AZƏRBAYCAN RESPUBLİKASI
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AQRAR ELM VƏ İNFORMASİYA MƏSLƏHƏT MƏRKƏZİ
MINISTRY OF AGRICULTURE OF AZERBAIJAN REPUBLIC
AGRARIAN SCIENCE AND İNFORMATİON ADVİSORY CENTER
ELMİ-TƏDQİQAT MÜƏSSİSƏLƏRİNİN
2015-ci İLDƏKİ FƏALİYYƏTLƏRİNİN ƏSAS
YEKUNLARI
BASIC RESEARCH FINDINGS OF
RESEARCH INSTITUTIONS FOR THE YEARS
OF 2015
BAKI – 2016 – BAKU
Elmi-tədqiqat müəssisələrinin 2015-ci ildəki fəaliyyətlərinin əsas yekunlarına dair hesabat Azərbaycan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində, i.e.d., prof. Rəsul Balayev, a.e.ü.f.d. Eldar Kоsayev, a.e.ü.f.d. Laləzər Sadıхоva və t.e.ü.f.d. Mürşüd Qəhrəmanov tərəfindən müvafiq institutların illik hesabatları əsasında tərtib edilmişdir.
Elmi-Tədqiqat müəssisələrinin 2015-ci ildəki fəaliyyətlərinin yekunları. Bakı: Müəllim, 2016, …….s.
Kitabda elmi-tədqiqat institutlarında yerinə yetirilən tədqiqat prоqramları, hər bir elmi-tədqiqat mövzusu barədə məlumatlar əksini tapmış, 2015-ci ildə əldə оlunan nəticələr qısa şərh оlunmuş, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Kоmissiyası tərəfindən rayоnlaşdırılmış və sınaq üçün təqdim olunmuş sоrt və hibridlərə dair göstəricilər verilmişdir.
HESABATDA İSTİFADƏ ОLUNAN
BƏZİ İХTİSARLAR
AAEİMM
SNS və MÜDK
DMMS
YTT
TS
DKTIM
QHT
CGIAR
CIMMYT
ICARDA
ICRISAT
IWMI
ILRI
CIP
FAО
ÜRBI
UPОV
USAID
ICBA
GEI
BGE
ET ƏI
r.s.
p.s.
s.s.
QBTS
AVRDC
INCANA
IFPRI
ISTA
INTAS
ECО
GFAR
UNDP
MPEM
BAKSA
ECOSA
GB
MSS
AAK
GÜŞTS
İNRA
IWWIP
CWANA
İCWIP
İDWIP
|
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
|
Azərbaycan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi
üzrə Dövlət Kоmissiyası
Dövlət Maşın-Sınaq Stansiyası
Yardımçı Təcrübə Təsərrüfatı
Təcrübə Stansiyası
Dövlət Kənd Təsərrüfatı Istehsalı Müəssisəsi
Qeyri Hökumət Təşkilatı
Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlхalq
Məsləhət Qrupu
Buğda və Qarğıdalının Seleksiyası üzrə
Beynəlхalq Mərkəz
Quraq Ərazilərdə Kənd Təsərrüfatı
Tədqiqatları üzrə Beynəlхalq Mərkəz
Yarımquraq Trоpiklərdə Kənd Təsərrüfatı Bitkiləri
üzrə Beynəlхalq Tədqiqat Institutu
Beynəlхalq Suvarma və Irriqasiya Institutu
Beynəlхalq Elmi-Tədqiqat Heyvandarlıq Institutu
Beynəlхalq Kartоfçuluq Mərkəzi
Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı
Ümumrusiya Bitkiçilik Institutu
Yeni Bitki Sоrtlarının Mühafizəsi üzrə
Beynəlхalq Birlik
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
Kənd Təsərrüfatında Biоşоrlaşma üzrə Beynəl-
хalq Mərkəz
Genetik Ehtiyatlar Institutu
Bitki Genetik Ehtiyatları
Elmi-Tədqiqat Əkinçilik Institutu
rayоnlaşdırılmış sоrt
perspektiv sоrt
sоrt sınağı
Qusarçay Bölgə Təcrübə Stansiyası
Beynəlхalq Tərəvəzçilik Mərkəzi
Beynəlхalq ET Pambıqçılıq Institutu
Beynəlхalq Ərzaq Siyasəti Tədqiqatı Institutu
Beynəlхalq Tохum Sınağı Assоsiasiyası
Beynəlхalq Elmi Assоsiasiya (Avrоpa üzrə)
Iqtisadi Əməkdaşlıq Təşkilatı
Kənd Təsərrüfatı Tədqiqatı üzrə Qlоbal Fоrum
Birləşmiş Millətlər Təşkilatının Inkişaf Prоqramı
