Mustafayev, S.Məmmədov tərəfindən öyrənilmişdir.

Tədqiqatın aparılmasında əsas məqsəd rayonlaşdırılmış "Abşeron" və “Aran” yonca sortlarının aran bölgəsinin münbit torpaqlarında yüksək reproduksiyalı toxum istehsalının elmi əsaslarla artırılması və ilkin toxumçuluğunun təşkilindən ibarətdir.

Təcrübə sahəsindən “Abşeron” sortu üzrə 60 kq (2,4 s/ha) və “Aran” sortu üzrə isə 50 kq (2,0 s/ha) yüksək reproduksiyalı yonca toxumu istehsal olunmuşdur.

Şəki-Zaqatala regionunda xaşanın "AzNİİKLiP-495" sortunun ilkin toxumçuluğunun işlənməsi və yüksək reproduksiyalı toxumun istehsalı texnologiyasının təkmilləşdirilməsi və onun iqtisadi səmərəliliyinin əsaslandırılması Q.Novruzlu tərəfindən aparılmışdır.

2015-ci tədqiqat ilində institutun Şəki Dayaq Məntəqəsində xaşa bitkisinin orijinal, superelit və elit toxum istehsalının təşkili üçün, ilkin toxum pitomniklərinin təşkili davam etdirilmişdir.

Vegetasiya dövründə toxumluq əkinlərdə fenoloji müşahidələr və laboratoriya təhlilləri aparılmışdır.

AzNİİKLİP-495 xaşa sortunun toxum məhsuldarlığı 8,0 s/ha olmuşdur. Bu pitomnikdən 2,57 kq yüksək kondissiyalı orijinal toxum əldə olunmuşdur. Toxum pitomniki əkinində, toxum məhsuldarlığı müvafiq olaraq 4,0 s/ha olmuşdur.



BECƏRMƏ TEXNOLOGİYASI. Yem bitkilərinin istehsalında növbəli əkin sisteminin tətbiqi əsasında torpaqların münbitliyinin yaxşılaşdırılması mexanizminin işlənməsi və yem bitkilərinin məhsuldarlığının artırılması üçün müasir texnologiyaların yaradılması, onun iqtisadi səmərəliliyinin təyin edilməsi və fermer təsərrüfatlarında tətbiqi Ç.Əliyevin rəhbərliyi ilə aparılmışdır.

Ölkənin dağlıq şəraitində birillik paxlalı (gülül) və taxıl otlarının (vələmir, arpa) təmiz və qarışıq səpinlərin yem bitkilərinin məhsuldarlığının artırılmasında və torpaqların münbitliyinin yaxşılaşdırılmasında mövcud olan müxtəlif mineral və "Azofos" gübrə normalarının təsiri və yem bitkiləri üçün gübrələmə sisteminin elmi əsaslarla işlənməsi Q.Kazımov, Z.Məmmədov, H.Abdullayev tərəfindən aparılmışdır.

Tarla təcrübəsi bircərgəli əkin sxeminə əsasən cərgəarası 15 sm olmaqla müxtəlif gübrə normalarında (N50 P60 K40; fiziki çəki hesabı ilə 170 kq/ha “Azofos”), hər ləkin sahəsi 24 m2 olmaqla 3 təkrarada may ayının birinci ongünlüyündə 0,08 ha sahədə Gədəbəy DM- nin ərazisində aparılımışdır.

Təcrübə sahəsində yaşıl kütlə məhsuldarlığının təyini zamanı müəyyən olundu ki, birillik yem bitkilərinə gübrə normalarının təsiri müxtəlif olmuşdur. Belə ki, arpa bitkisinin məhsuldarlığı N50 P60 K40 mineral gübrə normasında 236,4 s/ha olduğu halda “Azofos” gübrəsinin təsirindən 223,8 s/ha –yəni müqaisədə 13 s/ha az məhsul əldə olunmuşdur.

Lakin digər variantlarda “Azofos” mineral gübrəsinin tətbiqi nəticəsində məhsuldarlıq artmışdır.

Beləliklə, tədqiqat işi üzrə mineral gübrə normalarının (N50P60K40 və “Azofos”) tətbiqi nəticəsində ən yüksək yaşıl kütlə məhsulu təmiz səpinlərdə “Azofos” gübrəsi tətbiq edildikdə vələmir bitkisində 267,6 s/ha, qarışıqlarda isə vələmir+gülül variantınada 299,8 s/ha əldə edilmişdir.

Aran zonasının suvarılan torpaqlarında müasir aqrotexniki tədbirlərin həyata keçirilməsi əsasında müxtəlif əkin sxemlərinin amarant, sorqo və qarğıdalı bitkilərinin təmiz və qarışıq səpinləri zamanı yem bitkilərinin məhsuldarlığına təsiri və keyfiyyət göstəricilərinin (kimyəvi tərkibinin) qiymətləndirilməsi N.Orucov tərəfindən aparılmışdır.

Bitkilər müəyyən olunmuş inkişaf mərhələsinə (dənin süd-mum) çatdıqdan sonra yaşıl kütlə məhsuldarlığı təyin olunmuşdur. Alınmış rəqəmlər təhlil olunan zaman müyyən olundu ki, bütün variantlar üzrə ən yüksək məhsuldarlıq 55+55+70×20 sm səpin sxemində əldə olunmuşdur. Belə ki, həmin sxem üzrə təmiz səpinlərdə amarant bitkisindən 352,6 s/ha, qarğıdalı bitkisindən 393,7 s/ha, sorqo bitkisindən 365,6 s/ha; qarışıq səpinlərdə isə amarant+sorqo 369,4 s/ha, amarant+qarğıdalı 426,9 s/ha, amarant+sorqo 402,1 s/ha yaşıl kütlə məhsulu əldə olunmuşdur.

Şəki-Zaqatala zonasının suvarılan torpaqlarında müxtəlif əkin sxemlərinin soya və raps bitkilərinin yaşıl kütlə və dən məhsuldarlığına təsirinin öyrənilməsi M.Paşayev, Q.Fərəcov tərəfindən aparılmışdır.

Çöl tarla təcrübəsi 2 variant üzrə hər ləkin sahəsi 24 m2 olmaqla 3 səpin sxemində (70×20; 55+55+70×20; 40+40+60×20 sm) Şəki DM-nin ərazisində aparılmışdır.

Təcrübə sahəsində yaşıl kütlə məhsulu soya bitkisində dənin süd-mum yetişmə, rapsda isə çiçəkləmə fazalarında təyin edilmişdir.

Məlum olmuşdur ki, hər iki bitki üzrə ən yüksək məhsuldarlıq 55+55+70×20 sm səpin sxemində əldə olunmuşdur. Yəni 70×20 sm səpin sxemində 276,8 s/ha, 40+40+60×20 sm səpin sxemində 293,8 s/ha olduğu halda 55+55+70×20 sm səpin sxemində isə 318,6 s/ha yaşıl kütlə məhsulu istehsal olunmuşdur. Vegetasiyanın sonunda hər iki bitki üzrə ən yüksək dən məhsulu 70×20 sm səpin sxemində-yəni soya bitkisindən 35 s/ha, rapsdan 20 s/ha tədarük olunmuşdur. Digər səpin sxemlərində isə müvafiq olaraq 40+40+60×20 sm-də soya bitkisindn 26 s/ha, rapsdan 14 s/ha; 55+55+70×20 sm-də soya bitkisindən 31 s/ha, rapsdan 17 s/ha dən məhsulu alınmışdır.

Abşeron şəraitində müxtəlif mineral gübrə, o cümlədən "Azofos" gübrə normalarının birillik yem otlarının (raps, gülül, vələmir və s.) qarışıq səpinlərinin yemlik keyfiyyətinə və məhsuldarlığına təsiri, gübrələmə sisteminin elmi əsaslarla işlənməsi N.Seyidov, L.Əliyeva tərəfindən aparılmışdır.

Təcrübələr aşağıdakı sxemlər üzrə 4 təkrarda cərgəarası 15 sm səpin sxemi olmaqla Abşeron YTT-nın ərazisində qoyulmuşdur.