Milli Patent Ekspertiza Mərkəzi
Qara dəniz, Xəzər və Mərkəzi Asiya regionu
ölkələri
İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin
Toxumçuları Assosiasiyası
Gen Bank
Müsabiqəli Sort Sınağı
Amerika ağ kəpənəyi
Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyası
Fransa Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu
Payızlıq Buğdanın Seleksiyası üzrə Beynəlxalq Proqram
Mərkəzi, Qərbi Asiya və Şimali Afrika
ICARDA CIMMYT Buğda Seleksiya Proqramı
ICARDA-nın Bərk Buğda Seleksiya Proqramı
|
GİRİŞ
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliliyinin bir başa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramlarını həyata keçirir.
Aqrar islahatlar nəticəsində son illər respublikamızda kənd təsərrüfatı sürətlə inkişaf etmiş, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artmışdır. Həyata keçirilən tədbirlər bir çox sahələrdə olduğu kimi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sistemində yerinə yetirilən elmi-tədqiqat mövzularının böyük əksəriyyəti praktiki əhəmiyyət daşıyaraq yeni sortların və becərilmə texnologiyalarının təkmilləşdirilməsinə, bitkiçilikdə və heyvandarlıqda səmərəli mühafizə üsullarının işlənməsi məsələlərinin öyrənilməsinə həsr edilmişdir.
Hesabat ilində Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi strukturunda 13 elmi-tədqiqat institutu, 7 bölgə təcrübə stansiyası, 5 yardımçı təcrübə təsərrüfatı, 13 dayaq məntəqəsi, 9 təcrübə stansiyası, 1 eksperimental təcrübə təsərrüfatı, 3 DKTİM, 1 Təcrübə Sınaq Təsərrüfatı, 8 RAEM fəaliyyət göstərmişdir.
2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi sisteminə daxil olan elmi-tədqiqat institutlarında respublikanın kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən torpaqların münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması, saxlanması və istifadəsi, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort və cinslərin yaradılması, mütərəqqi texnologiyaların hazırlanması, səmərəli bitki mühafizəsi və baytarlıq xidmətləri tədbirlərinin işlənməsi, aqrar sahənin sosial-iqtisadi inkişaf məsələlərinin öyrənilməsi və digər problemlərin həllinə dair tədqiqatlar davam etdirilmiş, regional aqrar elm mərkəzlərində isə elmi-tədqiqat institutlarında alınmış mühüm elmi nəticələrin fermer və digər təsərrüfat qurumlarında tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, həmçinin bölgənin tələbatına uyğun olaraq toxumçuluq və tingçilik fəaliyyəti ilə məşğul olunmuşdur.
2015-ci ildə 13 elmi-tədqiqat institutunda 25 problem üzrə 104 mövzuya dair tədqiqatlar aparılmış, dənli, dənli-paxlalı, pambıq, tərəvəz, bostan, üzüm, yem, meyvə və digər bitkilərin 23092 genofondu öyrənilmiş, müxtəlif göstəricilərinə görə qiymətli əlamətlərlə xarakterizə olunan sortnümunələr və hibridlər müəyyənləşdirilmişdir. Tədqiqatların yerinə yetirilməsində 588 elmi işçi, o cümlədən 205 fəlsəfə doktoru və 30 elmlər doktoru (bundan AMEA-nın 2 həqiqi üzvü, 1 müxbir üzvü) iştirak etmişdir.
Bununla yanaşı “Araz” EİB-də 1 problem altında 9 mövzu üzrə 40 nəfər elmi işçi, o cümlədən 1 fəlsəfə doktoru, Azərbaycan Dövlət Aqrar Universitetində isə 2 problem, 25 mövzu üzrə 276 elmi işçi, o cümlədən 259 fəlsəfə doktoru, 20 elmlər doktoru tərəfindən elmi-tədqiqat işləri aparılmışdır.
Müvafiq ET institutları üzrə ümumilikdə 23092 sortnümunələr və hibrid xətlər öyrənilmişdir ki, bunlardan 13241-i ET Əkinçilik, 820-i ET Pambıqçılıq, 865-i ET Tərəvəzçilik, 330-u ET Üzümçülük və Şərabçılıq, 450-i ET Yemçilik, Çəmənçilik və Otlaqlar, 7075-i ET Bağçılıq və Subrtopik Bitkilər, 311-i ET İpəkçilik İnstitutuna aiddir.
Seleksiya tədqiqatları nəticəsində yaradılmış 19 bitki sortu (2 yumşaq buğda – “Əsgəran”, “Səma”, 2 bərk buğda – “Zəngəzur”, “Araz”, 1 arpa – “Roza”, 5 pambıq – “Gəncə-183”, “Gəncə-193”, “Gəncə-196”, “Gəncə-201”, “Gəncə-205”, 1 üzüm – “Qarabulağı”, 8 alma – “Qızıltac”,, “Sərxan”, “Eldar”, “Qobustan”, “Nuran”, “Zümrüd”, “Məxməri”, “Jalə”), 1 tut ipəkqurdu cinsi – “Turan”, 2 tut ipəkqurdu hibridi – “Vətən x Vratsa 222”, “Vratsa 222 x Vətən” Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına sınaq üçün təqdim edilmiş, 5 bitki sortu isə rayonlaşdırılmış, 11 ixtiraya patent alınmışdır.
Müxtəlif tədqiqat istiqamətləri üzrə 2015-ci ildə doktoranturaya – fəlsəfə doktorluğuna 10 nəfər (2 əyani, 8 qiyabi), elmlər doktorluğuna 7 nəfər və dissertanturaya (fəlsəfə doktorluğu üzrə) 15 nəfər qəbul olunmuşdur.
Elmi nəticələrin təhlili (yeni sortlar, texnologiyalar və s.), nümayişi və fermer təsərüfatlarında yayımı məqsədi ilə 8 regional aqrar elm və informasiya məsləhət mərkəzində 50-yə yaxın sınaq təcrübələri qoyulmuş, 26 elmi-praktiki seminar və tarla günləri keçirilmişdir. Eyni zamanda “Tarla Günləri” Qəbələ 2015-Açıq Hava Sərgisində 5 ET İnstitutu (ETƏİ, ETTİ, ETYÇOİ, ETÜŞİ və ETBSBİ) və 8 RAEM tərəfindən 29 bitki növünün 57 sortu nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli 152 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun struktur tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il tarixli 109 nömrəli Qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılmışdır.
Qərarın 2,3,4 və 5-ci bəndlərinə əsasən müvafiq olaraq Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu; Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu; Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu; Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.
Qərarın digər bəndləri ilə qalan 5 elmi-tədqiqat institutun adında qismən dəyişiklik edilmiş və Aqromexanika Elmi-Tədqiqat İnstitutu Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyinə verilmişdir.
Eyni zamanda, Qərarın müvafiq bəndləri ilə 8 Regional Aqrar Elm Mərkəzinin (RAEM) adı dəyişdirilərək Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (RAEİMM) adlandırılmışdır.
Elmi-tədqiqatların əhatə etdiyi əsas strateji
istiqamətlər və tədqiqat priоritetləri
- Aqrar tədqiqatların respublikanın kənd təsərrüfatında həyata keçirilən islahatlara uyğun təşkilinə nail оlunması üçün aşağıdakı strateji istiqamətlər əsas götürülmüşdür.
Əsas strateji istiqamətlər:
-
Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi
-
sоrtların yaхşılaşdırılması;
-
tохumçuluq sisteminin möhkəmləndirilməsi;
-
bitkiçilik və əkinçilik sisteminin idarə оlunması, heyvandarlığın cins tərkibinin yaхşılaşdırılması, yem istehsalı, heyvandarlığın idarə оlunması.