  1. Raps+ gülül+ vələmir gübrəsiz (nəzarət)

  2. Raps+ gülül+ vələmir + N50 P40 K30

  3. Raps+ gülül+ vələmir + N60 P30 K60

  4. Raps+ gülül+ vələmir + N70 P80 K60

  5. Raps+ gülül+ vələmir + Azofos

Nəticədə məlum olmuşdur ki, “Azofos” mineral gübrə norması digər variantlara nisbətən bitkilərin məhsuldarlığının artırılmasında mühüm rol oynamışdır. Belə ki, nəzarət variantında məhsuldarlıq 237 s/ha olduğu halda Azofosun tətbiqi nəticəsində 573 s/ha yəni müqayisədə 336 s/ha çox yaşıl kütlə məhsulu istehsal olunmuşdur.

Quru subtropik iqlim şəraitində çovdarın, vələmirin və birillik paxlalı bitkilərin (gülül, lərgə) qarışıq səpinlərinin becərilmə texnologiyasının öyrənilməsi, onların torpaq münbitliyinin yaxşılaşdırılmasına təsiri, yaşıl yem konveyer sisteminin yaradılması və fermer təsərrüfatlarında tətbiqi R.Zamanova tərəfindən aparılmışdır.

Metodikada göstərilən müddətdə, yəni bitkilərin süd – mum yetişkənliyi dövründə yaşıl kütlə məhsuldarlığı təyin olunmuşdur. Yaşıl kütlə məhsulunu təyin edən zaman aydın olundu ki, təmiz səpinlərdə vələmirdən 273,8 s/ha, çovdardan 268,3 s/ha, gülüldən 247,5 s/ha, lərgədən isə 278,4 s/ha yaşıl kütlə məhsulu götürmək mümkündür.

Qarışıq səpinlərdə variantlar üzrə çovdar+lərgə 353,4 s/ha, çovdar+gülül 335,2 s/ha, vələmir+lərgə 332,7 s/ha, vələmir+gülül 359,7 s/ha yaşıl kütlə məhsulu əldə olunmuşdur.

Beləliklə, tədqiqat ilində ən yüksək yaşıl kütlə məhsuldarlığı təmiz səpinlərdə vələmir bitkisində (273,8 s/ha), qarışıqlarda isə vələmir+gülül variantında (359,7 s/ha) alınmışdır.

Gəncə-Qazax, Şirvan və Abşeron regionlarının suvarılan torpaqlarında müasir becərilmə texnologiyasının əsas elementlərindən olan müxtəlif səpin sxemlərinin və mineral gübrə normalarının yem çuğundurunun məhsuldarlığına, torpaqların münbitliyinin yaxşılaşdırılmasına təsiri və gübrələmə sisteminin elmi əsaslarla işlənməsi və fermer təsərrüfatlarında tətbiqi Q.Kazımov, A.Abbasov, N.Orucov tərəfindən aparılmışdır.

Payız fəslində (20 oktyabr) bitkilərin texniki yetişkənlik dövründə yem çuğundurunun məhsuldarlığı təyin olunmuş və əkin sxemləri üzrə aşağıdakı nəticələr əldə olunmuşdur:


  1. 70×20 sm + N50 P40 K30 - 431,2 s/ha

  2. 70×20 sm + N60 P30 K60 - 434,9 s/ha

  3. 70×20 sm + N60 P80 K60 - 430,9 s/ha

  4. 55+55+70×20sm N50 P40 K30 - 452,8 s/ha

  5. 55+55+70×20 sm N60 P30 K60 - 448,4 s/ha

  6. 55+55+70×20 sm N60 P80 K60 - 447,0 s/ha

  7. 40+40+60×20 sm N50 P40 K30 – 436,4s/ha

  8. 40+40+60×20 sm N60 P30 K60 - 445,8 s/ha

  9. 40+40+60×20 sm N60 P80 K60 - 441,7 s/ha

Abşeron YTT-da 55+55+70×20 sm səpin sxemində və N60P80K60 gübrə normasından yüksək məhsuldarlıq müəyyən olunmuşdur (474 s/ha).

Kürdəmir TSS-da da həmin sxem üzrə lakin N60P30K60 gübrə normasında daha yüksək-yəni 326,1 s/ha köküyumru məhsulu əldə olunmuşdur.