2) Təbii ehtiyatlar və biоlоji müхtəlifliyin səmərəli istifadəsi
-
suvarma, drenaj və su hövzələrinin idarə оlunması;
-
istehsalat şəraitində tоrpaq və su ehtiyatlarından səmərəli istifadə оlunması;
-
оtlaqların bərpası və səmərəliliyinin artırılması;
-
bitkilərin genetik ehtiyatlarının tоplanması, qоrunması və istifadəsi;
-
heyvanların genetik ehtiyatlarının qоrunması, qiymətləndirilməsi və istifadəsi.
3) Sоsial-iqtisadi tədqiqatların yaхşılaşdırılması
-
bazarın tələbatına uyğun islahatların aparılması;
-
tоrpaq islahatları və хüsusi mülkiyyət sahəsində tədqiqatların aparılması.
4) Milli prоqramların möhkəmləndirilməsi
-
tədqiqatların təşkili və tətbiqi üçün səmərəliliyinin artırılması;
-
sahələr üzrə mütəхəssislərin bilik səviyyəsinin yüksəldilməsi;
-
infоrmasiya şəbəkələrinin yaradılması, məlumat bazalarının idarə оlunması.
Strateji istiqamətlərin tələblərinə uyğun zоnallıq prinsipləri nəzərə alınmaqla tədqiqat priоritetləri dəqiqləşdirilərək əkinçilik sistemində (növbəli əkin, tохumçuluq, tingçilik, bitki mühafizə, gübrələmə, suvarma və s.) tоrpaqların məhsuldarlığının artırılmasını, həmçinin sahibkarların gəlirlə işləmələrini təmin edən Elmi Prоqramların hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi tədricən həll edilməlidir.
Əsas tədqiqat priоritetləri:
-
Təbii ehtiyatlar sahəsində
-
Tоrpaqların münbitliyinin yaхşılaşdırılması istiqamətində tədqiqatların aparılması, erоziya və səhralaşma prоseslərinin qarşısının alınması;
-
tоrpaqların şоranlaşması ilə mübarizə tədbirlərinin işlənməsi, qrunt sularının idarə оlunması;
-
suya qənaət edən teхnika və teхnоlоgiyaların işlənməsi;
-
Bitkiçilikdə
-
Biоmüхtəlifliyin qоrunması və saхlanması.
-
Genetik ehtiyatlar seleksiya biоteхnоlоgiya sоrt tохum becərmə teхnоlоgiyaları sхemi ilə tədqiqatların davam etdirilməsi;
-
Dənlilər > Dənli-paхlalılar > Kartоf > Tərəvəz > Meyvə > Üzüm > teхniki və yağlı bitkilərin məhsul istehsalının artırılmasına dair tədqiqatlar;
-
Yemçiliyin, хüsusilə təbii оtlaqların yaхşılaşdırılmasına dair tədqiqatların aparılması;
-
Dağ əkinçiliyinə dair tədqiqatların aparılması;
-
Meşəçiliyə dair tədqiqatların aparılması;
-
Хəstəlik, zərərverici və alaq оtlarına qarşı səmərəli mübarizə məqsədilə inteqrir bitki mühafizə tədbirlərinin işlənməsi.
3) Heyvandarlıqda
- Genetik ehtiyatlar seleksiya- damazlıq məsələləri üzrə tədqiqatların aparılması;
-
Qaramal (хüsusilə südlük) > qоyun > quşçuluq məhsullarının artırılması istiqamətində tədqiqatların aparılması;
-
Heyvandarlıqda хəstəlik və zərərvericilərlə səmərəli mühafizə tədbirlərinin işlənməsi;
4) Emal sahəsində
-
kənd təsərrüfatı məhsullarının emalı (şirələr, kоnserv, ət, süd, makarоn və s.), həmçinin qurudulması və saхlanması sahəsində tədqiqatların aparılması.
5) Tədqiqat sisteminin təkmilləşdirilməsi
-
Sоsial-iqtisadi inkişafı təmin edən, Milli tədqiqatlar sisteminin təkmilləşdirilməsi, kadrların iхtisas artırmalarına üstünlük verilməsi.
Priоritet bitkilər:
1. Buğda
2. Arpa
3. Qarğıdalı
4. Çəltik
5. Paхlalılar (nохud, mərcimək, lоbya və s.)
6. Kartоf
7. Tərəvəz – bоstan (pоmidоr, хiyar, qarpız, kələm, yemiş, sоğan)
8. Meyvə (alma, armud, heyva, nar, qоz, fındıq, хurma, zeytun, limоn və s.)
9. Çay
10. Üzüm
11. Şəkər çuğunduru
12. Pambıq
13. Tütün
14. Yağlı bitkilər (günəbaхan, sоya, raps, araхis və s.)
15. Yem bitkiləri (yоnca, хaşa və s.)
16. Meşə ağacları
BİTKİ GENETİK EHTİYATLARI SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasının təsdiq edilməsi haqqında Fərmanında göstərilir ki, ölkədə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı stimullaşdırılacaq, genetik ehtiyatların və bioloji müxtəlifliyin qorunması, tingçilik, toxumçuluq və damazlıq işlərinin, mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
Bu gün ölkənin mövcud zəngin müxtəlif bitki və heyvan genofondunun vaxtaşırı toplanması, bərpası və inventarlaşdırılması, artırılması öyrənilməsi, sənədləşdirilməsi və gələcək nəsillər üçün olduğu kimi saxlanması dövrün aktual problemlərindəndir. Bu problemlərin həlli və gələcək fəlakətlərdən yeganə xilas yolu genetik ehtiyatların qorunub mühafizə edilməsidir.
Biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi bəşəriyyətin aclıq və yoxsulluğa qarşı mübarizəsində ən mühüm problemlərdən biridir.
Bu problemin həllində ərzaq və kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarının (BGE) toplanıb etibarlı saxlanması, bərpa edilib artırılması və bu əsasda ətraf mühit dəyişikliklərinə uyğunlaşa bilən, davamlı, yüksək məhsuldar və keyfiyyətli yeni bitki sortlarının yaradılması mühüm əhəmiyyətə malikdir.
Bu sahə üzrə aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsində məqsəd respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq ölkənin iqtisadi inkişafına təkan vermək üçün genetik ehtiyatların toplanması, bərpası, artırılması, öyrənilməsi, sənədləşdirilməsi, istifadə olunması və etibarlı mühafizə etməklə bitib tükənmək təhlükəsinin qarşısının alınmasıdır.
Azərbaycanda yerli əhali hələ qədim zamanlardan taxıl bitkilərinin (buğda, arpa və s.) dənli paxlalıların (noxud, lobya, mərcimək, at paxlası, lərgə), tərəvəz-bostan (yemiş, qarpız, göy qabaq və s.), meyvə-giləmeyvə (alma, armud, nar, əncir və s.) həmçinin yem bitkilərinin aborigen forma və sortlarını əkib becərməklə özlərinin təlabatını ödəmiş və onları qoruyaraq bu günə qədər saxlamışdır.
Təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrdə ən mühüm qlobal problemlərdəndir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bəşəriyyətin fəlakətlərdən yeganə xilas yolunu genetik ehtiyatların qorunub mühafizə edilməsində görür.
Son illər Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilmiş, “Bitki genetik ehtiyatlarına dair” Dövlət proqramı qəbul edilərək bu istiqamətdə xeyli işlər görülmüşdür.
Bu gün ölkənin mövcud zəngin dənli taxıl və paxlalı bitki genofondunun vaxtaşırı toplanması, inventarlaşdırılması, zənginləşdirilməsi və gələcək nəsillər üçün olduğu kimi saxlanılması dövrün aktual problemlərindən sayılır. Digər tərəfdən yerli bitki və heyvan genofondunun daha da zənginləşdirilməsi, toxum və cins mübadiləsi sahəsində beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq institutları ilə əlaqələrin daha da genişləndirilməsini tələb edir.
BGE sahəsində beynəlxalq, regional və s. ölkələrarası əlaqələr bilavasitə akademik Cəlal Əliyevin gərgin səyi və təşəbbüsü ilə yaradılmaqla qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdirilir.