Azərbaycanın yay və qış otlaqları ekosisteminin dayanaqlı idarə edilməsi mexanizminin yaradılması üçün yaxşılaşdırma və səmərəli istifadə etmə üsullarının texnoloji elementlərinin öyrənilməsi və bir sıra texnoloji proseslərin təkmilləşdirilməsi R.Zeynalovun rəhbərliyi ilə aparılmlşdır.

Bu məqsədlə Abşeron Yardımçı Təcrübə Təsərrüfatının ərazisində əkmə mədəni otlaqların yaradılması üçün AMEA-nın Aqrokimya və Torpaqşünaslıq İnstitutu ilə birgə aşağıda göstərilən 5 variantda tədqiqat işi aparılmışdır.

1. Nəzarət (Təbii yem sahəsi)

2. Ot qarışığı səpini

3. Ot qarışığı səpini +N30P30K30

4. Ot qarışığı səpini + N60P60K30

5. Ot qarışığı səpini + N30P30K30 + mikro gübrə

Təcrübələrdə metodikaya uyğun olaraq yüksək aqrotexniki qaydada qulluq işləri və fenoloji müşahidələr aparılmışdır. Təcrübənin birillik nəticələrinə əsasən nəzarət (təbii yem sahəsi) variantında 88,50 s/ha yaşıl kütlə və 24,67 s/ha quru ot məhsulu alınmışdır. Ot qarışığı səpini+N30P30K30+mikro gübrə variantında bu göstəricilər yaşil kütlə məhsuldarliğı üzrə 267,1-19,8% və ya 236,4-53,8 s/ha və quru ot məhsuldarlığı üzrə isə 258,6-20,6% və ya 63,8-15,1 s/ha artıq məhsul təşkil etmişdir.

Eroziyaya uğramış yay otlaq sahələrində tarla təcrübələri aşağıdakı sxemlər üzrə qoyulmuşdur:

1. Nəzarət (təbii otlaq sahəsi)

2. Fon. Təbii otlaq sahəsi + ot toxumu qarışığı

3. Təbii otlaq sahəsi + ot toxumu qarışığı + N45P45

4. Təbii otlaq sahəsi + ot toxumu qarışığı + N60P60

5. Təbii otlaq sahəsi + ot toxumu qarışığı + Azofos 150 kq/ha (≈ N45P40)

6. Təbii otlaq sahəsi + ot toxumu qarışığı + Azofos 200 kq/ha (≈ N60P54)

Fon yaratmaq üçün xaşa 60 kq/ha, yonca 8 kq/ha, çəmən üçyarpaq yoncası 3 kq/ha, çəmən topalı 8 kq/ha, çoban toppuzu 5 kq/ha, çəmən pişik quyruğu 2 kq/ha bitkilərinin toxumlarından istifadə edilmişdir.

Təcrübənin birillik nəticələrinə əsasən Xızı rayonunun eroziyaya uğramış yay otlaqlarında “Azofos” gübrəsinin hektara 150 kq (≈ N45P 40) səpin norması variantı Fona (təbi otlaq sahəsi + müxtəlif ot qarışığı) nisbətən 48,4% (16,61s/ha) və təsiredici maddə hesabı ilə N45P45 variantına nisbətən isə 10,3% (4,8 s/ha), hektara 200 kq (≈ N60P54) səpin norması variantı isə fona (təbii otlaq sahəsi + müxtəlif ot qarışığı) nisbətən 90,0% (30,9 s/ha) təsiredici maddə hesabı ilə N60P60 variantına nisbətən isə 9,8% (5,8 s/ha) artıq məhsul vermişdir.

Respublikada quşların amarant dəni ilə yemləndirilməsi texnologiyasının elmi əsaslarla işlənməsi və nümunəvi yem rasionun hazırlanması Ə.Adıgözəlovun rəhbərliyi ilə aparılmışdır.

Ətlik cavan quşların ət məhsuldarlığına, boy və inkişafına amarant dəninin təsirinin öyrənilməsi P.Məmmədova, N.Useynova, E.Hacıyeva tərəfindən aparılmışdır.