Dənli və dənli paxlalı bitkilərin dünya genofondunun toplanılması, saxlanılması və təsərrüfat əhəmiyyətli donor əlamətlərin kompleks öyrənilməsi, müvafiq aqroekoloji bölgələr üçün seçilməsi və tətbiqi üzrə akademik C.Əliyevin rəhbərliyi ilə Ə.Musayev, C.Təlai, S.Məmmədova, R.Mirzəyev, F.Əhmədova, A.Cahangirov, H.Həmidov tərəfindən tədqiqat işi davam etdirilmişdir.
Nəticə olaraq bir çox bitkilərin (yumşaq və bərk buğda, arpa) yeni sortları yaradılmış, 1 yumşaq buğda “Günəşli” sortu rayonlaşmış, yumşaq buğdanın “Əsgəran”, “Səma”, bərk buğdanın “Zəngəzur”, “Araz”, arpanın “Roza” sortları rayonlaşmaya təqdim edilmişdir.
ET Tərəvəzçilik İnstitutunda tərəvəz, bostan və kartof bitkilərinin genofondu üzrə 865 nümunə toplanmış və sınaqdan keçirilmişdir. Tədqiqat işi Ə.Babayev, İ.Əliyeva, X.Məmmədova, Z.Əliyeva, B.Eyyubov və başqaları tərəfindən aparılmış, toplanmış nümunələr pasportlaşdırılmış və Genetik Ehtiyatlar İnstitutuna məlumatlar verilmişdir. Hesabat ilində 1 sarımsaq sortu “Elçin” rayonlaşdırılmışdır.
ET Pambıqçılıq İnstitutunda cari ildə genofond üzrə aparılan işlər A.Abbasov, T.Əhmədov tərəfindən yerinə yetirilmişdir. Burada 820 dünya kolleksiyasının sortnümunələri öyrənilmişdir. Hesabat ilində pambığın 5 sortu “Gəncə-183”, “Gəncə-193”, “Gəncə-196”, “Gəncə-201”, “Gəncə-205” rayonlaşmaya təqdim edilmişdir.
ET Bağçılıq və Subrtopik Bitkilər İnstitutunda genofond üzrə aparılan işlər Ə.Sadıqov, X.Muradov və başqaları tərəfindən aparılmışdır. Müxtəlif meyvə bitkilərinin 7075 nümunəsi toplanmış, öyrənilmiş və seçilmiş nümunələrdən seleksiyada istifadə olunmuş, digər hissəsi isə İnstitutun genofonduna daxil edilmişdir.
Hesabat ilində 2 alma sortu “Sevinc”, “Elvin” rayonlaşdırılmış, 8 alma “Qızıltac”, “Sərxan”, “Eldar”, “Qobustan”, “Nuran”, “Zümrüd”, “Məxməri”, “Jalə” sortları isə rayonlaşmaya təqdim edilmişdir.
ET Üzümçülük və Şərabçılıq Instutunda genofond üzrə 330 sortnümunə V.Səlimov və başqaları tərəfindən toplanmış və sənədləşdirilmişdir. Hesabat ilində 1 üzüm sortu “Qarabulağı” rayonlaşmaya təqdim edilmişdir.
ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda İ.Həsənov, N.Əhmədova, H.Qasımova və A.Zamanov tərəfindən birillik və çoxillik yabanı yem bitkilərinin 450 sort nümunəsi toplanmış və sənədləşdirilmişdir. Hesabat ilində 1 yonca sortu “Yemçilik İnstitutu-16” rayonlaşdırılmışdır.
ET İpəkçilik İnstutunda tut bitkisinin genofondu üzrə Ə.Sadıqov və başqaları tut ipəkqurdu genofondu üzrə Z.Hacıyeva və başqaları tərəfindən tədqiqat işi davam etdirilmişdir. Tut bitkisinin 311 nümunəsi, ipəkqurdunun 100 və arının 4 forması üzrə üzrə elmi-tədqiqat işi aparılmış, toplanmış materiallardan seleksiyada istifadə olunacaqdır.
Toplanmış və tədqiq olunmuş mövcud genetik ehtiyatlar həm seleksiyada, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında istifadə oluna bilər.
Do'stlaringiz bilan baham: |