2015-cı ildə aşagıdakı plan üzrə həyata kecirilmişdir:

- Yem obyektlərinin əldə edilməsi (toxum catışmazlığı)

- Ədəbiyyatlarla tanışlıq

- Metodiki materialların toplanması

- Ətlik quşlar üzərində təcrübənin təşkili üçün nəzərdə tutulan məsələlərin öyrənilməsi. (Öyrənilmişdir ki, nəzərdə tutulan ətlik quşlar hal-hazırda yoxdur və mart-aprel aylarında gözlənilir).

Nəzərdə tutulan mərhələnin həyata keçirilməsi üçün dən istehsalı məsələsi ön plana keçmişdir. Tələb olunan miqdarda yem obyektinin (amarant dəni) əldə edilməsi üçün Abşeron Yardımçı Təcrübə Təsərrüfatında 1 ha sahədə amarantın səpin normasına uyğun olaraq, 0,5-0,8 kq/ha səpilməklə, səpin sxemi 60 x 20 sm götürülmüş, toxumun səpin dərinliyi 1-2 sm olmuşur. Toxum süd - mum yetişkənliyi fazasında 12-15.08.2015 tarixində 13 kq yığılaraq, açıq havada 5-7 gün ərzində saxlanılmaqla qurudulmuşdur. Qurudulduqdan sonra ələnərək təmizlənmiş təcrübə üçün hazır vəziyyətə gətirilmişdir.

Ədəbiyyat və metodiki materiallar toplanmış, ətlik quşlar üzərində təcrübənin təşkili üçün nəzərdə tutulan məsələlər öyrənilmişdir.

Respublikada mövcud yemlərin keyfiyyət göstəricilərinin və ümumi qidalılıq dəyərinin öyrənilməsi Ə.Adıgözəlovun rəhbərliyi ilə aparılmışdır.

Regionlar üzrə yemlik bitkilərin keyfiyyət göstəricilərinin öyrənilməsi və fermer təsərrüfatlarında qaramal, davar və quşlara tətbiqinin səmərəliliyi A.Abbasquliyeva, S.Əliyeva, A.Qədimova, Ə.Əliyev tərəfindən aparılmışdır.

2015-ci hesabat ilində Yemlərin zootexniki qiymətləndirilməsi və kütləvi analizlər laboratoriyasına 247 yem nümunəsi daxil olub. Yem bitkilərinin seleksiyası şöbəsindən 36 nümunə, Otlaq və biçənəklər şöbəsindən 7 nümunə, Yem bitkilərinin aqrotexnikası şöbəsindən 37 nümunə, Yem bitkilərinin texnologiyası laboratoriyasından 4 nümunə, Ağstafa Yardımçı Təcrübə Təsərrüfatından 34 nümunə (Yem bitkilərinin toxumları), Qida və sənaye sərgisindən 1 nümunə, AzETYÇ və Oİ-un həyətyanı sahəsində qoyulmuş tarla təcrübəsindən 58 nümunə, dissertasiya işinə aid 22 nümunə, Beyləqan rayonunda Mil Təcrübə Təsərrüftatından 2 nümunə, İsmayıllı rayonundan 2 nümunə, Siyəzəndən 1 nümunə, Abşeron Yardımçı Təcrübə Təsərrüfatından 12 nümunə, Qəbələdən 6 nümunə, Salyan Sort Sınaq Stansiyasından 10 nümunə, Qobustan rayonundan 1 nümunə, Gədəbəy rayonundan 8 nümunə daxil olubdur.

Eyni zamanda laboratoriyada Azərbaycanda Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun yeni yaratdığı “Azofos” gübrəsinin gülül, vələmir və raps bitkisinin qarışıq əkinlərinə, yonca və xaşa bitkilərinin təmiz əkinlərinədə bitkilərin kimyəvi tərkibinə təsiri laboratoriyada öyrənilmişdir.

Mütərəqqi becərmə texnologiyasından, sort və növdən, mikrogübrələrin təsirindən və s. amillərdən asılı olaraq yem bitkilərinin keyfiyyət göstəricilərinin öyrənilməsi ilə əlaqədar laboratoriyaya daxil olmuş nümunələrin kimyəvi təhlil üçün hazırlanmış və yem nümunələrində ilk və hiqroskopik nəmlik, xam kül, xam yağ, xam sellüloza, xam protein, karotin təyin edilmiş, ümumi nəmlik, azot, enerji yem vahidi hesablanmışdır.


Download 1,31 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish